“Halqa” irfanını yaxşı tanıyaq (I FƏSİL)

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“Halqa” irfanını yaxşı tanıyaq (I FƏSİL)

makarem news

Xülasə:
Açar sözlər:

Günümüzdə “kosmik irfan” (halqa) adı ilə tanıtdırılan təriqətin azdırıcı və İslam dininin aydın və əsas prinsiplərinə zidd təlimləri vardır.

Qaynaq:
undefined
Peinevesht:


“Halqa” irfanını yaxşı tanıyaq (I FƏSİL)
Günümüzdə “kosmik irfan” (halqa) adı ilə tanıtdırılan təriqətin azdırıcı və İslam dininin aydın və əsas prinsiplərinə zidd təlimləri vardır.
Yaxın günlərdə Halqa irfanının lideri barəsində məhkəmənin kəskin qərarı çıxdı. Bəziləri onu himayə edir və deyirlər: Onun dedikləri İslam təlimləri ilə eynilik təşkil edir və biz ona itaət edərək İslamı daha yaxşı tanıdıq.
Buna görə də, illərlə onun əqidə və düşüncələrini araşdırdığımıza görə, öz kitablarının birbaşa mətnlərinə istinad edərək onun azdırıcı inanclarını burada sizə bildirmək məcburiyyətindəyik.
Günümüzdə “kosmik irfan” (halqa) adı ilə tanıtdırılan təriqətin azdırıcı və İslam dininin aydın və əsas prinsiplərinə zidd təlimləri vardır. Halqa irfanının azdırıcı mövzularından bəzisi bunlardır:
Şeytanşünaslıq )satanizm)
Halqa irfanında Şeytan çox möhtərəm və müqəddəsdir. O, Allahın məmuru, təkamül amili, insanın ilk müəllimi, təkallahlı və Yaradanın əmrinə tabe biri kimi tanınır:
1. Onların inancına əsasən, Allah İblisdən istəyir ki, Adəmə səcdə əmrinə itaət etməsin! Bu minvalla İblisin itaətsizliyi ilahi göstəriş əsasındadır
(“Qeyri-orqanik varlıqlar” kitabı, səh. 14-15; “İnsan və mərifət” kitabı, səh. 245).
2. İblis, ikiqütblü aləm üçün ziddiyyət qanunu icad edən bir mələk kimi tanıtdırılır.
(“İnsan və mərifət”, səh. 98-99).
3. Kosmik şüur şəbəkəsi hansı ki, Halqa irfanı ona birləşdiyi iddiasındadır, deyir: Şeytan ziddiyyət və ikiqütblük qanununu yaradan bir mələkdir. Deməli, kosmik şüur və ya ilahi intelektual şüur elə İblis özüdür
(“İnsan və mərifət”, səh. 247).
4. Şeytan bəşərin ilk müəllimidir, çünki onu elm və bilik ağacına yönəltdi, nadanlıq və qafillik cənnətindən xilas etdi.
(“İnsan və mərifət”, səh. 204 və ““Qeyri-orqanik varlıqlar” Mövcudate-qeyri-orqanik”, səh. 15).

Bir halda ki, Quran bir çox ayələrdə şeytanı itaətsizlik, Adəmə səcdədən boyun qaçırmaq və Pərvərdigarın pak zatına etirazdan dolayı mürtəd, məlun və ilahi dərgahdan qovulmuş sayır.
“Hicr” surəsinin 32-35-ci ayələrində buyurur:
قَالَ يَا إِبْلِيسُ مَا لَکَ أَلاَّ تَكُونَ مَعَ السَّاجِدِينَ * قَالَ لَمْ أَكُنْ لّاَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ * قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّکَ رَجِيمٌ * وَإِنَّ عَلَيْکَ اللَّعْنَةَ إِلَى يَوْمِ الدِّينِ
“(Allah) buyurdu: Ey İblis! Niyə səcdə edənlərlə deyilsən?! (İblis) dedi: Mən, əsla iylənmiş gildən alınmış qurumuş palçıqdan yaratdığın bəşərə səcdə etmərəm. (Allah) buyurdu: Onların (mələklər) sırasından çıx! (Dərgahımızdan!) qovuldun. Sənə qiyamət gününə qədər lənət (və Haqqın rəhmətindən məhrumluq) olacaqdır!”.
“Əraf” surəsinin 18-ci ayəsində buyurur:
قَالَ اخْرُجْ مِنْهَا مَذْءُومآ مَدْحُورآ لَّمَنْ تَبِعَکَ مِنْهُمْ لاَمْلاَنَّ جَهَنَّمَ مِنْكُمْ أَجْمَعِينَ
“(Allah) buyurdu: Oradan (məqam) rüsvay və xarlıqla ayrıl! And içirəm ki, onlardan hər kim sənə uysa, cəhənnəmi sizin hamınızla dolduracağam!”
Həmçinin “Sad” surəsinin 73-78-ci ayələrində buyurur:
فَسَجَدَ الْمَلاَئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ * إِلاَّ إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ * قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَکَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَىَّ أَسْتَكْبَرْتَ أَمْ كُنتَ مِنَ الْعَالِينَ * قَالَ أَنَا خَيْرٌ مِّنْهُ خَلَقْتَنِى مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ * قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّکَ رَجِيمٌ * وَإِنَّ عَلَيْکَ لَعْنَتِى إِلَى يَوْمِ الدِّينِ
“O zaman mələklərin hamısı birlikdə səcdə etdi. Yalnız İblisdən başqa! O, təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) buyurdu: Ey İblis! Sənə bizim qüdrətimizlə yaratdığımız bir məxluqa səcdə etməyə nə mane oldu?  Təkəbbür göstərdin, yoxsa üstünlərdən idin? (sənə verilən səcdə əmrindən daha üstün!) (İblis) dedi: Mən ondan üstünəm. Sən məni oddan, onu isə palçıqdan yaratmısan! (Allah) buyurdu: Göylərdən (və mələklərin sırasından) çıx! Sən dərgahımdan qovulmusan və mənim lənətim qiyamət gününə qədər sənin üzərində olacaqdır!”.
Bundan əlavə Qurani-kərimin bir sıra ayələrində şeytanın Adəmə vəsvəvə edib onu aldatmasından və yolundan azdırıb cənnətdən çıxmağına səbəb olmasından söz açılır. Şeytan Adəmin müəllimi deyil, əksinə Adəmi azdıran və onu bir çox ilahi nemətlərdən məhrum qoyandır.
Yuxarıda Halqa irfanının öz kitablarından gətirdiyimiz sitatlar, Quranın bu ayələri ilə az da olsa, uyğundurmu? Necə olur ki, bəzi aldanmışlar bu sözlərin İslam təlimlərilə eynilik daşıdığını və onun ardınca getməklə İslamı daha yaxşı tanıdıqlarını deyirlər? İslam dini və Quranı tanımağın mənası budurmu?!
***
Aşağıda onun kitabından bəzi mətnləri olduğu kimi qeyd edirik:
“İşçilər arasında təkcə İblisdir ki, məmuriyyəti bu “dairənin” sonunadək davam edir və başqa ifadə ilə desək, “dairənin” sonuna çatanadək Adəmə səcdəyə boyun əymir”.
“Qeyri-orqanik varlıqlar”, səh. 14
“Bu səcdə etməməyi, ilahi layihədən kənar saymaq mümkünsüzdür”.
“Qeyri-orqanik varlıqlar”, səh. 14
“İblis, Adəmə səcdə etmək əmrinə etina etmədi və həmin vəzifəni yerinə yetirdi”.
“Qeyri-orqanik varlıqlar”, səh. 14
“Deməli, səcdə əmrinə boyun əyməmək, zahirdə itaətsizlikdir və əgər itaətsizlik olmasaydı, ziddiyyət də olmazdı. Bununla yanaşı əmrə itaətdir, çünki Allah onu öncədən təyin etmişdi”.
“Qeyri-orqanik varlıqlar”, səh. 15
“Bu təkəbbürlə dolu itaətsizlik və İblisin təkqütblü aləmdən (vəhdət aləmindən) qovulması bir dərsdir və “dairə” yolu boyunca ona diqqət edilməlidir”.
“Qeyri-orqanik varlıqlar”, səh. 15
“Bu məqsədlə, Allah İblisə göstəriş verdi ki, Adəmə səcdə fərmanına etina etməsin. O da, bu fərmanı yerinə yetirdi və Adəmə səcdə etməyən yeganə mələk oldu. “Dairə” seyri boyunca da ona səcdə etməyəcək”.
“İnsan və mərifət”, səh. 247
“Başqa cür desək, İblisin Adəmə səcdə etməməsi, ilahi layihədən kənar bir iş deyil. Bu məmur “ikiqütblü” dünyanın ikiqütblü olma amili və insanın imtahan səhnəsinin formalaşması səbəbidir”.
“İnsan və mərifət”, səh. 247
“Bu ağacı görmək Adəmə başa saldı ki, ona sarı getməklə, onun üçün varlıq mərhələlərini seyr etmək imkanı yaranacaq və onu bilik və kamala çatdıracaqdır”.
“İnsan və mərifət”, səh. 204
“Deməli, Adəmin ağaca yaxınlaşmağı seçdiyi yer, dairəvi (halqavari) eniş yolunun başlanğıcı idi”.
“İnsan və mərifət”, səh. 204

“Yeni yaranmış irfanları araşdırma mərkəzi”

 

Nəşr tarixi: « 9/23/2016 10:09:25 PM »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” məfhumu

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 233