Allahın oğlu
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Allahın oğlu

Sual : İsa (əleyhis-salam) Allahın oğludurmu?
Qısa cavab:
Ətraflı cavab:
 Allah-taala barəsindəki bu sual İslam dininin təfəkkür tərzi ilə tanış olan insanlarda təəccüb doğursa da, qeyri-islami mühitdə yaşayan və adətən, məsihilərlə münasibətdə olan və Allahı “üçlük” (ata, oğul və müqəddəs ruh) formasında təsəvvür edən, ata Allahdan və oğul Allahdan söz açan insanlar üçün o qədər də təəccüblü deyil.
Biz əsas cavabı verməzdən öncə, müsəlmanların "Allah" dedikdə hansı həqiqəti nəzərdə tutması və məqsədlərinin nə olmasını izah etməliyik.
İslamın etiqad prinsipləri ilə cüzi məlumatı olan hər bir şəxs asanlıqla başa düşür ki, "Allah" İslam nöqteyi-nəzərindən bütün kamal sifətlərinə malik bir başlanğıc və mənbədir. Naqislik, eyib, ehtiyac və məhdudiyyət kimi məfhumlar ondan uzaqdır. Yaradılış aləmindəki bütün varlıqlar onun yaratdığı və ona ehtiyaclı olan varlıqlardır və onun heç bir varlığa ehtiyacı yoxdur.
Aydın məsələdir ki, belə bir Allah nə bir kəsə, nə də zehni təsəvvür və xarici üzvlərə ehtiyaclı deyil. O, doğmamış və doğulmamışdır. Onun nə həyat yoldaşı ola, nə də o, gözlə görünə bilər. O, zaman və məkanla məhdudlaşa bilməz. (1)
Əgər sadaladığımız xüsusiyyətlərin hər hansı biri Allahda olsaydı, o, allahlıq məqamından tənəzzül edərək yaranmışlar və məxluqların sırasında yer alardı.
Məsələn, Allah digər maddi varlıqlar kimi mürəkkəb ‒ üzv və hissələrdən ibarət olsaydı, o, öz varlığı üçün suyun oksigen və hidrogendən təşkil olunması və öz varlığı üçün bu iki ünsürə ehtiyaclı olması kimi həmin ünsürlərə ehtiyac duyacaq və onlar olmadan yaranmayacaqdı. Belə bir izah onun Allah, yəni varlıq aləminin yaradanı olması ilə uyğun gəlmir.
Beləliklə, həzrət İsanı (əleyhis-salam) "Allahın oğlu" hesab edən xaçpərəstlər Allahı allahlıq məqamından aşağı saldıqları və ona digər varlıqların sırasında yer verdiklərinə diqqət yetirmirlər.
Əsla mürəkkəb olmayan Allahın öz hissələrindən birini özündən ayıraraq bütün insanlar kimi cismani xüsusiyyətləri olan "İsa" şəklində yaratması, onu "oğlu" və özünü "onun atası" adlandırması necə mümkün ola bilər?!
Məsihi rəsmi dairələri "həzrət İsanın (ə) Allahın oğlu olması" məsələsinin qəti elmi və əqli prinsiplərə uyğun gəlmədiyini gördükdə, onu müxtəlif izahlarla cavablandırmaq istəmiş və "həzrət İsanın (ə) Allahın oğlu olmasını" aşağıda qeyd olunan izahlardan biri ilə belə bəyan etmişlər:
1. İsanın (ə) yaranışı qeyri-adi olduğu, yəni atası olmadan dünyaya gəldiyi üçün, habelə, həyatda olduğu müddətdə gördüyü işlər möcüzə və qeyri-adi hadisələrlə dolu olduğundan, həzrət İsaya (ə) "Allahın təcəssümü" və onu tam əks etdirən "ayna" demək olar və bu üzdən Allah onu "oğul" adlandırmış, yaxud da Allah İsanı (ə) həddən artıq sevdiyinə görə onu "oğul" deyə çağırmışdır.
Bu cavabın iki nöqsanı var:
1) Sözügedən cavab Əhdi-Cədidin aşağıdakı ayələri ilə uyğun gəlmir. Ayələrdə deyilir: ˝Lakin vaxt gəlib çatdıqda, Allah qadından doğulmuş oğlunu göndərdi.˝ Habelə, məsihilərin "Niqiyyə" etiqadnaməsində qeyd olunan etiqad prinsipində deyilir:
˝Biz vahid, mütləq mənada qadir, gözlə görünən və görünməyən hər bir şeyi yaradan ata Allah və vahid Allah İsa Məsihə ‒ Allahın oğluna, ata tərəfindən dünyaya gələn və atanın zatından olan yeganə doğulana iman bəsləyirik. Allahdan Allah, nurdan nur, həqiqi Allahdan həqiqi, yəni məxluq olmayan, ata ilə eyni zatdan ibarət bir Allah yaranır...˝
Bu etiqadlar da yuxarıdakı cavabla ziddiyyət təşkil edir, çünki yuxarıdakı ifadələr İsa Məsihin (ə) Allahın oğlu olduğunu təsdiq edir. Nurun nurdan ayrılması kimi İsa da Allahdan ayrılmış, Məryəmin bətninə düşmüş, oradan insanların hidayət və səadəti üçün bu aləmə qədəm qoymuşdur.
2) Əgər atasız yaranımaq, möcüzə və xariquladə məsələlərlə dolu həyata malik olmaq kiminsə Allah adlandırılması üçün kifayət etsəydi, bu ad yalnız həzrət İsaya (ə) məxsus olmazdı, çünki həzrət Adəm (ə) də ata-anasız yaranmışdı. İbrahim, Musa və Nuh kimi peyğəmbərlərin həyatları da başdan-başa qeyri-adi və möcüzəli hadisələrlə dolu idi. Eyni zamanda, Allah-taala onların hamısını sevmişdir. Belə olduğu halda, onları da "Allahın oğlu" adlandırmaq lazımdır.
2. Digər cavabda deyilir: ˝İsa (ə) Allahın oğludur dedikdə, məqsəd hərarətin suya daxil olması kimi Allahın İsanın vücuduna daxil olmasıdır (hülul etməsidir).
Bu cavab suala cavab verməkdən boyun qaçırmaqdan əlavə. quyudan çıxıb dərəyə yuvarlanmaqdır, çünki əvvəldə xatırlatdığımız kimi, Allah-taala nə cisim ola, nə də zaman və məkanla məhdudlaşa bilər. Görəsən mütləq vücuddan ibarət olan, zaman və məkanla məhdudlaşmayan Allah digər insanlar kimi qidalanan, yatan, yol gedən, zaman və məkan baxımından məhdud olan İsa (ə) kimi bir insanın bədəninə necə hülul edə bilər? Dəniz suyu məhdud olmasına baxmayaraq, balaca bir kasada yerləşdirilə bilərmi? Əgər yerləşə bilməzsə, onda, Allahın qeyri-məhdud vücudu İsa (ə) kimi bir insanın vücudunda necə məhdudlaşa bilər?!
Beləliklə, İsanın (ə) Allahın oğlu olması məsələsi ağlabatan və məntiqi deyil və İslam dininin etiqad prinsiplərindən azacıq məlumatı olan insana ˝Nə üçün Allah yemək yemir və nə üçün yol getmir?˝ kimi suallar son dərəcə təəccüblü və yersiz gələ bilər.

Peinevesht:
1. Bu dəlillərin izahını "Allahı necə tanıyaq?" kitabından mütaliə edə bilərsiniz. 

    
Nəşr tarixi: « 1393/07/16 »

Əlaqəli materiallar

Müqəddəs ruh

İsa Məsihin dünyaya gəlməsi

Üçlük etiqadı

Məsihi dinində üç cərəyan

Məsihin allahlıq iddiası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 340