Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

makarem news

Xülasə:
Açar sözlər:

O həzrətin şəhadəti ali dəyərlərlə yoğrulduğu üçün əhəmiyyəti köhnəlməməklə yanaşı, günbəgün üzə çıxmaqdadır. Haqq və ədalət, insanlıq dəyəri, ilahi etiqad naminə cihad, həyatda zillətə boyun əyməmək məsələləri elə konsepsiyalardır ki, heç vaxt köhnəlməz.

Qaynaq:
undefined
Peinevesht:


Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası
O həzrətin şəhadəti ali dəyərlərlə yoğrulduğu üçün əhəmiyyəti köhnəlməməklə yanaşı, günbəgün üzə çıxmaqdadır. Haqq və ədalət, insanlıq dəyəri, ilahi etiqad naminə cihad, həyatda zillətə boyun əyməmək məsələləri elə konsepsiyalardır ki, heç vaxt köhnəlməz.
Həzrət Seyyidüş-şühədanın şəhadətinin cəhətlərinin, eləcə də o həzrətə və Əhli-beytinə (ə) üz verən ağır müsibətlərin təhlili elə bir formadadır ki, əzadarlar və pak Əhli-beytin (ə) ardıcılları şəhadətdən öncə matəm mərasimləri təşkil edərək, Aşura dərkinə və həyəcanına fikri-ictimai mühiti hazırlayırlar (1).
İslamın yaşamasında İmam Hüseyn (ə) şəhadətinin oynadığı çox önəmli rolu, bu məsələyə səbəb kimi də göstərmək olar (2). Həmçinin, qeyd edilməlidir ki, o həzrətin çəkdiyi müsibətlər, heç bir məsumun müsibətilə müqayisə ediləsi deyil (3). Ona görə ki, həzrət Seyyidüş-şühəda (ə), Yezid hökuməti ilə mübarizədə şəhid olsa da, lakin onun şəhadəti öz dəyərli təsirlərini qoydu (4). İndi belə bir şərhlə şiə dünyasının mərcə-təqlidi Ayətullah Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə edərək, bu yazıda Aşura gününə təsadüf edən İmam Hüseynin (ə) şəhadətinin ən önəmli perspektiv (cəhət) və nişanələri möhtərəm oxuculara, dəyərli istifadəçilərə təqdim edilir:
İmam Hüseynin (ə) şəhadəti – Bəşər tarixinin ən təsirli (vəcdə gətirən) hadisəsi
Şübhəsiz, bəşər tarixində ən təsirli qəhrəmanlıq salnamələrindən birinə çevrilmiş İmam Hüseynin (ə) Aşura günündəki şəhadəti təkcə hər il milyonlarla insanın duyğu və hisslərini oyadıb onları öz ətrafına toplaması və digər mərasimlərdən daha şurlu bir mərasim yaratması baxımından diqqət cəlb etmir (5), əksinə onun əhəmiyyəti qeyd edilən baxımdan daha yüksəkdir, çünki pak dini, insani və bəşəri emosiyalardan başqa bir təhrikedici yoxdur. Onun xatirəsinə təşkil edilən əzəmətli nümayişlər heç bir təqdimat və təbliğat yönlü fəaliyyətlərə möhtac deyil. Bu cəhətdən də, öz modelində bənzərsizdir (6).
Peyğəmbər (s) ümmətinin islahı, həzrət Seyyidüş-şühədanın (ə) şəhadətindəki əzəmət nişanəsi
Qeyd etmək lazımdır ki, hicri tarixlə 60-cı ilin rəcəb ayında Müaviyənin ölümü ilə oğlu Yezid atası kmi xəlifəliyi zorla, heç bir meyar olmadan ixtiyarına keçirdi. Yezidin dövründə günah, cinayət və zülm atasının dövrü ilə müqayisədə daha da artdı. Hökumət başçısı şərabxor, qumarbaz, meymunbaz, itbaz və bir sözlə müxtəlif günahlara mürtəkib olduqda, cəmiyyət də etiqadi, ictimai və əxlaqi fəsada düçar olacaq (8).
Bu səbəbdən İmam Hüseyn (ə) cəddinin ümmətini və İslam cəmiyyətini islah etmək məqsədilə qiyam etdi. O, bu yolda şəhadət şərbətini içsə də, İslam cəmiyyətini yerindən oynatdı və tutduğu hədəfə yaxınlaşdırdı. Əgər İmam Hüseyn (ə) bu əzəmətli işə əl atmasaydı, əlbəttə bugün İslamdan bir iz qalmazdı, ya əgər qalsaydı əlamətdar olmazdı (9).
Yaxşılığa dəvət və pislikdən çəkindirmək sayəsində şəhadətsevərlik
İndi, belə bir izahla pisliyin əhatəsi böyüdüyü, yaxşılığın unudulduğu bir vaxtda, saleh insanlar, abidlər, mühacirlər, ənsar hökumətdən kənarlaşdırılıb, zalımlar, günahkarlar və Peyğəmbər (s) zamanının sürgün olunmuşları işlərin rəhbərliyin əllərinə aldığı belə bir şəraitdə İmam Hüseyn (ə) bütün varlığı (qəlbi, dili və əməli) ilə yaxşılığa dəvət və pislikdən çəkindirmək vəzifəsini yerinə yetirdi (11). Aşura günü öz qanını təqdim etməklə, bu böyük məsuliyyəti gerçəkləşdirdi, İslamın yeni cücərən ağacını suladı və onu qurumağa qoymadı (12). Əba Əbdillah Hüseynin (s), övladlarının və dostlarının qanı həm İslam tarlasını suvardı, həm də artıq otlarını (alağını) təmizlədi (13).
İmam Hüseynə (s) aid ziyarətnamələrdə, o cümlədən “Varis” ziyarətnaməsində oxuyuruq:
“اشْهَدُ انَّكَ قَدْ اقَمْتَ الصَّلاةَ، وَآتَيْتَ الزَّكاةَ، وَامَرْتَ بِالْمَعْرُوفِ، وَنَهَيْتَ عَنْ الْمُنْكَرِ، وَاطَعْتَ اللَّهَ وَرَسُولَهُ حَتّى‏ اتيكَ الْيَقينُ”
“Şəhadət verirəm ki, sən (İmam Hüseyn (ə)) namazı bərpa etdin, zəkatı ödədin, yaxşılığa dəvət edib, pislikdən çəkindirdin və şəhadət anına kimi Allaha və Rəsuluna (s) itaət göstərdin!” (14).
İslam ümmətinin dirçəlişi – İmam Hüseynin (s) Aşura günündəki agahcasına şəhadətinin hasili
Qeyd edilməlidir ki, İmamın (ə) müsəlmanların oyanışı və dirçəlişi üçün Allah yolunda şəhadətdən başqa yolu yoxdu. Buna görə də İmam Hüseyn (ə) həmin Aşura günündən etibarən ayıldıcı təsirini qoydu (15). Hicri tarixin 61-ci ilində xalqın yuxusu o qədər dərin, nadanlıqları o qədər köklü idi ki, İmamın (ə) və vəfalı tərəfdaşlarının qəlbinin qanından başqa heçnə bu mühüm afəti İslam tarlasından kənarlaşdıra bilməzdi (16).
Həzrət Hüseyn (ə) və yavərlərinin şəhadətindən, ismət və paklıq nümunəsi olan xanədanın əsirliyindən və Kərbəla şəhidlərinin müqəddəs başlarının nizəyə keçirilməsindən sonra camaat qəflətdən ayıldı (17). Bir-birinin ardınca qiyamlar baş verdi, Kərbəladan sonra (ə) Bəni-Üməyyə heç xoş gün görmədi. Nahəyət, axan pak qanlar Bəni-Üməyyənin süqutuna və bu murdar ağacın kökünün kəsilməsinə səbəb oldu (18). Ona görə ki, həzrət Seyyidüş-şühədanın Aşura günündəki şəhadətində idealtələblik və ölüm ayağınadək şərəfi, əqidəni müdafiə elə bir tərzdədir ki, İslam ümmətinin oyanış və dirçəlişini, zülmə qarşı mübarizəni (19) də özü ilə gətirəcəkdi. Peyğəmbərin (s) təbirincə desək: “إِنَّ لِقَتْلِ الْحُسَيْنِ حَرارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لا تَبْرَدُ أَبَداً”, “Həqiqətən, Hüseynin şəhadəti möminlərin qəlbində heç vaxt sönməyən bir hərarət yaradacaq!” (20).
Beləliklə, İmam Hüseyn (ə), tərəfdar və səhabələri ox, xəncər və qılınc altında şərəfli ölümü, möhtəşəm saraylarda zillətli həyatdan üstün tutdular, çünki bilirdilər ki, bu ölüm əbədi həyatın səbəbkarı, İslam cəmiyyətinin həyatı və dirçəlişin mayası, nadan və münafiq dəstənin çəngindən qurtuluşdur (21).
Nifaqın ifşası – İmam Hüseynin (ə) Aşura günündəki şəhadətsevərliyində həyati strategiya
Şübhəsiz ki, hər kəsin zahiri ilə batini ikilik təşkil etsə, rəftar tərzi ilə danışığı uyğun gəlməsə, münafiqdir. Bəni-Üməyyə münafiqlərin ən bariz nümunələrindən idi (22). Bəni-Üməyyə İslam xilafətinin libasında, onun bütün müqəddəslərini ayaqlar altına atdılar, birini digərinin ardınca məhv etdilər (23). Əgər İmam Hüseynin (ə), övladlarının və dostlarının birgə qiyamı, hərəkatı və şəhadəti gerçəkləşməsəydi, onların üzündən pərdə götürülməz və bəlkə də İslamdan bir iz qalmazdı (24).
Həzrət Seyyidüş-şühədanın (ə) şəhadəti – Ədalətsiz hakimiyyətin süqutuna zəmin yaradılması
İmam Hüseyn (ə) şəhadətsevərliyinin bariz nişanələrindən daha birini bəyan edərkən, xatırlatmaq lazımdır ki, bu müqəddəs qiyamda hökumət təşkil etmək marağı, real və əməli olaraq o zaman kəsiyində həmin hökumətə yiyələnmək mənasında deyil, əksinə, o həzrətin şəhid olması cəhalət dövrünün qalıqlarının gələcəkdə İslam hökumətinə yiyələnməməsinə bir zəmin yaratdı və bu, İmamın (ə) sorağında olduğu bir həqiqətdi (25).
Ona görə də o həzrətin (ə) Aşura günündəki şəhadəti zalımların hökumətinin canına vəlvələ saldı və nəticədə İslamı dirçəltdi, Nəbəvi (s) hərəkatının nailiyyətlərinin məhv olmasının qarşısını aldı və müsəlmanları azğınlıqdan xilas etdi (26).
İmam Hüseynin (ə) şəhadəti – Bəni-Üməyyə “islamı”nın rüsvayçılığında fundamental əlamət
Bütün mənəvi əzəməti və ailə kökü ilə İmam Hüseynin (ə) Aşura günü, günün ortasında və elə bir səhnədə şəhadəti tarixin unuda biləcəyi sadə bir iş deyildi. O həzrətin (ə) ürək parçalayan şəhadətindən sonra göylərin və yerin qarışması, səmadakıların və mələklərin ağlaması barədə şiə və sünni mənbələrində gələn xəbər və hədislər bu həqiqətə şahidlik edir (27).
Ən ağrılı və təsirli yer burasıdır ki, müsəlmanlıq iddiası edən, zahirdə namaz qılan, Quran oxuyan bir camaat təkbir dedikləri halda, Peyğəmbərin (s) əzizi ilə savaşa qalxdılar (28). Qəddarlıqla, təqva və imanın tam nümunəsini şəhid etdilər, hörmətini sındırdılar, malını qarət etdilər (29).
Bəli, İmam (ə) öz şəhadətilə ömürlərini “Əməvi islamı” ilə keçirmiş və Müaviyə kimi “əmirəl-mömininləri” (hakimləri) görmüş, indi də şərabxor və möminlərə rəhbərlik iddiası edən, müsəlmanlara xəlifəlik edən, yalnız özü və fasid ailəsini din və məktəblə aşina, İmam Hüseyn (ə) və onun pak xanədanını dindən kənar hesab edən  və müsəlmanların xəlifəsinə qarşı qiyam edən kimi tanıtdıran Yezid kimi kəslərə ilahi höccət və dəlili tamamladı (30).
İmam Hüseynin (ə) şəhadəti – Bəndəliyin təzahürü, eşq və irfanın coşqusu
İmam Hüseyn (ə), dostları və səhabələri Allah eşqində elə fani idilər ki, hətta qılınc və nizə zərbələrinin ağrısını hiss etmirdilər (31). Bəli, onlar İbrahimsayağı (ə) zamanın nəmrudlarının atəşınə girdilər və bu atəş onlara sərin və əmin-amanlıq oldu, məhbubla (Allahla) görüş ləzzəti hər şeyi onlara unutdurdu! (32). Buna əsasən, qeyd edilməlidir ki, həqiqətən də İmam (ə) və onun tərəfdarlarının şəhadətə qucaq açdığı bu həssas anlarda eşq və irfanın coşması təəccüblüdür. Söz və ifadələr onu şərh etməkdə acizdir (33).
Həmçinin, İmam Hüseyn (ə) birbaşa onların şəhadət və cənnətə pərvazından xəbər verir və dostları sevincdən ağlayır və fərəhlidirlər (34). Onun (münacatın) sözlərində ilahi maarif və razılıq və təslim olmağın ən ali dərəcəsi coşub-daşmaqdadır. Onda nə bir şikayət, nə dözümsüzlük, nə acizliyi izhar etmək və nə də ümidsizlik və narazılığı büruzə vermək əsla nəzərə çarpmır. Hər yerdə əbədi və qüdrətli Allah qarşısında səbr etmək, razı və təslim olmaq barədə söhbət açılır (35).
Axirətə təmayülün təzahürü, İmam Hüseynin (ə) şəhadətində möhkəm əlamət
İmam Hüseyn (ə) şəhadətinin aşkar və bariz nişanələrindən biri kimi o həzrətin şəhadətinin əsil mahiyyətindəki axirətə meyillilik mövzusuna işarə etmək lazımdır: İmam Əli ibn Hüseyn (ə) buyurdu: "Aşura günü İmam Hüseynin (ə) işi çətinləşdiyi zaman, o həzrətin yanındakılar gördülər ki, hər kəsin üzünün rəngi qaçmış olduğu və bədəni lərzəyə gəldiyi bu həddən artıq təhlükəli səhnədə İmam (ə) və onun xas tərəfdarlarının siması parlayır və bədənləri aramdır, qəlbləri hər an daha da aramlaşır." Bir-birlərinə deyirdilər: "Onlara nəzər salın, onların ölümdən qorxuları yoxdur." (36) Bu zaman İmam (ə) buyurdu: “Ey böyük şəxsiyyət olaraq doğulanlar! Səbirli olun! Ölüm yalnız sizi çətinliklərdən geniş olan cənnətlər və əbədi nemətlərə doğu aparan bir körpüdür (37). Bu əzəmətli fədakarlıq rəhbərinin sonuncu sözləri onun aram bir nəfsdən yararlandığını və ölüm onun bir neçə addımlığında olmasına baxmayaraq, ona əhimiyyət vermədiyini, sevdikləri və yaxınlarının şəhadətinin – duyğulu məsələlər istisna olmaqla – onun üstün düşüncə və ruhiyyəsində dəyişiklik etmədiyini, əksinə onun səbrini artırdığını və daima məhbubu ilə görüşmək şövqünün atəşini qəlbində daha da alovlandırdığını yaxşı şəkildə nişan verir (38). Ölümə təbəssüm etmək, şəhadət astanasında simaların parlaq olması və həyatın son anlarında qəlblərin aramlığı yalnız məşuqla görüşmək şövqünün onların bütün vücudlarını bürümüş olduğu və dünyanı zindan və qəfəs hesab edən kəslər üçün mümkündür və ölüm Allahın razılığı yolunda onun (qəfəsin) qapılarını açır və onlar Allaha yaxınlıq səmasının ən yüksək yerlərinə pərvaz edirlər (39).
Son söz
Sonda qeyd etmək lazımdır ki, İmam Hüseyn (ə) şücaət, mətanət və azadlıq nümunəsi kimi Allah yolunda şəhadətin tam (kamil) əyani misalı idi (40), ona görə ki, o həzrətin şəhadəti ali dəyərlərlə yoğrulduğu üçün əhəmiyyəti köhnəlməməklə yanaşı, günbəgün üzə çıxmaqdadır. Haqq və ədalət, insanlıq dəyəri, ilahi etiqad naminə cihad, həyatda zillətə boyun əyməmək məsələləri elə konsepsiyalardır ki, heç vaxt köhnəlməz, əksinə zalımların zülm və ədalətsizliyinin artdığı müasir dünyada bu həqiqətin dəyəri daha da aşkar olmaqdadır. Pərvərdigarın pak zatına bağlı olan qiyam və şəhadət necə köhnələ bilər?! (41) Deməli, İmam Hüseyn (ə) öz şəhadəti ilə azadlıq, izzət, əzəmət, xalis niyyət, cihad və fədakarlıq dərsi verdi, hansı ki, digər zamanlardan fərqli olaraq bu gün onlara daha çox möhtacıq (42).
Araşdırma; hazırlanma və tərtibat: Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

1-    “Əzadarlıq hökmləri”, səh. 115
2-    “Əzadarlıq hökmləri”, səh. 117
3-    Yenə orada
4-    “Əzadarlıq hökmləri”, səh. 131
5-    “Əzadarlıq hökmləri”, səh. 13
6-    “Əzadarlıq hökmləri”, səh. 13
7-    Əhli-sünnənin tanınmış və təəssübkeş tarixçisi və alimi İbn Kəsir deyir: “Yezid əyləncə ilə məşğul olmaqda, şərabxorluq, xanəndəlik, ov (əyləncə xarakterli), musiqiçi qulam və kənizləri xidmətə götürməkdə, itbazlıqda, qoçları, dördayaqlıları və meymunları döyüşdürməkdə məşhur idi. Hər günün səhəri məst və içkili oyanırdı. O, meymunu bəzənmiş atın tərkinə mindirir və gəzdirirdi, meymununa, qulamlarına bəzəkli papaqlar qoydururdu; meymunu öldüyü zaman ona kədərləndi” (“Aşura”, səh. 219)
8-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 31
9-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 31
10-    Müaviyə bəzi şəxsləri, o cümlədən Ömər ibn As, Ziyad ibn Əbih, Muğeyrə ibn Şöbə, Səmurə ibn Cündəbi Misirdə, Bəsrə və Kufə şəhərlərində hökumətinə ortaq etdi. Maraqlıdır ki, “Nəhcül-bəlağə”nin 62-ci məktubunda həzrət Əli (ə) heyrətamiz uzaqgörənliklə bu reallıqdan xəbər verir. Daha artıq şərh üçün “Aşura” kitabının 163-cü səhifəsindən sonranı mütaliə edin.
11-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 42
12-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 43
13-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 43
14-    “Yeni Məfatih”, səh. 382; “Biharul-ənvar”, c. 98, səh. 197, hədis 32
15-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 79
16-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 79
17-    Yenə orada
18-    “Əzadarlıq hökmləri”, səh. 30
19-    “Müstədrəkül-vəsail”, c. 10, səh. 318, hədis 13
20-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 425
21-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 107
22-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 107
23-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 107
24-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 107
25-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 265
26-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 234
27-     Müraciət edilsin: “Biharul-ənvar”, c. 45, səh. 201-219 və “Siyəru Əlamin-nubəla`”, c. 4, səh. 425-428
28-    Şair demişkən: “وَ يُكَبِّرُونَ بِأَنْ قُتِلْتَ، وَ إِنَّما/قَتَلُوا بِكَ التَّكْبِيرَ وَ التَّهْليلَا”, “Səni öldürdükləri zaman təkbir dedilər, amma əslində səni öldürməklə təkbir və təhlili (La ilahə illəllahı) öldürdülər. (“Biharul-ənvar”, c. 45, səh. 244)
29-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 30
30-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 611
31-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 428
32-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 428
33-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 474
34-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 475
35-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 530
36-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 513
37-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 514
38-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 505
39-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 514
40-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 9
41-    Ayətullah Məkarim Şirazinin “Şəhadət baharı” 11-ci beynəlxalq festivalına mesajı, 24/5/2015
42-    Yenə orada

Nəşr tarixi: 23/10/2015

 

Nəşr tarixi: « 9/24/2016 5:21:21 PM »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” məfhumu

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 690