Cismani ləzzətlər
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Cismani ləzzətlər

Sual : Qurani kərim dünyanın zər-zinətini tənqid etdiyi halda nə üçün möminlərə onunla bağlı vəd verir?
Qısa cavab:
Ətraflı cavab:
 Bu sualın cavabı üçün əvvəlcə bu məsələyə diqqət yetirmək lazım bilirik ki, bəzi təfsirçilər kimi bu sözləri mənəvi nemətlərə yozur və ləzzətlərin mənəvi ləzzət olduğunu yazırlar. Biz bu ayələri bu şəkildə təfsir etmirik. Çünki Quranın özündən öyrəndiyimiz kimi Məadın həm ruhani və həm də cismani yönləri var. Bu əsasla o dünyanın ləzzətləri də hər iki yönlü, yəni ruhani və mənəvi yönlü olmalıdır. Söz yox ki, ruhani ləzzəti cinmani ləzzəti ilə müqayisə olunmalı deyil.
Lakin eyni halda bu həqiqəti gizlətmək olmaz ki, biz o dünyanın nemətlərinin uzaqdan qarabasmasını görürük və işarə ilə sözlərini eşidirik. Çünki o dünyanı bu aləmlə müqayisə etmək eynilə bu dünyanı ana bətni ilə müqayisə etmək kimidir. Əgər ana öz övladı ilə əlaqə yarada bilsə, işarədən başqa yolla ona bu dünyanın gözəlliklərini, parlaq günəşi, işıqlı ayı, axar çayları, bağları və gül-çiçəkləri bətnində olan körpəyə anlada bilməz. Çünki uşağın bu anlayışları dərk etməsi üçün anladığı kifayət qədər sözə sahib deyil. Həmçinin dünya bətnində mühasirə olunmuş bizlərə qiyamət gününün maddi və mənəvi nemətlərini kamil şəkildə açıqlamaq mümkün deyil.
Bu müqəddimənin aydın olması ilə sualın cavabına qayıdaq:
Əgər Allah bu dünyanın bər-bəzəyini tənqid edirsə, bu, ona görədir ki, bu dünyanın məhdudiyyətləri belə bir həyata çatmağın müxtəlif zülm və haqsızlıqlarla və ondan bəhrələnməyin  isə qəflət və xəbərsizliklə yanaşı olmasına səbəb olur.
Bu yolda irəli gələn ayrı seçkiliklər kin-küdurətlərə, paxıllıqlara, düşmənçiliklərə, sonda qan tökülməsinə və müharibələrə səbəb olur.
Amma o dünyada imkanlar çox geniş olduğundan bu zinətləri əldə etmək insanlar üçün heç bir problem yaratmır, ayrı seçkiliyə, kiminsə haqqının tapdalanmasına səbəb olmur, kin və nifrət yaratmır və mənəviyyatla dolu olan mühitdə insanı Allahdan qafil etmir. Onu qorumağa və mühafizə xidmətinə ehtiyac duyulmur, rəqiblər paxıllıq törətmir, təkəbbür və lovğalığa bais və Allahdan və onun xəlqindən ayrı düşməyə səbəb olmur.
Nə üçün cənnət əhli belə nemətlərdən məhrum olmalıdırlar? Halbuki onlar nəhəng mənəvi nemətlərin kənarında xoşagəlməz təsiri olmayan cismani ləzzətlərdir.(1)

Peinevesht:
1. "Nümunə" təfsiri, cild 12, səh 464.

    
Nəşr tarixi: « 1393/12/20 »

Əlaqəli materiallar

Gözlərin nuru

Cənnət şərabı

Cismani ləzzətlər

Gözlərin nuru

Cənnət şərabı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 581