Ayətullah Məkarim Şirazinin görüşündə İslam alimlərinin konvergensiyasını gücləndirən amillər

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə İslam alimlərinin konvergensiyasını gücləndirən amillər

makarem news

Xülasə:
Açar sözlər:

İslam təriqətləri arasındakı ixtilaflarları böyütməklə, onlar arasında qarşıdurma, düşmənçilik və müharibə alovunu alışdırmağa çalışan “əllər” var... Müsəlmanlar, düşmənlərin buna nail olmalarına imkan verməməlidir.

Qaynaq:
undefined
Peinevesht:

Ayətullah Məkarim Şirazinin görüşündə İslam alimlərinin konvergensiyasını gücləndirən amillər
 İslam təriqətləri arasındakı ixtilaflarları böyütməklə, onlar arasında qarşıdurma, düşmənçilik və müharibə alovunu alışdırmağa çalışan “əllər” var... Müsəlmanlar, düşmənlərin buna nail olmalarına imkan verməməlidir.

Giriş
İslam təriqət və məzhəblərinin alimləri arasında qarşılıqlı münasibət zərurəti İslam ümmətinin vəhdət qazanmasında çox mühüm və inkaredilməz məsələlərdəndir. Bu məqama diqqət etmək lazımdır ki, söhbət fiqhi nəzərlərin ixtilaf amillərindən və müxtəlifliyi ilə birgə malik olduğu sahədən, yəni İslamın kamil fiqh və şəriətinin yalnız “məhdud sahə”sindən gedir və əksər fiqhi məsələlərdə İslam məzhəbləri yekdil fikirə malikdirlər. Bütün fiqhi babların külliyyatı; namaz, oruc, xüms, zəkat, həcc, cihad, ticarət və müamilə növləri, ictimai və ailə müqavilələri kimi, həmçinin bir çox əsas element, əhkam və şərtlərinin hər biri; namazın rüknləri, təkbir, niyyət, qiraət, ruku, səcdələr, təşəhhüd, salam kimi və şərtləri; təharət, qiblə və s. kimi, eləcə də birbaşa Quran ayələri, yaxud Peyğəmbərin (s) mütəvatir hədislərinin bəyan etdiyi bütün hökmlər və İslam fiqhinin sair vacbiləri birlikdə İslam fiqhinin müştərəkliyidir; İslam məzhəblərinin bütün fəqihləri onlarda yekdil nəzərə sahibdirlər (1).
Odur ki, İslam alimlərinin bir-biriləri arasında vəhdət və konvergensiyanı gücləndirmək sahəsində bütün lazımi potensiallardan faydalanmaları vacibdir. Təkfirçi cərəyanlara qarşı müsəlman alimlərinin birliyi məqsədilə, keçən il Ayətullah Məkarim Şirazinin rəhbərliyi altında “İslam alimlərinin görüşlərində ekstremist və təkfirçi cərəyanlar” adlı dünya konqresinin təşkili önəmli bir addım idi ki, öz növbəsində İslam ümmətinin vəhdətini güclənməsinə səbəb oldu, habelə İslam məzhəblərinin alimləri arasında qarşılıqlı münasibətlərin mümkün qədər yüksəlməsinə zəmin yaratdı.
Lakin son günlərdə İslam vəhdəti baxımından İslam alimlərinin konvergensiyası mövzusunda əsas xəbər kimi müxtəlif mediyalarının diqqət mərkəzində olan məqam Ayətullah Məkarim Şirazinin Misirin əl-Əzhər universitetinin rəhbəri Şeyx Əhməd ət-Təyyibə məktubu və Şeyxi İslam ümmətinin vəhdətində mövcud maneə və çatışmazlıqların təhlili, eləcə də İslam dünyasında vəhdəti gücləndirməkdən ötrü, çıxış yollarının göstərilməsi istiqamətində şiə və sünni məzhəbi alimlərinin birgə iştirakı ilə silsilə elmi müştərək tədbirlərin təşkilinə çağırışıdır. Ayətullah Məkarim Şirazinin bu yanaşması, şiə dünyasının bu ali mərcəyi-təqlidinin dəyərli səciyyələrindən biridir ki, İslam alimləri arasında daha sıx münasibət yaratmaqda və İslam ümmətinin vəhdəti məsələsində fövqəladə əhəmiyyət daşıyır.
İndi qeyd edilən xüsusiyyətlərlə, hamının, xüsusilə İslam cəmiyyətlərinin ziyalıları və mədəniyyət qayğıkeşlərinin hər şeydən öncə İslam ümmətinin vəhdətini yaratmaq və yüksəltməkdə İslam alimlərinin yaradıcı rolunun vacibliyini anlamalarından ötrü “Ayətullah Məkarim Şirazinin görüşündə İslam dünyası alimlərinin konvergensiyasının ən önəmli yolları və amillərini” möhtərəm oxuculara təqdim edirik.

Birliyə təkid – İslam alimlərinin konvergensiyasının əsas amili
Ayətullah Məkarim Şirazinin rəy və düşüncələrində İslam ümmətinin vəhdətində ən önəmli prinsip kimi, İslam ümmətinin əvəzsiz birlik məsələsinin mövcudluğuna dəfələrlə təkid edilmişdir.
O, ifadələrinin birində bu xüsusda buyurmuşdur: Fərqli məzhəblərə mənsub olmalarından asılı olmayaraq, İslam fəqihlərinin əksəriyyəti istinbatın – hökm çıxarmanın daha əhəmiyyətli qaynaqlarında ortaq görüşə malikdirlər. Hökmləri çıxarış etməkdə, Quran və sünnə iki əsas sütundur. Mövcud fərqlər hökmlərin deduksiyası xüsusunda, Qurandan çıxarış metodu, sünnə sahəsi, icmanın dəlil olması üslubu və ağlın dəyər miqdarındadır (2).
Şiə dünyasının mərcəyi-təqlidi bu məsələnin vacibliyini açıqlayarkən İslam ümməti vəhdətinin gerçəkləşməsi xüsusunda buyurdu: Şübhəsiz, bu məktəblə sair müsəlman təriqətlərinin ardıcılları arasında fərqli mövzular bu məzhəblə digər məzhəblər arasında ortaq həmkarlığı mümkünsüz edəcək həddə deyil, çünki tamam İslam məzhəbləri arasında ortaq cəhətlər olduqca çoxdur, müştərək düşmənlər də hamısını birgə təhdid etməkdədir (3).

O, İslam cəmiyyətində ixtilaf və ikitirəliyə rəvac verənlərin kirli mahiyyətini tanımağın lüzumluluğuna təkid edərək, buyurdu: İslam məzhəbləri arasındakı qarşıdurma, düşmənçilik və müharibə alovunu alışdırmağa çalışan “əllər” var... Müsəlmanlar, düşmənlərin buna nail olmalarına imkan verməməlidir və İslamın dünyada tanınması üçün qarşıya çıxan çox qiymətli fürsətləri qaçırmamalıdır (4).
Odur ki, Ayətullah Məkarim Şirazi İslam alimləri arasında elmi-mədəni münasibətləri, İslam ümmətində təəssüfləndirici mövcud ixtilaf və ikitirəlikdən qurtuluşun ən yaxşı variantı kimi önə çəkərək, buyurdu: Əgər İslam məzhəblərinin alimləri təəssüb və inadkarlıqdan uzaq, səfa və səmimiyyət dolu bir məkanda birgə oturub ixtilaflı mövzular barəsində müzakirə və araşdırma aparsalar, ixtilafların azalması ehtimalı həddən artıq çoxdur. Bütün ixtilafların həll olunacağını deməsək də, əhatə dairəsinin daralacağına əminik (5).

Təkfirlə təsirli qarşıdurma sayəsində İslam alimlərinin konvergensiyası
Ayətullah Məkarim Şirazinin görüşündə, İslam məzhəbləri alimlərinin təkfirçi cinayətlərinə qarşı qəti mövqe sərgilədikləri təqdirdə, İslam alimləri arasında arzuolunan münasibət təsəvvür olunandır. O, buyurur: Bizim ilk hədəfimiz təkfirçilərə qarşı İslam alimlərinin birləşməsidir (6). İndi belə bir şəraitdə İslam alimləri car çəkib, İslam dünyasını təkfirçilərin təhlükəsindən xəbərdar etməlidir ki, nəticədə onlar da geri addım atsınlar? (7)
Ayətullah Məkarim Şirazi İslam ümmətinin mövcud durumunu və ixtilaf salmaqda, müsəlmanların, xüsusən şiələrin qətlində və nəhayət, İslam dünyasını parçalamaqda imperializmin nəhs və məşmum hədəflərinin tam həyata keçirilməsində təkfirçi cərəyanların rolunu şərh edərkən, buyurdu: Şiə və sünni də daxil olmaqla, müxtəlif məzhəb mənsubları qardaşlarının əli ilə müsəlmanların yerə düşən tikə-tikə olmuş bədənlərini gündəlik müşahidə etdiyi halda, Avropa, Amerika, xüsusilə İsraildə İslam düşmənləri buna sevinib, əl çalmaqdadır (8). Odur ki, Ayətullah Məkarim Şirazi İslam ölkələrinin böyük alimləri və müftilərinə təkfirçi cərəyanların cinayətlərinə qarşı mübarizə və mühakimənin lüzumuna təkid edərək, buyurdu: Bütün bu qətillərin bənzərləri nə zaman olmuşdur? Siz İslam alimləri belə bir şey xatırlayırsınız? Bəs niyə susub sakit oturmusunuz, “Yetər, bu qədər qardaş qırğınına yol verdiniz!” – deyə, fəryad çəkərək etiraz etmirsiniz? İslam ölkələrində baş verən bu səhnələrin arxasında İslam düşmənlərinin; siyonistlərin, qərb dövlətlərinin və onların tabeliyində olanların əli olduğunu hamımız yaxşı bilirik (9).

Bidətlə barışmazlıq – İslam alimlərinin birliyində həyati element
Xatırlatmaq lazımdır ki, Ayətullah Məkarim Şirazinin “bidətlə barışmamazlıq” mövqeyi İslam ümməti vəhdətinin və hər keçən gün İslam alimlərinin daha da birliyinin gerçəkləşməsində həlledici xarakterlərdən biridir.
O, təkfirçi qrupların bidətləri qarşısında bəzi İslam alimlərinin susmasını məzəmmət edərkən, bidətlə barışmazlığın tarixi lüzumluluğunu xatırladaraq buyurdu: Məgər, İslam qaynaqlarında gəlməyib ki, bidətlər üzə çıxdığı zaman alimlərə öz elmlərini göstərmək vacibdir, yoxsa ilahi mərhəmətdən uzaq olacaqlar? İslam tarixində bundan pis və çirkin bir bidət varmı? İslamın hansı ayə, hədis və tarixində gəlib ki, insanlar bədənlərinə partlayıcı bağlayıb, özünü partlatmaqla özləri ilə bərabər digərlərini də məhv etsin? Özlərini cəhənnəmə yollayıb, digərlərini isə şəhid olaraq cənnətə göndərsinlər? (10)
Bu iş qorxunc bidət deyilmi? Bu sükut yolverilməzdir və Allah yanında üzrləri yoxdur. Gəlin birgə, ciddi iradə ilə bu qorxunc və dəhşətli cinayətlə mübarizəyə qalxaq, dinimizi İslam və müsəlmanlara təqdim edək və İslam düşmənlərini nakam və məyus qoyaq (11).
Ayətullah Məkarim Şirazi İslam alimlərinin təkfirçi cərəyanların çirkin mahiyyətinin ifşasında İslam alimlərinin vəzifəsini izah edərkən dedi: Bu təkfirçi qruplar həm İslama, həm müsəlmanlara, həm də bəşəriyyətə zərbə vurur. Belə bir şəraitdə bizim vəzifəmiz bu azğın qrupların maraqlarını araşdırmaq, onları cəhənnəmə sürükləyən düşüncələrini müəyyən etmək və köklərini qurutmaqdır (12).
Quranın böyük təfsirçisi təkfirçi təlimlərin aradan qaldırılmasında optimal və fundamental qarşıdurmadaya nail olmaq üçün İslam alimlərinin dialoqunun vacibliyini önə çəkərək buyurdu: Vəhhabiliyin bütün hücumlarını hərbi və siyasi yolla və vasitələrlə məhv etmək mümkünsüzdür. Həm də, din alimlərinin bir yerə toplaşaraq onların qabartdığı və gənclərin cəlbinə səbəb olan etiqadi və nəzəri mövzularını araşdırması yönündə səy göstərməliyik (13).
Odur ki, İslam alimləri əl-ələ verməli, onların etiqadi köklərini kəsməlidirlər. Fəryad etmək lazımdır ki, onların addım və fəaliyyətləri İslam və Qurana sığmır... Bu dəstənin təfəkkür qaynaqları İslam alimləri tərəfindən qurudulmalıdır. Bu xüsusda İslam alimləri ağır məsuliyyət daşıyır, artıq susmaq olmaz. Peyğəmbər (s) buyurmuşdur: “Bidətlər üzə çıxdığı zaman alim elmini göstərməlidir, əks təqdirdə ilahi lənətə düçar olacaq” (14).
Alimlər bir-birilə mütəmadi görüş və müzakirələr keçirməlidir, çünki uzaqlaşmaq bədbinliyə, yaxınlaşmaq isə nikbinliyə səbəb olur (15).

İslam alimlərinin konvergensiyası – İslam ümmətinin uzaqlaşmasını aradan qaldıran həyati element
Qeyd edilməlidir ki, İslam məzhəbləri alimləri arasında elmi, tədqiqati və yaxınlaşdırıcı əlaqə və həmkarlıqların, eləcə də şiə və qardaş əhli-sünnə arasında mədəni münasibətlərin olmamasının mənfi nəticələri İslam cəmiyyətini etiqadi böhranlarla üzləşdirmişdir. İslamın vahid ümməti arasında parçalanma da həmin nəticələrdən biridir. Odur ki, Ayətullah Məkarim Şirazi deyir: “İkitirəliyin səbəblərindən biri də, aramızda əlaqələrin olmamasıdır. Bir-birimizlə əlaqə saxlamadıqca, qarşılıqlı münasibətlərimizi bilmədikcə, bir-birimizlə həmkarlığa hazır olmayacağıq” (16).
Nümunə üçün, əhli-sünnə arasında çox təbliğ olunur ki, şiə rəsmi Quranı qəbul etmir və digər Quranları var. Əgər gəlib məscidlərimizdə mövcud Quranlarımızı və təfsirlərimizi görsələr, bədbinlikləri aradan qalxar (17).
O, ikitirəlik və ixtilafın yaranma səbəbini dilə gətirərkən İslam düşmənlərinin, onlara asılı rejimlərin və təkfirçi cərəyanların dağıcıdı, təxribatçı planına işarə etdi və buyurdu:
Konfliktin digər bir səbəbi, düşmən əlində alətə çevrilməkdir. Ona görə ki, vəhhabi və sünniləri şiəyə qarşı qoyan düşmən və onun fəaliyyətləridir. Bu təxribatı aradan qaldırmaqdan ötrü, şiə və sünni arasında çoxlu əlaqələr yaratmaq lazımdır ki, bizim məntiqimizlə yaxından tanış olsunlar, digər tərəfdən uzaqdan qərar verməsinlər (18).

Təhrif iddiasının rəddi – İslam alimlərinin vəhdətini gücləndirmədə həyati element
Şübhəsiz, İslam məzhəbləri alimləri arasındakı münasibətlərin müsbət təsir və bərəkətləri müxtəlif aspektlərdən təhlil olunandır. Lakin şiə və əhli-sünnənin dini təlimlərində təhrif təxribatının rəddi, öz növbəsində İslam alimlərinin konvengirasiyasına səbəb və İslam ümmətinin vəhdətinin inkişafına zəmin yaradan dəyərli elementlərdən biridir.
Ayətullah Məkarim Şirazi bu xüsusda İslam alimləri arasında münasibətlərin misilsiz rolunun səmərəsini bəyan edərkən, buyurdu: Təhrif iddiası, İslamın ən əsas sütunlarına qarşı müharibədir. Təəssüflər olsun ki, bəzi axmaqlar müsəlmanlar arasında ixtilaf yaratmaq və İslam vəhdəti nidaçılarının mərhəmətli səsini batırmaq üçün həmişə fitnə yaratmaq fikrində olmuşdur. Daima qabartdıqları mövzulardan biri də, Quranın təhrifinə etiqad xüsusunda bəzi İslam məzhəblərini ittihamlarıdır. Unudurlar ki, bu işlə özlərini gücləndirmirlər, əksinə özləri də bilmədən Quranı zəiflədir, təhrif şübhəsini zehinlərdə canlandırırlar (19).
O, çıxışının ardında əlavə etdi: Məlum olan budur ki, şiə və sünni alimlərin böyük əksəriyyətinin təhrifi rədd etməsidir. Buna görə də heç bir məzhəbə təhrif etiqadını sırımaq olmaz. Quranın təhrifinə etiqad bəsləyənlər, kiçik bir cəmiyyətdir və qısa işarə olunan qəti dəlillərə əsasən, onların etiqadı batil, iddiaları isə əsassızdır (20).
Ayətullah Məkarim Şirazi vəhy kəlamının təhrifedilməzliyi şərh edərkən, buyurdu: Əsas etibarı ilə, təhrifedicilərin əli necə kitaba uzana bilər ki, nazil olduğundan bəri mütəmadi bütün ibadətlərdə; namaz və qeyri-namazda qiraət olunur. Hər bir dönəmdə, hər zamanda çoxlu sayda Quran hafizləri olmuşdur. Hətta nazil olma zamanı vəhy katiblərinin qırx nəfərə qədər olduğu qeyd edilmişdir. Müsəlmanların ehtiyacı olduğu bütün təlimlər onda yer almış və almaqdadır. Belə bir kitabın təhrifini ehtimal etmək, əlbəttə ağılsızlıqdır (21).

Anti-təkfirçilik qanunlarının qəbul edilməsi – İslam alimlərinin konvergensiyası işığında
Ekstremist cərəyanlarla optimal qarşıdurma mövzusunda Ayətullah Məkarim Şirazinin yanaşmalarından biri kimi İslam məzhəbləri fəqihləri tərəfindən qanunların qəbul edilməsinə işarə etmək olar. O, bir çıxışında buyurdu: İslahat hərəkatını genişləndirmək və bütün fəqihlərin, İslam məzhəbləri müctehidlərinin nəzərlərindən yararlanmaq və qanun qəbul etmək, zamanın ehtiyac və tələbləri əsasında ən yaxşı ideya və ən münasib fətva (22), İslam məzhəbləri alimlərinin konvergensiyasında ən vacib amillərdən biridir.
Odur ki, şiə dünyasının mərcəyi-təqlidi Məkarim Şirazi təkfirçi cərəyanlarla təsirli və məqsədyönlü mübarizədə durmadan artan təşəbbüslə bu mühüm mövzunun icrasına, xüsusilə “İslam alimlərinin görüşlərində təkfirçi və ekstremist cərəyanlar” mövzusunda dünya kongresinin fəaliyyətləri haqqında, İslamın böyük alimləri arasında münasibətlərin davamlılığına təkid edərək, buyurdu: Təkfirçi cərəyanlarla fikri və mədəni mübarizə məqsədi ilə bu kongresin daimi katibliyi İslam dünyasının mühüm şəhərlərindən birində təşkil olunsun; üzvləri də İslam dünyasının fikri və mədəni təşkilatlarının alimləri olsun ki, ekstremist düşüncələrin kökünü kəsmək məqsədi ilə həll yollarının tapılması istiqamətində məşvərət etsinlər (23).

Son söz
Sonda qeyd etmək lazımdır ki, İslam ümmətinin vəhdətinin reallaşmasında ən vacib amillər, İslam alimləri arasında konvengersiyasın kompleks nizamnaməsi ünvanında Ayətullah Məkarim Şirazinin birləşdirici düşüncələrindən bəhrələnməkdir. Onlar aşağıdakılardan ibarətdir:
1. İxtilaflı siyasi məsələlərdən, İslam və fiqh baxımından “qüluvv” və “təkfir” mövzusunda olan mübahisələrdən çəkinmək (24).
2. Məzhəb ixtilafı yaradan – bir kəlmə olsa belə – hər hansı mövzudan söz açmamaq. Əksinə əl-ələ verib ekstremistlik və təkfir təhlükəsi mövzusunda fikir mübadiləsi aparaq (25).
3. İslam məzhəb və təriqətlərinin bütün müqəddəslərinə ehtiram göstərmək (26).

Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

1-    “Müqayisəli fiqh” ensiklopediyası,, c. 1, səh. 329
2-    “Müqayisəli fiqh” ensiklopediyası, c. 1, səh. 158
3-    Yenə orada.
4-    “Əqidəmiz”, səh. 126
5-    “Əqidəmiz”, səh. 127
6-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Təkfirçi cərəyanların təhlükəsi” beynəlxalq konqresinin icraçıları ilə görüşündə, 23/11/2014
7-    Yenə orada
8-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri toplantısı, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (s) hərəmi, 29/7/2012
9-    İslam dünyası alimlərinə müraciətlə Ayətullah Məkarim Şirazinin açıq məktubu, 31/7/2012
10-    Yenə orada
11-    Yenə orada
12-     Ayətullah Məkarim Şirazinin “Ekstremist və təkfirçi cərəyanlar” dünya kongresindəki çıxışı, 23/11/2014
13-    Yenə orada
14-    Yenə orada
15-    Ayətullah Məkarim Şirazinin çıxışı, Bosniya və Herseqovina alimlərinin lideri Hüseyn Kavazoviçlə görüşündə, 3/6/2015
16-    “Məsumların (ə) kəlamları”, c. 1, səh. 67
17-    Yenə orada
18-    Yenə orada
19-    “Müqayisəli fiqh” ensiklopediyası, c. 1, səh. 161
20-    Yenə orada
21-    “Müqayisəli fiqh” ensiklopediyası, c. 1, səh. 162
22-    “Müqayisəli fiqh” ensiklopediyası, c. 1, səh. 151
23-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Təkfirçi cərəyanların təhlükəsi” beynəlxalq kongresinin açılışında, 23/11/2014
24-    Yenə orada
25-    Yenə orada
26-     Yenə orada

 

Nəşr tarixi: « 9/23/2016 10:59:59 PM »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” məfhumu

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 191