Asan hesab (“Hisabun yəsir”)
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Asan hesab (“Hisabun yəsir”)

Sual : Qurani-kərimdə “Hisabun yəsir” dedikdə nə nəzərdə tutulur?
Qısa cavab:
Ətraflı cavab:
Bir sıra təfsir aliminə görə, burada diqqət və tələbkarlığa yol verilməyən, günahlardan keçilən və yaxşılıqlara mükafat verilən asan və yüngül "hesabçəkmə" nəzərdə tutulur.
Həzrət peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan bir hədisdə belə buyurur:
ثَلاثٌ مَنْ کُنَّ فِیْهِ حاسَبَهُ اللّهُ حِساباً یَسِیْراً، وَ اَدْخَلُه الْجَنَّهَ بِرَحْمَتِهِ.
 قالُوا: وَ ما هِىَ یا رَسُولَ اللّهِ؟! قالَ: تُعْطِى مَنْ حَرَمَکَ، وَ تَصِلُ مَنْ قَطَعَکَ وَ تَعْفُو عَمَّنْ ظَلَمَکَ
"Hər kəsdə üç xüsusiyyət olsa, Allah onun hesab-kitabını asanlaşdırıb onu cənnətdə öz mərhəmətinə daxil edər.
Orada olanlar: "O üç şey nədir, ya Rəsuləllah?" – deyə soruşdular.
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
−Səndən əsirgəyənə bəxşiş edəsən, əlaqəni kəsənlə əlaqə yaradasan və sənə zülm edəni əfv edəsən."
Hədislərdən bir məsələni də başa düşmək olar ki, insanların Qiyamət günü hesablarında diqqət və tələbkarlıq da onların ağıl və elmləri ilə mütənasib olacaqdır. Belə ki, İmam Baqir (əleyhis-salam) buyurur:
اِنَّما یُداقُّ اللّهُ الْعِبادَ فِی الْحِسابِ یَوْمَ الْقِیامَهِ عَلى ما آتاهُمْ مِنَ الْعُقُولِ فِی الدُّنْیا
“Allah-taala Qiyamət günü bəndələrindən hesab çəkərkən, dünyada onlara bəxş etdiyi ağıla uyğun olaraq dəqiq və ciddi rəftar edəcək.” (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 26, səh 314.
    
Nəşr tarixi: « 1394/01/28 »

Əlaqəli materiallar

Günahkarların əksül-əməlləri

Məvazin

Rüşvət və tanışlıq

Sağlam qəlb

Əməllərin məhvi

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 454