Ayətullah Məkarim Şirazinin görüşündə imperializm polemikasında strateji nümunələr

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə imperializm polemikasında strateji nümunələr

makarem news

Xülasə:
Açar sözlər:

Hər il hicri-şəmsi təqvimi ilə Aban ayının 13-ü (Noyabr ayının 4-ü) dünya imperialistləri ilə mübarizə gününün ildönümü və bu ölkənin inqilabçı gənclərinin Amerikanın imperialist xislətinə qarşı fəryadının anım günüdür, hansı ki, Ağ evin dövlət nümayəndələrinin müstəmləkəçi damarlarından qaynayır. Odur ki, insan hüquqlarının müdafiəsi şüarı ilə fələyin qulağını kar edən dünyanın ən böyük sənaye ölkələrinin səfirlikləri məzlumların istismarı istiqamətində təhlükəli cəsus yuvasına dönmüş, ədəbli, zirək və alicənab diplomatları isə CİA kəşfiyyat orqanının üzvlərinə çevrilmişdir.

Qaynaq:
undefined
Peinevesht:


Ayətullah Məkarim Şirazinin görüşündə imperializm polemikasında strateji nümunələr

Hər il hicri-şəmsi təqvimi ilə Aban ayının 13-ü (Noyabr ayının 4-ü) dünya imperialistləri ilə mübarizə gününün ildönümü və bu ölkənin inqilabçı gənclərinin Amerikanın imperialist xislətinə qarşı fəryadının anım günüdür, hansı ki, Ağ evin dövlət nümayəndələrinin müstəmləkəçi damarlarından qaynayır. Odur ki, insan hüquqlarının müdafiəsi şüarı ilə fələyin qulağını kar edən dünyanın ən böyük sənaye ölkələrinin səfirlikləri məzlumların istismarı istiqamətində təhlükəli cəsus yuvasına dönmüş, ədəbli, zirək və alicənab diplomatları isə CİA kəşfiyyat orqanının üzvlərinə çevrilmişdir.
Aban ayının 13-ü dünya imperialistləri ilə mübarizə gününün ildönümü və bu ölkənin inqilabçı gənclərinin Amerikanın imperialist xislətinə qarşı fəryadının anım günüdür, hansı ki, Ağ evin dövlət nümayəndələrinin müstəmləkəçi damarlarından qaynaqlanır. Odur ki, insan hüquqlarının müdafiəsi şüarı ilə fələyin qulağını kar edən dünyanın ən böyük sənaye ölkələrinin səfirliyi məzlumların istismarı istiqamətində təhlükəli cəsus yuvasına dönüb (1), ədəbli, zirək  və alicənab diplomatları isə CİA kəşfiyyat orqanının üzvlərinə çevrilib (2).
Buna görə də Qurani-kərim “təkəbbür”ü (hegemonluğu) insanın ən çirkin sifəti, ən pis əməli və ən məzəmmətli xisləti sayır, belə ki, müxtəlif günahların qaynağı, hətta küfrün mənşəyi, eləcə də bir çox cinayət, zülüm, qəddarlıq və hüquq pozuntularının mənbəyi sayıla bilər (3). Günümüzdə də, insan cəmiyyətlərində qlobal korrupsiya və sosial qeyri-sabitlik sahəsində hegemonluq ilk sözü deyir. Müasir dünyada bəşərin ən böyük bəlası da həmin hegemonluqdur. Əfsuslar olsun ki, hamı bunun atəşinə yanıb fəryad etsə də, çarəsini axtaran çox azdır (4). Bu izahlardan sonra imperialist və diktator güclərlə mübarizə və qarşıdurma mexanizminin təhlili zərurəti qaçılmazdır. Bu səbəbdən, Ayətullah Məkarim Şirazinin yüksək nəzər və düşüncələrindən yararlanaraq, “anti-imperializm polemikasında ən strateji nümunələr” möhtərəm istifadəçi və oxuculara təqdim edilir:

Təkəbbür məfhumunun mənasına baxış
“Təkəbbür” kəlməsinin məfhumuna açıqlama verdikdə, iki məna ilə qarşılaşırıq:
İnsanın “böyümək”dən ötrü çalışması. Termin olaraq isə “böyümək” üçün hər bir cəhətdən lazımi şəraiti qurmaq. Bu, təqdirəlayiq təkəbbürdür.
Ləyaqəti olmadığı halda, özünü böyük görmək. Bu isə məzəmmət edilən təkəbbürdür. Qurani-kərimdə belə təkəbbürlük qınanmışdır. Belə ki, Quranda İblis barəsində deyilir: “أَبَى‏ و استْكْبَرَ”; “O, Adəmə səcdədən imtina etdi və təkəbbürlük göstərdi” (5), (6). Bu əsasla, “təkəbbürlü” kəlməsi özünü böyük görən hər kəsə aid olsa da, mənfi mənası, peyğəmbərlərin haqq dinə çağırışı müqabilində özünü öyən, onların dəvətlərini imtina edən kəslərə şamil olur (7).

Anti-imperializm polemikasının reallaşması zərurəti
Şübhəsiz, imperializmin çirkin səciyyəsi fərdlərin ruh, can, etiqad və düşüncəsində, habelə bəşər ictimaiyyəti səthində çox dağıdıcı təsirə malikdir. Belə ki, fərdi və ictimai həyatın heç bir sahəsi onun bəlalarından sığortalanmayıb (8). Şirk və küfrə yoluxma, bir çox günahların sadələşdirilməsi, ədavətin yaranması, camaatın pərakəndəliyi kimi mənfi sonluqlar, o cümlədən bir çox müharibələrin, qan tökmələrin və xarabalıqların üzə çıxması, imperializmin nəticələrindən sayılır. Odur ki, bir qrup qaniçən dünya ölkələrinin işlərinin gedişatını öhdəsinə alır və bu işdə hər biri digərindən önə keçməyə çalışır. Elə bu da, onlar arasında çaxnaşmaya gətirib çıxarır; bu yolda günahsız qanlar tökülür, evlər viran qalır (9). Həmçinin, anti-imperializmə rəvac verilməsi xüsusunda qeyd edilməlidir ki, təkəbbür və imperializm yaranışın əvvəlində İblisin üsyanına səbəb olduğü və fəsadın ən pis bünövrəsini aləmdə qoyduğu (10) üçün İslam qaynaqlarında qeydə alınmışdır. Aləmdə işlənən ilk günah küfürlə və ondan da yuxarısı Allaha qarşı çıxma ilə nəticələnən İblisin günahı idi ki, onun da kökündə təkəbbürlük dayanırdı (11). Bu üzdən İblis Allaha təkəbbürlük və itaətsizlik göstərməklə kafirlər cərgəsində qərarlaşdı. Onun ardınca da digər təbəkkürlülər yola düşdü (12). Lakin ədalətin icrası və anti-zülüm prinsipi sırf İslam dünyasına aid olmadığı üçün (13) imperializmə itaətkarlıq bəşər ictimaiyyəti sistemini dağıdır, insanların bir-birilə münasibətlərini alt-üst edir, millət və qrupların bir-birinə qarşı hegemonluğundan doğan bir çox müharibələrə start verir. Dünya nizamını pozan birinici və ikinci dünya müharibəsi (14), beynəlxalq təşkilatlarda zorakı güclərin haqqı (vetosu) da imperialist rühiyyədən doğur (15). Buna görə də əqli və nəqli diskusiya xüsusunda, “وَالْاسْتِسْلامُ وَضِدُّهُ الْاسْتِكْبارُ”; “(Haqq qarşısında) təslimçilik və təkəbbürlüyə qarşı” (16) prinsipi əsasında hər birimiz birləşərək zirəkliklə düşmənlərin, dünya imperialistlərinin mənfur plan və təxribatlarını neytrallaşdırmalıyıq (17).

Düşmənşünaslıq – anti-imperializmin ayrılmaz xassəsi
Qlobal imperializmə qarşı çıxmaqdan ötrü onların planlarını bilməyin lüzumu hər kəsə aydındır. Qlobal imperializmin həqiqətini anlamadıqca, onlarla düzgün mübarizə aparmaq iqtidarında olmayacağıq (18). Böyük təəssüflə etiraf etməliyik ki, biz dost-düşmənimizi tanımırıq. Livanın cənubundakı dirəniş və müqavimət simvolu sayılan Hizbullahı əzmək üçün bəzi azğın müsəlmanlar Amerika və İsraillə əlbir olmaqdadır (19). Həmçinin, İraq-İran müharibəsində bütün İslam ölkələri əl-ələ verərək İranı vurmaq üçün İraqa dəstək oldular. İran, bir qarış torpaqlarını işğal etmədiyi və bir müsəlmanlarını belə öldürmədiyi halda, İslam ölkələrinin düşmənidirmi? (20) Hal-hazırda da, imperializmin başlıca hədəfi Suriyadır; bütün güclərini səfərbər edib, silah göndərir, onlara hücum edir... İndi, həlledici sual budur ki, Türkiyə imperializmlə əlbir olub Suriyaya qarşı çıxmalıdır?! Biz, Türkiyədən gözləmirdik ki, imperializmə müvafiq olaraq, əyər-əskiksiz ona xidmət göstərsin (21). Əlbət ki, biz müsəlmanlar dost-düşmənimizi tanısaydıq, indiki acınacaqlı vəziyyətdə olmazdıq (22).

Əsil İslam – anti-imperializmdə başlıca strategiya
Xatırlatmalıyıq ki, imamımız Əli ibn Əbutalib (ə) o şəxsdir ki, İslamı, tövhidi müdafiə etmək, zülüm və şirklə mübarizə aparmaq xüsusunda belə buyurur: “لَقَدْ نَهَضْتُ فيها وَ مابَلَغتُ العِشرين وها انَا ذا قَدْ ذَرَّفْتُ على السِّتِّينَ”; “İyirmi yaşıma çatmamış mübarizə və savaşa qalxdım, indi isə ömrüm altmışı ötür” (23), (24). Odur ki, İslam və müsəlmanlar üçün təkcə göz yaşı tökmək dərdi dindirmir, həm də qiyam etmək lazımdır (25). İmperialist güclərin nəzərində müasir dünyanın ən başlıca təhlükəsi əsil (orijinal) İslamdır, hansı ki, nə şərqli, nə də qərblidir, hansı ki, xarici siyasətinin təməli şərq-qərb güclərinə arxalanmamaqdır (26).

Nüfuz layihələrinə qarşı çıxma – anti-imperializmdə fundamental prinsip
Unutmamalıyıq ki, Amerika, yaxud Avropa kim bəzi ölkələr öz nüfuzlarını dünyada artırmaq fikrindədirlər. Buna görə də müstəmləkəçi siyasətlər arenasında və “xüsusi mənafeyi qoruma” təməl prinsipi əsasında müstəmləkəçilik tez-tez sifət dəyişir. Ancaq diqqətdən yayınan önəmli məqam, necə deyərlər peşmançılıq səbəbi, fövqəladə dəyişən və gündəlik artan müstəmləkiçilik sifətləridir: bəzən innovasiya və intellektuallıq, bəzən elm və mədəniyyət, bəzən din və təriqət, bəzən demokratiya və insan haqları, bəzən əvəzsiz maliyyə yardımları, bəzən dünya müjdəçi və tərkediciləri, bəzən səhiyyə və gigiyena yardımları, xəstəxana və kitabxanalar tikən inşaatçılar, bəzən müəllim və şagird mübadiləsi və tələbə təqaüdlərinin təyini, bəzən yüngül və ağır sənayenın genişləndirilməsi, bəzən beynəlxalq sərgilər, bəzən beynəlxalq təşkilatların orqanları simasında! Xülasə, “Hər an bir büt şəklinə düşür, könül çalır, gözdən itir”... və “Hər dəm kolonializmin yeni bir simasında üzə çıxır...  və “dünyaya sahib olur”! ... (27). Halbuki, bu, o qədər də önəmli deyil, önəmli olan xüsusiyyətləri vasitəsilə onu hər simada və qiyafədə tanımağımız və inkar əlaməti olaraq, sinəsindən vurmağımızdır (28). Nümunə kimi, Vyana razılaşması Amerikanın İrana nüfuz edərək, öz planları ilə İslam respublikasının sistemini dəyişmək tamahına düşməsinə gətirib çıxardı. Ona görə ki, düşmənlər Vyana razılaşması ilə İrana girməyə və etik standartları yumşaltmaq məqsədi güdürdülər, əlbəttə bu razılaşmaya sadiq qalacaqları da məlum deyil. Odur ki, Amerikanın nüvə-atom razılaşması ilə İrana nüfuz proqramına qarşı həssas olmaq lazımdır (29).

İmperializmə qarşı mübarizədə vəhdəti möhkəmləndirməyin lüzumu
İlk növbədə, Amerikanın dağıdıcı siyasət infrastukturlarının izahında bu məqamlara işarə edilməlidir:
İxtilaf yaratmaq, hansı ki, özü bir şüara çevrilib: “Parçala və hökumət sür!”.
Ultramillətçilikdən yapışmaq; hər millətə və təriqətə deyirlər ki, özünü qoru, özün öz tarixini yaz; iranlıya “sənin əfqanlı və livanlı ilə nə işin var” deyirlər, həmçinin onlara da, bu cür təlqin edirlər (30). Onlar müsəlmanlar və 1400 illik mədəniyyətləri arasında fasilə yaratmaq fikrindədirlər... (31).
Əfsus, bu gün İslam dünyası pərakəndəlikdən əziyyət çəkir və imperializmin təxribatı nəticəsində müsəlmanlar bir-birinin canına düşüb (32). Beləliklə, dünya imperializminin gördüyü ilk iş, ölkələr arasında, yaxud bir millətin tayfaları arasında ixtilaf salmaqdır. Sonrakı etaplarda nəhs hədəf və planlarını işə salırlar. Tarix boyu imperialist amilləri öz şeytani siyasətlərilə İslam dünyasına təfriqə salmaq məqsədi güdüblər. Bu gün İslam ölkələrini iqtisadi, mədəni, siyasi baxımdan zəiflətmək və onlara hakim kəsilmək istəyirlər. Odur ki, düşmən müqabilində müttəfiq, yekdil olmalıyıq (33).

Aslılıq və mütiliyin inkarı – anti-imperializm polemikasında strateji siyasi bacarıq
Şübhəsiz, müstəmləkiçiliyin xüsusiyyətlərindən biri hər artan gün “asılılıqların” “gücləndirmə”si, və “genişləndirmə”sidir. Bu, istər sənaye, kənd təsərrüfatı və heyvandarlıq, istərsə də, siyasi aləm, blok təsnifatı və siyasi baxımdan hegemon dövlətlərə tabe olan zəif dövlətlərin yaradılması baxımından. Harada asılı siyasət, asılı sənaye, asılı mədəniyyət, asılı hərbi və xülasə, harada asılı həyat tərzi var (34), orada müstəmləkəçiliyin böyük şeytanı vardır. Aşkar, simvolik, yaxud gizli formada söz asılılıqların inkarından gedirsə, deməli, söz “qovulmuş şeytan”ın inkarından gedir (35). Bu keyfiyyətlərlə, iddiamız budur ki, dünya imperializmi ibtida öz texnologiyasını göndərir, sonra texnik və mütəxəssislərini yola salır, ardınca mədəniyyət və siyasətini nüfuz etdirir. Bu surətdə cəmiyyətin iqtisadi və mədəni qaynaqlarına hakim olması elə zəifləyir ki, əgər siyasi prizmadan onlarla müxalifət edilsə, ən azından əlləri ilə həmin ölkənin sənaye boğazını sıxar, ehtiyac duyduqları materialları kəsər və iqtisadi baykot edərlər (36).
Deməli, imperializm ilk öncə müstəmləkəçilik adı altında millətlərə xəyanət edirdi, müəyyən dövrdən sonra iqtisadi asəlılıqları ortaya atmaqla, həmçinin mədəni hücumlarla İslamla mübarizəyə çalışırdı (37). Odur ki, indi də bir çox İslam düşmənləri, müsəlmanları müharibəyə sürükləyir, İslam torpaqlarını işğal edir və onların milli-mənəvi sərvətlərini öz ixtiyarlarına keçirirlər (38). Lakin hər müsbət fəaliyyətin əsası hakim kəsilən amilin çəngindən qurtulmaq və istiqlal əldə etməkdir (39). Ona görə də din onlar üçün, məzlumların zalım və qəddarların çəngindən qurtulması və hökmranlığa son qoyulmasıdır (40). Nümunə olaraq, bizim, eləcə də müstəqil yaşamaq və heç bir böyük güclərin tabeçiliyində qalmamaq istəyən bütün ümumdünya azadlıqsevər millətləri üçün ən yaxşı iqtisadi xətt, məşhur şərqli və qərbli olmamaq xəttidir ki, bizi hər formada asılılığın tərkinə dəvət edir, belə ki, bütün sahələrdə bizi özünü təmin etməyə çəkib aparır. Xülasə, bu xətt bizə icazə verir ki, özümüz olaq və özümüzə biganə qalmayaq (41). Biz xəttə çatmağın ən yaxşı yolunu İslam iqtisadiyyatında görürük, hansı ki, bütün anti-müstəmləkəçilik xüsüsiyyətləri onda peydadır, hər bir şərq-qərb müstəmləçilik iqtisadiyyatlarından arınmışdır (42).

Anti-imperializm – Təcavüz və döyüşkənlik xislətinin kökdən inkarı
Qeyd edilməlidir ki, Amerikanın imperialist ruhiyyəsi, necə deyərlər öz mənafeyini qorumaq üçün əli yalın fərdləri də hədəfə çevirməyi və özünün anti-bəşər xislətini bacardıqca, gizlətməyi tələb edir (43). Odur ki, təcavüz və döyüşkənlik layihəsi bəşər haqları, demokratiya və azadlıq kimi ünvanlarla reallaşır. Müasir maddi dünyanın müharibə yaradanları bəşər haqlarını bəhanə edərək, geniş təbliğatlarla dünya əhalisinin zehnini istənilən ölkə ilə döyüşə hazırlayırlar (44). Sonra bu yalançı şüarın altında həmin ölkəyə hücuma keçir və onu işğal edirlər (45). Həmçinin, xalqın xalq üzərində hakimiyyəti şüarı müharibəni başlamağa digər bir bəhanədir. Misal üçün, onlar İraqa hücum edirlər ki, cinayətkar Səddamın diktator hakimiyyətini çökdürüb yerində demokratiya bərpa etsinlər. Ancaq bu işin gözə görünən tərəfidir, onların əsl hədəfi isə İraqın neftidir (46).
Müharibə başlatmaq üçün digər bir yalançı maskalanma, nəzərdə tutulan ölkədə guya azadlığın olmamasıdır. Onlar azadlığı bərpa etmək təlaşı ilə sair ölkələri işğal edir, azadlıq adı altında həmin ölkənin dövlət və xalqını öz həvəslərinin əsirinə çevirirlər (47). Nümunə olaraq, imperialist və İslam düşmənlərinin Əfqanıstan, İraq, Pakistan və Suriyadakı təxribatlarını göstərmək olar. İmperializm liderləri varid olduqları hər bir ölkədə özlərindən sonra xarabalıq qoyublar. Doğrusu, niyə imperialist ölkələr Suriyanın taleyini özlərinə həvalə etmirlər? Birmənalı olaraq, Suriya xalqı öz ölkəsinin taleyini həll etməlidir, bu ölkənin probleminin həlli yalnız oranın xalqının iştirakı ilə mümkündür (48).
Şübhəsiz, bütün bədbəxtliklər, zorakılıqlar, istismarlar, başqaların hüquqlarına təcavüz, cəmiyyətin aşağı təbəqəsinin haqqını mənimsəmək Amerika kimi ölkələrin təcavüzkar xüsusiyyətinə görədir. Həqiqətən də, o, böyük şeytandır; dünyaya od vurur, özünün qeyri-qanuni mənafeyini təmin etmək üçün hər bir cinayətə əl atır (49).

Vəzifəyə təmayüllülük (deontologiya) – Anti-imperialimzdə həyati səciyyə
Müasir maddi dünyada psixoloji dincliyin azaldığını iddia etmək vacibdir. Bəlkə də psixoloji xəstəliklər artmaqdadır. Əgər vəziyyət belə davam etsə, elə bir vaxt gələcək ki, dünya böyük bir psixi xəstəxanaya çevriləcək (50).
Lakin Allaha iman bütün problemləri həll edir, insan qəlbi Allah zikri ilə rahatlıq tapır. Deməli, əgər haqq yolda olub, Allah uğrunda cihad və mübarizə aparsaq, ilahi yardım bizim də halımıza şamil olacaq. Buna görədir ki, Amerika o əfsanəvi hərbi gücü ilə İran xalqından qorxur. Məgər, İsrail o fövqəladə silahları ilə bizdən qorxmur? Allahın, onların qəlbinə saldığı bu qorxu, ilahi yardımdan başqa bir şeydirmi? Bu ilahi yardım İsraillə Livan Hizbullahı arasındakı 33 günlük müharibədə tam aydın nəzərə çarpır (51).
Biz iranlılar da, İslam İnqilabı boyu, xüsusilə 8 illik müharibədə, imanın təsirini tam varlığımızla dərk etdik. Bizi dünya imperializminə qalib edən qeyrətli gənclərimizin imanı olmuşdur. Buna görə də biz daima təkid edirik: "Gənclərin imanları gücləndirilməlidir, belə olduqda, İnqilab sığortalanmış olacaq" (52).

Anti-imperializm –  "Hərbi" kafirlərlə mübarizədə ən ideal strategiya
Zalım güclərlə qarşıdurmada anti-imperializm polemikasının əqli-məntiqi dəstəyinin isbatı xüsusunda qeyd etmək lazımdır ki, hal-hazırda müsəlmanlarla döyüşən, onlara qarşı heç bir diversiyanı əsirgəməyən Amerika və müttəfiqləri, habelə qanunsuz İsrail rejimi kimi imperialist ölkələr vardır; bunlar hərbi kafirlərdir və bizim onlara qarşı heç bir öhdəliyimiz yoxdur (53), əksinə müsəlmanla müharibə halında olan kafirlə (54) mübarizə aparmaq lazımdır.

Məzlumun himayəsi – Anti-imperializmin zati səciyyəsi
Anti-imperializm polemikasında bu xarakteri izah edərkən, öz iddiamıza möhkəm bir sənəd kimi "Nisa" surəsinin 75-ci ayəsindəki ilahi kəlamı önə çəkirik, ayədə deyilir:
"وَمَا لَكُمْ لَاتُقَاتِلُونَ فِى سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَّنَا مِن لَّدُنْكَ وَلِيّاً[ (55) وَاجْعَل لَّنَا مِنْ لَّدُنْكَ نَصِيراً"
"Niyə (zalımların əli ilə) zəiflədilən kişi, qadın və uşaqların (qurtuluşu uğrunda) Allah yolunda döyuşmürsünüz?! Həmin (məzlum) şəxslər deyirlər: Pərvərdigara! Əhalisi zalım olan bu şəhərdən (Məkkədən) bizi çıxar (və nicat ver) və öz tərəfindən bizə bir hami seç və öz tərəfindən bizim üçün yardımçı qərar ver!" (56).
Yuxarıdakı ayəni nəzərə alsaq, başıuca İran xalqının məzlum Fələstin, Livan, Suriya, Əfqanıstan, İraq, Yəmən xalqlarını, eləcə də digər zülmə məruz qalan xalqları himayə etmək şüarı heç də təəccübləndirici deyil, çünki ayənin məzmununa əməl edir. Dünyanın hər yerində olan - Amerikadan tutmuş, Afrika, Avropa, Asiya və Avstraliyaya qədər - məzlumun harayına "ləbbeyk" deyilməli, imkan daxilində onların yardımına tələsilməli və onları zalımların, müstəmləkəçilərin çəngindən qurtarmaq lazımdır ki, təkrar zülmə cürət tapmasınlar. Qəribədir ki, bəzi İslam dövlətləri, Qurani-kərimin ayəsinin ziddinə olaraq, zülmə məruz qalan Fələstin müsəlmanlarını himayə etməməklə, onları işğalçı sionistlərin zülmündən nicat verməməklə yanaşı, onların düşmənləri ilə münasibət yaradır, səfir mübadiləsi edir, Fələstin kimi İslam və xalq hakimiyyətini çökdürmək üçün zalım yəhudilərin əlini sıxırlar (57).

Son söz
Sonda bu mühüm və aparıcı məsələni xüsusi vurğulamaq lazımdır ki, biz heç vaxt imperializmin təzyiqlərinə təslim olmamışıq, olmayacağıq da (58). Odur ki, Amerikanın İran əleyhinə hədələri, o cümlədən "Bütün variantlar masanın üstündədir" cümləsinin təkrarı, bu hökumətin yağılıq və barbarlıq xarakterinin göstəricisidir (59). Beləliklə, İnqilabın bərəkətinə İran İslam Respublikası bir ideala çevrilmişdir; ayrı-ayrı ölkələr, o cümlədən Livan, İraq, Suriya, Yəmən və digər dövlətlər dünya imperializminin və Amerikanın sinəsindən itələyir, sionist rejimi və Amerika qarşısında müqavimət göstərirlər (60).
Bu səbəbdən Amerikaya qarşı nümayişlərdə əzəmətli xalqın hüzuru dünya imperializminin təxribatlarının İslam İnqilabına zərbə vurmasının qarşısını alacaq, onun müvazinətini pozacaqdır. Bu gün ədavətlər daha da dərinləşdiyi üçün, xalqımız həmişəkindən daha şövqlə "Amerikaya ölüm!" şüarını səsləndirir (61).
Ümidvarıq, Allah-taala İslam qoşununa və batil müqabilində duran bütün haqq cəbhələrində döyüşən İslam əsgərlərinə tezliklə, kafir, imperialist və istismarçı qoşun üzərində tam qələbə nəsib eləsin! (62).

Araşdırma; hazırlanma və tərtibat; həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi


1- "İslam iqtisadiyyatı xətləri", səh. 2
2- "İslam iqtisadiyyatı xətləri", səh. 3
3- "Quranda əxlaq", c. 2, səh. 40
4- "Quranda əxlaq", c. 2, səh. 21
5- "Bəqərə" surəsi, 34-cü ayə
6- "Quranın mesajı", c. 1, səh. 382
7- "Nümunə” təfsiri, c. 19, səh. 517
8- "Quranda əxlaq", c. 2, səh. 57
9- "Quranda əxlaq", c. 2, səh. 60
10- "Quranda əxlaq", c. 2, səh. 84
11- "Hidayət nurları", Əxlaqi bəhslər toplusu, səh. 595
12- Ayətullah Məkarim Şirazinin çıxışı; ölkə boyu bir qrup tələbə və şagirdlərlə görüşdən, "Əmirəl-möminin (ə) mədrəsəsi", 4/11/2010
13- "Aşura, köklər, maraqlar, hadisələr, nəticələr", səh. 89
14- "Nəhcül-bəlağədə İslam əxlaqı", (Müttəqin xütbəsi), c. 1, səh. 140
15- Yenə orada
16- "Quranda əxlaq", c. 1, səh. 108
17- Ayətullah Məkarim Şirazinin çıxışı; ölkə regionlarının mənəvi işlər üzrə konsultantları ilə görüşdən, 1/1/2015
18- Ayətullah Məkarim Şirazinın çıxışı; ölkə boyu bir qrup tələbə və şagirdlərlə görüşdən, "Əmirəl-möminin (ə) mədrəsəsi", 4/11/2010
19- "Səndən soruşurlar" (Peyğəmbərdən (s) soruşulan Qurana dair suallar toplusu), səh. 64
20- Yenə orada.
21- Ayətullah Məkarim Şirazinin çıxışı; "Əmirəl-möminin (ə)" mədrəsəsi, 22/8/2011
22- "Səndən soruşurlar" (Peyğəmbərdən (s) soruşulan Qurana dair suallar toplusu), səh. 65
23- "Nəhcül-bəlağə"nin 27-ci xütbəsi, Feyzül-İslam və Sübhi Saleh, (Cihad xütbəsi).
24- "Nəhcül-bəlağədə İslam əxlaqı", (Müttəqin xütbəsi), c. 1, səh. 277
25- "Nəhcül-bəlağədə İslam əxlaqı", (Müttəqin xütbəsi), c. 1, səh. 278
26- "Nəhcül-bəlağədə İslam əxlaqı", (Müttəqin xütbəsi), c. 1, səh. 278
27- "İslam iqtisadiyyatı xətləri", səh. 4
28- Yenə orada.
29- Ayətullah Məkarim Şirazinin çıxışı; Fiqhin ali mühazirələri, "Məscidul-Əzəm, Qum, 23/9/2015
30- "Nəhcül-bəlağədə İslam əxlaqı", (Müttəqin xütbəsi), c. 1, səh. 278
31- "Nəhcül-bəlağədə İslam əxlaqı", (Müttəqin xütbəsi), c. 1, səh. 279
32- Ayətullah Məkarim Şirazinin çıxışı; Qum elm ocağının "İxtisaslaşdırılmış İslam Təriqətləri Mərkəzi"nin müəllim və tələbə tədqiqatçıları ilə görüşündən, 29/4/2014
33- Ayətullah Məkarim Şirazinin çıxışı; “Türbət” rayonunun şiə və əhli-sünnə alimləri ilə görüşündən, 12/8/2015
34- "İslam iqtisadiyyatı xətləri", səh. 5
35- "İslam iqtisadiyyatı xətləri", səh. 6
36- "Nəhcül-bəlağədə İslam əxlaqı", (Müttəqin xütbəsi), c. 1, səh. 161
37- Ayətullah Məkarim Şirazinin çıxışı; Fiqhin ali mühazirələri, "Məscidul-Əzəm", Qum, 3/4/2008
38- "Nümunə” təfsiri, c.2, səh. 28
39- "Nümunə” təfsiri, c.13, səh. 261
40- "Nümunə” təfsiri, c.15, səh. 420
41- "İslam iqtisadiyyatı xətləri", səh. 8
42- Yenə orada
43- "Nəhcül-bəlağədə İslam əxlaqı", (Müttəqin xütbəsi), c. 1, səh. 140
44- "Səndən soruşurlar" (Peyğəmbərdən (s) soruşulan Qurana dair suallar toplusu), səh. 66
45- "Səndən soruşurlar" (Peyğəmbərdən (s) soruşulan Qurana dair suallar toplusu), səh. 67
46- "Səndən soruşurlar" (Peyğəmbərdən (s) soruşulan Qurana dair suallar toplusu), səh. 67
47- Yenə orada
48- Ayətullah Məkarim Şirazinin çıxışı; Fiqhin ali mühazirələri, "Məscidul-Əzəm", Qum, 3/10/2012
49- "Quranın ağır andları", səh. 102
50- Ayətullah Məkarim Şirazinin çıxışı; Fiqhin ali mühazirələri, "Məscidul-Əzəm", Qum, 3/2012
51- "Dostların dastanı", Ayətullah Məkarim Şirazinin təfsir bəhslərinin məcmusu, səh. 47
52- "Quranın ağır andları", səh. 542
53- "Quranın mesajı", c. 10, səh. 362
54- "Ailə hökmləri", səh. 507
55- "Səndən soruşurlar" (Peyğəmbərdən (s) soruşulan Qurana dair suallar toplusu), səh. 75
56- "Səndən soruşurlar" (Peyğəmbərdən (s) soruşulan Qurana dair suallar toplusu), səh. 76
57- Yenə orada
58- Ayətullah Məkarim Şirazinin çıxışı; Fiqhin ali mühazirələri, "Məscidul-Əzəm", Qum, 11/4/2012
59- Ayətullah Məkarim Şirazinin çıxışı; Fiqhin ali mühazirələri, "Məscidul-Əzəm", Qum, 19/2/2014
60- Ayətullah Məkarim Şirazinın çıxışı; ölkə boyu bir qrup tələbə və şagirdlərlə görüşdən, "Əmirəl-möminin (ə) mədrəsəsi", 4/11/2010
61- Ayətullah Məkarim Şirazinın çıxışı; 11/2/2014
62- "Nümunə” təfsiri, c. 17, səh. 179
 Nəşr tarixi: 3/11/2015

 

Nəşr tarixi: « 9/23/2016 10:32:57 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə imperializm polemikasında strateji nümunələr

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazinin görüşündə Əhli-beytin (ə) səxavətlisi İmam Həsənin (ə) yaşam tərzində yardım və xeyirxahlığın əlamətləri

“Mübahilə” hadisəsinin həqiqəti Ayətullah Məkarim Şirazinin dərin baxışında

Təvəssül tövhiddir, yoxsa, şirk?

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 474