Təvəssül tövhiddir, yoxsa, şirk?
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Təvəssül tövhiddir, yoxsa, şirk?

Höccətül-İslam Səid Davudi makarem news

Xülasə:
Açar sözlər:

(Əhli-sünnənin tanınmış mənbələrindən istifadə etməklə vəhhabilərin təvəssül barədəki şübhələrinə cavab)

Mövzular
Təvəssül etmək tövhiddir, yoxsa şirk?
Birinci: Təvəssül barədə vəhhabilərin əqidəsi
İkinci: Təvəssülün mənası
Üçüncü: Təvəssülün Quranda əsas və kökü
1. İlahi övliyalar Allahın izni ilə çətinlikləri aradan qaldırırdılar
2. İlahi övliyalardan “Allahdan bağışlanmalarını” istəmək
Dördüncü: Peyğəmbərə (s) o həzrətin sağlığında təvəssül etmək
1. Kor bir kişinin Allah Rəsuluna (s) təvəssül etməsi
2. Quraqlığın aradan qalxması üçün dua
Beşinci: Peyğəmbərə (s) dünyaya gəlməmişdən qabaq və vəfatından sonra təvəssül etmək
1. Nə üçün şirk?
2. Peyğəmbərə (s) dünyaya gəlməmişdən qabaq təvəssül etmək
3. Peyğəmbərə (s) vəfatından sonra təvəssül etmək
a)    Bilal ibn Harisin Peyğəmbərə (s) təvəssül etməsi
b)    Əbu Əyyub Ənsari Peyğəmbərin (s) qəbri kənarında
c)    Peyğəmbər (s) qəbrinin (s) bərəkəti
4. Digər ilahi övliyalara təvəssül etmək
a) Peyğəmbərin (s) əmisinə təvəssül etmək
b) İmam Kazimin (ə) qəbrinə təvəssül etmək
c) İmam Əli ibn Musa ər-Rzanın (ə) qəbrinə təvəssül etmək
d) Peyğəmbər (s) xanədanı (Əhli-beyti) nicat vasitəsidir
Altıncı: Bir suala cavab
Bir dialoq (müzakirə) barədə məlumat
Yeddinci: Təvəssülün fəlsəfəsi
a)    Qəbul olunmaqda ən yaxın yol
b)    Çoxlu təlaş və səylərə görə təşəkkür
Quranda Peyğəmbərə (s) hörmət göstərilməsi və o həzrətin təriflənməsi
Səkkizinci: Təvəssül şirk deyil, eynilə tövhiddir


Xülasə
Təvəssül etmək tövhiddir, yoxsa şirk?
Vəhhabilər tərəfindən irəli sürülən və son illərdə şiddətli şəkildə təbliğ olunaraq yayılan və onların açıq-aşkar azğınlıq əqidəsi hesab edilən bəhanələrdən biri Allahın Rəsuluna (s), o həzrətin Əhli-beytinə (ə) və ümumilikdə, ilahi övliyalara təvəssül etməyin düzgün olmamasıdır. Hazırda vəhhabi firqəsi bu müqəddəs şəxslərə təvəssül etməyi düzgün hesab etməməklə yanaşı, təvəssül edənləri müşrik adlandırır və onların qanının (öldürülməsinin) mübah olduğunu söyləyirlər. (Unutmayın ki, təvəssül məsələsini vəhhabi firqəsindən başqa, bütün islami firqələr qəbul edir). Biz burada sözügedən nəzəriyyəni bir neçə mövzu ətrafında araşdıracağıq:
1. Təvəssül barədə vəhhabilərin əqidəsi.
2. Təvəssülün mənası.
3. Təvəssülün Quranda əsas və kökü.
4. Peyğəmbər (s) həyatda olduğu zaman o həzrətə təvəssül edilməsi.
5. Peyğəmbərə (s) dünyaya gəlməmişdən öncə və vəfatından sonra təvəssül edilməsi.
6. Bir suala cavab.
7. Təvəssülün fəlsəfəsi.
8. Təvəssül şirk deyil, eynilə tövhiddir.


1. Təvəssül barədə vəhhabilərin əqidəsi
Təvəssül barədə vəhhabilərin əqidəsi o qədər aşkar və məşhurdur ki, kim Hicaza səfər etsə, həmin ölkədə, xüsusən də, Mədinə şəhərində bu qrupun Peyğəmbər (s) və ilahi övliyalara təvəssül edənlərlə kobud və təhqiredici rəftarını müşahidə edə bilər. Kiminsə Peyğəmbərin (s) qəbri kənarında dayanıb o həzrətə xitab etməsi və ya o həzrətdən Allah yanında ona şəfaət etməsini istəməsi, yaxud da maddi və mənəvi hacətlərinin o həzrət sayəsində həyata keçməsini diləməsi onun Ərəbistanın “nəhy əz munkər və əmr be məruf” qrupları ilə üzləşməsi və “şirk çomağı” ilə (məzəmmət olunaraq) oradan qovulması üçün kifayətdir.
Onların xətibləri də cümə namazı və digər xütbələrində Allah Rəsulu (s) və ilahi övliyalara (imamlara, imamzadələrə) təvəssül etmək məsələsinin şirk olduğunu təkrar edirlər. Bu təkrarlardan camaat təngə gəlib. Daha sonra sözlərinə belə əlavə edirlər:
«مَنْ يُشْرِکْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّةَ»
"Kim Allaha şərik qoşsa, şübhəsiz, Allah cənnəti ona haram edir." (1)
Bundan əlavə, hər il on adda və müxtəlif dünya dillərində milyonlarla kitab Ərəbistanda çap olunaraq, digər ölkələrin zəvvarlarının ixtiyarında qoyulur və eyni zamanda, dünyanın müxtəlif məntəqələrinə göndərilir. Həmin kitablarda təkrarlanan və əks etdirilən mətləblər vəhhabilik məzhəbinin əsas göstəricisi kimi təvəssülün qadağan olunmasıdır.
Bu nəzəriyyəni Ərəbistanda vəhhabi firqəsinin əsasını qoyan Məhəmməd ibn Əbdülvəhhab öz kitabında aşkar şəkildə qeyd etmişdir. O açıq-aydın belə deyir:
من عبدالله ليلا و نهاراً ثمّ دعا نبيّاً او وليّاً عند قبره، فقد اتّخذ إلهين اثنين ولم يشهد أن لا اله الاّ الله
"Əgər bir kəs bütün gecə və gündüzdə Allaha ibadət eləsə və Peyğəmbərin (s) və ya ilahi övliyaların qəbri kənarında dayanıb onları çağırsa və onlardan hacət istəsə, həqiqətdə, özünə iki məbud seçmiş və tək olan Allahdan başqa, heç bir məbudun olmamasına şəhadət verməmişdir." (2)
 
Həmçinin, onun nəzərincə, həqiqi müsəlman özü ilahi övliyalara təvəssül etməməklə yanaşı, belə fərdlərdən uzaq olan və onları kafir hesab edən kəsdir. O belə yazır:
لا يصحّ دين الإسلام الاّ بالبراءة ممّن يتقرّب إلى الله بالصلحاء و تکفيرهم
"İslam dini saleh kəslərin vasitəsi ilə Allaha yaxınlaşmaq istəyənlərdən uzaq olmaq və onları kafir hesab etməkdən başqa, digər şeylə düzgün deyil." (3)

Bu səbəbdən, Məhəmməd ibn Əbdülvəhhab belə fərdlərin qanının axıdılmasını mübah hesab edir və yalandan belə deyir:
إجماع المذاهب کلّهم على أنّ من جعل بينه وبين الله وسائط يدعوهم انّه کافر مرتدّ حلال المال والدّم
"Bütün məzhəblərdə özü ilə Allah arasında vasitə seçərək onları çağıran kəsin dindən çıxmış kafir, eyni zamanda, mal və qanının halal olması barədə fikir birliyi vardır." (4)
Hicazda rəsmi təşkilata malik olan Səudiyyə müftiləri öz fətvalarında Əhli-beytə (ə) təvəssül edənlərin kafir hesab edilməsi xəttini davam etdirir və aşkar şəkildə buna israr edirlər. Bəzi Səudiyyə müftiləri əhli-kitabdan olan qadınlarla evlənməyi caiz (icazəli) hesab etdiyi halda (5), şiələrlə evlənməyi düzgün saymır və bunun səbəbini belə izah edirlər: "Şiələr Əhli-beyti səsləyir və onlara təvəssül edirlər və bu da ən böyük şirkdir." (6)
Bu məsələ də, məsihilərin rəsmi olaraq üçlüyə (ata, oğul və müqəddəs ruha) etiqadlı olduğu haldadır. Digər bir sualın (isiftaatın) cavabında yazmışlar:
إذا کان الواقع کما ذکرت من دعائهم عليّاً والحسن و الحسين و نحوهم فهم مشرکون شرکاً أکبر يخرج من ملّة الاسلام فلا يحلّ أن نزوّجهم المسلمات، و لا يحلّ لنا أن نتزوّج من نسائهم و لا يحلّ لنا ان نأکل من ذبائحهم
"Əgər deyildiyi kimi olsa, yəni onlar Əli, Həsən və Hüseyni çağırsalar (məsələn, ya Əli, ya Həsən və ya Hüseyn desələr), müşrikdirlər və İslam dini və müsəlmanlıqdan xaric olurlar və onlarla evlənmək haramdır. Onlara qız vermək və onlardan qız almaq olmaz. Onların kəsdikləri heyvanlar da halal deyil." (7)
Nəticədə, vəhhabilər təvəssül etməyi şirk və ilahi övliyalara təvəssül edənləri müşrik hesab edir və onlarla evlənməyi düzgün saymırlar. Eyni zamanda, onların kəsdikləri heyvanları da halal bilmirlər. Bilirik ki, digər islami firqələr din rəhbərlərinə təvəssül edirlər və onların müxtəlif şəhərlərdəki ziyarətgahları da bu iddiaya şahiddir. Deməli, belə çıxır ki, onların hamısı müşrik və kafirdir, həmçinin, mal və qanları da halaldır?! Bu yerdə onların saysız-hesabsız terror, qətli-am və qan tökmələrinin mənbəyi aydın olur.

 

2. Təvəssülün mənası
Bu nəzəriyyəyə cavab vermək üçün ilk növbədə təvəssülün lüğəvi və terminoloji mənasını izah edib daha sonra onu Quran və sünnədə araşdıracağıq.
Tanınmış lüğətçi Xəlil ibn Əhməd Fərahidi belə yazır:
وسّلتُ الى ربّى وسيلة أى عملتُ عملا أتقرّب به إليه وتوسّلتُ إلى فلان بکتاب او قرابة أى تقرّبتُ به إليه
"Allahıma doğru bir vəsilə axtardım, yəni məni Allaha yaxınlaşdıran bir əməli yerinə yetirdim və ona yaxın oldum." Mən "Filankəsə kitab və ya qohumluq vasitəsi ilə təvəssül etdim." söylədiyim zaman, bunun mənası "həmin vasitələr sayəsində ona yaxınlaşdım və yaxın oldum" deməkdir. (8)
Digər lüğətçi İbn Mənzur yazır:
توسّل إليه بوسيلة إذا تقرّب إليه بعمل
"Ona doğru hansısa bir vəsilə (vasitə) ilə təvəssül etdi, yəni müəyyən bir əməli yerinə yetirməklə ona yaxın oldu." Daha sonra o, Cövhəridən belə nəql edir:
الوسيلة ما يُتقرّب به إلى الغير
"”Vəsilə” onun sayəsində başqasına yaxın olmağa çalışılan bir vasitədir." (9)
Beləliklə, "təvəssül" "bir şeydən istifadə etməklə başqasına yaxınlaşmaq" mənasındadır. Allaha təvəssül etmək də şəri məsələlərdən istifadə etməklə ona yaxınlaşmaq mənasını ifadə edir və biz yaxşı işlər görməklə ona yaxın oluruq. Allah övliyalarına təvəssül etmək isə Allah yanında onları özümüzə "şəfaətçi seçmək" deməkdir. Həqiqətdə, təvəssülün mahiyyəti şəfaət tələb etməklə eynidir. Onlar (Allah övliyaları) Allah dərgahında onlara təvəssül edənlərə şəfaət edirlər. (10)
Əlbəttə, ilahi övliyalara təvəssül etmək onları çətinliklərin həllində müstəqil şəkildə təsirli hesab etmək mənasında deyil, əksinə onlardan Allah dərgahında ehtiram və layiqli bəndə olmaları səbəbi ilə bizim çətinliklərimizin həllini və ya günahlarımızın bağışlanmasını Allahdan istəməsini diləyirik. Bəzən də onların özündən Allahın izni və təkvini icazəsi ilə çətinliklərimizi aradan qaldırmasını istəyirik. Amma düzgün olmayan məsələ onların təsir və müdaxilədə müstəqil olmasını düşünməkdir. Həmçinin, ilahi övliyaların Allahın kənarında (ondan asılı olmadan) çətinliklərimizin həlledicisi və hacətlərimizi həyata keçirən hesab etməkdir.

 

3. Təvəssülün Quranda əsas və kökü
İlahi övliyalara təvəssül etmək iki şəkildə olur: Bəzən onların özündən kömək istənilir ki, Allahın izni ilə çətinliklərimizi aradan qaldırsınlar, bəzən də bizimlə Allah arasında onların vasitə olmasını istəyirik ki, bu yolla Allah bizim problemimizi aradan qaldırsın. Hər iki növdən olan təvəssülün Quranda əsası və kökü vardır:
a) İlahi övliyalar Allahın izni ilə çətinlikləri aradan qaldırırlar.
Təbii məsələdir ki, hər bir müsəlman ilahi övliyalardan hansısa birini Allah icazə verdiyi zaman, vasitə seçə və ya ondan çətinliklərdə yardım istəyə bilər. Əks halda, ondan yardım istəmək olmaz. Həqiqətdə, bu əməlin şəri baxımdan düzgün olması Allahın izninə bağlıdır. Quranda həzrət İsanın (ə) Allahın izni ilə çətinlikləri aradan qaldırması, xəstələrə şəfa verməsi, hətta ölüləri diriltməsi bildirilmişdir.
"Maidə" surəsinin 110-cu ayəsində Allah-taala həzrət İsaya (ə) xitab edərək belə buyurur:
وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ کَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَکُونُ طَيْراً بِإِذْنِي وَتُبْرِءُ الاْکْمَهَ وَالاْبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوْتَى بِإِذْنِي
"O zaman ki, mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, mənim iznim və iradəmlə quş olurdu; mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir, mənim iznimlə ölüləri dirildirdin." (Diqqət edin!)
O həzrət elan edir ki, mən Allahın izni ilə bu işləri görürəm. "Ali-İmran" surəsinin 49-cu ayəsində o həzrətin dililə belə bildirilir:
أَنِّى قَدْ جِئْتُکُمْ بِآيَة مِّنْ رَبِّکُمْ أَنِّى أَخْلُقُ لَکُمْ مِّنَ الطِّينِ کَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَکُونُ طَيْراً بِإِذْنِ اللهِ وَأُبْرِءُ الاْکْمَهَ وَالاْبْرَصَ وَأُحْىِ الْمَوْتَى بِإِذْنِ اللهِ وَأُنَبِّئُکُمْ بِمَا تَأْکُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِکُم
"Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm. Mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm."
Nəticədə, əgər kimsə həzrət İsanın (ə) yanına gələrək "Mənim oğluma Allahın izni ilə şəfa ver və ya bu ölünü Allahın izni ilə dirilt." desəydi, əsla şirk deyildi və bu məsələ caiz idi, çünki həm hacət istəyən şəxs, həm də həzrət İsa (ə) belə bir işin Allahın izni ilə həyata keçəcəyini bilirdi.
Bilirik ki, hansısa bir iş əgər şəri baxımdan caiz (icazəli) olmasa və şirk sayılsa, o, hətta nadir halda belə caiz sayılmamalıdır, çünki Allaha şərik qoşulmaması istisna qəbul etmir. Nəticədə, əgər kimsə Allah dərgahına yaxın olan övliyalardan Allahın izni ilə çətinliyini aradan qaldırmasını istəsə, qeyri-şəri bir işi yerinə yetirməmişdir. Bilməyimiz yerinə düşərdi ki, həmin surənin 45-ci ayəsində Allah-taala o həzrətin hörmət sahibi və Allaha yaxın olmasını xatırladır və mələklər xanım Məryəmə (ə) həzrət İsanın (ə) dünyaya gəlməsini müjdə verdikdə belə deyirlər:
وَجِيهاً فِي الدُّنْيَا وَالاْخِرَةِ وَمِنْ الْمُقَرَّبِينَ
"Dünya və axirətdə hörmət və məqam sahibidir və Allaha yaxın olacaqdır."
Onların bu aşkar dəlil-sübut qarşısında hansı cavabları var? Heç bir cavabları yoxdur.
b) İlahi övliyalardan dua etmələri və Allahdan bağışlanmaq diləmələrini istəmək.

 

4. Peyğəmbərə (s) o həzrətin həyatda olduğu zamanda təvəssül etmək
İlahi övliyalara, imamzadələrə təvəssül etməyin digər növlərindən biri insanın onlardan Allah dərgahında dua etmələri və bağışlanmaq diləyərək günahlarının əfv edilməsini istəməsidir. Bu cür hacətlər də xöşbəxtlikdən Quranda aşkarcasına bəyan edilmişdir:
a) Bəni-İsrail səhrada giriftar olduğu zaman, həzrət Musaya (ə) xitab olaraq dedi:
يَا مُوسَى لَنْ نَصْبِرَ عَلَى طَعَام وَاحِد فَادْعُ لَنَا رَبَّکَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الاْرْضُ مِنْ بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَ بصلها
"Ey Musa, biz bir növ yeməyə heç cür dözməyəcəyik. Buna görə də, bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərci və soğan çıxarsın." (11)
Bəni-İsrail o həzrətdən Allah dərgahına dua edərək müxtəlif cür göyərti bitirməsini və beləliklə, onların çətinliyini aradan qaldırmasını istəyir. (12)
b) Həzrət Yəqubun (ə) oğlanları öz səhvlərini başa düşdükləri zaman, o həzrətə xitab edərək dedilər:
يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا کُنَّا خَاطِئِينَ
"Ey ata, bizim üçün günahlarımıza görə Allahdan bağışlanmaq dilə, həqiqətən, biz səhv etmişik."
Həzrət Yəqub (ə) onların istəyinə cavab olaraq buyurdu:
سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّى إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيم
"Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusifə qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, o, çox bağışlayan və mehribandır." (13)
Beləliklə, günahkarlar ilahi övliyalardan, peyğəmbərlərdən Allah dərgahına onların günahlarının bağışlanması üçün dua etmələrini istəyə bilərlər.
c) Allah-taala günah edən fərdlərə deyir ki, əgər Allah Rəsulunun (s) yanına gedib günahlarının bağışlanmasını diləməkdən əlavə, o həzrətdən onlar üçün bağışlanmaq diləməsini istəsələr, Allah onları bağışlayar.
وَلَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوکَ فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّاباً رَّحِيم
"Əgər onlar özlərinə (günah və itaətsizlik etməklə) zülm etdikdən sonra sənin yanına gəlib Allahdan bağışlanmaq istəsəydilər, sən onlara bağışlanmaq diləyərdin və Allahın tövbələri qəbul edən və mehriban olduğunu anlayardılar." (14)
Beləliklə, günahların bağışlanması yollarından biri, Allahın tövsiyə etdiyi kimi, Allah Rəsulundan onun üçün bağışlanmaq diləməsini istəməkdir. Həmin ayələr də bu qismdən olan təvəssülə aşkarcasına dəlalət edir. Peyğəmbərə (s) həyatda olduğu zaman təvəssül etməklə aydın olur ki, Quranda ilahi övliyalara maddi və mənəvi çətinliklərin aradan qaldırılması üçün təvəssül etməyə icazə verilmiş və ona təşviq olunmuşdur. İndi diqqət yetirməliyik ki, görəsən, Peyğəmbər (s) həyatda olduğu zaman o həzrətə təvəssül edilirdimi? Görəsən, o həzrət camaatın istəyinə müsbət cavab verirdimi?
Rəvayətlərdə o həzrətə çoxlu sayda təvəssül edilməsi nəql edilmişdir. Biz əhli-sünnə mənbələrindən onların iki nümunəsinə işarə edirik:
1. Kor bir kişinin Allahın Rəsuluna (s) təvəssül etməsi.
Tirmizi özünün "Sünən" kitabında Osman ibn Hüneyfdən nəql edir ki, kor bir kişi Allah Rəsulunun (s) yanına gəlib dedi:
اُدع الله أن يعافينى
"Ey Allahın Rəsulu (s), Allahdan mənə şəfa verməsini diləyin!"
Həzrət buyurdu:
إن شئتَ دعوتُ، و إن شئتَ صبرتَ فهو خير لک
"Əgər istəyirsənsə, sənə dua edərəm, amma səbr eləsən, bu, sənin üçün daha yaxşıdır."
Həmin şəxs dedi: "Sizin dua etməyinizi istəyirəm."
Allahın Rəsulu (s) ona kamil və yaxşı şəkildə dəstəmaz almasını və sonra bu duanı oxumasını göstəriş verdi:
أللّهم إنّى أسألک وأتوجّه إليک بنبيّک محمّد نبىّ الرّحمة؛ يا محمّد! إنّى توجّهت بک إلى ربّي في حاجتي هذه لتقضى لي، أللّهم فشفّعه فىّ
"İlahi! Mən sənə rəhmət peyğəmbəri Məhəmmədin (s) vasitəsi ilə üz tutur və səndən istəyirəm. Ey Məhəmməd (s)! Mən sənin vasitənlə hacətimi yerinə yetirməsi üçün Allaha üz tutmuşam. Belə isə, İlahi, hacətimin yerinə yetməsi üçün onu mənə şəfaətçi elə!" (15)
Hakim Nişaburi də bu hədisi nəql etdikdən sonra aşkarcasına bildirir ki, həmin hədis Buxari və Müslimin şərtlərinə əsasən, (özləri bu hədisi nəql etməsələr belə) səhih hədisdir. (16) "Müsnədi Əhməd"də nəql edilənlərə uyğun olaraq həmin kişi Peyğəmbərin (s) göstərişlərinə əməl etdi və şəfa tapdı. (17)
2. Quraqlığın aradan qaldırılması üçün dua.
"Səhih Buxari"də Ənəs ibn Malikdən (Allah Rəsulunun (s) məşhur səhabəsi) nəql edilib ki, illərin birində Mədinədə qıtlıq və quraqlıq olmuşdu. Peyğəmbər (s) cümə namazının xütbəsini oxumaqla məşğul olduğu zaman, bir ərəb ayağa qalxıb dedi:
يا رسول الله هلک المال وجاع العيال، فَادْعُ الله لن
"Ey Allahın Rəsulu (s), bizim mallarımız tələf olmuş, ailəmiz isə acdır. Bizim üçün Allaha dua edin!"
Allahın Rəsulu (s) mübarək əllərini göyə qaldırdı, həmin zaman səmada buluddan bir əsər-əlamət yox idi. Canım ixtiyarında olan Allaha and olsun, əllərini hələ yerə endirməmişdi ki, buludlar dağlar kimi zahir oldu və o həzrət minbərdən yerə düşməmiş yağış yağmağa başladı və onun damlaları o həzrətin mübarək saqqalından axmağa başladı. Yağışın yağması o biri günlərdə də (bir həftəyə qədər) davam etdi. Sonrakı cümə günü o həzrətdən yağışın kəsməsi üçün dua etməsini istədilər. (18)
Görəsən, ərəb olan həmin şəxs ey Allahın Rəsulu (s) deməsi və o həzrətdən dua etməsini istəməsi ilə kafir və qanı da (öldürülməsi də) halal oldumu?!

 

5. Peyğəmbərə (s) dünyaya gəlməmişdən əvvəl və vəfatından sonra təvəssül etmək
Bəzən vəhhabilər Peyğəmbərə (s) təvəssül etməyinl caiz olduğunu sübut edən ayə və rəvayətlərlə qarşılaşaraq çıxılmaz vəziyyətdə qaldıqda, deyirlər ki, bunlar Peyğəmbər (s) həyatda olduğu zamana aiddir və o həzrətin vəfatından sonra təvəssül caiz deyil, çünki artıq dünyadan getmişdir (إِنَّکَ مَيِّتٌ وَإِنَّهُمْ مَّيِّتُونَ)(19) və (bizim səsimizi eşitmir). Beləliklə, o həzrəti səsləmək və ona təvəssül etmək şirkdir.
Cavablarında deyirik:
1) Nə üçün şirkdir?!
Peyğəmbər (s) və ilahi övliyaların bizim səsimizi eşitməməsini fərz etsək belə, nə üçün bu əməl şirk hesab olunmalıdır? Ən azı bu əmələ irad tutula biləcək şey onun əbəs və bihudə olmasıdır. Yəni, siz səslərinizi eşitməyən, sizi görməyən və sizin halınızdan xəbərsiz olan kəsləri çağırırsınız. Belə olduğu halda, o, əbəs və yersiz iş sayıla bilər, nəinki şirk! Bu misal ona bənzəyir ki, siz divara xitab edir və davamlı olaraq belə deyirsiniz: "Məni sirab elə (susuzluğumu yatır)!" Kimsə oradan keçir və sizə deyir ki, nə üçün boş və yersiz bir iş tutursunuz? Başqa ifadə ilə desək, o həzrətin həyatda olduğu zaman təvəssül etmək caiz olduğu və Allah tərəfindən ona təşviq edildiyi halda, Peyğəmbərin (s) vəfatından sonra isə şirkə çevrilməsi necə mümkündür?
Təvəssül Peyğəmbər (s) həyatda olduğu müddətdə iman, vəfatından sonra isə şirk nişanəsidirmi?!
Nəticədə, Allah Rəsulunun (s) qəbri kənarında dayanıb o həzrətdən (Allahın izni ilə) xəstənizə şəfa verməsini diləmək və ya Allahdan sizin xəstənizə şəfa və ya sizin üçün bağışlanmaq diləməsini istəmək şirk deyil.
Ona görə ki, siz o həzrəti Allahla yanaşı müstəqil şəkildə qərar qəbul edən hesab etmirsiniz və əgər Allahın Rəsulu (s) səsinizi eşitməsə belə, siz şirkə düçar olmamış, sadəcə əbəs və bihudə bir iş görmüsünüz.
Təəssüflər olsun ki, digərlərini şirklə ittiham etmək vəhhabilər üçün su içmək kimi bir şeydir. Kim o həzrətə təvəssül etsə, onu şirk çomağı ilə əzişdirir və şirkin bütün nişanələrini ona nisbət verir və hətta onun üçün ölüm hökmü belə çıxarırlar. Bütün dünyanın da şahid olduğu kimi, vəhhabilərin bir qrupu bu əqidə ilə Pakistan, İraq, Əfqanıstan və digər ölkələrdə gecə-gündüz müsəlmanları öldürməklə məşğuldurlar və bəzən də intihar əməliyyatları ilə yüzlərlə insanı qanına qəltan edirlər. Bu günahsızlar müsəlman olması, şəhadət kəlməsini dillərinə gətirməsi, İslam dininin üsul və füruid-dininə (etiqad və əhkam məsələlərinə) istinad etməsi və qiblə əhli olmasına baxmayaraq, ilahi övliyalara təvəssül etdikləri üçün özünü “müsəlman” hesab edən bir dəstə tərəfindən qətlə yetirilirlər. Bu qətl və zorakılıqlar İslam və müsəlmanların simasını dünyada pis, xoşagəlməz və nifrət olunası kimi tanıtdırmışdır.
2) Peyğəmbərə (s) dünyaya gəlməmişdən qabaq təvəssül etmək
Hakim Nişaburi "Müstədrək" kitabında Ömər ibn Xəttabdan Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: "Həzrət Adəm (ə) xətaya yol verdikdə, Allaha belə dedi:
يا ربّ أسالک بحقّ محمّد لمّا غفرت لي
"İlahi! Səndən Məhəmmədin haqqına xatir məni bağışlamağını diləyirəm!"
Allah-taala Adəmə (ə) buyurdu: "Ey Adəm! Mən hələ Məhəmmədi yaratmadığım halda, sən onu necə tanıdın?"
Adəm (ə) dedi: "İlahi! Məni yaratdığın zaman, başımı qaldırıb yuxarı baxdım və gördüm ki, ərşin sütunlarında belə yazılıb: "La ilahə illəllah, Muhəmmədun rəsulullah." Beləcə başa düşdüm ki, Məhəmməd (s) sənin dərgahında məxluqatın ən yaxşısı (ən üstünü) olduğundan, onun adı Sənin adının kənarında yer tutub." Allah buyurdu:
صدقتَ يا آدم! إنّه لأحبّ الخلق إلىّ أدعنى بحقّه فقد غفرت لک، و لو لا محمّد ما خلقتک
"Doğru deyirsən, ey Adəm! Həqiqətən, Məhəmməd mənim dərgahımda məxluqatın ən sevimlisidir. Məni onun haqqına and verdiyin üçün səni bağışladım. Əgər Məhəmməd olmasaydı, səni yaratmazdım.""
Hakim Nişaburi bu hədisi nəql etdikdən sonra yazır:
هذا حديث صحيح الاسناد
"Bu hədisin sənədləri səhihdir." (20)
3) Allahın Rəsuluna (s) vəfatından sonra təvəssül etmək
Peyğəmbərin (s) vəfatından sonra o həzrətə çoxlu sayda təvəssül edildiyini bildirən rəvayətlər nəql edilmişdir. Biz burada ixtisarı gözləyərək onların yalnız üç nümunəsini qeyd edirik:
a) Bilal ibn Harisin Peyğəmbərə (s) təvəssül etməsi
Əhli-sünnənin Beyhəqi, İbn Əbi Şeybə, İbn Həcər, İbn Kəsir kimi bir sıra tanınmış hədisçiləri, alimləri və başqaları nəql edir ki, Ömər ibn Xəttabın xilafəti zamanında camaat qıtlıqla qarşılaşmışdı. Bir kişi Peyğəmbərin (s) qəbri kənarına gəldi və o həzrətə xitab edərək belə dedi:
يا رسول الله! هلک الناس، استسق لاُمّتک
"Ey Allahın Rəsulu! Camaat quruluq və qıtlıq səbəbilə həlak olmaq üzrədir, onlar üçün yağış yağmasını istə!"

Allahın Rəsulu (s) onun yuxusuna gəldi və buyurdu:
ائت عمر فاقرأه منّى السّلام وأخبره أنّهم مسقون، وقل له: عليک الکيس
"Ömərin yanına get və mənim salamımı ona çatdır. Ona xəbər ver ki, tezliklə yağış yağacaq. Ona de ki, səxavət və bəxşiş kisəsini açsın."
Həmin kişi Ömərin yanına gəldi və məsələni ona bildirdi. Ömər ağladı və dedi:
يا ربّ، ما الو إلاّ ما عجزت عنه
"İlahi, mən əlimdən gələni etdim, amma aciz və qüdrətsiz idim." (21)
İbn Həcər yazır: "İbn Əbi Şeybənin nəql etdiyi bu hədisin sənədi səhihdir." Daha sonra belə əlavə edir: "Bu yuxunu görən şəxs Peyğəmbərin (s) səhabələrindən biri olan Bilal ibn Harisdir." (22)
İbn Kəsir də bu macəranı nəql etdikdən sonra yazır:
و هذا إسناد صحيح
"Bu rəvayətin sənədi səhihdir." (23)
(Diqqət! Bu rəvayət əhli-sünnə rəvayətidir, vəhhabilər üçün dəlil olaraq istifadə olunur.)
Səhabələrin də sünnəsini höccət hesab edən əhli-sünnəyə əsasən, bu macərada Bilal ibn Haris adlı səhabələrdən biri Peyğəmbərin (s) qəbri kənarına gələrək o həzrətə təvəssül etmiş və başına gələn əhvalatı və yuxusunu digər səhabəyə nəql etmişdir. O, Bilalı məzəmmət etməmiş, küfrdə ittiham edərək onun can, mal və namusunu mübah saymamışdır.
b) Əbu Əyyub Ənsari Peyğəmbərin (s) qəbri kənarında
Hakim Nişaburi, Əhməd ibn Hənbəl və əhli-sünnədən olan digər alimlər nəql edirlər ki, bir gün Mərvan ibn Həkəm Peyğəmbərin (s) qəbri kənarından keçdikdə, bir şəxsin üzünü o həzrətin qəbrinə qoyaraq pıçıldadığını müşahidə edir. Mərvan onun boynundan tutub deyir:
أتدرى ما تصنع
"Nə etdiyini bilirsənmi?"
Həmin şəxs cavab verir: "Bəli, nə etdiyimi bilirəm!"
Mərvan diqqət etdikdə, həmin şəxsin Peyğəmbərin (s) məşhur səhabəsi Əbu Əyyub Ənsari olduğunu gördü.
Əbu Əyyub davamında deyir:
جئت رسول الله(صلى الله عليه وآله) و لم آت الحجر
"Mən daşın kənarına deyil, Allah Rəsulunun (s) yanına gəlmişəm."
Sonra sözlərinə belə əlavə edir:
سمعت رسول الله(صلى الله عليه وآله)، يقول: لا تبکواعلى الدّين إذا وليه أهله ولکن ابکوا عليه إذا وليه غير أهله
"Peyğəmbərin (s) belə buyurduğunu eşitmişəm: "Din ləyaqətli insanların və əhlinin əlinə düşdüyü zaman din üçün ağlamayın, amma əhli olmayanların (Mərvana işarə edir) əlinə düşdükdə, ona ağlayın!"" (24)
Əbu Əyyub Ənsari kimi dəyərli səhabə bilir ki, Allah Rəsulunun (s) qəbri kənarına gəlmək o həzrətin hüzuruna gəlmək kimidir. O, Peyğəmbərin (s) maddi aləmdəki həyatı ilə bərzəx aləmindəki həyatı arasında heç bir fərq qoymur və həmin səbəbdən, üzünü qəbrin üzərinə qoyur və o həzrətlə pıçıltı ilə danışır. Digər tərəfdən, Allah Rəsulu (s) və Əhli-beytin (ə) düşməni olan Mərvan dayanır və o, bu səhnəyə tab gətirə bilməyərək etiraz edir və Əbu Əyyubun tutarlı cavabı ilə üzləşir.
c) Allah Rəsulunun (s) qəbrinin bərəkəti
Əhli-sünnənin məşhur alimi Darəmi öz kitabının "Allahın Peyğəmbərə (s) vəfatından sonra verdiyi kəramətlər" bölməsində belə nəql edir: "Mədinədə şiddətli quraqlıq olmuş və camaat Ayişəyə şikayətlənərək çıxış yolu tapmasını istəmişdi. Ayişə dedi:
انظروا قبر النبى(صلى الله عليه وآله)، فاجعلوا منه کوىّ الى السماء حتّى لا يکون بينه و بين السماء سقف
"Peyğəmbərin (s) qəbri kənarına gedin və o həzrətin qəbrində dəlik açın, belə ki, qəbirlə asiman arasında heç bir maneə olmasın." Sonra gözləyin. Onun dediklərinə əməl etdilər və nəticədə o qədər yağış yağmağa başladı ki, bir müddətdən sonra səhralarda otlar cücərdi və dəvələr ot-ələf yeməklə kökəldi." (25)
Görəsən, Ayişənin söylədikləri yağışın yağması üçün Peyğəmbərə (s) təvəssül etməkdən başqa, digər bir şey idimi? Belə isə, Ayişəni də küfrdə ittiham etmək lazımdır.
4. Digər ilahi övliyalara təvəssül etmək
Əhli-sünnə mənbələrində Peyğəmbərdən (s) əlavə, digər ilahi övliyalara təvəssül edilməsi də nəql edilmişdir:
a) Peyğəmbərin (s) əmisinə təvəssül etmək
"Səhih Buxari"də Ənəsdən belə nəql edilmişdir:
"Mədinədə nə zaman qıtlıq olsaydı, Ömər ibn Xəttab Abbas ibn Əbdülmüttəlibə təvəssül edər və yağış yağmasını istəyərdi. O belə deyərdi:
أللّهم إنّا کنّا نتوسّل إليک بنبيّنا وإنّا نتوسّل إليک بعمّ نبيّنا فاسقن
"İlahi, biz Peyğəmbər (s) dövründə qıtlıq zamanı onun vasitəsi ilə sənə təvəssül edərdik və sən də bizə yağış yağdırardın, indi isə Peyğəmbərin (s) əmisi vasitəsilə sənə təvəssül edirik, belə isə bizə yağış göndər." Bunun ardınca yağış yağar və camaat ondan istifadə edərdi." (26)
Görəsən, vəhhabilər onların hər ikisini (Ayişə və Öməri) küfürdə ittiham edirlərmi?
b) İmam Kazimin (ə) qəbrinə təvəssül etmək
Əhli-sünnənin tanınmış alimi Xətib Bağdadi belə yazır: "Əbu Əli Xilal (242-ci il) deyirdi:
ما همّنى أمر فقصدتُ قبر موسى بن جعفر فتوسّلتُ به إلاّ سهّل الله تعالى لي ما اُحبّ
"Mənim üçün çətinlik qarşıya çıxdıqda, Musa ibn Cəfərin qəbrini ziyarətə gedər və o həzrətə təvəssül edərdim. Beləcə, Allah-taala çətinliyimi mənim istədiyim kimi aradan qaldırırdı."" (27)
c) İmam Əli ibn Musa ər-Rzanın (ə) qəbrinə təvəssül etmək
Əhli-sünnənin tanınmış rical alimi İbn Həbban yazır: "İmam Rzanın qəbri Tus (indiki Məşhəd) şəhərində Harun ər-Rəşidin qəbri kənarında yerləşir və məşhur ziyarətgahlardandır. Mən dəfələrlə onu ziyarət etmişəm." Daha sonra belə əlavə edir: "Tusda məskunlaşdığım zamanlarda mənim üçün bir çətinlik qarşıya çıxsaydı, Əli ibn Musa ər-Rzanın (ə) qəbrini ziyarət edər və onun ziyarətinin bərəkətinə çətinliyimin aradan qaldırılmasını Allahdan istəyərdim. Tez bir zamanda istəyim qəbul olar və çətinliyim aradan qalxardı. Mən bu məsələni dəfələrlə təcrübədən keçirmişəm." Sonda isə belə yazır:
 أماتنا الله على محبّة المصطفى وأهل بيته صلّى الله عليه وعليهم أجمعين
"Allah bizi Mustafa (s) və Əhli-beytinin (ə) (onlara Allahın salam və salavatı olsun) məhəbbəti ilə dünyadan aparsın."
d) Peyğəmbər (s) xanədanı nicat vasitəsidir
Şafei məzhəbinin başçısı Şafei öz şeirlərində Allah Rəsulunun (s) xanədanını nicat tapması üçün vəsilə hesab edərək belə yazır:
"Peyğəmbər (s) xanədanı mənim şəfaətçimdir. Onlar mənim Allaha yaxınlaşmaq vəsiləmdir. Ümid edirəm ki, qiyamət günü onlara xatir əməl dəftərim mənim sağ əlimə veriləcək." (29)

 

6. Bir suala cavab
Nəql edilən çoxlu sayda rəvayət və müxtəlif macəralardan aşkarcasına müsəlmanların Peyğəmbər (s) və digər ilahi övliyalara təvəssül etməsini, onları özləri ilə Allah arasında vasitə seçməsini və o pak və ləyaqətli insanların məqamına xatir Allahın onların hacətlərini qəbul etməsi, eyni zamanda, çətinliklərini aradan qaldırmasını anlamaq olar. Xatırlatdığımız nümunələrin bəzisi ilahi övliyaların həyatda olduğu, bəzisi də onların vəfatından sonrakı zamana aid idi. Hazırda belə bir sual meydana çıxır ki, görəsən, ilahi övliyalar ölümdən sonra bizim halımıza şahid və öldükdən sonra bizim üçün şəfaətçi olmaq və dua etmək qüdrətinə malikdirlərmi? Bu, vəhhabilərin şiddətlə inkar etməyə çalışdıqları məsələdir. Onlar deyirlər ki, ölümdən sonra onların bizdən xəbəri yoxdur. Allah-taala Peyğəmbər (s) haqqında belə buyurur:
إِنَّکَ مَيِّتٌ وَإِنَّهُمْ مَّيِّتُون
"Şübhəsiz, sən öləcəksən, onlar da öləcəklər!" (30) (Nəticədə, Peyğəmbər (s) də digər insanlar kimi öləcək və ölü insanın həyatdan xəbəri yoxdur və ona təvəssül etmək caiz deyil.)
Əlbəttə, qeyd etdiyimiz kimi, vəhhabilər Peyğəmbər (s) və ilahi övliyalara ölümdən sonra təvəssül etməyi şirk hesab edirlər, amma həyatda olduğu zaman ona təvəssül etməyin caiz və müsbət bilirlər, amma məsələnin ölümdən sonra gözlənilmədən küfr və şirkə çevrilməsinin necəliyi məlum deyil. Əgər kimsə bu müqəddəs şəxsləri istər həyatda olduqları zaman, istərsə də, vəfat etmələrindən sonra müstəqil şəkildə təsirli hesab etsə, müşrikdir, əgər onların müstəqil şəkildə təsirli olmadığını düşünsə və Allahın izni ilə bizim hacətlərimizi həyata keçirməsi və ya Allahdan hacətlərimizin həyata keçməsini istəməsinə etiqadlı olsa, əsla şirkə düçar olmamışdır. Əgər kimsə onların ölümdən sonra bizim səslərimizi eşitməməsi, çətinliklərimizi aradan qaldıra bilməməsi və ya Allahdan bir şey istəməyə qadir olmamasına etiqad bəsləsə, deməlisiniz ki, ilahi övliyalardan belə şeylər istəyən kəslə şirkə bulaşmamış, əksinə faydasıx və boş bir iş tutmuşdur. Əslində isə qeyd edəcəyik ki, onlar bərzəx həyatına malikdirlər və bizim söhbətlərimizi kamil şəkildə duyur və eşidirlər. Bu bixəbərlər Peyğəmbərin (s) müqəddəs vücuduna ən böyük töhməti vururlar.
Bir dialoq və müzakirə barədə məlumat
Yuxarıdakı suala qəməri 1427-ci ildə (şəmsi 1385) həcc mərasimində vəhhabi xətiblərinin biri ilə etdiyim öz söhbətimi nəzərinizə çatdırmaqla cavab vermək yerinə düşərdi:
Həcc əməllərini başa vurduqdan sonra bir gün Məkkədə qaldığımız yerin yaxınlığındakı (Əziziyyətu şariis-sərvər məntəqəsi) Seyyidiuş-şühəda “Həmzə ibn Əbdülmüttəlib” adlı məsciddə bir xətib zöhr namazından sonra söhbət etməyə başladı. Əvvəlcə həccin yerinə yetirilməsi üçün veriləcək çoxlu mükafatlar və onun günahların bağışlanmasındakı roluna toxundu və maraqlı bir rəvayət söylədi. Ondan sonra dedi: "Amma bu mükafatlar müşrik olmayan kəslər üçündür, belə ki, Allah-taala buyurur:
لَئِنْ أَشْرَکْتَ لَيَحْبَطَنَّ عَمَلُکَ
"Əgər mənə şərik qoşsan, yaxşı əməllərin puç olar." (31)
Eyni zamanda Allah buyurur:
مَنْ يُشْرِکْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّة
"Kim Allaha şərik qoşsa, şübhəsiz, Allah ona Cənnəti haram edər." (32)
Sonra sözlərinə əlavə elədi: "Kim "ya Rəsuləllah", "ya Əli" və "ya vəliyəllah" desə, müşrikdir!" Bu məsələ ətrafında çox danışdı və söhbəti uzun çəkdi. Sonrakı gün həmin xətib zöhr namazı və söhbətdən sonra məsciddən xaric olmaq istədikdə, onun yanına getdim və salam verib ehtiram göstərdikdən sonra dedim: "Siz dünənki söhbətinizdə dediniz ki, kim "ya Rəsuləllah", "ya vəliyəllah" desə, müşrikdir! Doğurdan da, kim belə desə, onun müşrik olmasına inanırsınız?" Cavab verdi ki, "Bəli!" Dedim: "Peyğəmbərdən (s) bizim üçün Allah dərgahında bağışlanmaq diləməsini istəmək olmazmı?"
Dedi: "Belə bir əməlin caiz olması barədə dəlilim yoxdur!"
Dedim: "Quran ayəsinə əsasən, dəlil belədir:
وَلَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوک فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّاباً رَّحِيماً " (33)
Dedi: "Bu, Peyğəmbərin (s) dünyadan getdiyi zamana deyil, həyatda olduğu zamana aiddir." "
Dedim: "İndi bizim sözlərimizi eşitmirmi?"
Dedi: "Xeyr! Quaranda belə buyurulur:
إِنَّکَ مَيِّتٌ وَإِنَّهُمْ مَّيِّتُون (34) "

Dedim: "Bu ayə maddi həyatın Peyğəmbərdən (s) alındığını bildirir, amma onun mütləq şəkildə həyatının olmamasını inkar eləmir." Sözlərimə əlavə elədim:
"Birincisi, Quranda ölümün mütləq şəkildə “yox olmaq” mənasında olmadığı bildirilir. Ölüm "təvəffi" sözü ilə ifadə edilmişdir. (35), yəni mələklər ruhu kamil şəkildə bu cisimdən (bədəndən) alırlar və bəşərin maddi həyatı davam etmir, amma bu, ölülərin bizim aləmdən xəbərsiz olması mənasında deyildir. (36)
İkincisi, görəsən, "Ühüd" döyüşündə şəhid olanların məqamı üstündür, yoxsa, Peyğəmbərin (s)?
Cavab verdi ki, Peyğəmbərin (s).
Dedim: "Allah-taala "Ühüd" döyüşündə şəhid olanlar haqqında belə buyurur:
وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللهِ أَمْوَاتاً بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ(37)
“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.”
Allah onların bərzəx həyatına sahib olmaqla diri olduğunu bildirir. Beləliklə, şəhidlərdən üstün olan Peyğəmbər (s) də diridir. Nəticədə, müsəlmanların bir qrupu o həzrətin diri olması və səslərimizi eşitməsinə etiqadlıdırlar. Həmin səbəbdən, Peyğəmbərdən (s) onlar üçün dua etməsi və ya bağışlanmaq diləməsini istəyirlər. Amma siz o həzrətin vəfatından sonra bizi duymaması və bu aləmlə rabitəsinin olmamasına etiqad bəsləyirsiniz. Əgər kimsə o həzrətin səsləri eşitməsinə etiqadlı olsa və ona təvəssül etsə, sizin onu müşrik adlandırmağınız düzgündürmü?!
Üçüncüsü, məscidin divarından Peyğəmbərə (s) salavat göndərməyin fəziləti haqda asdığınız yazıda o həzrətin bizim səslərimizi eşitməsi barədə rəvayət nəql olunmuşdur. Dedi: "Hansı rəvayət?"
Dedim: "Əbu Hüreyrə Allahın Rəsulundan belə nəql edir:
صلّوا علىّ فانّ صلاتکم تبلغنى حيث کنتم (38)
"Mənə salam və salavat göndərin! Harada olmağınızdan asılı olmayaraq salam və salavatınız mənə çatır.""
Bu rəvayətin altında belə yazılıb:
رواه احمد و ابو داود و صحّحه الامام النووى (39)
"Əhməd və Əbu Davud onu nəql etmiş və imam Nəvəvi də onu səhih hesab etmişdir."
Bundan daha aydın olan digər bir rəvayətdə Əbu Hüreyrə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
ما من أحد يسلّم علىّ إلاّ ردّ الله عزّوجلّ إلىَّ روحي حتّى أردّ عليه السّلام
"Elə bir kəs yoxdur ki, mənə salam verdikdə, cavabını qaytarmağım üçün Allah ruhumu bədənimə qaytarmamış olsun!" (40) (Bu rəvayətin də aşağısında belə yazılıb:
 رواه احمد و ابوداود باسناد صحيح
"Bu rəvayəti Əhməd və Əbu Davud səhih sənədlərlə nəql etmişdir.") (41)
Sözlərimə davam edərək söylədim ki, bu rəvayət sizin öz kitablarınızdandır və “Təbliğat İdarəsi” tərəfindən hazırlanaraq aşkar şəkildə və səhih sənədlərlə nəşr edilir və yayılır. Bu məsciddə də divardan həmin rəvayət asılmışdır. Bu rəvayət açıq-aşkar bildirir ki, bizim salam və salavatlarımız Peyğəmbərə (s) çatır və hətta o həzrət cavab verir. Həmin vəhhabi xətib cavab verməkdə özünün aciz olduğunu gördükdə, üzrxahlıq etmək yerinə, səs-küy salaraq bizə nalayiq sözlər deməyə başladı." Bəli, cavab verməkdə aciz qaldıqları zaman onların adət və etdiyi rəftar belədir.
Yuxarıdakı cavablardan başqa, aşağıdakı mətləbləri də ona əlavə etmək olar:
Dördüncüsü, bütün müsəlmanlar öz namazlarının təşəhhüd və salamında o həzrətə salam verir və belə deyirlər:
السلام عليک أيّها النبىّ ورحمة الله وبرکاته
Əgər o həzrət bizim salamlarımızı eşitmirsə, onda, ona salam vermək mənasız bir işdir. Əhli-sünnə alimləri də belə qeyd etmişlər: "Namazın təşəhhüdündə ən azı belə deyilməlidir:
التّحيات لله، سلامٌ عليک أيّها النبىّ و رحمة الله و برکاته.(42)
Rəvayətlərin birində Peyğəmbərin (s) belə buyurduğu nəql edilmişdir:
إنّ لله ملائکة سيّاحين يبلّغوني عن اُمّتي السّلام
"Həqiqətən, Allahın yer üzərində gəzib-dolaşan mələkləri vardır və onlar ümmətimin salamını mənə çatdırırlar." (43)
Beşincisi, Quranda Peyğəmbərə (s) xitab olaraq belə buyurulur:
فَکَيْفَ إِذَا جِئْنَا مِنْ کُلِّ أُمَّة بِشَهِيد وَجِئْنَا بِکَ عَلَى هَؤُلاَءِ شَهِيد
"O gün (Qiyamət günü) hər bir ümmətin əməlinə bir şahid gətirəcəyimiz və səni də onlara şahid tutacağımız zaman, onların halı necə olacaq?" (44)
Ayənin möhtəvası belədir ki, Allah-taala hər bir ümmətdən həmin ümmətə bir şahid gətirəcək və o kəslər hər bir ümmətin peyğəmbərləridirlər. Bu zaman İslam peyğəmbərinə (s) xitab olaraq buyurulur:
"Səni də onlara şahid tutacağıq." "Onlarda" sözündəki məqsədin kimlər olması barədə iki əsas nəzəriyyə vardır: Qüreyşin kafirləri və ya bütün ümmət. (45) Amma aydın məsələdir ki, Peyğəmbərin (s) öz ümmətinə şahidlik etməsi onun ümmətindən xəbərdar olmasına əsaslanır. Ömər ibn Xəttab Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
من زار قبري کنت له شفيعاً او شهيد
"Kim mənim qəbrimi ziyarət etsə, mən ona Allah dərgahında şəfaət edəcəm və ya onun lehinə şahid olacağam!" (46)
Həmçinin, Ənəs ibn Malik Peyğəmbərdən (s) belə nəql edir:
من زارني بالمدينه محتسباً کنت له شهيداً و شفيعاً يوم القيامة
"Kim xalis niyyətlə məni Mədinədə ziyarət etsə, mən qiyamət günü onun şəfaətçi və şahidi olacağam." (47)
Əbu Hüreyrənin o həzrətdən nəql etdiyi digər bir hədisdə belə qeyd edilir:
من صلّى علىّ عند قبري سمعته ومن صلّى علىَّ نائياً کفى امر دنياه وآخرته وکنت له شهيداً و شفيعاً يوم القيامة
"Kim qəbrimin kənarında mənə salam versə, mən onu eşidirəm və kim uzaqdan mənə salavat göndərsə, dünya və axirət işlərində yetərli olacaq və mən qiyamət günü onun şəfaətçisi və şahidi olacağam." (48)
Beləliklə, o həzrətin şahidliyi, ümmətinin halından xəbərdar olması və onun qəbrini ziyarət edənlərə diqqət yetirməsi o həzrətin bir növ agah və həyata malik olmasına aydın dəlildir. Bir daha təkid edirik ki, həyat dedikdə məqsədimiz maddiyyat, yemək, içmək, günəş işığı və sair kimi şeylərə ehtiyac duyulan və maddi dünyanın inkişaf, zərər görmək, aradan getmək kimi təsirlərinin olduğu həyat deyil, çünki bu qisimdən olan həyat ölümlə başa çatır. Bizim məqsədimiz bərzəx aləminin həyatıdır və həqiqəti bizə kamil şəkildə məlum olmasa da, onda (həmin həyatda) bu cür şərait olmadan da şüur, məlumat mövcuddur. Əgər Peyğəmbər (s) bizim səsimizi eşidir, salamımıza cavab verir və əməllərimizi görürsə, deməli, bizim halımızdan xəbərdardır. Nəticədə, salam verməklə o həzrətə təvəssül etmək və onun həyatda olduğu zamandakı kimi ondan dua etməsini istəmək olar. Bu cür aydın sənədlərin olmasına baxmayaraq, vəhhabi firqəsinin bunu necə inkar etməsi məlum deyil.""

 

7. Təvəssülün fəlsəfəsi
Bəzən belə soruşulur: "Görəsən, Allah dərgahına üz tutmaq və hacət istəməkdə hansısa bir vasitəyə ehtiyac vardırmı? Bəyəm, Allah-taala Quranda belə buyurmurmu:
وَإِذَا سَأَلَکَ عِبَادِى عَنِّى فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ
"Bəndələrim məni səndən soruşduqları zaman, de ki, mən onlara yaxınam. Dua edənlərin duasını qəbul edərəm." (49)
Beləliklə, Allahla birbaşa danışmaq, onunla pıçıldaşmaq, ondan hacət istəmək və çətinlikləri ona demək olar. Belə isə vasitəyə nə ehtiyac var?!"
Sualın cavabı: Allahdan bir şey istəməkdə vasitənin olmasına zərurət duyulmaması və onun bizim səsimizi asanlıqla eşitməsi və məsləhət bildiyi təqdirdə hacətimizi qəbul etməsinə baxmayaraq, Allahın özü göstəriş vermiş və ya bunu caiz etmişdir ki, onun bəndələri saleh şəxslər və ilahi övliyaları vasitə seçərək onlardan Allah dərgahına dua etmələrini və Allahın onların hacətlərini həyata keçirməsini istəsinlər (bu barədə ayə və rəvayətlər qeyd edildi).
Bu təşviq ən azı iki dəlilə əsasən ola bilər:
a) Qəbul olunmaq üçün ən yaxın yol olması
Peyğəmbər və ilahi övliyalar Allah yanında sevilən, dərin mərifət və özlərinin xalis əməlləri ilə Allah dərgahında möhtərəmdirlər. (50) Təbii məsələdir ki, onların çətinliyə düçar olmuş bəndələr barəsindəki şəfaət, dua və vəsatəti qəbul olunmağa daha layiq və yaxındır. Həmin səbəbdən, həzrət Yəqubun (ə) övladları atalarından Allahdan onlar üçün bağışlanmaq diləməsini istəyirlər. Allah-taala günahkar bəndələrinə tövsiyə edir ki, öz tövbələrindən əlavə, Allah Rəsulundan (s) da Allah dərgahında onlar üçün bağışlanmaq diləməsini istəsinlər.
b) Yorucu və çoxsaylı təlaşların dəyərini bilmək
Sözsüz ki, özümüz və başqalarının həyatında bəzən hansısa şəxslərin digərləri üçün mühüm, həssas və təsirli işlər gördüyünün şahidi olmuşuq. Məsələn, bir nəfərgörür ki, hansısa müəllim onun övladları üçün çoxlu zəhmətlər çəkmiş və onların təlim-tərbiyəsi ilə məşğul olmuş və bəzən də onun yolunu azmış və qeyri-sağlam övladlarını düz yola yönəltmişdir və ya hansısa bir həkim övladını bütün diqqət, məharət və mehribanlığını sərf edərək ölüm təhlükəsindən xilas etmişdir, yaxud hansısa bir qonşu və ya dost onun övlad və ailəsini kamil bir fədakarlıqla odların arasından çıxarmışdır. Bu zaman o müəllim, mehriban həkim və fədakar dost elə bir məhəbbət qazanır ki, onun məktubu, yaxud sifariş və şəfaəti asanlıqla qəbul edilir.
Bu şəkildə tövsiyə qəbul etmə onun təsirli zəhmətlərinin qədrini bilmək və təşəkkür üçündür.
Başqa ifadə ilə desək, bəzən bir sıra fədakarlıqlar elə formadadır ki, adi mükafatlar onların əvəzini verə bilməz, beləliklə, ona verilən mükafatdan əlavə, həmin şəxsin başqaları haqqındakı şəfaət və sifarişi də qəbul olunur. Deyə bilərik ki, ona verilən mükafatlar nəzərinizə çatdırdıqlarımızdır. Allah da həmin şəxs nə zaman günahkar və xətakarlar barəsində şəfaət etsə, onu qəbul edir. İlahi övliyalar, xüsusən də, Peyğəmbər (s) tövhidin yayılması, şirk və bütpərəstliklə mübarizə aparmaqda göstərdikləri təlaşlara görə Allahın böyük mükafatlarına layiq görülmüşlər. Həmin mükafatların bəzisi onların günahkarlar üçün bağışlanmaq diləməsi, şəfaətləri və digərləri barədə dualarının qəbul olunmasıdır.
Allahın Rəsulu (s) bəndəçilik, insan yetişdirmək, tövhid səsinin yayılması istiqamətində hədsiz zəhmətlərə qatlaşmışdır. Özü Allaha layiqli bəndə olmaqla yanaşı, minlərlə insanı da ona bəndə olmaq yoluna doğru hidayət etmişdir. Onun nəticəsində milyardlarla insan aləmdə "La ilahə illəllah" deyir. O, öz həyatını Allah bəndələrinə xidmət, küfr və şirklə mübarizəyə sərf etmiş və Allah düşmənləri ilə mübarizədə heç bir şeyi əsirgəməmişdir. Dünyəvi və maddi nemətlərdən əl çəkmiş və Qüreyş zənginlərinin tövhiddən əl çəkməklə bağlı təklifini rədd etmiş və töhmət, ittiham və döyüş çətinliklərinə qatlaşmış, amma öz dəvətindən dönməmişdir. Allah-taalanın o həzrətin çəkdiyi zəhmətlər müqabilində onun günahkar bəndələr haqqında şəfaətini, etdiyi duasını qəbul etməsi, qıtlıq və quraqlıq illərində ona xatir çətinliyi aradan qaldırması lap yerinə düşür. Amma təəssüflər olsun ki, vəhhabilər təəssübkeşlik səbəbi ilə bu həqiqətləri dərk etmirlər.

Quranda Peyğəmbərin (s) mədh olunması
Allah-taala Quranın müxtəlif yerlərində Peyğəmbəri (s) tərifləmiş və möminlərə də bunu tövsiyə etmişdir. Aydın məsələdir ki, möminlərin belə bir şəxsə təvəssül etməsi onu mədh etmək deməkdir. Allah-taala Quranda Peyğəmbərin (s) canına and içir və belə buyurur:
لَعَمْرُکَ إِنَّهُمْ لَفِى سَکْرَتِهِمْ يَعْمَهُون
"Sənin canına and olsun, onlar öz məstliklərində sərgərdandırlar (əql və şüurlarını əldən vermişlər)!" (51)
Allah Peyğəmbərin (s) şad olmasını istəyir və buyurur:
قَدْ نَرَى تَقَلُّبَ وَجْهِکَ فِى السَّمَاءِ فَلَنُوَلِّيَنَّکَ قِبْلَةً تَرْضَاهَ
"Biz sənin asimana intizarla baxdığını görürük. İndi səni razı olacağın bir qibləyə doğru döndəririk." (52)
Əhli-sünnənin məşhur təfsirçisi Fəxri Razinin ifadəsi ilə desək, Allah bu ayədə belə buyurmamışdır:
 قبلة أرضاها  "Məni razı salan qibləyə (səni döndərirəm)." Əksinə, buyurmuşdur ki, qibləyə döndərirəm. Sanki Allah belə demək istəyir:
يا محمّد کلّ أحد يطلب رضاى و أنا أطلب رضاک فى الدّارين
"Ey Məhəmməd (s)! Hamı mənim razılığımı istəyir, mən isə dünya və axirətdə sənin razılığını istəyirəm." Dünyada xatırlatdığımız ayə qeyd olunmuş, amma axirətlə bağlı Allah belə buyurmuşdur:
وَلَسَوْفَ يُعْطِيکَ رَبُّکَ فَتَرْضَى
"Tezliklə Allah-taala sənə o qədər bəxş edəcək ki, razı qalacaqsan (yəni, sənin şəfaətini ümmətin barədə qəbul edəcəyəm)!" (53) (54)
Eyni zamanda, Quranda Peyğəmbər (s) mehribanlıq və rəhmli olmaq xüsusiyyətləri ilə yad edilir və buyurulur:
بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ
"O, möminlərə nisbətdə mehriban və rəhimlidir." (55)
Peyğəmbər (s) o qədər Allaha sevimlidir ki, daimi olaraq mələklərlə birlikdə ona salam və salavat göndərir:
إِنَّ اللهَ وَمَلاَئِکَتَهُ يُصَلُّونَ عَلَى النَّبِىِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمما ً
"Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salam və salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salam və salavat göndərin və əmrlərinə tabe olun." (56)
Eyni zamanda, əgər Peyğəmbər (s) günahkarlar üçün bağışlanmaq diləsə, Allah onları bağışlayar:
وَلَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوکَ فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّاباً رَّحِيما ً(57)
Nəticədə, belə bir şəxsiyyətə təvəssül etmək və onu Allah yanında vasitə seçmək – Allah yanında sevilən və əzəmətli olmasını nəzərə aldıqda – bəyənilən və mədh edilən bir işdir, çünki bütün bunlar Allaha qayıdır və tövhidə təkiddir. O həzrətin Əhli-beytindən (ə) olan imamlar da Allaha bəndəçilik və  Peyğəmbərə (s) olan nisbətlərinə görə Allah dərgahında seviləndirlər. Duanın qəbul olunması, çətinliklərin həlli və hacətlərin həyata keçirməsində (Allahın izni ilə) onlara təvəssül etmək də çox təsirlidir.

 

8. Təvəssül etmək şirk deyil, eynilə tövhiddir
Qeyd edilənləri nəzərə almaqla Peyğəmbər (s) və o həzrətin Əhli-beytinə (ə) təvəssül etmək şirk deyil, eynilə tövhiddir. Tövhid prizmasından itaət və tabe olmaqdakı tövhid Allahın əmrlərindəndir və kim ilahi övliyalara təvəssül edərsə, Allahın əmrini yerinə yetirdiyi üçün, həqiqətdə, Allaha itaət etmişdir. Təvəssül edən mömin bilir ki, bu aləmdə baş verən şeylərin hamısı Allahın izni və onun nəzarəti altında baş verir. Həmin müsəlman susuzluğunu yatırmaq üçün suyun və aclığını aradan qaldırmaq üçün çörəyin ardınca geməsi və müalicə üçün dərmanlardan istifadə etməsinə baxmayaraq, bütün bunların vasitələr aləmi olmasını bilir. Həqiqi sirab edən, aclığı aradan qaldıran və müalicə edənin Allah olduğunu dərk edir:
هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ * وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِين(58)
Bu şeylərin dalınca getməsinə səbəb onları Allahın yaratmış olması və həmin təsirləri Allahın onlarda yerləşdirməsidir. Bütün bunlar Allahın izni ilə təsir qoyur. İlahi övliyalara təvəssül etmək də bu qəbildəndir. Biz Allahın əmri ilə ilahi övliyaların sorağına gedir və onlardan günahlarımızın bağışlanmasını, çətinliklərimizin həll olunmasını Allahdan diləməsini istəyirik. Bilirik ki, onlar ilahi lütfün mənbəyidirlər və bizi sirab etdiyi kimi, çətinlikləri həll edən də Allahdır. Başqa ifadə ilə desək, bəzən Allah şəfanı dərmanda və bəzən də ilahi övliyaların duasında qoyub. Amma həqiqi şəfa verən onun özüdür. İndi dilinə gətirib-gətirməməsindən asılı olmayaraq, hər bir müsəlmanda olan belə bir etiqadla Allahın sevimli övliyası olan Peyğəmbərə (s) təvəssül etmək şirkdir, yoxsa, tövhid?
Görəsən, o, Allaha itaət edəndir, yoxsa, üsyan edən? Belə bir şəxs hörmətə layiqdir, yoxsa, töhmətə?  Görəsən, qanı (canı) mübahdır, yoxsa, möhtərəm? (Onu öldürmək olar, ya yox?)
Bizim inancımıza əsasən, belə bir şəxs ehtirama layiq, həqiqi mömin və mədh olunasıdır. Hətta deyə bilərik ki, Peyğəmbərin (s) məsələnin həllində təsirli olmasına inanmayan kəs belə Mədinəyə gedir, amma o həzrətə təvəssül etmir və elə güman edirsə ki, düz iş görür və "Nisa" surəsinə əməl etmirsə, o, əmrə itaət etməyəndir və öz etiqadından əl çəkməli və tövbə etməlidir.


Xülasə
1. Vəhhabilər bütün islami məzhəblərin əksinə olaraq ilahi övliyalara təvəssül etməyi şirk hesab edir və o müqəddəs şəxslərə təvəssül edənləri müşrik və öldürülməsini halal sayırlar. Çoxlu sayda müsəlmanların qanının axıdılmasına və günümüzdə də günahsız kəslərin öldürülməsinə səbəb olan bu əqidə İslamın simasını qaraldaraq onu dünyada mənfur bir din kimi tanıtdırır. Belə bir əqidənin təhqiq və araşdırmaya ehtiyacı vardır. Məlum oldu ki, ilahi övliyalar və Peyğəmbərə (s) təvəssül etməyin Quranda əsası və kökü vardır və onlar Allah dərgahında vasitə olaraq Allahın izni ilə günahların bağışlanması, duaların qəbulu və çətinliklərin həll olunmasında təsirlidirlər. Allah da müsəlmanları bu məsələdə Peyğəmbərə (s) müraciət etməyə təşviq edərək rəğbətləndirir.
2. Rəvayət və tarixi hadisələrdən istifadə etməklə məlum oldu ki, müsəlmanlar Allah Rəsulunun (s) həyatda olduğu dövrlərdə onun yanına gələrək dua etməsini istəmiş və Allah da onun məqam və əzəmətinə xatir onların hacətlərini qəbul etmişdir.
3. Həmçinin, məlum oldu ki, o həzrətə dünyaya gəlməzdən öncə və vəfatından sonra da təvəssül edilmiş və məqamının bərəkətinə xatir çətinliklər aradan qalxmışdır.
Müsəlmanlar Peyğəmbərdən (s) əlavə, ilahi övliyalara da təvəssül etmişlər və bu, onların Allahdan asılı olmadan və müstəqil şəkildə çətinlikləri həll edə bilməsi mənasında deyil, əksinə onlar Allahın izni ilə vasitə rolunu ifa edərək Allaha bəndəlik sayəsində belə bir məqamı əldə etmişlər və onların dualarına xatir Allah günahları bağışlayır və çətinlikləri həll edir.
5. Vəhhabilərin səhvi onların ölümdən sonra təvəssülü caiz hesab etməməsindədir, belə ki, ölümdən sonra hər şey bitir və onlar təvəssül edənlərin səsini duymurlar. Onlara belə cavab verildi ki, birincisi belə bir iş əgər onlar bizi duymasalar belə şirk deyil, mənasız bir işdir. İkincisi, ölüm mütləq yoxluq deyil, bir yerdən başqa bir yerə köç etməkdir. Üçüncüsü, ayə və rəvayətlərdən Peyğəmbərin (s) bizim səsimizi duyması, salamlarımızı eşitməsi və onlara cavab verməsi əldə edilir və bütün bunlar o həzrətin ümmətin halından xəbərdar olmasının nişanələridir.
6. Başqa sözlə, təvəssülün fəlsəfəsi araşdırılmış və bildirilmişdir ki, təvəssül duanın qəbul olunmasında ən yaxın yoldur, eyni zamanda, Allah da buna tövsiyə etmişdir. İlahi övliyalara təvəssül etmək onlara təşəkkür və hədsiz zəhmətlərinə görə mükafatdır. Aydın oldu ki, Peyğəmbər (s) Allahın ən sevimlisidir və Quranda Allah ona təvəssül etməyə icazə vermiş və o həzrəti mədh etmişdir. Eyni zamanda, bizim ona təvəssül etməyimiz bir növ o həzrəti mədh etməyimizdir.
7. Sonda deməliyik ki, təvəssül şirk deyil, eynilə tövhiddir, çünki Allaha itaət yolunda həyata keçir və təvəssül edənlər o şəxslərin ilahi feyz mənbəyi olduğunu bilirlər. Allah Rəsulunun (s) ölümdən sonra işlərin həllində təsirli olmadığını güman edənlər tövbə etməli və əqidələrini dəyişməli, müsəlmanlar arasında ixtilaf yaratmaq və töhmət vurmaqdan çəkinməlidirlər.

 

null

Qaynaq:
undefined
Peinevesht:
Mənbələr
1. Qurani-Kərim
2. Əbu Ömər Yusif ibn Abdullah ibn Məhəmməd ibn Əbdülbirr, "əl-İstiab fi mərifətil-əshab", təhqiq: Əli Məhəmməd Bicavi, Darul-ceyl nəşriyyatı, Beyrut, 1-ci çap, h.q. 1412-ci il.
3. İbn Kəsir Dəməşqi, "əl-Bidayətu vən-nihayə", Darul-fikr, Beyrut, h.q. 1407-ci il.
4. Şəmsəddin Məhəmməd Zəhəbi, "Tarixul-İslam", təhqiq: Ömər Əbdüssəlam, Darul-kutubil-ərəbiyy, Beyrut, 1-ci çap, h.q. 1413-cü il.
5. Xətib Bağdadi, "Bağdad tarixi", təhqiq: Mustafa Əbdülqadir Əta, Darul-kutubil-elmiyyə, Beyrut, h.q. 1417-ci il.
6. İbn Əsakir Dəməşqi, "Tarixu mədinəti Dəməşq", Darul-fikr, Beyrut, h.q. 1415-ci il.
7. Məhəmməd ibn Tahir (İbn Aşur), "ət-Təhriru vət-tənvir", Muəssisətu tarix, Beyrut, 1-ci çap, h.q. 1420-ci il.
8. İbn Kəsir Dəməşqi, "Təfsiru Quranil-əzim", (İbn Kəsir təfsiri) Darul-kutubil-elmiyyə, Məhəmməd Əli Beyzun nəşriyyatı, Beyrut, h.q. 1419-cu il.
9. Məhəmməd ibn Həbban, "əs-Siqat", Muəssisətu kutubus-siqafiyyə, Heydərabad, Hindistan, h.q. 1393-cü il..
10. Məhəmməd ibn Cərir Təbəri,  (Təbəri təfsiri) "Camiul-bəyan fi təfsiril-Quran", Darul-mərifə, Beyrut, h.q. 1412-ci il.
11. Cəlaləddin Süyuti, "Durrul-mənsur", Darul-fikr, Beyrut, h.q. 1423-cü il.
12. Əhməd ibn Hüseyn Beyhəqi, Dəlailun-nubuvvə, təhqiq: Əbdulmuti Qələci, Darul-kutubil-elmiyyə, Beyrut, h.q. 1405-ci il.
13. "Divanul-imamiş-şafei", tədqiq və təhqiq: Saleh əş-Şair, Məktəbətul-adab, Qahirə, 2-ci çap, h.q. 1427-ci il.
14. Seyyid Mahmud Alusi, "əl-Məani fi təfsiril-Quranil-əzim", Darul-kutubil-elmiyyə, Beyrut, h.q. 1415-ci il.
15. Saleh Şami, "Səblul-huda vər-rəşad", təhqiq: Adil Əhməd Əbdülmovcud, Darul-kutubil-elmiyyə, Beyrut, h.q. 1414-cü il.
16. Məhəmməd ibn Yezid Qəzvini, "Sünəni İbn Macə", təhqiq: Məhəmməd Fuad Əbdülbaqi, Darul-fikr, Beyrut, tarixsiz.
17. İbn Əşəs Sicistani, "Sünəni İbn Davud", təhqiq: Səid Məhəmməd əl-Ləham, Darul-fikr, Beyrut, h.q. 1410-cu il.
18. Əbu İsa Tirmizi, “Sünəni-Tirmizi”, təhqiq: Ədürrəhman Məhəmməd Osman, Darul-fikr, Beyrut, 1-ci çap, h.q. 1424-cü il.
19. Abdullah ibn Bəhram Darəmi, "Sünəni-Darəmi", Mətbəətul-hədisə, Dəməşq.
20. Əhməd ibn Şueyb Nəsai, "Sünəni-Nəsai", Darul-fikr, Beyrut, 1930-cu il.
21. Hakim Həskani. "Şəvahidut-tənzil", Məcməu əhyais-siqafətil-islamiyyə, 1-ci çap, tarixsiz.
22. Ayətullah Məkarim Şirazi, “Şiə cavab verir”, "İmam Əli ibn Əbi Talib" nəşriyyatı, 11-ci çap, h.ş. 1387-ci il.
23. Əbu Əbdillah Məhəmməd ibn İsmail Buxari, "Səhih Buxari", Darul-ceyl, Beyrut.
24. Müslim ibn Həccac Nişaburi, "Səhih Müslim", Darul-fikr, Beyrut.
25. Bədrəddin Mahmud ibn Əhməd əl-Əyani, "Umdətul-qari", Daru ehyait-turasil-ərəbiyy, Beyrut.
26. "Fətava lil-cənnətid-daiməti lil-buhusil-elmiyyə", toplayan və tərtib edən: Əhməd ibn Əbdürrəzzaq Dərviş, Riyaz, 5-ci çap, h.q. 1424-cü il.
27. Əhməd ibn Əli ibn Həcər Əsqəlani, "Fəthul-bari", Darul-mərifə, Beyrut, 2-ci çap.
28. Xəlil ibn Əhməd Fərahidi, "Kitabul-eyn", Muəssisətu darul-hicrə, 2-ci çap, h.q. 1409-cu il.
29. Müttəqi Hindi, "Kənzul-ummal", Muəssisətur-risalə, Beyrut, h.q. 1409-cu il.
30. İbn Mənzur Əndəlusi, "Lisanul-ərəb", Daru Sadir, Beyrut, 1997-ci il.
31. Nurəddin Əbu Bəkr Heysəmi, "Məcməuz-zəvaid", Darul-mutubil-elmiyyə, Beyrut, 1997-ci il.
32. Muhyiddin ibn Şərəf Nəvəvi, "əl-Məcmuu şərhil-məzhəb", Darul-fikr, Beyrut.
33. Şeyx Məhəmməd Əbdülvəhhab, "Əsərlər toplusu", Səudiyyə Ərəbistanı, 2-ci çap, h.q. 1422-ci il.
34. Hakim Nişaburi, (Mustədrəki Hakim) "əl-Mustədrəku ələs-səhihəyn", təhqiq: Yusif Əbdürrəhman Mərəşli.
35. Əhməd ibn Hənbəl, "Müsnədi-Əhməd", Darus-Sadir, Beyrut.
36. İbn Əbi Şeybə Kufi, "əl-Musənnəf", təhqiq: Səid əl-Liham, Darul-fikr, Beyrut, 1-ci çap, h.q. 1409-cu il.
37. Fəxrəddin Razi, "Məfatihul-ğeyb", Daru ehyait-turasil-ərəbiyy, Beyrut, 3-cü çap, h.q. 1420-ci il.
38. "Movsuətul-fiqhiyyətil-Kuveytiyyə", Vizarətul-ovqaf vəş-şuunil-islamiyyə, Küveyt, 3-cü çap, h.q. 1421-ci il.

1. Maidə surəsi, ayə 72.
2. Şeyx Məhəmməd ibn Əbdülvəhhabın əsərlər toplusu, c.6, səh. 146.
3. Həmin mənbə.
4. Həmin mənbə, səh. 147, 213, 227, 232, 242. Bu mətləbi xatırlatmaq zəruridir ki, məzhəblərin fikir birliyinin olmasını iddia etmək doğru deyil. "Movsueye Kuveytiyyə"də belə qeyd edilmişdir: "Maliki, şafei və hənbəlilərin məzhəbini təşkil edən hənəfilərin sonuncularının fikir birliyinə əsasən, onlar istər Peyğəmbərin (s) həyatda olduğu, istərsə də, vəfat etdiyi zaman olsun, Peyğəmbərə (s) təvəssül etmək və o həzrəti özü ilə Allah arasında vasitə seçməyin caiz olması etiqadına malikdirlər."
(ذهب جمهور الفقهاء ـ المالکية والشافعية ومتأخرى الحنفية وهو المذهب عند الحنابلة الى جواز هذا النوع من التوسّل سواء فى حياة النبىّ او بعد وفاته)
"Movsuətul-fiqhiyyətil-Kuveytiyyə", c.14, səh. 156. Bu kitabda həmin düşüncənin mənbələri də nəql edilmişdir.
5. (يجوز للمسلم ان يتزوّج کتابيّة ـ يهوديّة أو نصرانيّة ـ اذا کانت محصنة وهى الحرّة العفيفة)
"Müsəlman kişinin yəhudi və ya məsihi qadınla, əgər onlar azad və iffətli olsalar, evlənməsi caizdir." ("Fətava lil-cənnətid-daiməti lil-buhusil-elmiyyə vəl-əfta", c.18, səh. 315.)
6. Həmin mənbə, səh. 299, 313.
7. Həmin mənbə, c.3, səh. 373.
8. "Kitabul-eyn", "Vəsələ" sözü.
9. "Lisanul-ərəb", "Vəsələ" sözü.
10. Ayətullah əl-uzma Məkarim Şirazi, "Şiə cavab verir", səh. 233-234.
11. "Bəqərə" surəsi, ayə 61.
12. O həzrət onlara əməllərinin şirkəqarışmış olduğunu söyləmədi, əksinə belə buyurdu: "Siz ən yaxşı yeməyin yerinə ən pisini seçirsinizmi?" Daha sonra sözlərinə belə davam etdi: "İndi ki, belə istəyirsiniz, çalışın bu biyabanda elə bir şəhərə daxil olasınız ki, orada sizin üçün hər bir şey olsun."
13. "Yusif" surəsi, ayə 97-98.
14. "Nisa" surəsi, ayə 64.
15. "Sünəni-Tirmizi", c.5, səh. 229, hədis 3649 (Tirmizi bu hədisi nəql etdikdən sonra belə deyir: "Haza hədisun husnu səhih."); "Sünəni-İbn Macə", c.1, səh. 441, hədis 1385 (İbn Macənin nəqlinə uyğun olaraq, Peyğəmbər (s) ona buyurdu: "Dəstəmaz al, iki rükət namaz qıl və sonra bu duanı oxu!" İbn Macə bu hədisi Əbu İshaqdan belə nəql edir: "Haza hədisun səhihun.").
16. Hakim, "Mustədrək", c.1, səh. 313.
17. "Müsnədi-Əhməd", c.4, səh. 138.
18. "Səhih Buxari", c.1, səh. 224, "Kitabul-cumə", bu macəra "Səhih Müslim"də azacıq fərqlə nəql edilmişdir, c.3, səh. 24-25.
19. "Zumər" surəsi, ayə 30.
20. Hakim, "Mustədrək", c.2, səh. 65. Bu hədisi Müttəqi Hindi "Kənzul-ummal"da (c.11, səh. 455, hədis 32138), İbn Əsakir "Tarixu mədinəti Dəməşq", c.7, səh. 437-də nəql etmişdir. Süyuti "Durrul-mənsur", c.1, səh. 60-61-də İbn Abbasdan nəql edir ki, Allah Rəsulundan (s) həzrət Adəmin (ə) Allahdan öyrəndiyi və onun vasitəsi ilə tövbəsi qəbul olunduğu sözlərin nə olduğunu soruşdum. Peyğəmbər (s) buyurdu:
سأل بحقّ محمد وعليّ وفاطمه والحسن والحسين إلاّ تبت علىّ فتاب عليه
"Allahı Məhəmməd (s), Əli (ə), Fatimə, Həsən və Hüseynin haqqına and verərək çağırdı ki, Allah tövbəsini qəbul etsin. Allah da onun tövbəsini qəbul etdi." Bu rəvayəti Hakim Həskani də "Şəvahidut-tənzil" kitabı, c.1, səh. 101-də nəql etmişdir.
21. Beyhəqi, "Dəlailun-nubuvvə", c.7, səh. 47, "Ma caə fi royətin-nəbi fil-mənam" bölməsi; İbn Əbi Şeybə, "Musənnəf", c.7, səh. 482-483, hədis 35; "əl-İstiab", c.3, səh. 11494, "Kənzul-ummal", c.8, səh. 431, hədis 23535; "Tarixu-mədinəti-Dəməşq", c.44, səh. 345; Zəhəbi, "Tarixul-İslam", c.3, səh. 273.
22. "Fəthul-bari", c.2, səh. 412, "Sualun-nasi əl-imaməl-istisqaə izə qəhətu" bölməsi.
23. "əl-Bidayətu vən-nihayə", c.7, səh. 105, 18-ci ilin hadisələri.
24. "Müstədrək", Hakim, c.4, səh. 515; "Müsnədi-Əhməd", c.5, səh. 422; Heysəmi, "Məcməuz-zəvaid", c.5, səh. 245; "Tarixu mədinəti Dəməşq", c.57, səh. 249.
25. "Sünəni-Darəmi", c.1, səh. 43-44.
26. "Səhih Buxari", c.2, səh. 16; "Əbvabul-istisqa", c.4, səh. 209, "Mənaqibul-muhacirinə və fəzluhum" bölməsi.
27. "Bağdad tarixi", c.1, səh. 133.
28. "əs-Siqat", c.8, səh. 457 (Əli ibn Musa ər-Rzanın tərcümeyi-halı).
30. "Zumər" surəsi, ayə 30.
31. "Zumər" surəsi, ayə 65.
32. "Maidə" surəsi, ayə 72.
33. "Maidə" surəsi, ayə 64.
34. "Zumər" surəsi, ayə 30.
35. Quranda buyurulur:
"Sizlərdən birinin əcəli çatdığı zaman, bizim elçilərimiz (mələklərimiz) onun canını alırlar." ("Ənam" surəsi, ayə 61.)
36. Əhməd əl-Eyni (vəfatı 855-ci il) "Səhih Buxari"nin şərhi olan "Umdətul-qari" kitabında ölüm haqqında belə yazır:
الموت ليس بعدم انّما هو انتقال من دار الى دار؛ فاذا کان هذا للشهداء کان الانبياء بذلک أحقّ وأولى
Ölüm yox olmaq deyil, əksinə bir evdən başqa bir evə köçməkdir. Şəhidlər üçün belə olduğu (onların yox olmadığı və həyata malik olduqları) halda, peyğəmbərlər belə məqam və dərəcəyə daha da layiqdirlər. Sonra sözlərinə belə əlavə edir:
مع أنّه صحّ عنه أنّ الأرض لاتأکل أجساد الأنبياء
"Bundan əlavə, yerin (torpağın) peyğəmbərlərin cəsədlərini məhv etməməsi barədə səhih rəvayətlər də vardır." Sonra belə bir nəticə çıxarır ki, peyğəmbərlərin ölümdən sonra bizim gözlərimizdən qeybdə olması və bizim onları görməməyimizə baxmayaraq, şübhəsiz, onlar vardırlar və həyata malikdirlər, ancaq biz onları görmürük, eynilə mələklərin var olması və bizim onları görməməyimiz kimi. Əlbəttə, Allah kimə kəramət nəsib eləsə, onlar mələkləri də görə bilərlər. ("Umdətul-qari", c.12, səh. 251) Qurtubinin öz ustadından belə nəql etdiyi bildirilir: "Ölüm mütləq şəkildə yox olmaq demək deyil, əksinə bir haldan başqa bir hala düşməkdir. Şəhidlər sağ, Allah dərgahında ruzi yedikləri və şad olduqları halda, peyğəmbərlər bu xüsususiyyətə daha layiqdirlər.
37. "Ali-İmran" surəsi, ayə 169.
38. "Sünəni-Əbi Davud", c.1, səh. 453 və onun oxşarı "Müsnədi-Əhməd", c.2, səh. 367.
39. Muhyiddin Nuri "əl-Məcmu", c.8, səh. 275-də yuxarıdakı hədisi nəql etdikdən sonra yazır:
رواه ابو داود باسناد صحيح "Bu rəvayəti Əbu Davud səhih sənədlərlə nəql etmişdir."
40. "Müsnədi-Əhməd", c.2, səh. 527; "Sünəni Əbi Davud", c.1, səh. 453.
41. Muhyiddin Nuri bu hədisi nəql etdikdən sonra yazır:
رواه ابوداود باسناد صحيح
"Əbu Davud onu səhih sənədlərlə nəql etmişdir." ("əl-Məcmu", c.8, səh. 272) Əlbəttə, bizim nəzərimizcə, Allahın Rəsuluna (s) salam verdikdə hər dəfə onun ruhunun salamın cavabını qaytarmaq üçün cisminə qayıtması və sonra bədəndən xaric olması o qədər də aydın məsələ deyil, çünki bu məsələ hər gün milyonlarla insan o həzrətə salam verdikdə, ruhunun cismə qayıtmasını və ya daimi olaraq cisimdə qalmasını tələb edir. Bu hədisin dəlil olaraq nəql edilməsi qarşı tərəfin qəbul etdiyi kitablara uyğundur. Əks təqdirdə, bizim etiqadımıza əsasən, ruh cismə qayıtmadan da salamın cavabını verir.
42. Nəvəvi, "əl-Məcmu", c.3, səh. 455. Nəvəvi təşəhhüd və salamı başqa formada nəql etməsinə baxmayaraq, onların hamısında Peyğəmbərə (s) salam qeyd edilmişdir. (Həmin mənbə, səh. 456)
43. "Müsnədi-Əhməd", c.1, səh. 387; "Sünəni-Darəmi", c.2, səh. 317; "Sünəni-Nəsai", c.3, səh. 43; "Mustədrək", Hakim, c.2, səh. 421. Hakim hədisi nəql etdikdən sonra belə yazır: "Onun sənədi səhihdir."
44. "Nisa" surəsi, ayə 41.
45. Müraciət edin: "ət-Təhriru vət-tənvir", c.4, səh. 130; "İbn Kəsir təfsiri", c.2, səh. 269-270; "Camiul-bəyan", c.5, səh. 59-60; "Ruhul-məani", c.3, səh. 33-34.
46. "Durrul-mənsur", c.1, səh. 237.
47. Həmin mənbə. Bəlkə də, həmin səbəbdən, Süyuti belə yazır: "Ömər ibn Əbdüləziz öz tərəfindən Mədinəyə bir nümayəndə göndərdi ki, salamını o həzrətə çatdırsın."
48. "Durrul-mənsur", c.5, səh. 219; "Kənzul-ummal", c.15, səh. 652, hədis 42584.
49. "Bəqərə" surəsi, ayə 186.
50. Allah-taala həzrət İsa (ə) barəsində buyurur:
 وَجِيهاً فِي الدُّنْيَا وَالاْخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ
"O, dünya və axirətdə möhtərəm və Allaha yaxın olanlardandır." ("Ali-İmran" surəsi, ayə 45)
51. "Hicr" surəsi, ayə 72.
52. "Bəqərə" surəsi, ayə 144.
53. "Zuha" surəsi, ayə 1.
54. "Məfatihul-ğeyb", (Fəxri Razinin təfsiri), c.4, səh. 82.
55. "Tövbə" surəsi, ayə 128.
56. "Əhzab" surəsi, ayə 56.
57. "Nisa" surəsi, ayə 64.
58. "Şuəra" surəsi, ayə 79-80.
 
Nəşr tarixi: « 10/18/2014 7:05:54 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə imperializm polemikasında strateji nümunələr

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazinin görüşündə Əhli-beytin (ə) səxavətlisi İmam Həsənin (ə) yaşam tərzində yardım və xeyirxahlığın əlamətləri

“Mübahilə” hadisəsinin həqiqəti Ayətullah Məkarim Şirazinin dərin baxışında

Təvəssül tövhiddir, yoxsa, şirk?

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2484