Quranın meydan oxuması
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Quranın meydan oxuması

Sual : Quran meydan oxumaqla əvəzində necə özünə bənzər kitab tələb edir?
Qısa cavab:
Ətraflı cavab:
 Quran bir neçə surədə özü kimi əvəzləyici kitab yazmağa çağırır. O cümlədən:
1. "İsra" surəsinin 88-ci ayəsində. Bu surə Məkkədə nazil olmuşdur:
قُلْ لَیِنِ اجْتَمَعَتِ الاِنْسُ وَ الْجِنُّ عَلى اَنْ یَاْتُوا بِمِثْلِ هذَا الْقُرْآنِ لایَاْتُونَ بِمِثْلِهِ وَ لَوْ کانَ بَعْضُهُمْ لِبَعْض ظَهیراً:
De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər.»
2. "Hud" surəsinin (bu surə də Məkkədə nazil olmuşdur) 13 və 14-cü ayələrində deyilir:
 اَمْ یَقُولُونَ افْتَراهُ قُلْ فَاْتُوا بِعَشْرِ سُوَر مِثْلِهِ مُفْتَرَیات وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللّهِ اِنْ کُنْتُمْ صادِقینَ * فَاِلَّمْ یَسْتَجیبُوا لَکُمْ فَاعْلَمُوا اَنَّما اُنْزِلَ بِعِلْمِ اللّه...
Yoxsa «o, bunu (Quranı) özündən uydurmuşdur!» deyirlər! De: «Əgər doğruçusunuzsa, siz də onun kimi on uydurma surə gətirin və Allahdan başqa, kimi bacarırsınız çağırın».
Buna görə də əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr onda bilin ki, şübhəsiz bu (kitab) Allahın elmi ilə nazil olmuşdur...!
3. "Yunis" surəsinin (Məkkədə nazil olmuşdur) 38-ci ayəsində deyilir:
اَمْ یَقُولُونَ افْتَراهُ قُلْ فَاْتُوا بِسُورَه مِثْلِهِ وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللّهِ اِنْ کُنْتُمْ صادِقین
Yoxsa «bunu yalandan düzəltmişdir» deyirlər? De: «Belə isə əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın».
4. "Bəqərə" surəsinin (Mədinədə nazil olmuşdur) 23-cü ayəsində də bu məsələyə toxunulur:
وَ اِنْ کُنْتُمْ فی رَیْب مِمّا نَزَّلْنا عَلى عَبْدِنا فَاْتُوا بِسُورَه مِنْ مِثْلِهِ
 Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa siz də bir surə gətirin.
Bu yolla Quran bütün əleyhdarlarını onunla mübarizəyə və ona bənzər bir surə gətirməyə dəvət edir ki, düşmənlərin acizliyi Quranın səmavi vəhy olduğuna, ilahi peyğəmbər tərəfindən gətirildiyinə aydın dəlil olsun. Gördüyünüz kimi, Quran misli görünməyən şəffaflıq və qətiyyətlə meydan oxuyur. Şəffaflıq və qətiyyət onun haqq olmasına əyani sübutdur. Quran olduqca aydın və  möhkəm tərzdə bütün dünya əhlini, onun yaranış mənbəyi ilə əlaqəsində bütün qərarsız insanları ona bənzər bir kitab gətirməyə dəvət edir. Dəvətlə yanaşı meydan oxumaqla mübarizəyə təşviq və təhrik edir, hətta ayələrdə onların mənliyinə toxunan ibarələrdən istifadə edir. Bu ifadələr aşağıdakılardır:
اِنْ کُنْتُمْ صادِقین
Doğru deyirsinizsə. (1)
فَاْتُوا بِعَشْرِ سُوَر مِثْلِهِ مُفْتَرَیات
Onun kimi saxta on surə gətirin. (2)
قُلْ فَاْتُوا بِسُورَه مِثْلِهِ... اِنْ کُنْتُمْ صادِقین
Doğru deyirsinizsə bir uydurma surə gətirin... (3)
وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللّه
Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın.. (4)
قُلْ لَیِنِ اجْتَمَعَتِ الاِنْسُ وَ الْجِنُّ
Əgər insan və cin tayfası bir yerə toplaşsa (5)
لایَاْتُونَ بِمِثْلِه
Onun bənzərini gətirə bilməzlər. (6)
فَاتَّقُوا النّارَ الَّتی وَقُودُهَا النّاسُ وَ الْحِجارَهُ
Odunu (günahkar) insanlar və daşlar olan atəşdən qorxun. (7)
فَاِنْ لَمْ تَفْعَلُوا وَ لَنْ تَفْعَلُوا
Əgər onun kimisini gətirmədiniz və heç vaxt gətirə də bilməzsiniz... (8)

Bildiyimiz kimi Quran mübarizəsi yalnız ədəbi və ya dini müstəvidə deyil, həm də siyasi, iqtisadi və ictimai, hətta müşriklərin varlıqlarını sual altına aparan bir mübarizə idi. Başqa sözlə desək, onların olum və ölümlərini təyin edən həyati bir mübarizə idi. Mübarizədə zəfər çalsaydılar, hər şeyə malik olmuş olacaqdılar. Məğlub olduqları təqdirdə isə hər şeydən əl üzməliydilər. Bütün bunların, eləcə də yuxarıda sadalanan sövq və təşviq etmələrin müqabilində onların Quran qarşısında diz çökdüklərini, onun bənzərini gətirə bilmədiklərini görəndə Quranın möcüzə olması bir daha aydın olur.  
Yuxarıdakı ayələrin xüsusi zaman və məkana aid olmamasını diqqətdən qaçırmamalıyıq. Quran istisnasız olaraq bütün insanları və elm mərkəzlərini  mübarizəyə çağırır və hal-hazırda da bu mübarizə çağırışı davam edir. (9)  

Peinevesht:
1. "Bəqərə" surəsi, ayə 23. 
2. "Hud" surəsi, ayə 13. 
3. "Yunis" surəsi, ayə 38. 
4. "Yunis" surəsi, ayə 38, "Hud" surəsi, ayə 13. 
5. "İsra" surəsi, ayə 88. 
6. "İsra" surəsi, ayə 88. 
7. "Bəqərə" surəsi, ayə 24.
8. "Bəqərə" surəsi, ayə 24.
9. "Nümunə təfsiri", cild 26, səh. 195.

    
Nəşr tarixi: « 1393/08/19 »

Əlaqəli materiallar

İmam Əlinin (ə) görüşündə Quranın vəsfi

Quran – zalımların zərər mənbəyi

Quranın hadis (məxluq) olması

Nur

Şəfa

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 333