Ayətullah Məkarim Şirazinin görüşündə İmam Sadiq (ə) məktəbinin əlamətləri
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə İmam Sadiq (ə) məktəbinin əlamətləri

makarem news

Xülasə:
Açar sözlər:

İslami quruluş və hakimiyyəti müharibə, təzyiqlər, embarqo və s. ilə təslim olmağa vadar edə bilməyənlər, gənclərə nüfuz etmək, müsəlmaları bir-birindən ayırmaq, aralarına ixtilaf salmaq, qarışıqlıq yaratmaq üçün indi də ortaya şübhələr atmaq fikrindədirlər. Yəni, İmam Sadiq (ə) dövründəki şərait müasir əsrdə də açıq-aşkar müşahidə olunur.

Qaynaq:
undefined
Peinevesht:


 Ayətullah Məkarim Şirazinin görüşündə İmam Sadiq (ə) məktəbinin əlamətləri
İslami quruluş və hakimiyyəti müharibə, təzyiqlər, embarqo və s. ilə təslim olmağa vadar edə bilməyənlər, gənclərə nüfuz etmək, müsəlmaları bir-birindən ayırmaq, aralarına ixtilaf salmaq, qarışıqlıq yaratmaq üçün indi də ortaya şübhələr atmaq fikrindədirlər. Yəni, İmam Sadiq (ə) dövründəki şərait müasir əsrdə də açıq-aşkar müşahidə olunur.
Şiə məktəbinin banisi İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümündə o həzrətin (ə) elmi və fikri cəhətlərinin araşdırılması şiələr və İslam ümməti üçün inkarolunmaz bir zərurətdir.
Buna görə də “cəfəri” məktəbinin banisi olaraq, o həzrətin (ə) elmi və fikri fəaliyyətlərinin, həmçinin onun İslam cəmiyyətində şübhələrin aradan qaldırılmasındakı bənzərsiz rolunun təhlili və İmam Sadiq (ə) məktəbində elmi disputlar bizi vadar etdi ki, Ayətulla Məkarim Şirazinin dəyərli fikirlərindən faydalanaraq, bu məsələdə mühüm nöqtələrdən bəzilərini müzakirə edək.
Qarşınızdakı yazı 21/08/2014 tarixində İmam Rzanın (ə) hərəmində keçirilən İmam Cəfərin (ə) şəhadət gecəsi mərasimində Məkarim Şirazi cənabları tərəfindən söylənmiş nitqdir. Bu deyilənlər “cəfəri” məktəbinin imamının (ə) şəhadətinin ildönümündə o həzrətin aşiqlərinə təqdim olunur.
Nə üçün “məzhəb imamı” ləqəbi İmam Sadiqə (ə) aiddir?
Söhbətin əvvəlində bu mühüm məsələni, yəni “məzhəb imamı” ləqəbinin İmam Sadiqə (ə) məxsus olduğunu araşdırmalıyıq. Əslində bu ləqəb altıncı imam olan İmam Sadiqə (ə) verilməməlidir, çünki məzhəb rəhbəri Əli ibn Əbutalib (ə) və birmənalı şəkildə şəxsən xatəmül-ənbiya həzrət Məhəmmədin (s) özüdür.
Ona görə ki, həzrət Rəsul (s) İmam Əliyə (ə) xitab edərək buyurub:
"یا علی انت و شیعتک هم الفائزون"
“Ey Əli! Sən və sənin şiələrin )qiyamət günü( nicat tapanlarsınız”.
Allah Rəsulu (s) “şiə” ləqəbini həzrət Əlinin (ə) ardıcıllarına verdi. Bu, şiə və əhli-sünnə mənbələrində qeyd olunmuşdur.
Həmçinin qəbul etməliyik ki, həzrət Əli (ə) Allah Rəsulundan (s) sonra evdən kənara çıxmadığı üçün onun vasitəsilə hökmlərin yayılması nisbətən az idi. Hakimiyyətinin 5 ilində isə problemlər, müharibələr və ixtilaflarla məşğul oldu.
Həzrət Əlinin (ə) dövrü sona yetdi. Bundan sonra İmam Həsən (ə) və İmam Hüseynin (ə) dövrü də Bəni-Üməyyə tərəfindən olduqca qaranlıq şəkildə sona çatdı və bu böyük şəxsiyyətlər (ə) tərəfindən din hökmlərinin yayılması mümkün olmadı.
İmam Səccadın (ə) dövrü daha çətin oldu. İş o yerə çatdı ki, Əhli-beyt (ə) düşmənləri həzrət Əlinin (ə) şiələrinin harada ələ keçirilisə, qətlə yetirilməsinə əmr verdi. Buna görə də heç kimin “Mən Əlinin (ə) şiəsiyəm” deməyə, yaxud da İmam Səccadın (ə) yanına gedərək, dini hökmlər və İslam maarifi haqqında nə isə soruşmağa çürəti yox idi. Kimin adı “Əli” idisə, çarəsiz qalaraq adını gizlətməyə məcbur qalırdı. Belə bir qaranlıq, boğucu və qorxulu şərait dini hökmləri yaymağa icazə vermirdi.
İmam Sadiq (ə) və elmin geniş təbliğinə cəhd etmək
Qeyd edək ki, İmam Baqirin (ə) zamanının başlanğıcı Bəni-Üməyyə hakimiyyətinin tənəzzülü idi. Bəni-Üməyyənin başı öz problemlərinə qarışmışdı. Buna görə də müəyyən nisbi azadlıq yaranmışdı. İmam Baqir (ə) dini hökmlərin, elmin bayrağını qaldırdı. Yollarını itirənlər, qaranlıqda və cəhalətdə olanlar bu nurani çırağı görməklə, o həzrətə (ə) tərəf üz tutdu və bu, İmam Sadiqin (ə) dövründə daha da genişləndi.
Bunun nəticəsində 4000 nəfər dinin müxtəlif sahələrində İmam Sadiqdən (ə) dərs aldı. Üsulid-dində, fiqhdə, əxlaqda, təfsirdə və bütün islami mövzularda o həzrətin (ə) bəyanlarından istifadə etdilər. Hər yerdə, yəni Mədinədə, Kufədə və Məkkədə hamı İmam Sadiqin (ə) elmi məktəbindən danışırdı.
Ravi deyir: Mən bir dəfə Peyğəmbər (s) məscidində idim. 900 nəfərin cəm olub söhbət etdiyini gördüm. Onların hamısı deyirdi ki, “İmam Sadiq belə dedi”, “İmam Sadiq belə dedi” və o həzrətin (ə) vasitəsilə elm və bilik beləcə yayıldı. Buna görə də “O həzrət (ə) elmin yayılmasına görə məzhəb imamıdır” deyilir.
Əbu Zöhrənin “əl-İmamu əl-Cəfərus-Sadiq” kitabında bu məzmuna yaxın olan bir hədisdə oxuyuruq:
Mənsur Dəvaniqi İmam Sadiqin (ə) elmi şöhrətini görəndə, qorxdu ki, İmamın (ə) bu elmi şöhrəti camaatın onun ətrafına yığılmasına səbəb olsun və Abbasilər hakimiyyəti xətərə düşsün. Buna görə də öz-özünə “Alimin cavabının alimlə verməliyik!” dedi. Mənsur Dəvaniqi öz dövrünün ən elmli aliminin Əbu Hənifə olduğunu düşündü; Əbu Hənifə, Mənsur Dəvaniqinin dəvətini qəbul etdi.
Mənsur ona dedi: “Sənin üçün çox əhəmiyyətli bir proqram düşünmüşəm. 40 mühüm elmi məsələ hazırla və mən də Cəfər Sadiqi (ə) dəvət edəcəm. Sən də bu 40 elmi məsələ ilə İmam Sadiqi (ə) sorğu-suala tut və biz də hər yerdə elan edək ki, ondan daha alim şəxs də var”. Əbu Hənifə (hənəfi məzhəbinin imamı) dedi: “Mən İmam Cəfər ibn Məhəmməddən (ə) daha fəqih bir şəxs görməmişəm. Buna görə də mənə ağır bir vəzifə vermisən. Mən bu adamın elminə bələdəm, ona qalib gəlmək asan deyil”.
Mənsur Dəvaniqi, İmam Sadiqi (ə) dəvət elədi və onu ehtiramla qarşılayaraq öz kənarında yer verdi və dedi: “Əbu Hənifə, İraq fəqihlərindən biridir. Sualları var, icazə verirsiniz desin?”.
Əbu Hənifə sualları ard-arda verirdi. İmamım (ə) cavabları da çox maraqlı idi.
Əbu Hənifə bu macəra haqqında deyir:
Sonra Mənsur üzünü mənə tutaraq dedi: “Ey Əbu Hənifə, suallarını ver!”. Mən də suallarımı verdim, o həzrət (ə) də cavablandırır və deyirdi: “Bu sualın cavabı sizin nəzərinizə görə budur, Mədinə camaatına görə bu və bizə görə isə bu”. Onun nəzəri bəzən Mədinə camaatının nəzəri ilə uyğun, bəzən isə hamı ilə zidd idi. Beləcə, mən 40 sual soruşdum, o da hər birini elə bu cür cavablandırdı.
Əbu Hənifə daha sonra əlavə edərək deyir: “Məgər biz “Ən elmli şəxs o kəsdir ki, müxtəlif nəzərləri hamıdan daha yaxşı bilir.” – deyə rəvayət nəql etmirikmi?!
(Buna əsasən, Cəfər ibn Məhəmməd (ə) o dövrün bütün şəxslərindən daha elmli idi) (1), (2)
Verilən suallar İmam Sadiq (ə) tərəfindən gözəl şəkildə cavablandırıldıqda, Mənsur o həzrətə (ə) olan kinini qəlbində gizlətdi və onu qətlə yetirmək qərarına gəldi. Ona görə ki, öz siyasi mövqeyinin ciddi şəkildə xətərdə olduğunu görürdü.
Şiəliyi müdafiə etmək – İmam Sadiq (ə) elmi məktəbində mühüm vəzifə və faktor
İmam Sadiq (ə) İslam və şiə məktəbinə iki daha önəmli xidmət etmişdir və o həzrətin (ə) məzhəb rəhbəri adlandırılması, bu iki önəmli xidmətin əsas roluna görədir.
Birincisi: Bilirik ki, İslam həmin dövrdə çox geniş şəkildə yayılmış və o zamanın əmin-amanlıq içində olan təqribən bütün ölkələri İslam bayrağı altına toplanmışdı. Buna görə də müxtəlif din və xalqlardan olan müxtəlif əqidələrə, adət-ənənələrə mənsub insanların yenicə İslamı qəbul etmələrinin ardınca yanlış, azğın təlim və inanclar müsəlmanlar arasına daxil oldu.
Xristian və zərdüştilərin fikirləri, Yunan və Bizans Roma filosoflarının sözləri İslam cəmiyyətində bir çox məsələləri bir-birinə vurmuşdu. Hətta materializm tərəfdarları da öz inanclarını İslam cəmiyyətində açıq-aşkar təbliğ edirdi. İmam Sadiq (ə) belə bir zamanda bu cür qarışıq və yanlış fikirlər müqabilində dayanmalı və həqiqi İslamı hamıya çatdırmalı idi. Necə ki, əməldə də belə oldu, yəni o həzrət (ə) şübhələri çox gözəl şəkildə cavablandırırdı.
İkincisi: İslam təhlükədə idi, çünki əks təbliğat aparmaq üçün gözəl fürsət yaranmışdı. Buna görə də qeyri-müsəlmanlar öz-özlərinə dedilər: “İslam hakimiyyətini qüdrətdən sala bilməsək də, heç olmasa müsəlmanların inanclarını daxildən dağıdaraq, gəncləri İslamdan uzaqlaşdıraq!”.
İmam Sadiqin (ə) şagirdlərindən biri olan Müfəzzəl ibn Ömər belə deyir: “Peyğəmbər (s) məscidində gördüm ki, o həzrətin (s) qəbri kənarında materialist İbn Əbil-Əvca materializmi (yəni Allah və dinin inkarını) təbliğ edir. Ona yaxınlaşdım, üstünə çığırıb bu işdən çəkindirdim. O isə belə dedi: “Sən İmam Sadiqin səhabələrindən olmalısan. Sənin imamın mənimlə belə danışmır, məsələyə dava-dalaşsız yanaşır. O, suallarımı elə şəkildə cavablandırır ki, mən onun cavabı qarşısında bir söz tapmayıb heyran və aciz qalıram”.
Müfəzzəl deyir: Bunu eşidən kimi İmam Sadiqin (ə) hüzuruna gedib ərz etdim: “Ey Allah Rəsulunun (s) oğlu! İslam xətərdədir; Peyğəmbər (s) qəbrinin düz yanında “materializm” və “Allahın inkarı”?!”.
İmam (ə) buyurdu: “Sabah səhər tezdən günəş çıxan vaxtı yanıma gəl, sənə Allahın varlığını isbat edən dəlillər deyəcəm”.
Müfəzzəl deyir: “İmam (ə) günortaya kimi səma, yer, ulduzlar, heyvanlar, dənizlər, dağlar, səhralardan Allahın varlığına işarə edən dəlillər gətirdi. Axırda buyurdu: “Get, sabah səhər tezdən yenə gəl!”.
İkinci gün də getdim, yenə də günortaya kimi o həzrətdən (ə) Allahıtanıma haqqında dəlillər öyrəndim. Amma bununla belə, dəlillər bitmədi, mən düz dörd gün İmam Sadiqdən (ə) bu haqda dərs aldım.
İmam Sadiqin (ə) Müfəzzələ dörd gün ərzində bəyan etdiyi bu dəlillər əsasında da “Müfəzzəlin tövhidi” adlı bir kitab meydana gələrək ixtiyarımıza qoyuldu. Yəni, o həzrət (ə) düşmənlərin, yadların təbliğat dalğası qarşısında dayandı. Buna görə də İmam Sadiq (ə) şiə məktəbinin rəhbəri sayılır.

Cəfəri məktəbi – həqiqi şiə təriqətinin qorunmasında başlıca amil
Digər məqam bundan ibarətdir ki, İmam Sadiqin (ə) elmi məktəbi və elmi hərəkatı dərindən öyrənilməlidir. O həzrətin (ə) şagirdlərinin hər biri elmin bir sahəsində mütəxəssis idi. Buna görə də İmam Sadiqin (ə) şagirdlərinin elmi o həzrətin (ə) elmin müxtəlif qollarının və ixtisaslarının müəyyənləşdirməsi, bir-birindən ayrılması sahəsindəki yaradıcılıq və fəaliyyətlərinə əsaslanırdı.
Bu haqda bir hədisdə oxuyuruq:
Şam məntəqəsindən olan bir nəfər İmamın (ə) hüzuruna gələrək deyir: “Quran haqqında sualım var, zəhmət olmasa cavablandırın!”.
İmam Sadiqin (ə) səhabələri onun ətrafına yığılmışdı. İmam (ə) buyurdu: “Humran! Bu kişinin Quranla bağlı sualına cavab ver!”.
Həmin kişi dedi ki, mən sizin cavabınızı istəyirəm.
İmam Sadiq (ə) buyurdu: “Onun cavabı mənim cavabımdır. Əgər ona qalib gəlsən, mənə qalib gəlmiş olarsan”.
Sonra o da suallarını verməyə başladı və o qədər sual verdi ki, tamamilə yoruldu.
İmam (ə) ona buyurdu: “Humranı necə dəyərləndirirsən?”.
O dedi: “Çox güclüdür və Quranın bütün mövzularına da bələddir”. Daha sonra isə dedi: “Başqa bir sualım da var, ədəbiyyat (qrammatika) haqqındadır”.
İmam Sadiq (ə) buyurdu: “Şagirdim Əban ibn Təğlib bu sahədə mütəxəssisdir, ondan soruş!”. O, sualını verdi və verilən cavabla kifayətləndi.
İmam (ə) buyurdu: “Başqa sualın varmı?”.
O dedi: “Bəli, fiqh haqqındadır”.
İmam Sadiq (ə) buyurdu: “Zürarə mənim məktəbimdə fiqh elmini öyrənmiş bir fəqihdir”. Suallar verildi və cavablarını alaraq qane oldu. O daha sonra üsuliddin haqqında sualları olduğunu dedi.
İmam (ə) buyurdu: “O adamı görürsən? Adı Mömini-Taqdır. O, üsuliddin və “kəlam” – əqaid elmində mütəxəssidir. Hər nə sualın varsa, ondan soruş!”. Yenə də suallarını verib, cavablarını aldı.
Nəhayət, o belə dedi: “Sizin səhabələrinizin hər biri elmin bir sahəsində mütəxəssisdir”.
Bu cür şagirdlər, elmi disput və münazirələr İmam Sadiq (ə) məktəbinin geniş və dolğun olmasına səbəb olmuşdu. Buna görə də təfsir, üsuliddin, fiqh, üsul və s. sahələrində hər hansı bir kitabı açırıqsa, orada “İmam Baqir (ə) buyurdu...”, “İmam Sadiq (ə) buyurdu...” olduğunu müşahidə edirik.
Bu iki böyük şəxsiyyətdən bizə o qədər hədis gəlib çatıb ki, o həzrəti (ə) “məzhəb imamı” adlandırmağımızın səbəbi aydın olur. Bununla da İmam Sadiq (ə) məktəbinin və elminin, zamanında nə qədər geniş və ətraflı olduğunu anlayırıq.
Əgər İmam Baqir (ə), İmam Sadiq (ə) və onlardan sonra da İmam Rza (ə) Məmunun hakimiyyəti zamanı qeyri-müsəlmanlar və yadların ortaya atdığı şübhələr qarşısında İslamı müdafiə etməsəydi, İslam mütləq sarsardı. Buna görə də bu böyük şəxsiyyətlər, Abbasilər müqabilində Zeyd ibn Əli, Yəhya ibn Zeyd və digərlərinin müvəffəq olmayan qiyamları kimi açıq-aşkar qiyam etmək əvəzinə elmi qiyam etdilər və İslama nicat verdilər.
Bu gün qərbdə “kimya elminin atası” adlandırılan Cabir ibn Həyyan İslam alimlərindən biridir. Müasir kimya elmi ilk günlərdə Cabir ibn Həyyanın kitablarından faydalanıb. Cabir ibn Həyyan hicri ikinci əsrdə müsəlmanlar arasında və İslam rəhbərlərinin (ə), xüsusilə də İmam Sadiq (ə) məktəbində yetişib. (3)
Cabir ibn Həyyan iftixarla belə deyirdi: “Mən, İmam Sadiqin (ə) şagirdlərindən olmuşam”.
Malik ibn Ənəs (maliki məzhəbinin imamı) həzrət Sadiq (ə) haqqında deyir: “Mən onun yanına çox gedirdim. O həzrəti (ə) həmişə bu üç halda görürdüm: ya namaz qılırdı, ya oruc idi, ya da Quran oxuyurdu. Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməddən (ə) daha ütününü göz görməyib, qulaq eşitməyib və heç kimin xəyalından keçməyib” (4)
Əbu Hənifə deyir:
"لو لا السَّنَتان لهلك النّعمان‏"
“O iki il olmasaydı, Noman həlak olardı”. (5) Yəni, İmam Sadiqin (ə) hüzurunda dərs aldığım o iki il olmasaydı, Noman (Əbu Hənifənin öz adıdır) həlak olardı.

Son söz
Etiraf etməliyik ki, İmam Sadiq (ə) məktəbinin bizim zamanımıza bir mesaj və müraciəti var; bizim bugünkü şəraitimiz o dövrə bənzəyir. Qərb informasiya mərkəzləri dünyanın hər yerində ortaya müxtəlif şübhələr atmaqla İslam ümmətinin, xüsusilə də islami quruluş və hakimiyyətin inanclarını, fikirlərini dəyişdirmək uğrunda çalışır. Buna görə də İslami quruluş və hakimiyyəti müharibə, təzyiqlər, embarqo və s. ilə təslim olmağa vadar edə bilməyənlər, gənclərə nüfuz etmək, müsəlmaları bir-birindən ayırmaq, aralarına ixtilaf salmaq, qarışıqlıq yaratmaq üçün indi də ortaya şübhələr atmaq fikrindədirlər. Yəni, İmam Sadiq (ə) dövründəki şərait müasir əsrdə də açıq-aşkar müşahidə olunur. Elə buna görə də İmam Sadiqin (ə) həmin xalis və saf məktəbindən faydalanmaq lazımdır. İstər dini hövzə, istərsə də üniversitet alimləri olsun, hər ikisi də müxtəlif islami elmlərlə tanış olmalı, əks tərəfin ortaya atdığı şübhələr qarşısında lazım olan formada dayanmalı, tutarlı cavablar verməlidirlər. Cavanların inanc və fikirlərinin zəiflədilməsinin, sarsıdılmasının qarşısını almalıdırlar.
Onu da qeyd edək ki, İmam Sadiq (ə) Abbasi xəlifəsi zülmkar Mənsur Dəvaniqinin əmri ilə (hicrətin 148-ci ili, şəvval ayının 25-də 65 yaşında) zəhərlənərək şəhadətə yetirildi və İslam aləmini öz ölümü ilə qəm-qüssəyə boğub əzadar etdi.

Araşdırma, hazırlanma və tərtibat: Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

makarem.ir

1. “Siyəru əlamin-nubəla” kitabı, c. 6, səh. 258
2. “Müqayisəli fiqh ensiklopediyası”, c. 1, səh. 102
3. “İslam və qulların azadlığı”, səh. 42
4. “Müqayisəli fiqh ensiklopediyası”, c. 1, səh. 102
5. Yenə orada.

 

Nəşr tarixi: « 9/23/2016 9:12:56 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əbəlfəzlin (ə) izzət, elm və mərifətinin əzəməti

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 128