Müsafirin orucunun hökm və fəlsəfəsi barədə araşdırma
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Müsafirin orucunun hökm və fəlsəfəsi barədə araşdırma

Höccətil islam Hüseyn Əlladiri makarem news

Xülasə:
Açar sözlər:

Müqəddimə
Quranda müsafirin orucunun hökmü
Rəvayətlərdə müsafirin orucunun hökmü
Müsafirin orucunun batil olmasının hikməti
Nəticə
                          
Müqəddimə
Müsafir orucunun hökmü nədir? Müsafirin orucu düzgündür, yoxsa batil? Niyə orucun səfərdə hökmü vətəndəki hökmündən fərqlidir? Səfərdə orucun batil olmasının səbəbi nədir? Görəsən, səfərin çətinliyini müsafir orucunun hökmlərinin hikmətindən hesab etmək olarmı? Bu günlərdə səfərlər rahat olduğundan, bu hökm yenə də qüvvədə qalırmı? Bu və bunun kimi suallara cavab vermək üçün müsafirin orucunu hökm və fəlsəfi cəhətdən araşdırmaq lazımdır. Biz burada ayə və rəvayətlərə əsasən, müsafir orucunun batil olmasını isbat edəcəyik ki, həqiqət axtarışında olanlar üçün şiə və sünni alim və müctehidlərin müsafir orucu barəsindəki hökmlərinin fərqli səbəbi aşkar olsun. Bəziləri elə hesab edir ki, müsafir orucunun əsas səbəbi səfərin çətin olmasıdır. Belə olan təqdirdə, səfərin rahat olduğu müasir dövrdə nə üçün müsafir orucunun hökmü hələ də yerində qalmaqdadır? Bu məsələ ilə bağlı hər şeydən əvvəl ayə və rəvayətlərə müraciət etmək lazımdır.
Quranda müsafirin orucu
Allah-taala Quranın "Bəqərə" surəsinin 183-cü ayəsində orucun vacib olmasını buyurduqdan sonra 184 və 185-ci ayələrdə müsafir orucunun hökmünü xəstələrin orucunun hökmü ilə birgə bəyan edir. "Bəqərə" surəsi 184-cü ayədə buyurulur:
«أَیّاماً مَعْدُوداتٍ فَمَنْ کانَ مِنْکُمْ مَریضاً أَوْ عَلى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَیّامٍ أُخَرَ ... وَ أَنْ تَصُومُوا خَیْرٌ لَکُمْ إِنْ کُنْتُمْ تَعْلَمُونَ»
“(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Oruc tutmaq sizin üçün daha xeyirlidir, əgər bilsəniz!”
Onun ardınca (1) bu mətləbə bir daha təkid etmək üçün 185-ci ayədə buyurur:
«فَمَنْ شَهِدَ مِنْکُمُ الشَّهْرَ فَلْیَصُمْهُ وَ مَنْ کانَ مَریضاً أَوْ عَلى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَیّامٍ أُخَرَ یُریدُ اللهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ وَ لِتُکْمِلُوا الْعِدَّةَ»
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayda) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, əldən çıxan günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.”
Məqsəd bu günləri tamamlamaqdır:
«أَیّاماً مَعْدُوداتٍ فَمَنْ کانَ مِنْکُمْ مَریضاً أَوْ عَلى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَیّامٍ أُخَرَ» و «فَمَنْ شَهِدَ مِنْکُمُ الشَّهْرَ فَلْیَصُمْهُ وَ مَنْ کانَ مَریضاً أَوْ عَلى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَیّامٍ أُخَرَ»
Hər iki cümlənin məzmunu qətiyyətlə ona işarədir ki, insan iki vəziyyətdə ola bilər: Səfərdə olmayanlar oruc tuturlar. Səfərdə olanlar üçünsə başqa günlərdə oruc tutmaq vacib olur və səfərdə oruc tutmaq orucu batil edir. Əllamə Təbatəbai “əl-Mizan” kitabında yazır: “Səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsunlar.” – cümləsinin zahiri icazəli olmanı deyil, vacibi bildirir. Yəni, bu cümlənin zahiri onu göstərir ki, xəstə və ya müsafir Ramazan ayında oruc tutmamalıdır. (2)
Əhli-beytdən (ə) bu barədə çoxlu rəvayətlər gəlib bizə çatmışdır. (3) “Əyyaşi” təfsirində imam Baqirdən (ə) belə bir hədis nəql olunur:
«فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ»
“(Ramazan ayına) yetişən şəxslər (bu ayda) oruc tutmalıdırlar.” – cümləsinin təfsirində buyurur: "Bu bəyan onun barəsində fikirləşənlər üçün nə qədər də aydındır! Ona görə ki, bu kiçik cümlə Ramazan ayını dərk edənlər üçün o ayın orucunun vacib olmasını çatdırır. Kim Ramazan ayında səfərə çıxsa, orucunu pozmalıdır." (4)
Əhli-sünnə alimlərinin çoxu deyir ki, müsafir oruc tutmaya bilər, amma oruc tutmaq onun üçün haram deyil. Xəstə və müsafir oruc tutub-tutmamaq arasında ixtiyar sahibidir.
“Kafi” və “Vəsailuş-şiə”də imam Baqirdən (ə) belə nəql olunur:
«أَمَّا صَوْمُ السَّفَرِ وَ الْمَرَضِ فَإِنَّ الْعَامَّةَ قَدِ اخْتَلَفَتْ فِي ذَلِكَ فَقَالَ قَوْمٌ يَصُومُ وَ قَالَ آخَرُونَ لَا يَصُومُ وَ قَالَ قَوْمٌ إِنْ شَاءَ صَامَ وَ إِنْ شَاءَ أَفْطَرَ وَ أَمَّا نَحْنُ فَنَقُولُ يُفْطِرُ فِي الْحَالَيْنِ جَمِيعاً فَإِنْ صَامَ فِي حَالِ السَّفَرِ أَوْ فِي حَالِ الْمَرَضِ فَعَلَيْهِ الْقَضَاءُ فَإِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ فَمَنْ كانَ مِنْكُمْ مَرِيضاً أَوْ عَلى‏ سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ»
“Əksəriyyət səfərdə və xəstə halında oruc tutmaq barəsində çaş-baş qalıb. Bəziləri deyirlər: "Xəstə və müsafir oruc tuta bilər.", bəziləri də deyirlər: "Tutmamalıdırlar." Üçüncü dəstə isə deyir ki, oruc tutub-tutmamaqda ixtiyar sahibidir. Amma biz deyirik ki, bu iki halda mütləq oruc tutmamalıdır. Ona görə ki, Allah-taala buyurur:
«فَمَنْ كانَ مِنْكُمْ مَرِيضاً أَوْ عَلى‏ سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ»
“Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsunlar.” (5)
Şiələr bu ayələri açıq-aşkar bəyan edir. Rəvayətlərin çoxunda da ayəyə istinad edilir. İmam Sadiq (ə) da, imam Baqir (ə) (6) kimi ayənin zahirinin məsələni aydın şəkildə bəyan etdiyini buyurur. Übeydullah ibn Zürarə «فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ» ayəsi haqda sual verir. “Ramazan ayına yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar” ayəsi barəsindəki sualının cavabında İmam (ə) buyurur:
«مَا أَبْيَنَهَا مَنْ شَهِدَ فَلْيَصُمْهُ وَ مَنْ سَافَرَ فَلَا يَصُمْهُ »
O həzrət (ə) ayədəki şərt cümləsinin zahirini sənəd hesab edir. Bununla da əhli-sünnənin dəlillərini rədd edir. Əhli-sünnənin böyükləri öz sözlərini sübut etmək üçün(فافطر)  “iftar elə” kəlməsini təqdirdə götürürlər. Yəni, onların nəzərincə, ayənin əsli belə olmuşdur:
«فمن كان مريضا او على سفر فافطر فعدة من ايام اخر»
“Sizlərdən hər kəs müsafir və ya xəstə olsa və bu səbəb üzündən – iftar etsə, yəni orucunu açsa – həmin miqdarda başqa günlər oruc tutsun.”
Ərəb qrammatikasına əsasən, təqdirdə cümləni nəzərdə tutmaq ayənin zahirinin əksinədir. Bu cümlənin təqdirdə olduğunu fərz etsək belə, o, oruc tutmaq üçün icazə verilməsinə dəlalət etmir. Bu ayədən başa düşülən ən son məna səfərdə olanlar üçün iftar etməyin günah olmamasıdır.
Rəvayətlərdə müsafirin orucu
Şeyx Hürr Amili özünün dəyərli “Vəsailüş-şiə” kitabında müsafir orucu haqqında çoxlu hədislər nəql etmişdir. Onun aşağıdakı iki bölmədə nəql etdiyi hədislərdən ikisini nəzərinizə çatdırırıq:
«بَابُ وُجُوبِ الْإِفْطَارِ فِي السَّفَرِ فِي شَهْرِ رَمَضَانَ مَعَ الشَّرَائِطِ وَ إِنْ قَوِيَ عَلَى الصَّوْمِ وَ وُجُوبِ قَضَائِهِ لَهُ وَ إِنْ صَامَ»
Bölmə: “Ramazan ayında səfərdə (oruc tuta bilmə qüdrətinin olmasına baxmayaraq,) iftar etmənin vacibliyi. Həmin gün oruc tutmasına baxmayaraq, qəzasının vacibliyi.(8)
«بَابُ أَنَّ مَنْ صَامَ فِي السَّفَرِ عَالِماً بِوُجُوبِ الْإِفْطَارِ لَمْ يُجْزِئْهُ صَوْمُهُ وَ وَجَبَ عَلَيْهِ قَضَاؤُهُ وَ إِنْ كَانَ جَاهِلًا بِذَلِكَ أَجْزَأَهُ».
Bölmə: “Səfərdə iftar etmənin vacibliyini bilərək oruc tutan şəxsin orucu kifayət etmir və qəzasını da tutması vacibdir. Əgər hökmü bilmirdisə, orucu kifayətdir.” (9)
Quran ayələrindən sonra bu rəvayətlər şiə nəzərini sübut etmək üçün kifayətdir. Mərhum Təbərsi “Məcməul-bəyan”da yazır: "Səhabələrin hamısı səfərdə iftarı qəbul edirlər." (10) Əhli-beytdən (ə) oruc haqqında nəql olunan rəvayətlər üç hissəyə bölünür:
1.    Müsafirə orucun vacib olmadığını sübut edən rəvayətlər:
Bu rəvayətlərdə bir tərəfdən, müsafirə iftar etmək (orucu açmaq) əmri verilir, digər tərəfdən oruc tutmaqdan çəkindirilir. Bu da orucun vacib olmadığına dəlalət edir.
«قَدْ وَضَعَ اللَّهُ عَنْكَ الصِّيَامَ فِي هَذِهِ الْأَيَّامِ كُلِّهَا»،
«إِذَا سَافَرَ فَلْيُفْطِرْ» و «مَنْ سَافَرَ فَلَا يَصُمْهُ»
Bu kimi hədislər həmin mənaya dəlalət edir.
2.    Müsafir orucunun haram və günah olduğuna dəlalət edən rəvayətlər:
Bu dəstədən olan rəvayətlərdə müsafirin orucu«لَا يَحِلُّ لَهُ الصَّوْمُ فِي السَّفَرِ»  “səfərdə oruc tutmaq caiz deyil” hədisinə əsasən, Allahın əmrinə zidd və haram hesab olunur. Bu müsafir vətəndə orucunu pozan şəxsə bənzəyir. Peyğəmbər (s) belə müsafiri «الْعُصَاةُ» “üsyankar”, İmam Sadiq (ə) isə onun əməlini«مَعْصِيَةٌ»  “günah” adlandırır və buyurur:
«أَنَّ رَجُلًا مَاتَ صَائِماً فِي السَّفَرِ مَا صَلَّيْتُ عَلَيْهِ».
“Səfərdə oruc tutan şəxs dünyadan köçsə, ona namaz qılmayacam.”
İmam Sadiq (ə) və imam Baqirdən (ə) nəql olunan digər bir hədisdə buyurulur:
«لَيْسَ مِنَ الْبِرِّ الصِّيَامُ فِي السَّفَرِ»
“Səfərdə oruc tutmaqda xeyir (yaxşılıq) yoxdur.” (11)
Quranda da«البرّ»  “yaxşılıq” sözü “günah” mənasında işlədilən sözün müqabilindədir. Belə ki, Allah-taala "Maidə" surəsində buyurur:
«وَ تَعاوَنُوا عَلَى الْبِرِّ وَ التَّقْوى‏ وَ لا تَعاوَنُوا عَلَى الْإِثْمِ وَ الْعُدْوانِ»
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (12).
"Mücadilə" surəsində də bu iki söz bir-birinin müqabilində işlədilib.(13) Buna görə də, yuxarıdakı hədisə əsasən, əgər səfərdə oruc tutmaq “yaxşılıq” deyildirsə, deməli onun müqabilində işlənən söz də “günah” olacaqdır.
3. Səfərdə tutulan orucun qəzasının vacib olduğuna dəlalət edən rəvayətlər:
Bu cür rəvayətlər müsafir orucunun qəzasını, hətta səfərdə oruc tutsa belə vacib hesab edir. Yalnız səfərdə tutulan orucun batil olmasını bilməyən cahilin orucu düzgündür.
Rəvayətlərdə səfərdə oruc tutan müsafirin Ramazan ayından sonra onun qəzasını tutmalı olduğu bildirilmişdir. Bu da onu çatdırır ki, əhli-sünnənin nəzərinin əksinə olaraq, müsafir oruc tutub-tutmamaq arasında ixtiyar sahibi deyil. Belə ki, əda və qəza orucu arasında ixtiyar yoxdur, çünki qəza onun üçün təyin olunan vacibi yerinə yetirmədikdə olur. Burda da səfərdə olduğu üçün oruc aradan getdiyindən, Ramazan ayından sonra onun qəzasını tutmaq vacibdir.
Bu hədislərdə də « فَعَلَيْهِ الْقَضَاءُ» “qəzasını yerinə yetirsin”, «لَمْ يُجْزِهِ وَ عَلَيْهِ الْإِعَادَةُ» “icazə verilmir və yenidən edilməlidir”, « لَمْ يُجْزِ عَنْهُ صَوْمُهُ فِي السَّفَرِ» “səfərdə oruc tutmaq caiz deyil” və«إِنْ كَانَ بَلَغَهُ ... فَعَلَيْهِ الْقَضَاءُ»  “qəzasını etməlidir” ifadələri işlədilmişdir.
1.    Qasim ibn Əbülqasim Seyqəl belə nəql edir:
«كَتَبْتُ إِلَيْهِ يَا سَيِّدِي رَجُلٌ نَذَرَ أَنْ يَصُومَ يَوْماً مِنَ الْجُمْعَةِ دَائِماً مَا بَقِيَ فَوَافَقَ ذَلِكَ الْيَوْمُ يَوْمَ عِيدِ فِطْرٍ أَوْ أَضْحًى أَوْ أَيَّامَ التَّشْرِيقِ أَوْ سَفَرٍ أَوْ مَرَضٍ هَلْ عَلَيْهِ صَوْمُ ذَلِكَ الْيَوْمِ أَوْ قَضَاؤُهُ أَوْ كَيْفَ يَصْنَعُ يَا سَيِّدِي فَكَتَبَ إِلَيْهِ قَدْ وَضَعَ اللَّهُ عَنْكَ الصِّيَامَ فِي هَذِهِ الْأَيَّامِ كُلِّهَا وَ يَصُومُ يَوْماً بَدَلَ يَوْمٍ إِنْ شَاءَ اللَّهُ تَعَالَى»
İmama (ə) məktub yazdım: “Ey mənim ağam, bir kişi nəzir eləyib ki, ömrünün axırına kimi hər cümə günləri oruc tutsun. Bu cümə günləri Fitr və Qurban bayramlarına, səfərdə və ya xəstə olduğu vaxta təsadüf etsə belə, oruc tuta bilərmi? O günlərin orucu vacibdir, ya qəzası? Ey mənim ağam, buna necə əməl olunsun?” İmam (ə) ona belə cavab yazdı: “Allah bütün bu günlərin orucunu sənin üzərindən götürüb. Buna görə də o günün yerinə başqa gün oruc tut!” (14)
2.    İmam Sadiq (ə) buyurdu:
«نْ أَبِي عَبْدِ اللَّهِ(علیه السلام) قَالَ إِذَا خَرَجَ الرَّجُلُ فِي شَهْرِ رَمَضَانَ مُسَافِراً أَفْطَرَ وَ قَالَ إِنَّ رَسُولَ اللَّهِ ص خَرَجَ مِنَ الْمَدِينَةِ إِلَى مَكَّةَ فِي شَهْرِ رَمَضَانَ وَ مَعَهُ النَّاسُ وَ فِيهِمُ الْمُشَاةُ فَلَمَّا انْتَهَى إِلَى كُرَاعِ الْغَمِيمِ دَعَا بِقَدَحٍ مِنْ مَاءٍ فِيمَا بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ فَشَرِبَهُ وَ أَفْطَرَ ثُمَّ أَفْطَرَ النَّاسُ مَعَهُ وَ ثَمَّ أُنَاسٌ عَلَى صَوْمِهِمْ فَسَمَّاهُمُ الْعُصَاةَ وَ إِنَّمَا يُؤْخَذُ بِآخِرِ أَمْرِ رَسُولِ اللَّهِ (صلی الله علیه وآله)»
“Ramazan ayında bir kəs səfər etsə, o günləri oruc tutmasın. Sonra davam etdi: “Allahın Rəsulu (s) Ramazan ayında Mədinədən Məkkəyə getmək niyyəti ilə şəhərdən çıxdı. Onun dəstəsində bir qrup piyada idi. Zöhr və əsr fasiləsində “Kiraul-ğəmim” adlı yerə çatanda, bir qab su istədi. Onu içib orucunu açdı (iftar elədi). Camaat da onun ardınca iftarlarını açdı. Orada bir dəstə vardı ki, orucunu açmadı. Peyğəmbər (s) onları günahkar adlandırdı.”” (15)
3.    İmam Baqir (ə) buyurur:
«نْ أَبِي جَعْفَرٍ(علیه السلام) قَالَ سَمَّى رَسُولُ اللَّهِ صلی الله علیه وآله قَوْماً صَامُوا حِينَ أَفْطَرَ وَ قَصَّرَ عُصَاةً وَ قَالَ هُمُ الْعُصَاةُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَ إِنَّا لَنَعْرِفُ أَبْنَاءَهُمْ وَ أَبْنَاءَ أَبْنَائِهِمْ إِلَى يَوْمِنَا هَذَا»
"Allahın Rəsulu (s) iftar edib namazını qəsr (dörd rükətli namazları iki rükət) qıldığı halda, iftar etməyən bir qrupu üsyankar adlandırdı. Buyurdu ki, bunlar qiyamətə qədər üsyankardırlar. Mən onların övladları və nəvələrini də qiyamətə qədər tanıyıram.” (16)

4.    Əba Əbdillah imam Sadiqdən (ə) nəql olunur:
«عَنْ أَبِي عَبْدِ اللَّهِ(علیه السلام) قَالَ الصَّائِمُ فِي السَّفَرِ فِي شَهْرِ رَمَضَانَ كَالْمُفْطِرِ فِيهِ فِي الْحَضَرِ»
“Səfərdə oruc tutan şəxs vətəndə orucunu pozan şəxs kimidir.” (17)
5. Əbəl-Həsəndən (ə) Ramazan ayında səfər edib oruc tutan şəxs barəsində soruşdular: İmam (ə) buyurdu:
« لَيْسَ مِنَ الْبِرِّ الصَّوْمُ فِي السَّفَرِ»
“Səfərdə oruc tutmaq yaxşı deyil.” (18)
6. Məhəmməd ibn Həkimdən nəql olunur: "İmam Sadiq (ə) buyurmuşdur:
لَوْ أَنَّ رَجُلًا مَاتَ صَائِماً فِي السَّفَرِ مَا صَلَّيْتُ عَلَيْهِ
“Bir kişi səfərdə oruc tutan halda ölsə, ona namaz qılmaram.”" (19)
7. İmam Sadiq (ə) buyurur:
لَيْسَ مِنَ الْبِرِّ الصِّيَامُ فِي السَّفَرِ
“Səfərdə oruc tutmaq yaxşı işlərdən deyil.” (20)
8. Müaviyə ibn Əmmar deyir ki, İmamın (ə) belə buyurduğunu eşitdim:
سَمِعْتُهُ يَقُولُ إِذَا صَامَ الرَّجُلُ رَمَضَانَ فِي السَّفَرِ لَمْ يُجْزِهِ وَ عَلَيْهِ الْإِعَادَةُ
“Səfərdə oruc tutan şəxsə, (həmin oruc) kifayət etmir, onun qəzasını tutmaq vacibdir.” (21)
9. Ravi deyir ki, İmamdan (ə) Ramazan ayında oruc tutan şəxs barəsində soruşdum, buyurdu:
إِنْ كَانَ لَمْ يَبْلُغْهُ أَنَّ رَسُولَ اللَّهِ(صلی الله علیه وآله) نَهَى عَنْ ذَلِكَ فَلَيْسَ عَلَيْهِ الْقَضَاءُ وَ قَدْ أَجْزَأَ عَنْهُ الصَّوْمُ»
“Əgər Peyğəmbərin (s) belə şeyi inkar etməsindən xəbərsiz idisə, qəzası yoxdur.” (22)
10. İbn Əbu Şöbədən belə nəql olunmuşdur: "İmam Sadiqə (ə) dedim: “Bir nəfər səfərdə oruc tutur”. İmam (ə) buyurdu:
إِنْ كَانَ بَلَغَهُ أَنَّ رَسُولَ اللَّهِ(صلی الله علیه وآله) نَهَى عَنْ ذَلِكَ فَعَلَيْهِ الْقَضَاءُ وَ إِنْ لَمْ يَكُنْ بَلَغَهُ فَلَا شَيْ‏ءَ عَلَيْهِ
“Peyğəmbərin (s) bu məsələni inkar etməsindən xəbərdar olan halda oruc tutubsa, onda qəza ona vacibdir. Əgər xəbərdar deyildirsə, qəzası yoxdur.”" (23)

11. İmam Rza (ə) Məmuna məktubunda buyurdu:
وَ إِذَا قَصَرْتَ أَفْطَرْتَ وَ مَنْ لَمْ يُفْطِرْ لَمْ يُجْزِ عَنْهُ صَوْمُهُ فِي السَّفَرِ وَ عَلَيْهِ الْقَضَاءُ لِأَنَّهُ لَيْسَ عَلَيْهِ صَوْمٌ فِي السَّفَرِ
“Namazını qəsr qılan vaxtı iftar elə. İftar etməyən şəxsə səfərdə tutduğu oruc kifayət etmir, ona qəza vacibdir. Ona görə ki, səfərdə oruc ona vacib olmamışdır.” (24)
12. İmam Əli ibn Hüseyn (ə) buyurur:
فَإِنْ صَامَ فِي السَّفَرِ أَوْ فِي حَالِ الْمَرَضِ فَعَلَيْهِ الْقَضَاءُ فَإِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ فَمَنْ كانَ مِنْكُمْ مَرِيضاً أَوْ عَلى‏ سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ
“Səfərdə və xəstə olduğu halda oruc tutan şəxsə tutduğu orucun qəzasını etmək vacibdir, çünki bu halda oruc ona vacib deyildi. (25)
 13. İmam Sadiq (ə) buyurur:
مَنْ صَامَ فِي السَّفَرِ بِجَهَالَةٍ لَمْ يَقْضِهِ
“Səfərdə bilmədən oruc tutan şəxs qəzasını tutmasın.” (26)
14. İmam Sadiq (ə) buyurur:
إِذَا سَافَرَ الرَّجُلُ فِي شَهْرِ رَمَضَانَ أَفْطَرَ وَ إِنْ صَامَهُ بِجَهَالَةٍ لَمْ يَقْضِهِ
“Ramazan ayında səfərə çıxan kəs iftar etsin. Bilmədən oruc tutsa, qəzasını tutmasın.” (27)
Müsafir orucunun pozulmasının hikməti
Bəziləri deyirlər ki, bugünkü səfərlər qədimdəki səfərlər kimi at, dəvə və ya qatır vasitəsi ilə deyil ki, çətin və əziyyətli səfər sayılsın. Bu gün insanlar təyyarə vasitəsilə yüzlərlə kilometr yolu bir saatdan da az bir müddətdə heç bir yorğunluq hissi keçirmədən qət edirlər. Bununla belə, yenə də səfərdə namaz qəsr qılınmalı, oruc tutulmamalıdırmı? Yenə də, müsafirin vəzifəsi orucunu səfərdə pozmaqdırmı?
Bu, o zaman düzgün sayıla bilər ki, müsafirin səfərdə oruc tutmamasının əsl səbəbi Peyğəmbər (s) dövründə səfərin çətin keçməsi olsun və Allah-taala da müsafirlər çətinliyə düşməsinlər deyə, oruc tutmamağı əmr etsin. Digər tərəfdən, qədimdə səfərlər istər-istəməz o qədər çətin idi ki, oruc tutmağa əmr etmək “ma-la-yutaq” (qütrətindən artıq işlə vəzifələndirmək) idi. Ona görə də oruc batil idi.
«لَا يُكَلِّفُ اللَّـهُ نَفْسًا إِلَّا وُسْعَهَا»
“Allah-taala hər kəsi qüvvəsi yetdiyi qədər vəzifələndirər.”(28)
Amma bu fərziyyə düzgün deyil. Ona görə ki, bu hökmün əsl səbəbi əziyyət və çətinlik olsaydı:
1.    Uzun müddət səfərdə olan şəxs daha çox yorulduğu üçün ilk olaraq ona şamil olardı. Halbuki səfərdə oruc tutmağın hökmü – istər bir ay səfərdə olsun, istərsə də bir gün – yolda olduğu müddətdən deyil, çatdığı yerdə nə qədər qalacağından asılıdır.
2.    Bir kəs bir aylıq səfərdən sonra bir yerdə 10 gün qalmağı qəsd etsə, gedəcəyi yerə çatandan sonra oruc tutmaq ona vacibdir. Əgər bir günlük səfərdən sonra 8 gün bir yerdə qalmağı niyyət etsə, gedəcəyi yerə çatdıqdan sonra oruc ona vacib deyil. İndi bir sual ortaya çıxır ki, müsafir orucunun hökmlərinin fəlsəfəsi səfərin çətinliyidirsə, onda bu iki şəxsin vəzifəsi müsafir hökmlərinin fəlsəfəsinə uyğundur, ya yox?
3.    Bundan əlavə, müsafir orucunun batil olma səbəbi səfərin çətinliyi olsaydı, onda işi daim səfər etmək olan şəxsin namazı qəsr, orucu da vacib olmazdı. Halbuki, belə bir şəxs namazını kamil şəkildə qılmalı və orucunu tutmalıdır.
4.    Həmçinin, səfəri günah etmək üçün olan şəxs, səfərinin çətin olmasına baxmayaraq, namazını kamil qılıb orucunu tutmalıdır.
Bütün bunlara əsasən, müsafir orucunun hökmünün əsil səbəbinin çətinlik olduğunu demək olmaz. Beləliklə, bugünkü səfərlərdə çətinliyin aradan qalxmasına baxmayaraq, müsafir orucunun vacib olmadığını iddia edənlər Quran ayələrinə arxalanırlar. Bunun daha da aydın olması üçün həmin ayələrin təfsirinə müraciət etmək lazımdır.
"Bəqərə" surəsi 185-ci ayədə müsafir orucunun hikməti barəsində bir sıra ifadələr işlənmişdir:
«یُریدُ اللهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ»
“...Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız....”
Bəzilərinin nəzərinə görə, bu ifadə müsafir orucunun hikmətini izah edir. Onlar ayənin bu hissəsinə istinad edərək deyirlər ki, qədimdə, xüsusilə də, Peyğəmbərin (s) dövründə səfərlər at, dəvə və ya qatırlarla olduğundan çətin idi və Allah-taala da müsafirə güzəşt edir ki, əvəzində başqa günlərdə oruc tutsun. Amma bu gün səfərlər asan olduğundan, bu hökm qüvvədən düşür və o şəxsə oruc vacib olur.
Məsələ belədir ki, «یُریدُ اللهُ بِکُمُ الْیُسْرَ وَ لایُریدُ بِکُمُ الْعُسْرَ» “...Allah sizin üçün çətinlik deyil, asanlıq istər, fövtə gedən günlərin orucunu tamamlayasınız....” – ifadəsinin ya onların iddialarına heç bir aidiyyəti yoxdur, yaxud da ki, orucun vacibliyinə aiddir. "Nümunə” təfsirinə istinadən deməliyik ki, Allah-taala bu mətləbi bəyan etməklə onu bildirmək istəyir ki, oruc da digər təklif və vəzifələr kimi insanın qüdrətinə uyğundur. Elə buna görə də, Allah-taala orucun hökmünü bəyan edərkən onu belə qeyd edir:
«کما کتب علی الذین من قبلکم»، «ایام معدودات»، «ان تصوموا خیر لکم» و «یرید الله بکم الیسر و لا یرید بکم العسر»
“Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” “(Oruc tutmaq) sayı müəyyən olan günlərdir (bir aydır)”. “Oruc tutmaq sizin üçün daha xeyirlidir, əgər bilsəniz!” “Allah sizin üçün çətinlik deyil, asanlıq istər.” (29)
Əllamə Təbatəbai “əl-Mizan” təfsirində«يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ، وَ لا يُرِيدُ بِكُمُ الْعُسْرَ» “Allah sizin üçün çətinlik deyil, asanlıq istər...” – ifadəsini xəstə və müsafirlərə aid edir. (30) Bununla belə o, müsafir orucunun hökmünün qüvvədə olduğunu düşünür.
Nəticədə, bu ifadəni istər hökmün əslinə, istərdə də, xəstə və müsafirə aid etsək, yenə də müsafir orucunun hökmü qüvvədə qalır, çünki əsl səbəb burda nəzərə alınmır. Hər halda bu ifadə hikməti bəyan edir, səbəbi yox. Səbəb aradan gedərsə, hökm də aradan gedir. Bir hökmün kamil səbəbi və hikməti arasındakı fərq ondadır ki, hökmün səbəbi aradan qalxarsa, hökm də aradan qalxır. Hikmət aradan qalxarsa, hökm aradan qalxmaz. Xülasə olaraq onu qeyd edə bilərik ki, şəriət hökmlərinin yaranma səbəbi hikmətlər deyil, elə hökmlərin özüdür. (31) Səfərin çətinliyi müsafir orucunun hikməti olduğu üçün o aradan qalxsa da, hökm aradan qalxmır.
Bu gün həmin hikmət hələ də mövcuddur. Əksər camaat üçün səfərin çətinliyi hələ də aradan qalxmayıb. Bunu "Heç bir yer insanın öz evi kimi deyil." məsəli də təsdiq edə bilər. (32)
Rəvayət də çətinliyi müsafir orucunun hökmündə kamil səbəb kimi inkar edir. İmam Sadiq (ə) buyurur: "Bir nəfər müsafir Ramazan ayında Peyğəmbərin (s) hüzuruna gəlir və soruşur: "Ramazan ayında oruc tutaqmı?" Həzrət (s) buyurur: "Xeyr!" Sonra o şəxs deyir: “Oruc tutmaq mənim üçün rahatdır.”
Həzrət (s) buyurdu:
«إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ تَصَدَّقَ عَلَى مَرْضَى أُمَّتِي وَ مُسَافِرِيهَا بِالْإِفْطَارِ فِي شَهْرِ رَمَضَانَ أَيُعْجِبُ أَحَدَكُمْ لَوْ تَصَدَّقَ بِصَدَقَةٍ أَنْ تُرَدَّ عَلَيْهِ».
“Allah-taala mənim ümmətimin xəstə və müsafirlərinə oruc tutmamağı ehsan etdi. Siz ehsan etdiyiniz şeyin geri qaytarılmasına razı olarsınızmı?!” (33).
Çətinlik müsafir orucunun batil olmasının yeganə səbəbi olsaydı, Peyğəmbər (s) "Oruc tutmaq mənim üçün asandır." deyən şəxsin müqabilində ona oruc tutmaq əmri verərdi."
Digər bir hədisdə Müslim öz "Səhih"ində Cabir ibn Abdullahdan belə nəql edir: Allahın Rəsulu hicrətin 8-ci ili Ramazan ayında Məkkəyə doğru üz tutdu. “Kiraul-ğəmim” məntəqəsinə çatanda su içmək üçün qab istədi. Onu öz əlləri ilə o qədər yuxarı qaldırdı ki, hamı görsün. Sonra onu içdi. Yəni, ey camaat! Hamınız orucunuzu pozun! Allahın Rəsuluna (s) xəbər çatdırdılar ki, sizin aranızdakılardan bəziləri oruclarını açmadılar. Həzrət (s) buyurdu:
«اولئک العصاةُ، اولئک العصاةُ»
“Onlar günahkardılar, (34) onlar günahkardılar!”. (35)
Səfərin çətinliyi müsafir orucunun yeganə səbəbi olsaydı, onda niyə Peyğəmbər (s) onları günahkar adlandırırdı. Onlar səfərdə də oruc tuta bilərdilər. Bundan əlavə, "onlar qiyamətə qədər günahkardırlar" cümləsindən belə başa düşülür ki, qiyamətə qədər müsafir orucunun hökmü qüvvədə qalır. Ondan boyun qaçıranlar günahkardırlar.
Nəticə:
Quran ayələri və Əhli-beytdən (ə) gəlib çatmış hədislərə əsasən, səfərdə oruc tutmaq düzgün deyil. Hədislər, xüsusilə də, ayələr buna aşkar dəlildir. Belə ki, hədislərin bəzilərində müsafir orucunun hökmü üçün ayənin zahirinə istinad edilib. Orucun səfərdə batil olmasının fəlsəfəsi bir çox başqa fəlsəfələr kimi bizə aydın deyil. Səfərdə çəkilən çətinlik müsafir orucunun hikmətidir ki, onun aradan getməsi ilə hökm aradan getmir. Buna görə də, bugünkü səfərlər istər məşəqqətli olsun, istərsə də, məşəqqətsiz bunun müsafir orucunun hökmünə heç bir aiddiyyatı yoxdur.

 

Qaynaq:
undefined
Peinevesht:

1. Əllamə Təbatəbai “əl-Mizan” təfsiri kitabında bəyan edir ki, ilk iki ayə hökm bəyanetmə məqamında olmamış, yalnız zəminə yaratmışdır. Yalnız üçüncü ayədə orucun vacibolma hökmü verilmişdir. Deməli, üçüncü ayə təkrar deyil. (müraciət edin: “əl-Mizan” təfsiri, sözügedən ayənin təfsiri).
2. “əl-Mizan” təfsiri, Əllamə Təbatəbai, sözügedən ayənin təfsiri.
3. “Vəsailuş-şiə, c. 7, səh. 123 və 154.
4. “Əyyaşi” təfsiri, c. 1, səh. 81.
5. “əl-Kafi”, c. 4, səh. 86. “Vəsailuş-şiə”, c. 10, səh. 174, hədis. 13142.
6. Əyyaşinin nəql etdiyi hədisə uyğun.
7. “Usuli-Kafi”, c. 4, səh. 126.
8. Ramazan ayında səfərdə (oruc tuta bilmə qüdrətinin olmasına baxmayaraq,) iftar etmənin vacibliyi. Həmin gün oruc tutmasına baxmayaraq, qəzasının vacibliyi bölməsi.
9. Səfərdə iftar etmənin vacibliyini bilərək oruc tutan şəxsin orucu kifayət etmir və qəzasını da tutması vacibdir. Əgər hökmü bilmirdisə, orucu kifayətdir.
10. “Vəsailuş-şiə”, c. 10, səh. 178, hədis. 13154. Əllamə Təbərsi “Məcməul-bəyan” kitabında bir qrup səhabədən və İmamlardan (ə) səfərdə orucun iftar edilməsinin vacibliyini bəyan etmişdir.
11. İmam Kazimdən (ə) nəql olunan hədisdə “əs-siyamu” kəlməsinin yerinə “əs-sovm” kəlməsi gəlmişdir.
12. "Maidə" surəsi, ayə 2. ("Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək etməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!")
13. “Ey iman gətirənlər! Bir-birinizlə xəlvətdə danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və (qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun!” ("Mücadilə" surəsi, ayə 9).
14. “Vəsailuş-şiə", c. 10, hədis. 13205.
15. Həmin mənbə, səh. 176, hədis. 13147.
16. Həmin mənbə, səh. 174, hədis. 13143.
17. Həmin mənbə, səh. 175, hədis. 13145.
18. Həmin mənbə, səh. 177, hədis. 13150.
19. Həmin mənbə, səh. 177, hədis. 13149.
20. Həmin mənbə, səh. 177, hədis. 13151.
21. Həmin mənbə, səh. 179, hədis. 13156.
22. Həmin mənbə, səh. 179, hədis. 13157.
23. Həmin mənbə, səh. 179, hədis. 13158.
24. Həmin mənbə, səh. 180, hədis. 13159.
25. Həmin mənbə, səh. 180, hədis. 13275.
26. Həmin mənbə, səh. 180, hədis. 13160.
27. Həmin mənbə, səh. 180, hədis. 13161.
28. "Bəqərə "surəsi, ayə 276.
29. “Nümunə” təfsiri, Ayətullah Məkarim Şirazi, sözügedən ayənin təfsiri.
30. “əl-Mizan” təfsiri, Əllamə Təbatəbai, sözügedən ayənin təfsiri.
31. “Usulil-fiqhil-islamiyy”, Məhəmməd Əbu Zohrə, səh. 323.
32. “Dairətul-məarife fiqhi muqarin”, Ayətullah Məkarim Şirazi, c. 1, səh. 379.
33. “Vəsailuş-şiə”, c. 10, səh. 175, hədis. 13145.
34. “Səhih Müslim”in şərhi, Nəvəvi, c. 7, səh. 232.
35. “Vəsailuş-şiə”, c. 10, səh. 13143.

 

Nəşr tarixi: « 6/25/2015 11:00:11 PM »

Əlaqəli materiallar

Müsafirin orucunun hökm və fəlsəfəsi barədə araşdırma

Məcburi hicab?

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2151