Həzrət Ayətullah Məkarim Şirazi cənablarının görüşündə İmam Hüseyn (ə) qiyamında “ölüm düşüncə”sinin nümunələri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Həzrət Ayətullah Məkarim Şirazi cənablarının görüşündə İmam Hüseyn (ə) qiyamında “ölüm düşüncə”sinin nümunələri

makarem news

Xülasə:
Açar sözlər:

Kərbəla tarixindəki möhtəşəm anlar şərəfli həyat və izzətli, əzəmətli ölum düsturunu təsvir edir. Bu həmin dərsdir ki, İmam Hüseyn (ə) Neynəva meydanında, Aşura günündə bəşərə öyrətdi.

Qaynaq:
undefined
Peinevesht:


Həzrət Ayətullah Məkarim Şirazi cənablarının görüşündə İmam Hüseyn (ə) qiyamında “ölüm düşüncə”sinin nümunələri
Kərbəla tarixindəki möhtəşəm anlar şərəfli həyat və izzətli, əzəmətli ölum düsturunu təsvir edir. Bu həmin dərsdir ki, İmam Hüseyn (ə) Neynəva meydanında, Aşura günündə bəşərə öyrətdi.
Ölüm düşüncəsi, ölümü yada salmaq, yaxud ölümə hazır olmaq (1) insan tərbiyəsi və günahla mübarizədə ən ideal vasitələrdən biridir. (2) Bu məsələnin gerçəkləşməsində arzuları azaltmaq, insanların bəsirətini artırmaq aparıcı rola malikdir, (3) lakin ölüm düşüncəsi və “ölüm xatirəsi”nin misilsiz köklərini dəfələrlə həzrət Hüseyn (ə) qiyamında aşkar şəkildə görmək olar. Buna əsasən, bu yazıda Ayətullah Məkarimin yüksək ideya və düşüncələrindən istifadə edərək, İmam Hüseyn (ə) qiyamındakı ölüm düşüncəsinin ən ümdə nişanələrini oxuculara təqdim edirik. Həmin nişanələr ibarətdir:
Axirət meyli, ölüm düşüncəsinin əsaslı nişanəsi
Ölüm düşüncəsinin (ölümü xatırlamağın) önəmli və əsaslı nişanələrindən biri budur ki, bu xüsusiyyətin daşıyıcıları mütəmadi axirət aləmini düşünürlər. Onların baxış üfüqü bu dünyanın bir neçə günlük həyatı və onun ləzzəti ilə məhdudlaşmır, onlar bu ötəri həyatın fövqündə sonsuz nemətləri ilə birgə əbədi sarayı müşahidə edir və daima onu qazanmaq uğrunda səy göstərirlər. (4)
Axirət meyli ilə ölüm düşüncəsinin qırılmaz əlaqəsini şərh edərkən, İmam Hüseynin (ə) Hənzələ adlı bir dostunun o həzrətdən (ə) soruşduğu suala işarə etmək olar: “Məgər mən, axirətə tələsməməli və qardaşlarıma qovuşmamalıyam?”.
İmam (ə) buyurdu: “رُحْ إلَى خَيْرٍ مِنَ الدُّنْيا وَما فيها وَإلى‏ مُلْكٍ لايَبْلى”, “Dünyadan yaxşısına, onda olana və köhnəlməz mülkə doğru tələs!” (5)
Həmçinin, “Nəfəsul-məhmum” kitabının təbirincə, həzrət Əli Əsğərin (ə) şəhadətindən sonra İmam Hüseyn (ə) buyurdu:
“يا نَفْسُ اصْبِري فيما أَصابَكِ، الهي تَرى‏ ما حَلَّ بِنا في الْعاجِلِ فَاجْعَلْ ذلِكَ ذَخيرَةً لَنا في الْاجِلِ”
“Ey nəfs! Sənə yetişən müsibətlər qarşısında səbirli ol! İlahi, bu fani dünyada başımıza gələnləri görürsən! Belə isə, onları qiyamət günümüzə azuqə və ehtiyat olaraq təyin et!” (6 və 7)
Digər bir hədisdə gəlmişdir ki, İmam Hüseyn (ə) buyurdu: “İlahi, dünyada zəfəri bizdən əsirgədinsə, onu axirət ehtiyatımız qərar ver və zalım dəstədən intiqamımızı al!” (8)
Ölüm düşüncəsi, şücaətin gücləndiricisi kimi
Məlumdur ki, şəhadət ərəfəsində ölümə gülümsəmək, üzün nurlanması yalnız o kəsə qismət olur ki, məşuqun görüşü şövqü bütün varlığını doldurmuşdur. (9) Hədislərdə zirək və xoşbəxt adamın ölümü çox xatırlayan kəs olduğu təkrar-təkrar qeyd olunmuşdur. Ölümü xatırlamaq çətinlikləri həll edir, (10)... insan ölümü düşündüyü zaman yüngülləşir, çünki hər kəsin sonu ölümdür və nəticəsi məlum olan şeyin qüssəsi olmaz. (11)
İmam Əli ibn Hüseyn (ə) bu xüsusda buyurur: (Aşura günü) İmam Hüseynin (ə) işi çətinləşəndə, həzrətin ətrafındakılar gördülər ki, bu çox təhlükəli səhnədə – hansı ki, orada kim olsaydı rəngi qaçar, bədəni əsərdi – İmam Hüseyn (ə) və xüsusi köməklərinin siması daha parlaq, bədənləri sakit, ürəkləri hər keçən an daha arxayın olur. Bəziləri digərlərinə deyirdilər: “Onlara baxın, necə də ölümdən qorxmurlar!” Bu zaman İmam (ə) buyurdu:
“صَبْراً بَنِي الْكِرامِ، فَمَا الْمَوْتُ إِلّا قَنْطَرَةٌ تَعْبَرُ بِكُمْ عَنِ الْبُؤُسِ وَ الضَّرَّاءِ إِلَى الْجِنانِ الْواسِعَةِ وَ النَّعيمِ الدَّائِمَةِ”
“Ey kərəm sahiblərinin övladları! Səbirli olun, ölüm yalnız sizləri çətinlik və acılardan geniş cənnətə və əbədi nemətlərə çatdıran bir körpüdür”. (12)
Ölüm düşüncəsi işığında şəhadətsevərlik
Ölüm düşüncəsi kölgəsində şəhadətsevərlik nişanəsi İmam Hüseyn (ə) qiyamının binası ilə elə bir şəkildə yoğrulmuşdur ki, belə deyilməli idi: Bu bədənin xəstə yatağında ölməsi heyifdir! Nə gözəldir ki, sonda Allah yolunda qanına qəltan olsun və şəhidlər sırasında qərarlaşsın! (13) Digər tərəfdən bu məsələ göstərir ki, İmam (ə) iftixarla ölümü qarşılayır və heç bir şeydən qorxusu yoxdur. Ölümün; Allah yolunda olan ölümün, məhbus bəndələrə ilham verən ölümün tarix boyu qarşısında duracaqdır. (14)
Buna görə də o həzrət (ə) buyurur: “Əgər bədənlər ölüm üçün yaradılıbsa, qılınc zərbələri altında Allah yolunda şəhadət daha yaxşıdır. (15) ... Belə bir şəraitdə möminə Pərvərdigarının görüşü (şəhadət) lazım olur. Qətiyyətlə, (haqq yolda) ölməyi səadətdən, zalımlar kənarında yaşamağı isə xarlıqdan başqa bir şey görmürəm”. (16 və 17)
Mövzunu şərh edərkən, bunu da qeyd etmək olar ki, Aşura tarixində oxuyuq ki, düşmən mühasirəsi daralıb, İmam Hüseyn (ə) tərəfdaşlarına qarşı təzyiq çoxaldıqca, onların siması bir o qədər nuraniləşir, çiçəklənirdi, hətta yaşlı səhabələr Aşuranın səhəri üzügülər idilər. Onlardan səbəbini soruşduqda, deyirdilər: Ona görə ki, bir neçə saatdan sonra şəhadət şərbəti içəcək. (18)
Beləliklə, ölüm düşüncəsi və şəhadətsevərlik elementlərinin əsas bağının şərhi xüsusunda, İmam Hüseynin (ə) fəsahətli sözlərindən olan bu nurlu ifadəyə işarə etməmək olmaz. Belə ki, o həzrət buyurur:
“.. خُطَّ الْمَوْتُ عَلى‏ وُلْدِ آدَمَ مَخَطَّ الْقَلادَةِ عَلى‏ جيدِ الْفَتاةِ، وَ ما أَوْلَهَني إِلى‏ أَسْلافي اشْتِياقُ يَعْقُوبَ إِلى‏ يُوسُفَ...”
“... (Agah olun!) Adəm övladının boynundakı ölüm boyunbağısı, gənc qızların boynundakı boyunbağı mislindədir (ölüm daima insanla yanaşıdır). Keçənlərimin (atam, anam, babam və qardaşım) görüşünə meylim, Yusifin görüşünə Yəqubun əlaqəsi kimidir!” (19 və 20)
Şərəf – ölüm düşüncəsinin məhsulu
Ox, xəncər, qılınc zərbələri altında şərəfli ölümü, möhtəşəm saraylarda zillətli həyatdan üstün tutan və bu kəlmələrin heç birindən qəlbində ən az tərəddüd yaşamayan kəslərə (21) ölümü yada salmağın həyat, izzət və iftixara səbəb olması məlumdur. (22) Buna görə də o həzrət (ə) bir çox ibarələrində buyurmuşdur: Biz heç vaxt alçaqlara itaəti şərəfli ölümdən üstün tutmayacağıq. Bilin! Mən bu xanədanımla, az hazırlıqla, azsaylı köməkçilərimlə sizinlə döyüşəcəyik (və şəhid olmağa hazırıq!) (23).
Zillətin inkarı – ölüm düşüncəsinin girovunda
Şübhəsiz zillətin inkarında ölüm düşüncəsi İmam Hüseyn (ə) qiyamının bariz səciyyələrindən sayılır. Ona görə də İmam Hüseyn (ə) və tərəfdaşlarının qiyamında mövcud məşhur və dəyərli səciyyələr onların zillətə boyun əyməməyi və mətanətliliyi idi. (24) “هَيْهاتَ مِنَّا الذِّلَّةَ” (25) “Zillət bizdən uzaqdır!” şüarı, həmçinin həmişə yaşar “وَاللَّهِ لَاأُعْطِيكُمْ بِيَدِي إِعْطاءَالذَّلِيلِ، وَ لَاأَفِرُّ فَرارَ الْعَبيدِ”, “Allaha and olsun, nə sizə zillət əli uzadacaq, nə də qullar kimi baş götürüb qaçacağam!” (26) kəlamı daima tarix qaranlığında parlayacaq! (27)
Həmçinin, ölüm düşüncəsinin, ölümdən qorxmamağın və onun zillətin inkarı ilə əlaqəsini şərh edərkən, o həzrətin nurlu sözünə işarə etmək olar, belə ki, buyurur:
“لَيْسَ شَأْنِي شَأْنُ مَنْ يَخافُ الْمَوْتَ، ما اهْوَنَ الْمَوْتِ عَلى‏ سَبيلِ نَيْلِ الْعِزِّ وَ إِحْياءِ الْحَقِّ، لَيْسَ الْمُوتُ فِي سَبيلِ الْعِزِّ إِلّا حَياةً خالِدَةً وَ لَيْسَتِ الْحَياةُ مَعَ الذُّلِّ إِلّا الْمَوْتَ الَّذِي لا حَياةَ مَعَهُ، افَبِالْمَوْتِ تُخَوِّفُنِي، هَيْهاتَ طاشَ سَهْمُكَ وَ خابَ ظَنُّكَ لَسْتُ اخافُ الْمَوْتَ، انَّ نَفْسِي لَأَكْبَرُ مِنْ ذلِكَ وَ هِمَّتِي لَأَعْلى‏ مِنْ أَنْ أَحْمِلَ الضَّيْمَ خَوْفاً مِنَ الْمَوْتِ وَ هَلْ تَقْدِرُونَ عَلى‏ اكْثَرَ مِنْ قَتْلي؟! مَرْحَباً بِالْقَتْلِ فِي سَبيلِ اللَّهِ، وَ لكِنَّكُمْ لا تَقْدِرُونَ عَلى‏ هَدْمِ مَجْدي وَ مَحْوِ عِزِّي وَ شَرَفِي فَإِذا لا أُبالِي بِالْقَتْلِ”
“Mənim durumumda ölümdən qorxmaq kimi bir durum yoxdur! Haqqı dirçəltmək və izzətə çatmaq yolunda ölüm necə də asandır?! İzzət yolunda ölüm, əbədi həyatdan başqa bir şey deyil! Zillətli həyat həyatsız ölümdən başqa bir şey deyil. (28) Əfsus! Oxun yan keçdi, gümanın puçdur. Məni ölümlə qorxudursan? Mən ölümdən qorxan biri deyiləm! Ruhum və iradəm ölüm qorxusundan zülmə boyun əyməkdən daha böyük və üstündür. (29)
Məni öldürməkdən daha üstününü bacarırsınız?! Allah yolunda öldürülənlərin xoş halına! Ancaq sizlər mənim əzəmət, izzət və şərəfimi məhv etməkdə acizsiniz. Belə halda mənim ölümdən qorxum yoxdur!” (30 və 31)
Ölüm düşüncəsi – Allah dininin dirçəlişində bir həyat elementi
Ölüm xatirəsi, Allah dinin dirçəldilməsi və zalımlarla mübarizədə ən mühüm ehtiyac sayılır. Bu üzdən deyilməlidir ki, Aşura qiyamı Allah dininin dirçəltməsinə kömək etməklə yanaşı, İslam ağacının kök atmasına və çiçəklənməsinə, İslam ümmətinin də oyanışına səbəb oldu: müsəlmanlara şəhadətsevərlik və igidlik ruhu üfürdü. (32)
Şair demişkən:
Haqqın nəsibi toza-qana qəltan oldu,
Ta küfrün binası, onla viran oldu.
Onun qanı bu əsrarı təfsir etdi,
Yatmış bir milləti (yuxudan) ayıltdı.(33)
Bundan əlavə, Aşura qiyamı göstərdi ki, İmam (ə) al qanı ilə dünya azadələri üçün bir məktəb qurdu, ölüm və şəhadəti sadə və iftixarverici bir işə çevirdi. (34)
Günahı uzaqlaşdırmaq, ölüm düşüncəsinin nişanəsi kimi
Şübhəsiz, ölümü xatırlamaq insanın günah etməməsində çox möhkəm bir amil ola bilər. (35) Ona görə ki, ölümə diqqət və həyatın sonunu dərk, adətən, ölümü unutmaqdan irəli gələn tamah və hərisliklə yoğrulmuş günah və puç səylər qarşısında mühüm çəkindirici amil sayılır. (36)
Həmçinin, ölüm xatirəsi oyanış, agahlıq və tövbə ilə nəticələnər, günahların silinməsinə səbəb olar. (37) Buna bariz nümunə kimi Hürr ibn Yezid Riyahiyə diqqət çəkmək olar. İbn Əsirin nəqlinə əsasən, Hürr, İmam Hüseynin (ə) yanına gəlib dedi: “Mən indi, tövbə etməkdən ötrü yanına gəlmişəm, ölüm ayağına kimi sizi himayə etmək və nəhayət, gözünüzün önündə ölmək qərarındayam.” (38)
Qiyamət meyli, ölüm düşüncəsinin fundamental təzahürü
Qeyd edilməlidir ki, əsasən, teistləri ateistlərdən ayıran ən ümdə məsələlərdən biri onların ölümə baxışıdır. Teistlər ölümü ikinci təvəllüd, yeni həyatın başlanğıcı bildiyi, ölüm onların nəzərində bir evdən digər evə köçməkdən, yəni dünya qəfəsindən azad olub geniş axirət aləminə qədəm qoymaqdan başqa bir şey olmadığı halda, ateistlər ölümü hər şeyin sonu bilirlər və bu üzdən böyük dəyərlərə qurban getməyə hazır deyillər. İnsan şəxsiyyətinin formalaşmasında tövhiddən sonra məad qədər heç bir iman və əqidə rol oynamır. Bütün peyğəmbərlər də bu iki həqiqətə dəvət üçün seçilmişlər. (39)
Deməli, qiyamət barədə çox düşünməliyik. Elə bir gün keçməsin ki, onda ölümü və məadı xatırlamayaq. Ona görə də tarixə qızıl və parlaq hərflərlə yazılan İmam Hüseyn (ə) və tərəfdarlarının misilsiz aşura igidliklərini bu xüsusda, yəni onların ölüm düşüncəsi, məad və əbədi axirət həyatına möhkəm imanlarında axtarmaq lazımdır. (40)
Ölüm düşüncəsi girovunda vilayət qəbuletmənin reallaşması
Dünya tarixini vərəqləyin, aşura gecəsi cərəyanı kimi bir cərəyan tapa bilərsinizmi? Elə bir gecə ki, xalqın öndəri və qoşun sərkərdəsi bütün qoşununa, qoşun başçılarına məntəqəni tərk etmək, ölümdən yaxa qurtarmaq izni verdi. Onlar da yəqin bildikləri halda iftixar və sevinclə vəfadarlıq göstərib o gecənin səhərisindəki ölümə hazırlaşsınlar; nə bir can, bəlkə min canları olsa, ona fəda etsinlər! Nə möhtəşəm igidlik, necə qəribə və unudulmaz səhnədir! Bu necə atəşli eşqdir, Allah yolunda, bir ilahi və səmavi rəhbərin kənarında şəhadətə! (41)
Qəflətdən uzaqlaşmaq, ölüm düşüncəsinin hasili kimi
Qeyd edilməlidir ki, ölüm xatirəsi qəflət pərdələrini dəlir. Bu cəhətdən də bir nemətdir. Ayıqlıq dünya həyatının bütün keçmişinə kimi davam etsə, sözsüz ki, başdan-başa şadlıq və sevinc olan axirətdən fərqli olaraq darıxdırıcı və yorucudur. (42) Ona görə də camaat arasında ən ayıq kəsin ən çox ölümü xatırlayan və özünü ona hazırlayan şəxs olduğu qeyd edilməlidir. (43)
İmam Hüseyn (ə) də xalqın oyanışı, ayıqlığı üçün qiyam etdi, lakin xalq, həzrət Əbi Əbdillahın (ə) və dostlarının şəhadətindən, ismət və paklıq nümunəsi xanədanının əsarətindən, Kərbəla şəhidlərinin müqəddəs başları nizəyə keçirildikdən sonra oyandı və bir-birinin ardınca qiyamlar baş verdi. Kərbəla hadisəsindən sonra Bəni-Üməyyə xoş gün görmədi. Nəhayət, bu pak qanlar Bəni-Üməyyənin süqutuna, bu murdar ağacın kökünün kəsilməsinə səbəb oldu. (44 və 45)
Son söz
Ölümü xatırlamaq insanı tərbiyələndirir. Əgər ölüm olmasaydı, yəqin ki, yaşamaq çox çətin olardı. Ölüm xatirəsi bəlkə də Allahın ən böyük nemətlərindəndir. (46) Ölüm düşüncəsilə üsyankar nəfsi xar etmək olar; “ وَ ذَلّلهُ بِذِكرِ المَوتِ”, “Ölümü xatırlamaqla, onu ram və xar et!”. Belə olduqda, artıq qəflət, qürur pərdələri və bənzər şeylər göz, qulaq və qəlbin önünü örtmür. (47) Ona görə ki, İmam (ə) və dostlarının şəhadətə qucaq açdıqları həssas anlarda eşq və mərifət guşəsi son dərəcə valehedicidir. İmam (ə) onların şəhid olub, cənnətə gedəcəklərindən birbaşa xəbər verir, dostları isə sevincdən ağlayırlar, fərəhlidirlər. Bu əzəmətli anlar Kərbəla tarixində şərəfli həyatın və izzətli, əzəmətli ölümün yolunu təsvir edir. (48) Bu, İmam Hüseynin (ə) Aşura günü, Neynəva meydanında bəşərə öyrətdiyi  həmin dərsdir. (49)
Araşdırma; hazırlanma və tərtibat: Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Nümunə” təfsiri, c. 24, səh. 318
2-    “Hidayət nurları”, əxlaqi bəhslər məcmusu, səh. 120
3-    “Quranda əxlaq”, c. 2, səh. 194
4-    “Tövhid qəhrəmanı”, həzrət İbrahimə (ə) dair ayələrin təfsir və şərhi, səh. 213
5-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 465
6-    “Məali əs-Sibtəyn”, c. 1, səh.419
7-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 499
8-    “Yənabiul-məvəddət”, c. 3, səh. 77
9-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 513
10-    “Hidayət nurları”, əxlaqi bəhslər məcmusu, səh. 217
11-    “Hidayət nurları”, əxlaqi bəhslər məcmusu, səh. 217
12-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 514
13-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 519
14-    Yenə orada
15-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 362
16-    “Biharul-ənvar”, c. 44, səh. 381 və “Təbəri tarixi”, c. 4, səh. 305 (azacıq fərqlə)
17-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 365
18-    “Hidayət nurları”, əxlaqi bəhslər məcmusu, səh. 103
19-    “Məlhuf” (Lühuf), səh. 126 və “Biharul-ənvar”, c. 46, səh. 366-367
20-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 349
21-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 370
22-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 425
23-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 423
24-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 32
25-    Təbərsi, “İhticac”, c. 2, səh. 99
26-    Şeyx Müfid, “İrşad” səh. 450
27-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 32
28-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 370
29-    Yenə orada
30-    “İhqaqul-həqq”, c. 1, səh. 601 və “Əyanuş-Şiə”, c. 1, səh. 581
31-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 371
32-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 655
33-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 655
34-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 656
35-    “Hidayət nurları”, əxlaqi bəhslər məcmusu, səh. 121
36-    “İmam Əmirəl-möminin (ə) mesajı”, c. 4, səh. 353
37-    “İmam Əmirəl-möminin (ə) mesajı”, c. 4, səh. 279
38-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 439
39-    “Hidayət nurları”, əxlaqi bəhslər məcmusu, səh. 104
40-    “Quranın mesajı”, c. 5, səh. 327
41-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 398
42-    “Nümunə” təfsiri, c. 26, səh. 141
43-    “İmam Əmirəl-möminin (ə) mesajı”, c. 4, səh. 353
44-    İmam Hüseynin (ə) şəhadəti elə həmin Aşura günündən oyadıcı təsirini qoydu və Bəkr ibn Vail tayfasından olan düşmən əsgərlərinin qadınlarından birinin intiqam fəryadı ucaldı. “Ya ləsarati Rəsulullah!” şüarı ilə camaatı İmam Hüseyn (ə) qatillərindən intiqam almağa səslədi. Bundan sonra bir çox qiyamlar baş verdi ki, nəticədə Bəni-Üməyyə hökuməti dağıldı. (“Sugnameye-Ali-Muhəmməd”, səh. 533)
45-    “Hüseynə adi qiyamın hədəfləri”, səh. 79
46-     “Hidayət nurları”, əxlaqi bəhslər məcmusu, səh. 219
47-    “Hidayət nurları”, əxlaqi bəhslər məcmusu, səh. 29
48-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 474
49-    “İmam Əmirəl-möminin (ə) mesajı”, c. 4, səh. 218
Nəşr tarixi: 18/10/2015

 

Nəşr tarixi: « 9/24/2016 4:49:50 PM »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” məfhumu

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 173