İLAHİ BƏLA VƏ CƏZALAR DA RƏHMƏTDİR!

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Bizim etiqadımıza görə, dünyada günahkarların yaxasından yapışan ilahi bəla və cəzalar zahirdə sərt görünsə də, rəhmətdir! Bunu Qurani-Kərimin “Əraf” surəsinin 94-cü ayəsi belə açıqlayır:
وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّبِيٍّ إِلاَّ أَخَذْنَا أَهْلَهَا بِالْبَأْسَاء وَالضَّرَّاء لَعَلَّهُمْ يَضَّرَّعُونَ
“Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.”
Naz-nemətə qərq olanın qulağı heç vaxt peyğəmbərlərin haqq sözünü eşitmir. Çətinliklər belələrinin qürurunu sındıraraq haqq sözü eşitməyə vadar edir. Günahkarları qəflətdən ayıldıb Allah dərgahında tövbə etməsinə və yalvarıb-yaxarmasına səbəb olan ilahi əzablar qəddarlıq yox, ilahi lütf və mərhəmətin başqa bir nümunəsidir.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma