Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Məsumənin (ə) şəxsiyyəti
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Məsumənin (ə) şəxsiyyəti

makarem news

Xülasə:
Açar sözlər:

 Mükaşifə və şühud aləmində (intiutiv baxışda) həzrət Məsumənin (ə) yüksək məqamı təkcə həzrət Musa ibn Cəfərin (ə) övladı, səkkizinci İmamın (ə) bacısı olduğuna görə deyil, həm də şəxsi mərifət məqamından qaynaqlanır.

Qaynaq:
undefined
Peinevesht:


Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Məsumənin (ə) şəxsiyyəti
 Mükaşifə və şühud aləmində (intiutiv baxışda) həzrət Məsumənin (ə) yüksək məqamı təkcə həzrət Musa ibn Cəfərin (ə) övladı, səkkizinci İmamın (ə) bacısı olduğuna görə deyil, həm də şəxsi mərifət məqamından qaynaqlanır.
Həzrət Fatimə Məsumə (ə)
Yeddinci imamımız Musa ibn Cəfərin (ə) qızı həzrət Fatimə Məsumə (ə) hicri qəməri tarixlə 173-cü ilin zilqədə ayının ilk günündə Mədinə şəhərində dünyaya göz açmışdır. Hansı ki, peyğəmbərlik ailəsində belə qızın dünyaya gələcəyini İmam Sadiq (ə) müjdə vermişdi. Bu üzdən həzrət Fatimə Məsumənin (ə) dünyaya gəlişinin xeyirli və bərəkətli il dönümündə Məkarim Şirazi cənablarının ideya və düşüncələrindən istifadə edərək o həzrətin (ə) misilsiz şəxsiyyəti barədə araşdırma və təhlil etmək zərurəti ortaya çıxır. Belə bir təhlil nəticəsində “məsum imamların (ə) görüşündə həzrət Fatimə Məsumənin (ə) ali məqamının üstün səciyyələri” bəhsinə aydınlıq gətirilməsi, öz növbəsində Əhli-beyt (ə) maarifinə susayanlar, xüsusilə də o həzrətin ziyarətçiləri üçün gözəl ərmağan ola bilər. Buna görə də, bu yazıda Ayətullah Məkarim Şirazinin dəqiq və dərin görüşündə Əhli-beyt (ə) kəriməsinin – səxavətlisinin bəzi mühüm şəxsiyyət və varlıq səciyyələrini sizlərə təqdim edirik:
Həzrət Məsumənin (ə) ali elmi məqamı
Sözsüz ki, xanım Məsumə (ə) sonsuz yaxşılıq və kamal çeşməsidir, onun üç məsum imamla (ə) nisbəti vardır. O həzrətə ehtiram göstərmək, şənini uca tutmaq Peyğəmbər (s) ailəsinin uca məqamını, xüsusilə də, şiə imamlarından həzrət Musa ibn Cəfər (ə), Əli ibn Musa Rza (ə) və Məhəmməd Təqi ibn Əlinin (ə) ali məqamını əziz tutmağa bərabərdir. Odur ki, xanım Məsumənin (ə) məqamını tanımaq zərurəti inkaredilməzdir.
Məkarim Şirazi cənabları Əhli-beyt (ə) kəriməsinin məqamından danışarkən buyurdu: Həzrət Məsumənin (ə) uca məqamı vardı, o cümlədən elm sahəsində olduqca müvvəffəq idi. İmam Musa Kazimin (ə) dönəmində bir dəstə şiə Mədinəyə gəldi. Məqsədləri də, İmamı (ə) ziyarət etmək və suallarının cavabını o həzrətdən eşitmək idi. İmam Kazim (ə) səfərdə olduğundan, çarəsiz qalıb sualları ailəsinə təqdim etdilər ki, başqa bir fürsətdə hazır cavabları geri alsınlar. Vətənlərinə dönmək ərəfəsində sağollaşmaq üçün İmamın (ə) evinə yollandılar. Həzrət Fatimə Məsumə (ə) sualları cavabları ilə birgə həmin şiələrə təqdim etdi. Onlar da fərəhlə vətənlərinə döndülər. Necə oldusa, yolda İmam Musa Kazimlə (ə) rastlaşdılar və olub-keçənləri o həzrətə bildirdilər. İmam (ə) cavabları alıb oxudu; həzrət Məsumənin (ə) cavablarının hamısı düz idi. İmam (ə) üç dəfə buyurdu: “فِداها ابُوها”; “Atası ona fəda olsun!”.
Həmin dönəmdə həzrət Məsumənin (ə) yaşının çox olmadığını nəzərə alsaq, bu yazını o həzrətin elmi əzəmətinin göstəricisi saymaq olar (1), (2).
Həzrət Məsumənin (ə) mənəvi və müqəddəs məqamı
Məkarim Şirazi cənabları həzrət Məsumənin (ə) mənəvi və müqəddəs məqamına işarə edərkən buyurdu: Mükaşifə və şühud aləmində (intiutiv baxışda) həzrət Məsumənin (ə) yüksək məqamı təkcə həzrət Musa ibn Cəfərin (ə) övladı, səkkizinci İmamın (ə) bacısı olduğuna görə deyil, həm də şəxsi mərifət məqamından qaynaqlanır. (3).
Ayətullah Məkarim Şirazi həzrət Fatimə Məsumənin (ə) uca məqamındakı bənzəri olmayan mənəvi ünsürlərini şərh edərkən buyurdu: Həzrət Məsumənin (ə) izzəti barədə olduqca mənalı hədislər vardır. Mərhum hədis alimi Qummi deyir: Qumun böyüklərindən biri, Səd adlı şəxs Əli ibn Musa Rzanın (ə) görüşünə gəldi.
Həzrət (ə) buyurdu:
(4)  "یا سعد عندکم لنا قبرٌ، قلت: جعلت فداک قبر فاطمة بنت موسى؟ قال: نعم من زارها عارفاً بحقّها فله الجنّة..."
İmam Rza (ə) Sədə buyurdu: “Ey Səd! Sizin yanınızda bizə aid bir qəbir var.
Soruşdum: Sənə fəda olum, Musa ibn Cəfərin (ə) qızı Fatimənin qəbrimi?
Buyurdu: Bəli, hər kim onu tanıdığı halda ziyarət etsə, yeri cənnətdir”.
Bu səbəbdən İmam Hüseyn (ə), Fatimə Məsumə (ə) və digər məsumlara dair çoxsaylı hədislərdə gələn “onların haqqını tanımaq” qeydi, həzrət Məsumənin (ə) atası, qardaşı və babalarına itaətin vacib olduğunu bilməyimiz mənasındadır. Bu məsələni anladıqdan sonra onların bütün proqram və göstərişlərini həyata keçirməliyik, hansı ki, nəticəsi cənnətdir (5).
Soy silsiləsi – Həzrət Məsumənin (ə) izzət meyarlarından biri
Soy silsiləsi və babaları, Ayətullah Məkarim Şirazinin diqqət mərkəzində yer alan digər ünsür və səciyyələrdən biridir. O, söhbətlərinin birində bu məqama işarə edərək buyurdu: Fatimə Məsumənin (ə) soy silsiləsi və şəcərəsinə nəzər saldığımızda, doqquz məsumla bitdiyini görürük və bu, o həzrətin əzəmətli məqamının son həddidir (6).
Həzrət Məsumənin (ə) ziyarətnaməsinin mahiyyəti və yüksək məqamı
Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Fatimə Məsumənin (s) misilsiz ziyarətinin yeri elə bir həddədir ki, o, bir ibarəsində belə buyurur: Xanım Fatimə Məsumənin (ə) ziyarətnaməsində bir çox xüsusi təbirlərin gəlməsi o həzrətin (ə) izzət və uca məqamı üçün yetərlidir.
Həzrət Məsuməni (ə) ziyarətin savabı
Məkarim Şirazi cənabları həzrət Məsuməni (ə) ziyarətin müsbət təsir və bərəkətlərini bəyan edərkən buyurdu: “Kamiluz-ziyarat” kitabının yazarı atası və qardaşının nəqlinə istinad edərək, İmam Məhəmməd Təqinin (ə) hədislərinə müvafiq olaraq, belə nəql edir:
“مَنْ زارَ عَمَّتى‏ بِقُمْ فَلَهُ الْجَنَّةُ”
“Hər kəs Qumda həzrət Fatimə Məsumə (ə) bibimin (məzarını) ziyarət etsə, yeri cənnətdir” (7).
Cənnətə bərabər ziyarət
Məkarim Şirazi cənabları xanım Fatimə Məsumə (ə) barəsində Peyğəmbərdən (s) bir hədisə işarə edərək dedi: Əziz Peyğəmbərimiz (s) buyurur: “Canımın yarısı Qumda dəfn olunacaq. Onun ziyarətinə gələnə cənnət vacib olacaq.”
“Canımın yarısı” ibarəsi başqa yerdə yalnız bir dəfə Fatimə Zəhra (s) barəsində deyilmişdir.
Deməli, yalnız həzrət Zəhra (s) və həzrət Məsumə (ə) ilə əlaqədar Peyğəmbərin (s) mübarək dilindən “canımın yarısı” ifadəsi çıxmışdır. Şübhəsiz ki, Peyğəmbərin (s) canının yarısını bu torpaqlarda ziyarət edən hər kəsə cənnət vacib olacaq.
Şiəliyin genişlənməsi – Həzrət Məsumənin (ə) Quma gəlişinin girovunda
Məkarim Şirazi cənabları həzrət Məsumənin (ə) Quma bərəkətli gəlişinin müsbət təsirlərini və haqq olan şiəçiliyin genişlənməsini izah edərkən buyurdu: Bu torpaqlara şiə təriqətinin toxumu hicri tarixlə birinci əsrin əvvəllərində səpilmişdi, çox keçmədi ki, sözün əsl mənasında bir şiə şəhərinə çevrildi və Əhli-beyt (ə) məktəbi tərəfdarlarının sığınacağı, güvənc yeri oldu.
Bu müddətdə Qum Əli (ə) sülaləsinin bioloji və mənəvi övladlarını qəbul etməyə hazır idi. Yetərli idi ki, Peyğəmbər (s) ailəsindən, o həzrətin həqiqi davamçılarından bir nəfər bu torpaqlara gəlsin, Qum camaatı da ona qucaq açsın və izzətlə, ehtiramla və düşməndən asudə şəkildə onlar arasında yaşasın. Bu səbəbdən də, bir çox tanınmış şəxsiyyətlər, seyidlər və şiə təriqəti ardıcıllarının övladları bu torpağa üz tutdular. Bu silsilənin başında İmam Musa ibn Cəfərin (ə) əziz qızı, həzrət Fatimə Məsuməyə (ə) işarə etmək olar (8).
Hicri qəməri tarixlə 201-ci ildə həzrət Məsumə (ə) qardaşını görmək məqsədilə Mədinədən Xorasana doğru hərəkət etdi. Savəyə çatdığında xəstələndi və yatağa düşdü. Qumun varlığından, şiələrin orada məskunlaşmasından xəbərdar olan həzrət Məsumə (ə) şəxsi xadiminə buyurdu: “Məni Quma aparın!”.
Digər tərəfdən, o həzrətin Savəyə daxil olduğunu bilən Qum əhalisi onu öz şəhərlərinə dəvət etmək qərarına gəldilər. Buna görə də, Səd Əşərinin oğulları və nəvələri o həzrətin görüşünə yollandılar, Quma gətirib ən gözəl şəkildə ona xidmət göstərdilər. Amma təəssüflər olsun ki, bir müddət sonra həyatını dəyişdi. Onun Quma gəlişi, pak-pakizə məzarı və sonra imamzadələrin, Kufə və digər şəhərlərin hədisçiləri və alimlərinin Quma gəlişi şiəçiliyin genişlənməsində yeni və təsirli dəyişikliklərə səbəb oldu (9).
Həzrət Məsumənin (ə) nurlu varlığı sayəsində elm mərkəzinin güclənməsi
Məkarim Şirazi cənabları həzrət Məsumənin (ə) lütfü sayəsində Qum elm mərkəzinin hər keçən gün güclənməsində Əhli-beyt (ə) kəriməsinin mənəvi təsir və bərəkətlərini şərh edərkən buyurdu: O misilsiz xanımın Quma gəlişi ilə Qum tarixində yeni səhifə açıldı. O həzrətin (ə) güclü cazibəsi alim və elm adamlarını bu şəhərə çəkib gətirdi və bir çox bərəkətlərə səbəb oldu ki, onlardan ən əhəmiyyətlisi elm mərkəzlərinin genişləndirilməsi idi (10).
Beləliklə, həzrət Məsumənin (ə) Quma gəlişi elm mərkəzinin güclənməsinə və vüsət tapmasına, alimlərin, hədisçilərin və məsum imamların (ə) görkəmli tələbələrinin gediş-gəlişinə, əlaqələr qurmasına zəmin yaratdı (11).
Son söz
Ayətullah Məkarim Şirazinin görüşündə ən gözəl yeniliklərdən biri; “kəramət ongünlüyü”nün yaradılmasıdır, hansı ki, Fatimə Məsumənin (ə) bərəkətli mövludu ilə başlayır, İmam Rzanın (ə) mövludunda bitir (12).
Bugün şiənin və İran xalqının düşmənləri, müxalifləri bu xalqın ismətli və pak Əhli-beytinə (ə) hansı həddə eşq bəslədiyini görsünlər və bilsinlər. Bu məktəb ardıcıllarının Əhli-beytə (ə) məhəbbəti heç vaxt azalmayacaq (13).
“Kəramət ongünlüyü”ndə müxtəlif mədəniyyət və incəsənət proqramlarının təşkili, sözsüz ki, ismətli və pak Əhli-beytlə (ə) bağlı bilik və məlumatı artıracaqdır. Ona görə ki, “Kəramət ongünlüyü”nün; həzrət Fatimə Məsumə (ə) və İmam Rza (ə) mövludlarının əziz tutulması vəhhabilərin gözünün kor olmasına, Əhli-beyt (ə) mesajının dünyanı nura bürüməsinə səbəb olacaq.
Odur ki, “Kəramət ongünlüyü”ndə keçirilən bayram tədbirləri şiənin nurunu, mənəviyyatını dünyaya yayan gözəl yeniliklərdəndir (14).
Araşdırma, hazırlanma və tərtibat; Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Həzrət Məsumə, ikinci Fatimə”, səh. 166
2-    “Qum və Cəmkəran zəvvarları ilə birgə”, səh. 60-61
3-    Ayətullah Məkarim Şirazi, fiqhin ali mühazirələrində, “Məscidul-Əzəm”, Qum, 27/05/2010
4-    “Biharul-ənvar”, c. 48, səh. 317
5-    Ayətullah Məkarim Şirazi, fiqhin ali mühazirələrində, “Məscidul-Əzəm”, Qum, 05/01/2003
6-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Kəramət ongünlüyü”nün başlanğıcı mərasimi, həzrət Məsumənin (s) pak hərəmi, 07/09/2013
7-    “Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 62
8-    “Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 25
9-    “Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 40
10-     “Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 26
11-     “Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 40
12-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Kəramət ongünlüyü”nün başlanğıcı mərasimi, həzrət Məsumənin (ə) pak hərəmi, 07/09/2013
13-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Kəramət ongünlüyü”nün başlanğıcı mərasimi, həzrət Məsumənin (ə) pak hərəmi, 07/09/2013
14-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Kəramət ongünlüyü”nün başlanğıcı mərasimi, həzrət Məsumənin (ə) pak hərəmi, 07/09/2013

 

Nəşr tarixi: « 9/23/2016 9:20:25 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əbəlfəzlin (ə) izzət, elm və mərifətinin əzəməti

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 109