Ayətullah Məkarim Şirazinin görüşündə İslam cəmiyyətində iffət və hicabın gerçəkləşməsi amilləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə İslam cəmiyyətində iffət və hicabın gerçəkləşməsi amilləri

makarem news

Xülasə:
Açar sözlər:

 Hicab, İslamın mütərəqqi mədəniyyətinin ayrılmaz bir hissəsidir. Heç kəsin müsəlman bir qadını – hər hansı dəlilə əsasən – bu dini mədəniyyətindən vaz keçməyə vadar etmək haqqı yoxdur.

Qaynaq:
undefined
Peinevesht:


 Ayətullah Məkarim Şirazinin görüşündə İslam cəmiyyətində iffət və hicabın gerçəkləşməsi amilləri
 Hicab, İslamın mütərəqqi mədəniyyətinin ayrılmaz bir hissəsidir. Heç kəsin müsəlman bir qadını – hər hansı dəlilə əsasən – bu dini mədəniyyətindən vaz keçməyə vadar etmək haqqı yoxdur.
Hicri-şəmsi tarixlə 1314-cü ilin tir ayının 21-nə təsadüf edən İmam Rza (ə) hərəminin “Gövhərşad” məscidində hicabın açılmasına qarşı baş qaldırmış xalq qiyamının qanlı şəkildə yatırılmasının “İffət və hicab günü” adlandırılan il dönümü günündə hər şeydən öncə İslam sistemində hicab və iffətin gerçəkləşməsi amilini təhlil etmək zərurəti yaranır. Buna görə də, bu yazıda Ayətullah əl-üzma Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə etməklə, cəmiyyətdə islami hicab və iffətin gerçəkləşməsinin ən mühüm tərəfləri analiz ediləcək.  
İlk növbədə bildirmək lazımdır ki, Ayətullah Məkarim Şirazinin görüşündə hicab İslamın mütərəqqi mədəniyyətinin ayrılmaz hissəsidir. Heç kəsin müsəlman bir qadını – hər hansı dəlilə əsasən – bu dini mədəniyyətindən vaz keçməyə vadar etmək haqqı yoxdur. Ona görə ki, hicab İslamda fövqəladə əhəmiyyətə malikdir və bir çox ayələr də hicab xüsusunda gəlmişdir; heç kimin də hicab ayələrini danmaq və onlar barəsində əlaqədar olmayan bəraətlər sərgiləmək gücünə malik deyil (1).
Odur ki, bütün bu qədər şəhidlər və Rzaxanın “Göhvərşad” məscidində törətdiyi traqedik cinayət, hicab mövzusunda heç bir şübhə yeri qoymur, artıq üzərindən rahatlıqla keçmək mümkün deyil (2). Bu səbəbdən Ayətullah Məkarim Şirazi Rzaxanın anti-hicab addımının acı nəticəsini Tacikistan dövlətinə bildirəndən sonra dost nəsihəti olaraq bu ölkənin prezidentinə buyurdu:
Biz bu işi Rzaxanın zamanında təcrübə etmişik. O da qarşı çıxır, qadınların başından çadralarını çəkib açırdı. Hətta “Gövhərşad” məscidində bir qrup insanı bu yolda şəhid etdi. Lakin xalq buna təslim olmayaraq, Rzaxan əleyhinə qiyam etdi, nəticədə hicabı olduğu kimi bərpa etdilər (3).
Bu minvalla, xalqı öz halına buraxmağınız yaxşı olar. Onlarda hicabla əlaqədar dini vəzifələrinə əməl etsinlər. Hicabın həqiqəti inkarolunmazdır, yaxud müsəlmanları ondan döndərilməsi mümkün olan bir şey deyil (4).
Çünki müsəlmanlar Quranın aşkar dəlilinə əsasən, hicaba bağlıdırlar. Hicab haqqında bəlkə danılması mümkünsüz olan bir neçə ayə var və o, müsəlmanların nişanəsi olaraq dünyada tanınmışdır (5).
Beləliklə, bu sətirlərin yazarı da bu yazının girişindən öncə bu mühüm cümlələri və Ayətullah Məkarim Şirazinin strategiyasını qeyd etməklə, yüksək ideya və düşüncələrindən yararlanaraq, hicab və iffətin gerçəkləşməsi mövzusunun fərqli aspektlərini təhlil və tədqiq edir. Həmin araşdırmanı möhtərəm oxuculara təqdim edirik:
Mövzunun vacibliyi
Şübhəsiz, hicab İslamın məşhur hökmlərindəndir və bütün İslam fəqihləri bu mövzuda yekdil rəyə malikdir. Hər növ hicabsızlıq və ya nöqsanlı hicab müqəddəs şəriətə ziddir. Xüsusilə dini şəhərlərdə, daha da üstünü, müqəddəs dini məkanlarda daha çox riayət edilməlidir. Bu məkanlarda hicabsızlıq və ya naqis hicablığın günahı daha artıqdır. Sözsüz, hər yerdə, xüsusən qeyd edilən məkanlarda çadra örtmək daha üstündür (6).
Bəli, hicab Qurani-kərimdən əldə edilən və bütün İslam məzhəbləri tərəfindən qəbul məqbul sayılan dini tələblərdəndir. Dini tələb dedikdə, məqsəd müsəlmanlarla bir müddət get-gəli olan kəsin onların hicaba bağlılığı anlamasıdır (7).
Odur ki, cəmiyyətdə hicab, iffət və digər etiqadi məsələləri yaymaq lazımdır, çünki ictimai-mədəni problemlər iqtisadi-siyasi və təhlükəsizlik zəminində müxtəlif problemlərə yol aça bilər (8).
Deməli, hicab İslamın bir vəzifəsi və dini tələblərdən biridir, hansı ki Quran ayələri və İslam hədislərində dəfələrlə qeyd edilmişdir. İş o yerə çatıb ki, dost-düşmən də hicabın İslam proqramlarının tərkib hissəsi olduğunu bilir. Buna əsasən, İslam düşmənləri ona qarşı həssaslıq nümayiş etdirirlər (9).
Hicabsızlıq ailələrin təməlini sarsıtdığından dolayı, hicabı ictimai bir vəzifə kimi izləməli, hicabsızlıq, naqis – yarımçıq hicablılığın və soyunmanın qarşısı almalıyıq. Kimsə bu mənfi təsiri inkar edirsə, əslində özünü aldadır. İstəyimizdən asılı olmayaraq, həqiqət hicabsızlıq və naqis hicablılığın ardınca belə təsirlərin olması bir həqiqətdir (10). Əgər cəmiyyətin hicabını qorumasaq, sonda İslam İnqilabı sisteminə zərbə dəyəcək. Ona görə ki, İnqilab əleyhdarları sistemi zəiflətmək üçün hər fürsətdə hicabı açdırmaqdan istifadə edirlər (11).
Bu vəsflərlə, əminliklə demək lazımdır ki, hicab müsəlman qadınları üçün İslamın tələblərindəndir və Qurani-kərimdə, Peyğəmbər (s) sünnəsində açıq-aşkar gəlmişdir. İslam bütün məzhəblərinin alimləri bir nəfər kimi ona bağlıdır. Həqiqətdə, hicab müsəlman qadınının izzət və şərəfi, ehtiram səbəbi, İslam cəmiyyətinin çirkinlikdən paklık amilidir (12). Bu mənada ki, İslam nöqteyi-nəzərindən qadın iffət və hicaba hər nə qədər riayət edərsə, təqva və paklığa bir o qədər yaxın və təqdirəlayiqdir (13).
Buna görə də ölkəmizdə hicab İslamın ikinci dərəcəli hökmü kimi üzə çıxmış və dini prinsipə çevrilmişdir. Səbəbi isə, müsəlmanlar xaricdə İslamı tanıtmaq istəyərkən, hicaba riayət etmələridir. Düşmən də İslamı zəiflətmək üçün hicaba qarşı çıxır. Ölkə daxilində də İnqilab əleyhdarları bu sistemi çökdürmək üçün hicabsızlıq mövzusunu qabardırlar.
Onlar deyirlər: Əgər örpəyi açdıra bilsək, İslam sisteminə ağır zərbə vurmuş olarıq. Odur ki, universitetlərin daxilində və onlardan kənarda hicab hədəfə çevrilməlidir (14).
Beləliklə, bu mühüm məqamı da vurğulamaq lazımdır ki, hicab İslam dininin məlum, eyni zamanda vacib hökmlərindən, dahası sarsılmaz tələblərindəndir. Xüsusilə, zamanımızda müsəlmanlarla münasibətdə olan bütün kəsimlər anlayıblar ki, bütün İslam məzhəblərinin proqramlarından biri hicabdır, hansı ki zaman kəsiyində bir atributa çevrilmişdir və müsəlmanlar ona bağlıdır, elə buna görə də düşmən hicabdan qorxur (15).
Hicab və iffət konsepsiya və terminologiyasına diqqət
Ayətullah Məkarim Şirazi iffət və hicab konsepsiya və leksik mənasını izah edərkən buyurdu: Rağib İsfahani “əl-Müfrədat” kitabında deyir: “العفَّةُ حُصول حالة لِلنَّفس تمتَنع بها عن غلبة الشهوة” (16), “İffət, nəfsdə yaranan bir haldır (17) ki, insan o halın səbəbilə şəhvətinə qalib gəlir”. Sadə təbirlə desək, şəhvəti kontrol edən bir haldır. Şəhvət dedikdə, təkcə cinsi ehtiras, bütün ehtiraslar, o cümlədən, sərvət ehtirası, məqam ehtirası, yatmaq, danışmaq, cinsi  və ilaxır ehtiraslar nəzərdə tutulur. İffət bütün bunların hamısında kontroledicidir (18). Deməli, iffət şəvhət qüvvəsinin mötədil və dəyərli həddidir. O da, sərvət cazibəsi, məqam cazibəsi, cinsi istək cazibəsi və s. kimi hər bir şeyə qarşı cazibəyə şəhvət qüvvəsi deyilən ümumi mənasında, hansı ki əgər həddini aşsa, hərislik, mötədil həddə çatmasa, tənbəllik və çoküşdür, mötədil həddə olduğu təqdirdə isə, iffətdir (19).
Həmçinin hicabın leksik mənası iki şeyin arasına fasilə salandır (20). Buna görə də, bağırsaq, ürək və ağciyər arasına çəkilən pərdəyə “hicabi haciz” deyilir (21).
Qurani-kərimdə də bu kəlmə istisnasız pərdə, maneə mənasında işlənmişdir (22).
Odur ki, qadınların şəriətdə nəzərdə tutulan hicabı, üz və biləyə qədər əllər istisna olmaqla bütün bədənin örtülməsidir (23).
Bu üzdən vacib hicabda, qadın üz və biləyə qədər əli istisna olmaqla bədənini hər vasitə ilə örtsə kifayətdir; müəyyən bir geyimin olması şərt deyil, lakin dar və bədənə yapışan, həmçinin bəzəkli dəb geyimləri nöqsanlıdır (24).
Hicab və iffətin gerçəkləşməsi – maneələr, xəsarətlər
Ayətullah Məkarim Şirazinin görüşündə İslam cəmiyyətində iffət və hicabın gerçəkləşməsi yönundə ciddi maneələr ünvanında müxtəlif amillər mövcuddur və onlar aşağıdakılardan ibarətdir:
1. Hicab və iffət mövzusunda söz azadlığı saxtakarlığı
Ayətullah Məkarim Şirazi hicab və iffət mövzusu ilə digər mövzu və konstruktiv tənqiddə söz azadlığı qadağası arasında oxşarlığı önə çəkən bəzi nadürüst fikirləri tənqid edərkən bu mövzu barəsində buyurdu: Təndiq təxribat deyil, islahat məqsədilə olmalıdır. Tənqid distruktiv, mövqe sərgiləmə, intiqam alarcasına deyil, konstruktiv, faydalı və dostcasına olmalıdır. Bu fiqhdə gələn yaxşılığa dəvət, pislikdən çəkindirməyin şəraitdir. Bu hüdudları aşmasaq, çox yaxşı olar. Yox, əgər bəzi işlərin müqabilində iqtisadi məsələlər, boykot və buna bənzər bəhanələrlə sussaq, “Hicab, iffət, yaxud əxlaq pozuntuları barəsində bir şey deməyin” – desələr, bu yanlışdır (25).
2. Hicab və iffət mövzusuna ixtisaslaşmamış giriş
Ayətullah Məkarim Şirazi fitri istedadların mühüm sahələrə, o cümlədən iffət və hicab sahəsinə girməyinin vacibliyinin izahında buyurdu: İslam cəmiyyətinin islahı üçün xüsusilə, çox məlumatlı şəxslərin, elm əhli, universitet müəllimlərinin tənqidinə şərait yaradılmalıdır (26).
Əfsuslar olsun ki, bəziləri hicabın ictimai təsirə malik olmadığını düşünür, halbuki bir çox fəsadlar naqis hicablılığa görədir; hər iki tərəfi bulaşdırır (27).
3. Naqis hicablılıqla qarşılaşmada bəzi fərdlər və cərəyanların səhlənkarlığı
Ayətullah Məkarim Şirazının nəzərində bəzi müdirlərin mədəni hicab mövzusuna siyasi baxışı, eləcə də bu mühüm sahədə proqramsızlıq, o cümlədən cəmiyyətdə hicab və iffətin gerçəkləşməsinin qarşısını alma strategiyası diqqət mərkəzindədir.
Buna əsasən, o, cəmiyyətdə naqis hicablılığının ipə-sapa yatmamasına qarşı mübarizədə düzgün plan cızılmasını tələb etdi. Bu məsələyə etinasızlıq edən şəxsləri, mədəniyyətsizliklə mübarizə aparanların qarşısını alan fərdləri tənqid atəşinə tutdu (28).


4. Liberal əxlaq – Hicab və iffətin reallaşmasında ciddi maneə
Ayətullah Məkarim Şirazinin görüşündə qərbdən təsirlənən ziyalıların varlığı, qərbin təsiri altına düşmüş simaların və cərəyanların hibacsızlığı gözəl tələqqisi cəmiyyətdə iffət və hicab atmosferinin yükləsməsinə maneə törədən başlıca amillərdən sayılır.  
O buyurur: Hicabdan xilas olmaq zümzüməsi qərbdən təsirlənən şəxslərə aiddir. Məsul şəxslər bütün səylərini naqis hicablılıqla mübarizəyə yönəltməlidirlər ki, camaat ona çatışmazlıq əlaməti və liberal əxlaq tərəfdarlığını sırımasınlar (29).
O davamında buyurdu: Bəziləri “hicabı zorla təbliğ etmək mümkün deyil”, iddiasına rəvac verirlər. Halbuki, dəyərləndirmə qurumlarının proqramları mədəni proqramlarla, mədəni təlimlərlə xəsarət görən nöqtələri aradan qaldırmağın mümkünlüyünü göstərir (30).
Həmçinin o, başqa bir ifadəsində qərbə meyillilərin strategiyasını icra etməkdə bəzi dövlət strategiyalarını təqsirli bilərək, buyurdu: Hicabın qorunması, bəzi qərb meyillilərin: “Bu mövzuda niyə israr edirsiniz, azad buraxın!” – deyiminin əksinə olaraq, dini və əxlaqi baxımdan bir vəzifədir (31).
Ayətullah Məkarim Şirazi bəzi idarəçilərin düşüncəsindəki bu ciddi xəsarətə aydınlıq gətirərkən, buyurdu: Təəssüflər olsun ki, hicab insan teleyində həlledici olduğu halda, ölkəmizdə bəzi dövlət xadimlərinin sözünün, bəzi mediyaların təbirinin və hicaba etinasızlığın təsirindən bəzi yerlərdə naqis hicablılıq hicabsızlığa çevrilib. Qurani-kərim buyurur:
“ذلکم اطهر لقلوبکم وقلوبهن”
Bu üzdən o, hicabsızlıq və naqis hicablılığın cəmiyyətdə mənfi nəticələrinə işarə edərək, xatırlatdı: Hicab, təkcə sadə bir hökm deyil, həm də insan taleyində həlledici bir məsələdir. Hicab mövzusu solğun olduğu, aradan getdiyi vaxt, qeyri-qanuni münasibətlər, cinayət, təhlükə və digər məsələlər artacaq. Belə olduqda da, ailə təməlləri sarsılacaq (32).
Hicabsızlıq, iffətsizlik – nəticələr, sonluqlar
Ayətullah Məkarim Şirazinin təfəkküründə hicabsızlıq və iffətsizlik İslam cəmiyyətini, ailə təşkilatını bir sıra xəsarətlərlə qarşı-qarşıya qoyur ki, onların ən mühümlərinə işarə edirik:
1. Hicabsızlıq, nudizmin başlanğıcı
O, bu xüsusda buyurur: Hicab göstərişi İslam hökmlərinin ən çox vurğulananlarındandır. Qurani-kərim bir çox ayədə, o cümlədən “Nur” surəsinin 31 və 60, “Əhzab” surəsinin 33, 53 və 59-cu ayələrində hicaba təkid edilmişdir; bəzən imanlı qadınlar, bəzən Peyğəmbərin (s) xanımlarını, bəzən də yaşlı və iş bacarığı olmayan qadınları istisna etməklə digərlərinə müraciət edərək vəzifələrini müəyyənləşdirir. Bu tərtiblə, müxtəlif ibarələrlə İslamın bu vəzifəsinin əhəmiyyətini aşkar edir.
Məlumdur ki, hicabı açmaq, nudizmin, cinsi azadlığın və məhdudiyyətsizliyin başlanğıcıdır ki, onlardan qaynaqlanan problem və fəsadlar heç kəsdən gizli deyil.
2. Hicabsızlıq – Bayağılıq və özünü nümayiş şousu
Ayətullah Məkarim Şirazi başqa bir ifadəsində hicabsızlığın mənfi nəticələrinin şərhində buyurdu: Hicabsızlıq bir qrup qadının öz bədənlərini göstərmək və həvəsbaz kişiləri ehtirasa gətirmək müsabiqəsində sonsuz iştirakına səbəb olur. Təhsil və iqtisadiyyatdakı problemlərdən dolayı (33) evlənmək yaşının artdığı və cəmiyyətin əksər kütləsini subay gənclərin təşkil etdiyi bir dövrdə bu işin çox zərərləri vardır.
3. Hicabsızlıq – ruhi-psixoloji xəstəliklərin mənşəyi
Hicabsızlıq, əxlaqi baxımdan ailə təhlükəsinə, cinayətlərin yaranmasına rəvac verməsindən əlavə, davamlı sinir həyəcanlarına, hətta psixi xəstəliklərə də səbəb olur. Nəticəsi də cəmiyyətdə ailə bağlarının sarsılması, qadın şəxsiyyətinin dəyərdən düşməsidir (34).
4. Hicabsızlıq sayəsində boşanma
Hicaba riayət edilmədiyi təqdirdə, tərəflər arasında qəlbi və əxlaqi çirkinlik yaranır. Hicab aradan qaldırıldığı zaman qeyri-qanuni əlaqələrlə nəticələnir. Qanunsuz əlaqələr çoxaldığı zaman isə ailə dağılmalarına səbəb olur. Çünki bir çox boşanmalar onun sayəsində baş verir və bu proseslərin ardınca övladları gələcəkdə cinayət amilinə çevirən başsız qalmalarıdır (35).
İngiltərədə araşdırılan sənədlər cəmiyyətin cinayətkar təbəqəsini təşkil edən fərdlərin ictimaiyyətin boynuna ağır yük qoyan qanunsuz və başsız uşaqlar olduğunu göstərir. Deməli, təkcə dini bir vəzifə deyil, əksinə cəmiyyətin sağlam qalması üçün nəzərdə tutulmuş ictimai bir vəzifədir (36).
5. Pisliklər qarşısında səhlənkarlıq
O, bir ifadəsində buyurdu: Sağlam bir cəmiyyətə sahib olmaq, ailələrin dağılmamasını istəyiriksə, hicab mövzusuna və nalayiq məsələlərə ciddi diqqət etməliyik.
6. Hicabsızlıq – Sonsuz fəsadların başlıca amili
Bir çox fəsad və cinayətlərin başlıca səbəbi həmin naqis hicablıq və səhlənkarlıqlardır. Bizim üçün hicab keçmişdə dinin ikinci dərəcəli prinsipi idi, amma hazırkı şəraitdə İslamın atributu olduğu üçün əsas dini prinsipə çevrilmişdir. Naqis hicablıq özü ilə bir çox acı nəticələr, o cümlədən ailə dağılmaları, pozğunluğun artması, övladların başsız qalması və cəmiyyətdə kişi-qadın günahlarının artmasını gətirəcək (37).
Ayətullah Məkarim Şirazi bir çox əxlaqi, ictimai fəsadlarını qaynağını hicabsızlıqda görərək, təkidlə buyurdu: Hicab mühüm bir vəzifədir. Dini vəzifə olmaqdan əlavə, həm də labüd ictimai vəzifədir. Ailələr hər şeydən öncə bu məsələyə diqqət etməlidirlər (38).
İslam sistemində hicab və iffət gerçəkləşməsinin amilləri
Ayətullah Məkarim Şirazinin görüşündə İslam sistemində hicab və iffət gerçəkləşməsinin ən mühüm amilləri aşağıdakı təsnifata ayrılır:
1. İslam təlimləri – hicab və iffətin gerçəkləşməsində həlledici amil
Ayətullah Məkarim Şirazinin görüşündə İslam təlimi mövzusu hicab və iffətə riayətdən öncədir. O, bir ifadəsində buyurur: Bir sorğuda insanlardan “ölkənin ən ümdə ictimai-mədəni problem nədir?” – soruşulmuşdu. Bir çoxu narkotika olduğunu cavablandırmış, digər bir dəstə ictimai-mədəni problem kimi qərbin günah saçan peyk antenaları və mediyalarını olduğunu dilə gətirmişdir. Bir qrup isə naqis hicablıq və hicabsızlığı mühüm ictimai-mədəni problem kimi göstərmişdir. Bəziləri də evlilik yaşının artdığı xatırlatmışlar. Bütün bu cavablar doğrudur, amma qeyd etmək lazımdır ki, ən önəmlisi İslam təlimlərindən uzaqlaşmaqdır. Cəmiyyətdə İslam maarifi hakim olsa, ictimai-mədəni problemlər həllini tapar (39).
2. Hicab və iffətin gerçəkləşməsində dövlətin və digər qurumların rolu
İslam hicabı və iffətinin cəmiyyətdə icrasının ən mühüm mövzularından biri kimi dövlətə və digər qurumlara işarə etmək olar. Ayətullah Məkarim Şirazi bu mühüm işin reallaşmasın dövlətin əsas vəzifələrini sayaraq, buyurdu: Hicab mövzusuna idarələrdən, xəstəxanalardan və birbaşa, yaxud dolayı dövlət nəzarətində olan mərkəzlərdən başlamaq lazımdır.
Məktəblər, instutlar və digər orqanlar da hicab mövzusunu hər şeydən daha ciddi tutmalı, studiyalar da birbaşa, yaxud dolayı yolla bunu təbliğ etməlidirlər (40).
O, ölkədə naqis hicablığa işarə edərək buyurdu: Studiya və kanallar birbaşa və dolayı yolla bu məsələ üzərində işləməlidir, çünki hicabsızlıq və naqis hicablıq bir çox əxlaqi və ictimai pozuntulara yol açıb (41).
Ayətullah Məkarim Şirazi dövlətin iqtisadi problemlərin həllindən əlavə, mədəni məsələlər üçün də tədbir tökməli olduğunu bəyan edərək, buyurdu: Dövlət hicab və mədəni-ictimai məsələlərə öz işçilərindən başlamalıdır ki, cəmiyyətə qədər sirayət etsin.
O, təlim-tərbiyə mərkəzinin hicab məsələsinə diqqətinin artırması xüsusunda buyurdu: Dərslik kitablarında hicab mövzusu məntiqi formada yer verilməli, məhdudiyyətsizliyinin zərərlərinə aydınlıq gətirilməlidir. Hamı bilməlidir ki, hicab mühüm bir məsələdir və onun üzərindən asanlıqla keçmək olmaz (42).
Odur ki, hamının İslam dövlətindən gözləntisi bu məsələdə ciddi olması, onun kənarından asanlıqla ötməməsidir. Ona görə ki, bu məsələ həyat əhəmiyyətli və həlledici olmaqla yanaşı ailə təməli və İslam ölkəsinin təhlükəsizliyi ilə əlaqəlidir (43). Həmd olsun Allaha ki, xalqımız bu xüsusda artıq fədakarlıqlarını nümayiş etdiriblər. İndi məsul şəxslər və orqanlar əlavə fədakarlıq göstərərək bu xüsusda ciddi addımlar atmalı, xalqın təşəbbüsünü tamamlamalıdırlar (44).
3. Müştərək iş – Hicab və iffət mövzusunda fundamental zərurət
Həmçinin, Ayətullah Məkarim Şirazi hicab və iffət mövzusunda bəzi fərdi və səliqəyə əsaslanan addımları tənqid edərkən, konvergensiya və toplum intellekt və müştərək işdən istifadənin vacibliyini tələb olunan addım kimi xatırlayaraq, buyurdu: Dövlət öz nəzarətində olan orqan və təşkilatlarından bu vəziyyəti dəyişməyə başlamalıdır. Digər tərəfdən də milli məclis əxlaq pozuntuları ilə mübarizədə işlək plan tərtib etməlidir ki, bu xüsusda fərdi fikirlər kənara qoyulsun və problemlərin həlli üçün qrup halında işlər görülsün (45).
Ayətullah Məkarim Şirazini görüşündə naqis hicablığın qarşısı alınması üçün rəsmi fərman yolu ilə idarə, orqan, məktəb və ibtidai elm ocaqlarında bu məsələ rəvac tapmalıdır. Məmurların yaxşılığa dəvət proqramı da bu sahədə təsirli ola bilər (46).
4. Polis – Hicab və iffətin gerçəkləşməsində icraçı güc
Şiə dünyasının mərcəyi-təqlidi, Qurani-kərimin böyük təfsirçisi hicabla bağlı polisin gecə-gündüz zəhmətlərini təqdir edərək, buyurdu:  Polis orqanları naqis hicablıqla mübarizədə təqdir və dəstək olunasıdır. Odur ki, polis məmurları ilk öncə xatırladırlar, xatırlatmaları təsirsiz ötüşməsin, qeyri-münasib reaksiyaya səbəb olmasın deyə, həmin şəxslərdə ciddi rəftar edirlər ki, belə fərdlər təşviq olunacaqlarını düşünməsinlər (47).
5. Hicab və iffət –  ruhanilərin vəzifəsinin reallaşması
Ayətullah Məkarim Şirazi İslam cəmiyyətində hicab və iffətin reallaşmasında ruhanilərin bu mühüm işin icrasında rolunu olduqca, əhəmiyyətli strategiya sayaraq, buyurdu: Bütün insanlar yaxşılığa dəvət və pislikdən çəkindirməyə borcludurlar, lakin ruhanilər daha çox məsuliyyət daşıyırlar. Pisliklər qarşısında durmaq lazımdır, çünki adətə çevrildiyi, nadiq hicablıq rəvac tapdığı halda, işdən keçmiş olacaq (48). Odur ki, cəmiyyətdə hicab və iffət, eləcə də digər etiqadi məsələləri yaymaq lazımdır. Ona görə ki, ictimai-mədəni problemlər iqtisadi, siyasi və təhlükəsizlik sahəsində də problemlərə yol aça bilər (49).
Beləliklə, möhtərəm oxucular əqidə qaynaqlarını möhkəmlətmək, İslam hökmləri və əxlaqı ilə tanış olmaq, hicab və iffəti gücləndirmək üçün Quran ayələri və İslam hədislərinin mətnlərindən maksimum istifadə edin və camaatı birliyə, düşmən müqabilində intizamlı olmağa dəvət edin (50).
Müctehidlər, alimlər və elm hövzələrinin məsul şəxsləri ağır məsuliyyət daşıyırlar və öz vəzifələrinə əməl etməlidirlər. Əgər ömrümüz boyu Qum elm hövzəsində qalmaq, dərs oxumaq istəsək, nəticəni İslam və Əhli-beyt (ə) məktəbinin yayılmasına, cəmiyyətin ictimai-mədəni islahatına sərf etməsək, bunun nə faydası var? Cəmiyyət elmimizdən yararlanmalıdır (51).
6. Hicab və iffətin gerçəkləşməsi icbari və mənfi rəftarlara deyil, mədəni addımlara möhtacdır.
Ayətullah Məkarim Şirazinin misilsiz strategiyalarında biri kimi cəmiyyətdə hicab və iffətin gerçəkləşməsinin keyfiyyətində kulturalizm və mədəniyyət quruculuğunu digər mövzulardan önə salınmasına işarə etmək olar. Ayətullah Məkarim Şirazinin təfəkkür-tərzində naqis hicablıq və fəsadla mübarizədə ən yaxşı yol kimi ictimai-mədəni addımlar diqqət mərkəzindədir. O buyurur: Biz zorakı və təzyiq göstərən şəxslərdən deyilik; mədəni-ictimai və tədbir yolu ilə meydana girmək lazımdır. Əgər tədbir və ciddilik olsa, lakin zorakılıq olmasa, işlər qaydasına düşəcək (52).
Həmçinin ayrı bir ifadəsində buyurur: Biz öz sözümüzü məntiq, ədəb çərçivəsində, şəffaf və birbaşa deyirik. Bəzilərinin “hicab və peyk antenalar barəsində danışmayaq” – deməsindən də qorxumuz yoxdur (53).
Naqis hicablıqla zorakı davranmaq işə yaramır. Bu zəmində mədəni işlər və möizə ən effektiv vasitə sayılır. Həmd olsun ki, İslam İnqilabının əzəmətli rəhbəri, İslam Şura Məclisi və digər qurumlar da bu cəhətdən diqqət mərkəzindədir (54). Bu üzdən ictimai-mədəni məsələlərdən, o cümlədən hicab və iffəti qafil olmalı deyilik, çünki hicab İslamın simvoludur (55).
Bu sualı vermək lazımdır ki, niyə hicab və iffət məsələsi nəzərdən kənarda qalıb? Onun səbəb araşdırıb, hansı fikirlərin bunun icrasına mane olduğunu gözdən keçirin (56).
Ayətullah Məkarim Şirazi anti-mədəni təlimlərə qarşı ictimai-mədəni proqlamların keyfiyyətinin bəyan və şərh edərkən, buyurdu: Hicab bir mədəniyyətdir. Hicab mədəniyyəti cəmiyyətdə yayılmaldır. Keçmişdə hicab o qədər də, Qərbin diqqətində deyildi. Lakin bu gün hicab İslama giriş qapısı, hətta “Azadlıq beşiyi” qapısı kimi tanınmışdır. Yəni, Fransa dövləti bir örtüyə tab gətirə bilmir, ondan qorxur (57).
O, davamında hicab mövzusunun siyasi və təhlükəsizliyə çevrilməsinin irəlidəki təhdid və təhlükələrinə işarə edərək, buyurdu: Əgər – Allah eləməmiş – bir gün ölkədə hicabın qarşısını ala bilsələr, ölkə sisteminin 50%-i xətərə düşəcək. Hicab üzərinə bir İslam məsələsindən artıq capital qoymağımız vacibdir (58).
7. Hicab – əmniyyətin zəmanətçisi kimi
Ayətullah Məkarim Şirazinin görüşündə cəmiyyətdə İslam hicabına riayət əmniyyətə zəmanət verəcəkdir (59).
8. Hicaba riayət – Şiənin praktiki təbliğatı
Ayətullah Məkarim Şirazinin nəzərində həcc mövsümündə xanımların hicaba və əxlaqi məsələlərə riayət etməsi şiənin təbliği kimi formalaşmışdır, o buyurur: Hicaba tam riayət edildiyi ilk həcc səfərlərində bəzi xətiblər öz camaatına deyirdi ki, hicabı iranlılardan öyrənin. Lakin indi tam əksi olmuşdur və artıq belə deyirlər: Məbada iranlıların hicabı sizdə təsir qoysun! Ruhanilər, karvan başçıları gözəl dillə hamını hicab və iffətə riayətə dəvət etməlidir (60).

Son söz
Ölkə sistemi düşmələri hicabsızlığı yaymaqla, sistemə zərbə vuracaqlarını düşünürlər, biz isə düşünürük ki, hicabsızlığı aradan qaldırdırmaqla, sistemi qoruyub, inkişaf etdirə bilərik (61).
Hicab, qadın şəxsiyyətinin hifzi, gənclərinin azmasının və İslam cəmiyyətində fəsadın çoxalmasının qarşısının alınması üçündür. Kişi və qadınların libas geyinməsinin onların azadlıqları ilə əlaqəsi olmadığı kimi, hicabın da onların azadlıqlarına bir dəxaləti yoxdur (62).  
Allah-taala Quranda hicab və iffətə riayət qəlbi saflıq səbəbi, şeytan və nəfsi istəklərdən yaxa qutarmaq amili bilir (63).
Araşdırma; hazırlanma və tərtibat; həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi makarem.ir
1-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 26/5/2011
2-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəmində, 15/6/2010
3-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 10/5/2015
4-    Yenə orada
5-    Yenə orada
6-    “Qadınların hökmləri”, səh. 181
7-    “Qadınların hökmləri”, səh. 185
8-    Ayətullah Məkarim Şirazinin çıxışı, Korparasiya naziri ilə görüşündə, 21/11/2013
9-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Reynatun-Nəbi” hicab mədəniyyət müəssisəsinin üzvləri ilə görüşündə, 24/6/2013
10-    Yenə orada
11-    Yenə orada
12-    Ayətullah Məkarim Şirazinin Fransa dövlətində hicab məsələsi ilə bağlı bəyanatı, yanvar/2015
13-    “Nümunə təfsirindən seçmələr”, c. 3, səh. 313
14-    Ayətullah Məkarim Şirazinin çıxışı, Elm, Tədqiqat və Texnologiya naziri ilə görüşündə, 4/2/2014
15-    “Kitabun-nikah”, c. 1, səh. 53
16-    “əl-Müfrədat”, Rağib, səh. 339, “Nəşre-kitab” ofisinin çapı
17-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (Müttəqin xütbəsi), c. 1, səh. 339
18-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (Müttəqin xütbəsi), c. 1, səh. 340
19-    “Məsumların (ə) kəlamı”, c. 1, səh. 138
20-    “Lisanul-ərəb”, “hicab” maddəsi
21-    “Nümunə” təfsiri, c. 17, səh. 401
22-    “Nümunə” təfsiri, c. 17, səh. 402
23-    “Qadınların hökmləri”, səh. 181
24-    “Risalətu təvzihul-məsail” (farsca) səh. 397
25-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 20/5/2014
26-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 27/5/2011
27-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəminin geniş səhnəsində, 24/8/2013
28-    Yenə orada
29-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəmində, 15/6/2010
30-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Reynatun-Nəbi” hicab mədəniyyət müəssisəsinin üzvləri ilə görüşündə, 24/6/2013
31-    Yenə orada
32-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 26/5/2011
33-    “Quranda əxlaq”, c. 2, səh. 319
34-    “Quranda əxlaq”, c. 2, səh. 319
35-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 24/6/2011
36-    Yenə orada
37-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəmində, 15/6/2010
38-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 26/5/2011
39-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 23/4/2014
40-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəmində, 26/12/2013
41-    Ayətullah Məkarim Şirazinin çıxışı, Milli Mediya nümayəndəsi ilə görüşündə, 26/6/2011
42-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəminin geniş səhnəsində, 24/8/2013
43-    Ayətullah Məkarim Şirazinin çıxışı, həzrət Məsumə (ə) hərəminin, “İmam Xomeyni” şəbistanında, Fitr bayramının xütbəsində, 26/5/2010
44-     Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 10/9/2010
45-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Şurası Məclisinin Vilayət yolçuları fraksiyasının heyəti ilə görüşündə, 14/10/2012
46-     Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Şurası Məclisinin Vilayət yolçuları fraksiyasının heyəti ilə görüşündə, 27/9/2012
47-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəminin bir qrup qonşuları və zəvvarları ilə görüşündə, 14/6/2012
48-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Şurası Məclisinin Vilayət yolçuları fraksiyasının heyəti ilə görüşündə, 27/9/2012
49-    Ayətullah Məkarim Şirazinin çıxışı, Korparasiya naziri ilə görüşündə, 21/11/2013
50-    Ayətullah Məkarim Şirazinin çıxışı, məhərrəm ayı yaxınlaşdığı ərəfədə, 3/11/2013
51-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 23/4/2014
52-    Ayətullah Məkarim Şirazinin çıxışı, Tehran şəhərinin İslam Şurasinin rəhbəri ilə görüşündə, 4/3/2007
53-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, “Məscidul-Əzəm”, Qum, 11/6/2014
54-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəminin bir qrup qonşuları və zəvvarları ilə görüşündə, 15/7/2010
55-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Şurası Məclisinin ruhanilər palatasının bəzi üzvləri ilə görüşündə, 14/6/2010
56-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Şurası Məclisinin ruhanilər palatasının bəzi üzvləri ilə görüşündə, 14/6/2010
57-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Şura Məclisinin Şiraz nümayəndələri ilə görüşündə, 4/3/2007
58-    Yenə orada
59-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəminin bir qrup qonşuları və zəvvarları ilə görüşündə, 12/7/2014
60-    Ayətullah Məkarim Şirazinin çıxışı, Həcc və ziyarət qurumunun rəhbəri ilə görüşündə, 14/8/2012
61-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Reynatun-Nəbi” hicab mədəniyyət müəssisəsinin üzvləri ilə görüşündə, 14/6/2013
62-    “Qadınların hökmləri”, səh. 187
63-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Rza (ə) hərəmində, 24/8/2013

 

Nəşr tarixi: « 9/23/2016 10:29:34 PM »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” məfhumu

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 282