ALLAHDAN QORXMAĞIN TƏSİRLƏRİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Allahdan qorxan heç kimdən qorxmaz və Ondan qorxmayan isə hamıdan və hər şeydən qorxar.”
Bu rəvayətin ən bariz nümunələri “Bədr” döyüşündə iştirak edən İslamın ilkin müsəlmanlarıdır. İslam Peyğəmbəri (s) bu mühüm döyüşə müsəlmanlardan 313 nəfər seçərək “Bədr” məntəqəsinə doğru hərəkət edir. Müsəlmanlar (hərbi baxımdan) müşriklərin qoşunu ilə heç də müqayisə ediləsi deyildi. Müşriklərin sayı 950 nəfər (müsəlmanlardan üç dəfə artıq) idi. Onlar yüz baş ata və yeddi yüz dəvəyə, bununla yanaşı, dövrün yeni silahlarına sahib idilər. Müsəlmanlar isə həm say, həm silah, həm də digər hərbi sursatlar baxımından onlardan çox-çox zəif idilər. Düşmən ordusunun sərkərdəsi bütün İslam qoşununun 313 nəfərdən ibarət olduğunu eşitdikdə inanmır və elə güman edir ki, onların böyük bir hissəsi geridədir və münasib fürsəti gözləyərək dağ-təpələrin arxasında gizlənmişlər. Bu gümanla bir nəfəri göndərir ki, ətrafı diqqətlə arayıb-axtarsın və İslam qoşununun sayını dəqiq öyrənsin. Həmin şəxs vəzifəsini yerinə yetirdikdən sonra geri dönüb sərkərdəsinə belə deyir: “Bir nəfər də olsun pusquda yoxdur və onların sayı döyüş meydanında gördüklərimizdən artıq deyil! Lakin onların çöhrələri də qorxulu və ciddidir. Onlarla döyüşməyi məsləhət görmürəm. Məncə, onların heç biri bizdən qorxmur və döyüşə arxa çevirən deyildir.”
Küfr ordusunun lovğa sərkərdəsi Əbu Cəhl deyir: “Siz qorxaq və acizlərə mənim sözüm yoxdur. Onlar kiçik bir dəstə az silahla bizimlə necə müharibə edə bilər?!” Müşriklər doğru nəsihətə qulaq asmayıb, Əbu Cəhlin sözü ilə döyüşə başlayır və nəhayət, məğlub olur. Onlardan yetmiş nəfəri ölür və yetmiş nəfəri də əsir düşür. Tarixə görə, onlar ömürlərinin sonuna qədər bu məğlubiyyəti yadlarından çıxara bilmir.
“Allahdan qorxanlar isə heç kimdən qorxmur və həmişə qalibdirlər!” sözü bir həqiqətdir.

 . “Mizanul-hikmət”, bölmə: 1151, hədis: 5471.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma