BEHİŞTİN QAPILARI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
“Zümər” surəsinin 73-cü ayəsində behiştin qapılarından söz açılır:
وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا
“Rəbindən qorxanlar (təqvalılar) dəstə-dəstə cənnətə tərəf aparılarlar.”
Behişt əhlinin “təqva” (Allahdan qorxu) xislətinin xüsusi qeyd edilməsi onun böyük əhəmiyyətini, behiştə daxil olmaqda mühüm rolunu aşılayır:
حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا
“Nəhayət, onlar ora (behiştə) çatanda, onun qapıları (onların üzünə) açılar.”
Öncə cəhənnəmin qapıları ilə bağlı qeyd edilən incə mətləblər bura da aiddir.
وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ
“Onun gözətçiləri onlara deyərlər: Salam olsun sizə, (həm cismi, həm də ruhi baxımdan) pak oldunuz. Buna görə də, əbədi məskunlaşmaq üçün ora daxil olun!”
Bu ayədə də behiştin qapılarından söz açılsa da, onun təfərrüatı və sayı haqda Qurani-Kərimdə məlumat verilmir. İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə belə deyilir: “Behiştin səkkiz qapısı var və onlardan içəri girmək istəyənin dörd xisləti olmalıdır:
1. أَلصَّدَقَةُ – “Yoxsullara yardım.” Təəssüflər olsun ki, hazırda hər bir ölkə və cəmiyyətdə yoxsulların sayı az deyil və onlara imkan daxilində kömək etmək lazımdır. İmam Həsən (ə), demək olar, ömrünü yoxsul və möhtaclara yardımla keçirib. Belə ki, Kufəyə daxil olan hər bir qərib və yoxsul əvvəl Peyğəmbəri-Əkrəmin (s) böyük nəvəsi imam Həsənin (ə) evinə üz tuturmuş.
2. وَ السَّخاءُ – “Səxavət və əliaçıqlıq.” Behişt paxılların yeri deyil. Bəxşiş etdiyi zaman heç nəyi ummayan kəsə köməyindən qəlbən razı olana səxavətli adam deyilir.
3. وَ حُسْنُ الْخُلْقِ – “Mülayim rəftar və xoşəxlaqlıq.” Behişt əhlinə qoşulmaq istəyənlər mütləq bu gözəl libasa bürünməlidirlər.
4. وَ كَفُّ الْأَذى عَن عِبادِاللهِ – “Xalqın dinc həyatını pozmamaq.” İlahi rəhmət ocağına qədəm qoymaq istəyən şəxs insanları incitməməli, həmişə onlara mehr-məhəbbət göstərməli, qəlbini ülfət və mehribanlıqla doldurmalıdır.
Bunlar göstərir ki, behişt yalnız ibadət, oruc, namazın sayəsində deyil. Bu əməllər böyük əhəmiyyət daşısalar da, ictimai məsələlərə riayət etmək, ibadətlərin ən üstünü sayılan Allahın məxluqatına xidmət göstərməyin rolu böyükdür.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma