“İBTİDAİ CİHAD” – QƏDDARLIQ QƏSDİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Qarşı tərəfə ilk hücumu (ibtidai cihad) İslam rəhmət və şəfqətlə necə ayırd edir? Bu, daha qəddarlıq sayılmırmı?
Cavab: Bir sıra alim və tarixçilərinin nəzərinə əsasən, İslamda “ibtidai cihad” göstərişi yoxdur və Peyğəmbərin (s) dövründə baş verən bütün müharibələr müdafiə xarakterli olub, düşmənin hücumunu dəf etmək üçün qarşıya gəlib. Məsələn, müsəlmanlar və allahpərəstlərlə qarşı-qarşıya durub “Əhzab” döyüşünü başlayanlar müşriklər olub. Onlar Hicazın müxtəlif nöqtələrindən Mədinəyə yürüş edib, şəhəri mühasirəyə alırlar. Müsəlmanlar belə vəziyyətdə canları, malları, namusları və etiqadlarını müdafiə etməli idilər. Hansı ağıllı insan başdan-ayağa silahlanmış düşmənin İslam Peyğəmbəri (s) və müsəlmanları qətlə yetirib, qalan xalqı əsir tutaraq Mədinənin dağılması kimi azğınlıqlarına razı olmağı humanizm sanır?! Məgər özünü qorumaq qəddarlıqdırmı?
“Hüneyn” döyüşündə Peyğəmbərə (s) xəbər verildi ki, “Həvazin” qəbiləsi ilə müşrikləri bir qrupu müsəlmanların əsas mərkəzi sayılan Mədinəyə hücuma hazırlaşır. Peyğəmbər (s) müsəlmanları özlərini və ev-eşiklərini müdafiə etmək üçün bir yerə topladı və beləcə, “Hüneyn” döyüşü baş verdi.
İslamın ilkin müharibələri arasında yalnız “Xeybər” döyüşü “ibtidai cihad” kimi təsəvvür olunur və o da tarixi araşdırmaqla aradan qalxır. Peyğəmbər (s) bu cihadla əksər hadisələrdə rolu gizli qalan qarşı tərəfə tutarlı cavab vermək istəyirdi. O zaman fitnə-fəsad ocağı sayılan Xeybər qalaları müsəlmanların önündə böyük sədd idi və belə mərkəzi dağıtmaq “ibtidai cihad” sayılmır.
“Bədr” döyüşü də bu qəbildəndir. İkinci hicri ilində “Bədr” döyüşü adlı iki hadisə baş verdi, biri “kiçik Bədr”, digəri isə “böyük Bədr” adı ilə tanındı. Döyüşü İslam düşmənləri başladı. İslam Peyğəmbərinə (s) xəbər verildi ki, Məkkə müşriklərinin böyüklərindən bir neçəsi Mədinənin ətraf məntəqələrinə hücum edib, müsəlmanların dəvə, qoyun və əmlakını qarət edərək Məkkəyə qaçırlar. Peyğəmbər (s) dərhal bir dəstəni onların ardınca göndərir. Onlar düşməni “Bədr” məntəqəsinə qədər təqib etsələr də, yaxalaya bilmirlər. Bu hadisə “kiçik Bədr” adı ilə tanınır. Elə həmin il, yenə bir müddətdən sonra məkkəlilərin yürüşü nəticəsində “böyük Bədr” döyüşü baş verir.
“Məkkənin fəthi” də İslam Peyğəmbərinin (s) mühüm addımlarından biridir. Bu addımla İslam düşmənləri və müşriklərin mərkəzi dağıdılır. Demək olar, müsəlmanların məruz qaldıqları bütün çətinliklər və döyüşlər həmin yerdən idarə olunurdu. Bir də ki, Məkkənin fəthində əsla müharibə baş verməyib. Müşriklər müsəlmanların böyük ordusu qarşısında döyüşsüz və tələfatsız təslim oldular.
Demək, bir çox tədqiqatçılar və tarixçilərin nəzərinə əsasən, İslamın əvvəllərində baş verən müharibə və cihadlar müdafiə xarakteri daşıyırdı və onlardan heç biri “ibtidai cihad” adlanmır. Bunu Quran ayələri çərçivəsində də aramaq maraqlıdır. Məsələn, “Tövbə” surəsinin 13-cü ayəsində belə buyurulur:
أَلاَ تُقَاتِلُونَ قَوْمًا نَّكَثُواْ أَيْمَانَهُمْ وَهَمُّواْ بِإِخْرَاجِ الرَّسُولِ وَهُم بَدَؤُوكُمْ أَوَّلَ مَرَّةٍ...
“Niyə öz andlarını pozan, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq qərarına gələn və sizinlə əvvəl (müharibəyə) başlayan dəstə ilə vuruşmaq istəmirsiniz?...”
Ayədə qeyd olunan ”Sizinlə əvvəl (müharibəyə) başlayan...” – ifadəsi baş verən müharibələrin “ibtidai cihad” yox, müdafiə xarakterli olduğunu göstərir. “Tövbə” surəsinin 4-cü ayəsi də uyğun məsələyə başqa bir sübutdur. Allah-Taala müşriklərlə barışmaz olduğu və onlarla döyüşə icazə verildiyini elan etdikdən sonra bir qrupu istisna edərək buyurur:
إِلاَّ الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُواْ عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّواْ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَى مُدَّتِهِمْ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ
“Müşriklərin sizinlə əhd-peyman bağlayan və sonra bir şeyi pozmayıb (düşmənlərinizə) yardım etməyənləri istisnadırlar. Siz də onlarla əhd-peymanınızın sonuna qədər gözləyin. Həqiqətən, Allah təqvalıları sevir.”
Bu ayədəki ifadələr göstərir ki, müsəlmanlar əhd-peymanlarını pozmayan və onlarla birbaşa döyüşənlərlə həmkarlıq etməyən, bir sözlə, onlar tərəfindən təhlükə gözlənilməyənlərlə döyüşməsinlər. Qısası, müsəlmanlar ilkin olaraq döyüşə başlamasınlar! Bunu öncə qeyd edilən “Ənfal” surəsinin 61-ci ayəsi də təsdiqləyir. Ayə müsəlmanlara tövsiyə edir ki, onlara uzanan sülh və barışıq əlini sıxsınlar. “Əgər onlar sülh və barışığa meyil göstərsələr, sən də meyil et!” Bunun mənası odur ki, döyüşə meylli olmayan ölkə, qövm və xalqları müsəlmanlar tərəfindən hücum gözləmir.
Bununla yanaşı, Qurani-Kərimdə əql və məntiqə uyğun üç növ “ibtidai cihad”dan söz açılır ki, İslamın rəhmət və məhəbbəti ilə ziddiyyəti yoxdur:
1. Fitnə atəşini söndürən cihad
“Bəqərə” surəsinin 193-cü ayəsində belə buyurulur:
وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ
“Fitnə qalmayıncaya (şirk və bütpərəstliyin kökü kəsilincəyə), din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun...”
Bu ayəyə əsasən, gözlənilən fitnələri aradan qaldırmaq üçün “ibtidai cihad”a icazə verilir. Baş verəcək hadisələri qabaqcadan proqnozlaşdırıb, onlara qarşı düzgün mövqe seçmək məntiqə uyğun məsələdir. Burada belə hallara dair bir nümunəyə nəzər salaq:
Sovet ölkələrinin müstəqilliyi ərəfələrində Bosniyanın müsəlman xalqı serblərin amansız hücumlarına məruz qaldı. Onlar qarşılarına çıxan hər şeyi – evləri, məscidləri, əkin sahələrini, xəstəxanaları və digər mərkəzləri viran qoyurdular. Ağlagəlməz faciə və kütləvi qırğınlara göz yuma bilməyən Avropa, nəhayət, serblilərə qarşı qəti qərarlar verərək NATO qoşunlarının vasitəsilə fitnəni aradan qaldırmalı oldu.
Biz burada avropalıların məqsədləri barədə (müsəlmanlara yardım, yoxsa gələcəkdə bu fitnənin Avropanın özünə ağır zərbə vuracağı kimi) açıqlamalar vermək əzmində deyilik. Lakin onların hərbi müdaxiləsinə “ibtidai cihad”dan başqa bir ad vermək olmaz.
Hər halda, cihad hər hansı müharibəni törədən amilləri nəzərə alıb müqayisə edərkən, elə də ağlagəlməz bir əməliyyat sayılmır.
2. Azğınlar və təcavüzkarlarla mübarizə
Qurani-Kərimin buyruğuna əsasən, döyüşə girən iki tayfa, iki dəstə, yaxud da iki İslam ölkəsinin arasındakı ixtilafı aradan qaldırmaq, sülh və barışıq yaratmaq müsəlmanların vəzifəsidir. Burada sülhlə razılaşmayıb zülm, təcavüz və işğala davam edən tərəf İslam baxımından “təcavüzkar” adlanır. Bu zaman İslam müsəlmanlara təcavüzkar tərəflə döyüş və “ibtidai cihad” icazə verir.
İslam birinin başqa birinə zülm və təcavüzünü qəti pisləyir və başqalarının da onlara tamaşa etməsini bəyənmir. Burada verilən hökm “ibtidai cihad” hesab edilsə də, ağıl və məntiqə uyğundur və onu qəddarlıqla səhv salmaq olmaz. İslamın zülmə məruz qalanların müdafiəsinə qalxması rəhmət və şəfqətin bir nümunəsidir.
3. İslamın təbliğində azadlıq üçün cihad
Din müsəlmanların qeyri-müsəlmanlara azad təbliğinə, haqqın bəşəriyyətə yetirilməsinə mane olanlara qarşı “ibtidai cihad”a, nadan düşmənlərlə döyüşüb normal vəziyyəti yaratmağa icazə verir. Məsələn, İslamın İrana gəlişi ilə müəyyən qarşıdurmalar üz verməyə başladı. Nəhayət, sasanilərlə müharibə qaçılmaz oldu. Müsəlmanlar qələbə çaldıqdan sonra da heç kim dinə məcbur edilmədi və indinin özünə qədər İranda İslam daxilində atəşgahlar (atəşpərəst məbədləri) fəaliyyət göstərir. Sasanilərin hakimiyyəti İranda İslamın təbliği üçün maneə idi. İslam bu maneəni aradan qaldırdıqdan sonra iranlıların dini qəbul etməsinə zəmin yarandı.
İslamın zahirdə ağır və sərt görünən bəzi göstərişləri (üzərində dərindən düşündükdə, aydın olur ki,) rəhmət və məhəbbətlə əsla ziddiyyət təşkil etmir. Bu ittihamlar yalnız İslama səthi baxanların təsəvvüründən və bir də ki, onun qatı düşmənlərinin böhtanlarından irəli gəlir.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma