Peyğəmbər (s) barəsində "Xatəmun-nəbiyyin" ifadəsi
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Peyğəmbər (s) barəsində "Xatəmun-nəbiyyin" ifadəsi

Sual : Nə üçün Peyğəmbər (s) "Xatəmun-nəbiyyin" adlandırılıb?
Qısa cavab:
Ətraflı cavab:
Allah-taala "Əhzab" surəsinin 40-cı ayəsində belə buyurur:
وَ لکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیِّینَ
"O, Allahın rəsulu və xatəmən-nəbidir (peyğəbərliyə son qoyan və ya peyğəmbərlərin sonuncusudur)."
Lüğətçilərin nəzərinə əsasən, "xatəm" sözü "onun vasitəsi ilə hansısa bir şeyə son qoyulması" və ya "yazının sonunda möhrün qoyulması" kimi mənalara malikdir.
Qədimdə belə bir adət var idi ki, məktubun və ya evin qapısının kiminsə tərəfindən açılmaması üçün məktubun və ya evin qıfılının üzərinə bir şey yapışdırır və ona möhür vururdular. Hazırda və müasir zamanımızda həmin məsələ blom və ya möhür vurulması ilə əvəz edilmişdir. Möhür vurulan şeyi açmaq üçün həmin yapışdırılmış şeyin sındırılması lazım gəlirdi. Əşya və ya kağızların üzərinə vurulan belə möhürlərə "xatəm" deyirdilər. Yapışdırılan maddə kimi gildən istifadə edildiyi üçün məhşur olan qədim lüğət kitablarında "xatəm" barəsində belə yazılır:
 ما یُوْضَعُ عَلَى الطِّیْنَه
"Gilin üzərinə vurulan şey."
Bunların hamısı "xətm" sözünün "son" mənasını verməsi səbəbi ilədir. Yəni, möhr vurmaq yazının sonunda yerləşdiyi üçün ona "xatəm" (son qoyan) deyirdilər. Üzüyə də "xatəm" deyilməsi ona görə idi ki, bir qayda olaraq möhürü üzüklərinin qaşına həkk edirdilər. Beləliklə, Peyğəmbər barəsində də işlədilən "xatəm" sözü bu mənadadır.
Mərhum Kuleyni "Kafi" kitabında imam Sadiqdən (ə) belə nəql edir:
اِنَّ خاتَمَ رَسُولِ اللّهِ(صلى الله علیه وآله) کانَ مِنْ فِضَّه نَقْشُهُ مُحَمَّدٌ رَسُولُ اللّهِ(صلى الله علیه وآله)
"Həqiqətən, Peyğəmbərin (s) üzüyü gümüşdən idi və onun qaşında belə yazılmışdı: "Muhəmmədun (s) rəsulullah (Məhəmməd (s) Allahın rəsuludur)."" (2)
Bəzi tarixi əsərlərdə qeyd edilmişdir ki, hicri altıncı ildə baş verən hadisələrdən biri də Peyğəmbərin (s) özünə qaşında yazı olan üzük alması olmuşdur. Buna səbəb, o həzrətə "padşahların “möhürsüz məktubu” oxumadıqlarını" söyləmək olmuşdur. (3)
"Təbəqat" kitabında da belə qeyd edilmişdir: "İslam peyğəmbəri (s) öz dəvətini genişləndirmək və yer üzərindəki bütün padşah və soltanlara məktub yazmaq istədikdə, göstəriş verdi ki, ona qaşında "Muhəmmədun (s) rəsulullah (Məhəmməd (s) Allahın rəsuludur)" Yazısı olan bir üzük hazırlasınlar. Peyğəmbər həmin üzüklə məktublarına möhür vurardı." (4)
Bu bəyana əsasən, aydın olur ki, günümüzdə "xatəm" sözü üzük mənasında istifadə edilsə də, həmin söz "xətm və son" sözündən götürülmüş və mənası da son qoymaqdır və yazının sonunda möhür vurmaq üçün istifadə edilən üzüklərə şamildir.
Bundan əlavə, həmin söz Quranda bir çox yerdə işlənmiş və onda yalnız bir məna nəzərdə tutulmuşdur ki, o da "son qoymaq və möhür vurmaq"dan ibarətdir:
اَلْیَوْمَ نَخْتِمُ عَلى اَفْواهِهِمْ وَ تُکَلِّمُنا اَیْدِیهِمْ
"Bu gün (Qiyamət günü) onların ağızlarına möhür vurarıq və əlləri bizimlə danışar." (5)
Başqa bir ayədə belə oxuyuruq:
خَتَمَ اللّهُ عَلى قُلُوبِهِمْ وَ عَلى سَمْعِهِمْ وَ عَلى اَبْصارِهِمْ غِشاوَهٌ
"Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhürü vurmuşdur və onların gözlərində (qəflət) pərdəsi vardır." (6)
Buradan belə məlum olur ki, ayələrin Peyğəmbərin (s) son peyğəmbər olması və peyğəmbərliyi sona çatdırması barədəki dəlaləti barədə şəkkə düşən kəslər, həqiqətdə, "xatəm" sözünün mənasından xəbərdar olmamış və ya özlərini xəbərsizliyə vurmuşlar. Ərəb qrammatikasından azacıq məlumatı olan hər bir şəxs "xatəmən-nəbiyyin" sözünün aşkarcasına "peyğəmbərliyə son qoymaq" mənasını verdiyini bilir.
Ayənin bundan fərqli şəkildə təfsir edilməsi yüngüllük və düşüncəsizlik olar. Məsələn, desək ki, Peyğəmbər (s) sanki peyğəmbərlərin üzüyü idi, yəni onların zinəti hesab olunurdu. Bilirik ki, üzük insan üçün sadə bir şeydir və insanın özü ilə müqayisədə dəyərsizdir. Əgər ayəni bu şəkildə təfsir etmiş olsaq, o həzrətin məqamını həddən artıq şəkildə aşağı salmış olarıq. Bundan əlavə, həmin məsələ Quranda səkkiz yerdə işlənən ayələrlə də uyğunluq təşkil etməz. Belə ki, hər yerdə bu söz (xatəm) son qoymaq və möhür vurmaq mənasında istifadə edilmişdir. (7)

Peinevesht:
1. "Lisanul-ərəb" və "Qamusul-luğət", "xatəm" sözü .(الخاتَمُ ما یُوْضَعُ عَلَى الطِّیْنَة)
2. Bu xəbəri Beyhəqi "Sunən" əsəri, 10-cu cild, səh. 128-də qeyd etmişdir.
3. "Səfinətul-bihar", c.1, səh. 376.
4. "Təbəqatul-kubra", c.1, səh. 258.
5. "Yasin surəsi", ayə 65.
6. "Bəqərə surəsi", ayə 7.
7. Ayətullah Məkarim Şirazi, "Nümunə təfsirindən seçmələr", "Darul-kutubil-islamiyyə" nəşriyyatı, c.17, səh. 363.

    
Nəşr tarixi: « 1393/05/01 »

Əlaqəli materiallar

Peyğəmbər (s) barəsində "Xatəmun-nəbiyyin" ifadəsi

Peyğəmbərin (s) spesifik xüsusiyyətləri onun çağırışının doğru olmasına sübutdur

Peyğəmbərin (s) “ümmi” olması Quranın möcüzə olmasına dəlildir

Peyğəmbərin (s) “ümmi” olması

Təhrif olunmuş Tövrat və İncildə Peyğəmbərin (s) nişanələri

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2610