MÜHARİBƏ VƏ İSLAMIN RƏHMƏT VƏ ŞƏFQƏTİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Özünü rəhmət və şəfqət ocağı sanan İslam dini hansı əsasla cihad kimi sərt hərəkatı vacib etmiş və hücum və qətl hallarına icazə verir? Məgər müharibə ilə qəddarlıq bərabər deyilmi?
Bu sualların cavabını Qurani-Kərimin cihadla bağlı ayələrindən öyrənmək lazımdır. “Ənfal” surəsinin 60-cı ayəsində buyurulur:
وَأَعِدُّواْ لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدْوَّ اللّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِن دُونِهِمْ لاَ تَعْلَمُونَهُمُ اللّهُ يَعْلَمُهُمْ...
“(Ey möminlər!) Allahın düşməni, öz düşməniniz və sizin tanımadığınız və Allahın tanıdığı digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, silah və döyüş xərcləri), bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün...”
İslamda qüvvə toplamaq müharibə fikri və hücum yox, düşməni qorxudub müharibə fikrindən daşındırmaq nəzərdə tutulur. Həqiqətdə, İslam müsəlmanların hərtərəfli hazırlığı ilə müharibənin kökünü qurutmaq, təcavüzkarın cürətini aradan qaldırmaq istəyir. İslam deyir: “Güclü və qüdrətli olun ki, hətta düşmən sizinlə döyüş fikrində belə olmasın.” Görəsən, belə strategiyanı qəddarlıqla ittihamlandırmaq olarmı?!
Həmin surənin 61-ci ayəsində belə buyurulur:
وَإِن جَنَحُواْ لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
“Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də meyil et və Allaha təvəkkül et ki, şübhəsiz, O, eşidən və biləndir!”
İslam heç vaxt müharibəni yalnız qan tökmək üçün uzatmır, düşmən tutduğu işdən peşman olub sülhə razılaşsa atəşkəsə icazə verir. İslamın müharibəsi müdafiədir və onun odunu söndürmək üçün münasib fürsət axtarır. Məlum tarixə əsasən, bütün İslam döyüşlərində ilk ox düşmən tərəfindən atılıb.
Görəsən, bunlar sərtlikdir, yoxsa rəhmət və məhəbbətin son həddi?
“Bəqərə” surəsinin 194-cü ayəsində buyurulur:
فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ
“Kim sizə qarşı həddi aşsa, siz də o qədər həddi aşın (cavab verin). Allahdan qorxun (əvəz çıxmaqda həddi aşmayın) və bilin ki, Allah təqvalılarladır.”
Bu ayədə üç mühüm mətləbə işarə olunur: 1. Yalnız sizinlə döyüşənlərlə döyüşə bilərsiniz; 2. Onlarla döyüşdə həddinizi aşmayın və yalnız zülm və şərləri dəf edilənə qədər döyüşün; 3. Hətta döyüş meydanında da təqvanı unutmayın və bilin ki, Allah təqvalılarladır.
Dünyada baş verən bütün müharibələrdə bunlar ən nikbin ölçülər sayılır. Hansı ağıllı insan düşmənə xoşluqla canı, malı və namusunu verməyə razıdır?! Qurani-Kərimdə buyurulan bu göstərişləri qeyri-adi adlandırmaq insafsızlıqdır!

 . Əlavə məlumat üçün fiqh kitablarına müraciət edilsin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma