Fitir axşamının əməlləri
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Fitir axşamının əməlləri

Sual : Bayram axşamı hansı əməllər məsləhət görülür?
Qısa cavab:
Ətraflı cavab:
Şəvval ayı üçün müştərək əməllər qeyd edilməmişdir, lakin bu aya məxsus olan əməllər vardır:
Ayın birinci gecəsi (Fitir bayramının gecəsi):
Həddən artıq bərəkətli bir gecədir. Onun fəzilət və əhəmiyyəti barədə rəvayətlərdə ”qədr gecəsi”ndən geri qalmadığının söylənilməsini bildirmək kifayətdir. Eyni zamanda, rəvayətlərdə bu gecə əhya saxlamaq və ibadətlə məşğul olmaq tövsiyə edilmişdir. (1)
Bu gecə üçün bir neçə əməl qeyd edilmişdir:
Birincisi, günəş qürub etdikdə qüsl almaq. (2)
İkincisi, bu gecə bağışlanmaq diləmək, namaz qılmaq və dua etməklə əhya saxlamaq, gecəni məsciddə keçirmək, yəni imam Əli ibn Hüseynin (ə) etdiyi kimi gecəni orada başa vurmaq, ibadətlə məşğul olmaq. (3)
Üçüncüsü, imam Sadiq (ə) buyurur ki, şam, xiftən, sübh və fitr namazlarından sonra bu zikrləri deyin:
اَللهُ اَکْبَرُ، اَللهُ اَکْبَرُ، لا اِلـهَ اِلاَّ اللهُ، وَ اللهُ اَکْبَرُ، اَللهُ اَکْبَرُ، و للهِ الْحَمْدُ، اَللهُ اَکْبَـرُ عَلى ما هَـدانـا، وَ لَهُ الشُّکْرُ عَلى ما اَوْلانا.
“Allah böyükdür, Allah böyükdür, Allahdan başqa, heç bir məbud yoxdur, Allah böyükdür, həmd yalnız Allaha məxsusdur. Allah bizi hidayət etdiyi şeydən daha böyükdür və bizə nemət bəxş etdikləri şeyə görə həmd-səna yalnız ona məxsusdur.”(4)
Dördüncüsü, imam Sadiqdən (ə) nəql edilən rəvayətə əsasən, məğrib (şam) namazı və onun nafiləsini qıldıqdan sonra əlləri göyə qaldıraraq belə demək:
یا ذَا الْمَنِّ وَالطَّوْلِ، یا ذَا الْجُودِ، یا مُصْطَفِىَ مُحَمَّد وَناصِرَهُ، صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد، وَاغْفِرْ لى کُلَّ ذَنْب اَحْصَیْتَهُ، وَهُوَ عِنْدَکَ فى کِتاب مُبین.
“Ey nemət və fəzilət sahibi, ey bəxşiş və ehsan sahibi, ey Məhəmməd və onun canişinini (köməkçisini) seçən, Məhəmməd və Ali-Məhəmədə salam göndər və mənim əməldə dəftərimdə yazılan və sənin dərgahında aydın bir kitabda qeyd edilən bütün günahlarımı bağışla!”
Sonra səcdəyə gedərək yüz dəfə belə demək:
 اتُوبُ الَى اللّهِ.
"Ətubu iləllah." – Allaha tövbə edirəm!
Sonra nə hacəti varsa Allah-taaladan istəsin. İnşallah qəbul olunacaq. (5)
Beşincisi, bu gecədə imam Hüseynin (ə) ziyarətnaməsinin (xüsusilə də, fitr gecəsində xüsusi ziyarətnaməsinin) oxunmasının həddən artıq fəzilət və savabı vardır.
Altıncısı, on rükətlik (iki rükət-iki rükət) namaz qılmaq (onun keyfiyyəti barədə ramazan ayının axırıncı gecəsinin əməlləri ilə bağlı bölmədə qeyd edilib).
Yeddincisi, deyilməsi cümə günü də müstəhəb olan bu zikri on dəfə oxusun:
یا دایِمَ الْفَضْلِ عَلَى الْبَرِیَّهِ، یا باسِطَ الْیَدَیْنِ بِالْعَطِیَّهِ، یا صاحِبَ الْمَواهِبِ السَّنیَّهِ، صَلِّ عَلى مُحَمَّد وَ آلِهِ خَیْرِ الْوَرى سَجِیَّهً، وَ اغْفِرْ لَنا یا ذَالْعُلى فی هذِهِ الْعَشِیَّهِ.
“Ey məxluqata fəzilət və bəxşişi daimi olan, ey bəxşiş etməkdə iki əli açıq olan, ey dəyərli hədiyyələrə (nemətlərə) malik olan, paklıq və fitrətdə yaradılmışların ən yaxşısı olan Məhəmməd və onun Əhli-beytinə salam göndər və bizi bu gecədə bağışla, ey ucaməqamlı Allah!” (6)
Səkkizincisi, Fitr bayramı gecəsində məşhur olan iki rükətlik namazı qılmaq. Birinci rükətdə "Fatihə" surəsindən sonra min dəfə "İxlas" surəsini, ikinci rükətdə "Fatihə" surəsindən sonra bir dəfə "İxlas" surəsini oxusun. Namazın salamından sonra, səcdəyə gedib yüz dəfə "ətubu iləllah" zikrini söyləsin və sonra belə desin:
یا ذَا الْمَنِّ وَالْجُودِ، یا ذَا الْمَنِّ وَالطَّوْلِ، یا مُصْطَفِىَ مُحَمَّد صَلَّى اللهُ عَلَیْهِ وَآلِهِ، صَلِّ عَلى مُحَمَّد وَ آلِهِ، وَ افْعَلْ بى کَذا وَ کَذا.
“Ey minnət və ehsan sahibi, ey nemət və bəxşiş sahibi, ey Məhəmmədi (ona və Əhli-beytinə salavat olsun) (peyğəmbərliyə) seçən, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və mənim filan hacətlərimi qəbul et!”
کذا و کذا ( kəza və kəza) sözlərinin yerinə hacətlərini deyirsən.
Rəvayətlərdə yazılmışdır: Əmirəl-möminin Əli (ə) bu namazı qeyd edilən keyfiyyətlərə əməl etməklə qılır və başını səcdədən qaldırdıqdan sonra belə buyururdu: "Həqiqətən, canım ixtiyarında olan Allaha and olsun ki, kim bu namazı qılsa və Allahdan nə hacət istəsə, hacəti qəbul olunacaq və çoxlu günahları bağışlanacaq." (7)
Əmirəl-möminindən (ə) nəql edilən digər bir rəvayətdə "İxlas" surəsinin min dəfə oxunması yerinə yüz dəfə oxunması qeyd edilmişdir. Amma bu rəvayətdə sözügedən namazın məğrib namazı və onun nafiləsindən sonra qılınması bildirilmişdir. (8) (Hər iki namaz yaxşıdır, bəyəniləndir).
Mərhum Şeyx Tusi və Seyyid ibn Tavus nəql etmişlər ki, aşağıdakı dua həmin namazı qıldıqdan sonra oxunur:
یا اَللهُ یا اَللهُ یا اَللهُ، یا رَحْمنُ یا اَللهُ، یا رَحیمُ یا اَللهُ، یا مَلِکُ یا اَللهُ، یا قُدُّوسُ یا اَللهُ، یا سَلامُ یا اَللهُ، یا مُوْمِنُ یا اَللهُ، یا مُهَیْمِنُ یا اَللهُ، یا عَزیزُ یا اَللهُ، یا جَبّارُ یا اَللهُ، یا مُتَکَبِّرُ یا اَللهُ، یا خالِقُ یا اَللهُ، یا بارِیُ یا اَللهُ، یا مُصَوِّرُ یا اَللهُ، یا عالِمُ یا اَللهُ، یا عَظیمُ یا اَللهُ، یا عَلیمُ یا اَللهُ، یا کَریمُ یا اَللهُ، یا حَلیمُ یا اَللهُ، یا حَکیمُ یا اَللهُ، یا سَمیعُ یا اَللهُ، یا بَصیرُ یا اَللهُ، یا قَریبُ یا اَللهُ، یا مُجیبُ یا اَللهُ، یا جَوادُ یا اَللهُ، یا ماجِدُ یا اَللهُ، یا مَلِىُّ یا اَللهُ، یا وَفِىُّ یا اَللهُ،یا مَوْلى یا اَللهُ،یا قاضى یا اَللهُ، یا سَریعُ یا اَللهُ، یا شَدیدُ یا اَللهُ، یا رَوُوفُ یا اَللهُ، یا رَقیبُ یا اَللهُ،یا مَجیدُ یا اَللهُ،یا حَفیظُ یا اَللهُ، یا مُحیطُ یا اَللهُ، یا سَیِّدَ السّادَهِ یا اَللهُ، یا اَوَّلُ یا اَللهُ،یا اخِرُ یا اَللهُ،یا ظاهِرُ یا اَللهُ،یا باطِنُ یا اَللهُ،یا فاخِرُ یا اَللهُ، یا قاهِرُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ،یا رَبّاهُ یا اَللهُ،یا رَبّاهُ یا اَللهُ، یا وَدُودُ یا اَللهُ، یا نُورُ یا اَللهُ، یا رافِعُ یا اَللهُ، یا مانِعُ یااَللهُ، یا دافِعُ یا اَللهُ، یا فاتِحُ یااَللهُ، یا نَفّاعُ یا اَللهُ، یا جَلیلُ یا اَللهُ، یا جَمیلُ یا اَللهُ، یا شَهیدُ یا اَللهُ، یا شاهِدُ یا اَللهُ، یا مُغیثُ یا اَللهُ، یا حَبیبُ یا اَللهُ، یا فاطِرُ یا اَللهُ، یا مُطَهِّرُ یا اَللهُ، یا مَلِکُ یا اَللهُ، یا مُقْتَدِرُ یا اَللهُ، یا قابِضُ یا اَللهُ، یا باسِطُ یا اَللهُ، یا مُحْیى یا اَللهُ، یا مُمیتُ یا اَللهُ، یا باعِثُ یا اَللهُ، یا وارِثُ یا اَللهُ، یا مُعْطى یا اَللهُ، یا مُفْضِلُ یا اَللهُ، یا مُنْعِمُ یا اَللهُ، یا حَقُّ یا اَللهُ، یا مُبینُ یا اَللهُ، یا طَیِّبُ یا اَللهُ، یا مُحْسِنُ یا اَللهُ، یا مُجْمِلُ یا اَللهُ،یا مُبْدِیُ یا اَللهُ،یا مُعیدُ یا اَللهُ،یا بارِیُ یا اَللهُ،یا بَدیعُ یا اَللهُ، یا هادى یا اَللهُ، یا کافى یا اَللهُ،یا شافى یا اَللهُ، یا عَلِىُّ یا اَللهُ، یا عَظیمُ یا اَللهُ، یا حَنّانُ یا اَللهُ، یا مَنّانُ یا اَللهُ، یا ذَاالْطَّوْلِ یا اَللهُ،یا مُتَعالى یا اَللهُ، یا عَدْلُ یا اَللهُ، یا ذَا الْمَعارِجِ یا اَللهُ، یا صِدْقُ یااَللهُ، یا دَیّانُ یا اَللهُ، یا باقى یا اَللهُ، یا واقى یا اَللهُ، یا ذَا الْجَلالِ یا اَللهُ، یا ذَا الاْکْرامِ یا اَللهُ، یا مَحْمُودُ یا اَللهُ، یا مَعْبُودُ یا اَللهُ، یا صانِعُ یا اَللهُ، یا مُعینُ یا اَللهُ، یا مُکَوِّنُ یا اَللهُ، یا فَعّالُ یا اَللهُ، یا لَطیفُ یا اَللهُ، یا جَلیلُ یا اَللهُ، یا غَفُورُ یااَللهُ، یا شَکُورُ یااَللهُ، یا نُورُ یا اَللهُ، یا قَدیرُ یااَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ،یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، یا رَبّاهُ یا اَللهُ، اَسْیَلُکَ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَتَمُنَّ عَلَىَّ بِرِضاکَ، وَتَعْفُوَ عَنّى بِـحِلْمِکَ، وَتُـوَسِّعَ عَلَىَّ مِـنْ رِزْقِکَ الْحَلالِ الطَّیِّبِ، وَمِنْ حَیْثُ اَحْتَسِبُ وَمِنْ حَیْثُ لا اَحْتَسِبُ، فَاِنّى عَبْدُکَ لَیْسَ لى اَحَدٌ سِواکَ، وَلا اَحَدٌ اَسْیَلُهُ غَیْرُکَ، یا اَرْحَمَ الرّاحِمینَ، ما شآءَ اللهُ لا قُوَّهَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ
Ey Allah, ey Allah, ey Allah, ey rəhimli, ey Allah, ey malik, ey Allah, ey pak, ey Allah, ey salamatçılıq bəxş edən, ey Allah, ey əmin-amanlıq verən, ey Allah, ey qoruyan, ey Allah, ey qüdrətli, ey Allah, ey iqtidar sahibi, ey Allah, ey əzəmətli, ey Allah, ey yaradan, ey Allah, ey var olan, ey Allah, ey sima verən, ey Allah, ey elmli, ey Allah, ey əzəmətli, ey Allah, ey kərim olan, ey Allah, ey həlim olan, ey Allah, ey hikmətli, ey Allah, ey eşidən, ey Allah, ey bəsirətli (görən), ya Allah, ey duaları qəbul edən, ey Allah, ey bəxş edən, ey Allah, ey şövkətli, ey Allah, ey mehriban, ey Allah, ey mühafiz, ey Allah, ey uca, ey Allah, ey qoruyan, ey Allah, ey əhatə edən, ey Allah, ey böyük şəxslərin əzəmətli Allahı, ey Allah, ey əvvəl, ey Allah, ey axır, ey Allah, ey zahir, ey Allah, ey batin, ey Allah, ey fəxrli, ey Allah, ey qalib, ey Allah, ey qalib, ey Allah, ey mənim pərvərdigarım, ey Allah, ey Allah, ey mənim pərvərdigarım, ey Allah, ey sevilən Allah, ey Allah, ey nur, ey Allah, ey ucaldan, ey Allah, ey mane olan, ey Allah, ey aradan qaldıran, ey Allah, ey (bağlı qapıları...) açan, ey Allah, ey mənfəət verən, ey Allah, ey əzəmətli, ey Allah, ey gözəl, ey Allah, ey şahidlik edən, ey Allah, ey şahid, ey Allah, ey fəryada yetən, ey Allah, ey dost, ey Allah, ey xaliq, ey Allah, ey pak edən, ey Allah, ey malik, ey Allah, ey qüdrətli, ey Allah, ey alan (canı, ruhu qəbz edən), ey genişləndirən, ey Allah, ey dirildən, ey Allah, ey öldürən, ey Allah, ey bir yerə toplayan, ey Allah, ey bəxş edən, ey Allah, ey həddən artıq bəxş edən, ey Allah, ey nemət verən, ey Allah, ey haqq olan, ey Allah, ey aşkar edən, ey Allah, ey pak, ey Allah, ey yaxşılıq edən, ey Allah, ey gözəllik verən, ey Allah, ey yaratmağı başlayan, ey Allah, ey geri qaytaran, ey Allah, ey icad edən (yoxdan yaradan), ey Allah, ey hidayət edən, ey Allah, ey kifayət edən (yetərli), ey Allah, ey şəfa verən, ey Allah, ey ucaməqamlı, ey Allah, ey əzəmətli, ey Allah, ey həddən artıq mehriban, ey Allah, ey həddən artıq bağışlayan, ey Allah, ey nemət sahibi, ey Allah, ey üstün olan, ey Allah, ey ədalətli, ey Allah, ey uca məqamlar sahibi, ey Allah, ey mütləq doğruluq, ey Allah, ey mükafat verən, ey Allah, ey baqi (əbədi)olan, ey Allah, ey cəlal sahibi, ey Allah, ey böyüklük sahibi, ey Allah, ey həmd edilən, ey Allah, ey məbud, ey Allah, ey yaradan, ey Allah, ey yardım edən, ey Allah, ey vücuda gətirən, ey Allah, ey bütün işləri görən, ey Allah, ey lütf edən, ey Allah, ey bağışlayan, ey Allah, ey qədirbilən, ey Allah, ey nur, ey Allah, ey qadir, ey Allah, ey pərvərdigarım, ey Allah, ey pərvərdigarım, ey Allah, ey pərvərdigarım, ey Allah, ey pərvərdigarım, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, ey Allah, ey pərvərdigarım, ey Allah, səndən Məhəmməd və Ali-Məhəmmədə salam göndərməyini və razılığına xatir mənə minnət qoymağını, məni helminə xatir bağışlamağını, gözlədiyim və gözləmədiyim yerdən mənə halal və pak ruzi artırmağını istəyirəm, həqiqətən, mən sənin bəndənəm, səndən başqa, heç kimim və bir şey istəyəcək kimsəm yoxdur, ey rəhm edənlərin ən rəhimlisi, Allahın istədiyi kimi olacaq və əzəmətli Alahdan başqa, heç kəsdə qüvvət və qüdrət yoxdur.
Sonra səcdəyə gedir və deyirsən:
یااَللهُ یااَللهُ،یا رَبِّ یا اَللهُ، یا رَبِّ یا اَللهُ، یا رَبِّ یا اَللهُ، یا اَللهُ یا اَللهُ، یا رَبِّ یا رَبِّ یا رَبِّ، یا مُنْزِلَ الْبَرَکاتِ، بِکَ تُنْزَلُ کُلُّ حاجَه، اَسْیَلُکَ بِکُلِّ اسْم فى مَخْزُونِ الْغَیْبِ عِنْدَکَ، وَالاَْسْمآءِ الْمَشْهُوراتِ عِنْدَکَ، اَلْمَکْتُوبَهِ عَلى سُرادِقِ عَرْشِکَ، اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْ تَقْبَلَ مِنّى شَهْرَ رَمَضانَ، وَتَکْتُبَنى مِنَ الْوافِدینَ اِلى بَیْتِکَ الْحَرامِ، وَتَصْفَحَ لى عَنِ الذُّنُوبِ الْعِظامِ، وَتَسْتَخْرِجَ یا رَبِّ کُنُـوزَکَ یا رَحْمـنُ.
“Ey Allah, ey Allah. ey rəbbim, ey Allah, ey rəbbim, ey Allah, ey rəbbim, ey Allah, ey Allah, ey Allah, ey rəbbim, ey rəbbim, ey rəbbim, ey bərəkət nazil edən, hacətlər sənin sayəndə hasil olur, səndən sənin gizli xəzinələrində olan və sənin üçün aşkar olan və ərşin üzərinə yazılan adların vasitəsi ilə Məhəmməd və onun Əhli-beytinə salam göndərməyini, məndən Ramazan ayını (oruclarımı) qəbul etməyini və adımı evinin (Kəbənin) ziyarətinə gedənlərin arasında yazmağını və böyük günahlarıma göz yummağını (günahlarımdan keçməyini) və xəzinələrini mənə aşkar etməyini istəyirəm, ey bağışlayan!” (9)
Doqquzuncusu, on dörd rükət (iki rükət-iki rükət) namaz qılmaq. Hər rükətdə Fatihə, Ayətəl-kürsi və üç dəfə İxlas surəsini oxusun. Rəvayətdə bu namazı qılan şəxsə Allahın həmin namazın rükətləri müqabilində hədsiz savablar verəcəyi qeyd edilmişdir. (10)
Onuncusu, mərhum Şeyx Tusi "Misbahul-mutəhəccid" kitabında belə yazır: "Gecənin sonunda da qüsl al və sübh açılana qədər namaz qıldığın yerdə otur və Allaha zikr de!" (11)

Peinevesht:
1. "İqbal", səh. 274 və "Zadul-məad", səh. 220.
2. "Zadul-məad", səh. 220; "Üsuli-Kafi", c.4, səh. 167, hədis 3.
3. "İqbal", səh. 274.
4. "Misbahul-mutəhəccid", səh. 648.
5. "İqbal", səh. 271.
6. Kəfəmi, "Misbah", səh. 647.
7. "İqbal", səh. 272; "Zadul-məad", səh. 221.
8. "İqbal", səh. 272.
9. "Misbahul-mutəhəccid", səh. 649; "İqbal", səh. 272; "Biharul-ənvar", c.88, səh. 120 (azacıq fərqlərlə).
10. "Biharul-ənvar", c.88, səh. 122.
11. "Misbahul-mutəhəccid", səh. 651.

    
Nəşr tarixi: « 1393/05/09 »

Əlaqəli materiallar

Fitir bayramı gününün fəzilət və əməlləri

Fitir axşamının əməlləri

Ayı görən zaman oxunan dua

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 983