Ayətullah Məkarim Şirazinin görüşündə ümumdünya Qüds günü yürüşünün funsionalizmi
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə ümumdünya Qüds günü yürüşünün funsionalizmi

makarem news

Xülasə:
Açar sözlər:

 Qüds gününün anılması olduqca vacibdir, bu iş beynəlxalq müstəvidə hər nə qədər rəvac taparsa, nəticəsi də bir o qədər çoxalar.

Qaynaq:
undefined
Peinevesht:


 Ayətullah Məkarim Şirazinin görüşündə ümumdünya Qüds günü yürüşünün funsionalizmi
 Qüds gününün anılması olduqca vacibdir, bu iş beynəlxalq müstəvidə hər nə qədər rəvac taparsa, nəticəsi də bir o qədər çoxalar.
Mübarək ramazan ayının son cüməsi İran və sair İslam ölkələrinin, hətta digər bəşər cəmiyyətlərinin milyonlarla mömin və oruc insanının fəryadı, İslam ümmətinin və digər dünya azadlıqsevərlərinin məzlum Fələstin xalqına qlobal və hərtərəfli dəstəyinin təzahürüdür.  
Qüdsdə işğalçı rejim cinayətlərini, eləcə də bu uşaq qatili olan rejimə dəstək verən digər güclərin tənqidinə çıxan bəşəriyyətin təmiz vicdanının fəryadından əmələ gəlmiş bu əzəmətli axını elə bir haldadır ki, beynəlxalq Qüds gününün misilsiz təsirləri məzlum Fələstin xalqını və digər dünya məzlumların himayə etməkdə ilk növbədə özünü göstərir.
Bu səbəbdən beynəlxalq Qüds günündə İslam ümməti və digər bəşər cəmiyyətlərinin misilsiz fəryadının təsirlər və effektinin təhlili danılmaz bir işdir. Bunu rəhbər tutaraq, bu yazıda böyük mərcəyi-təqlid və Quran təfsirçisi Ayətullah Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə edib, beynəlxalq Qüds gününün əzəmətli nümayişinin ən önəmli faktor və funksiyalarını siz oxuculara təqdim edirik:
“Qüds günü” adlandırılmasının tarixi keçmişi
Məlumdur ki, ilk növbədə ramazan ayının son cüməsini “Qüds günü” adlandırılmasının tarixi keçmişi araşdırmalıyıq.
Ayətullah Məkarim Şirazi “Qüds günü” adlandırılmasının tarixi keçmişinin mahiyyətindən söz açarkən buyurdu: Allaha həmd olsun ki, İslam İnqilabından sonra İslam şüari Orta Asiya, bəlkə də dünya miqyasında səs saldı. İslam İnqilabının rəhbəri imam Xomeyninin təşəbbüsü ilə mübarək ramazan ayının son cüməsi “Qüds günü” adlandırıldı. Bu bənzərsiz fürsət müsəlmanların himayəsi ünvanında qorunub saxlanılmalıdır ki, düşmən hələ də Qüdsü unutmadığımızı, əlimizə fürsət düşən kimi onu geri alacağımızı anlasın. İndi də həm biz, həm də düşmən bu nurun qüdrətini az da olsa müşahidə edirik və tezliklə, bu nurun zülmətə qələbə çalacağına, “sadiq sübhün” çatacağına ümidvarıq “الَيْسَ الصُبْحُ بِقريب” (1). Əgər İslam (2) və müsəlmanlara edilən hörmətsizliyin dərdi ilə ölsək, qınanmarıq. Bu, İmam Əlinin (ə) cihad xütbəsində (3) buyurduğu sözüdür:
 “فَلَو انَّ امرَءاً مُسْلِماً ماتَّ مِنْ بَعدِ هذا أَسَفاً ما كانَ بِهِ مُلوماً، بَل كانَ بِه عِندى جَدِيرا”
“Əgər müsəlman biri bu hadisəni eşitməyi ilə qəm-qüssənin təsirindən ölsə, ona məzəmmət yoxdur; hətta mənim nəzərimdə onun ölümü yaxşıdır”.
“فَقُبحاً لَكُمْ و تَرَحاً حِينَ صِرْتُم غَرَضاً يُرْمى”
“Bəs, nə qədər ki, onların oxunun hədəfindəsiniz günləriniz pis, qəlbləriniz kədərli olsun (yəni düşmən sizə ox atır, sizlər isə aranızdakı qeyrətsizlik, ikitirəlik və ixitilafdan dolayı öz sinənizi hədəf alıb, sakit oturmusunuz) malınızı yağmalayırlar, sizsə qarət etmirsiniz, sizinlə döyüşürlər (4), siz isə döyüşmürsünüz, Allaha üsyan edirlər, sizsə buna göz yumursunuz”.
Ağamız mövzunu necə də gözəl bəyan edir. Sanki, Həzrətin (ə) müxatəbləri bizlərik. Bəzi müsəlmanlar o qədər mərdlik və qeyrətlərini əldən verib ki, Həzrət xütbənin digər yerində onlara müraciət edir (5).
Deməli, beynəlxalq Qüds günü təşəbbüsü, İslam tarixində müqəddəratı həll edən təşəbbüsdür ki, İmam Xomeyninin ən yaxşı təşəbbüskarlıqlarından, yadigarlarından biri kimi dəyərləndirmək lazımdır (6).  
Beynəlxalq Qüds günü yürüşünü keçirmənin vacibliyi
Ayətullah Məkarim Şirazi mömin və oruc tutmuş xalqın Qüds günü yürüşündə kütləvi hüzurunun vacibliyini bəyan edərkən buyurdu: Qüds gününün anılması olduqca vacibdir, bu iş beynəlxalq müstəvidə hər nə qədər rəvac taparsa, nəticəsi də bir o qədər çoxalar. Odur ki, müsəlmanlar və dünya azadlıqsevərləri arasında Qüds günü sionist rejimə qarşı qlobal etiraza çevrilməlidir (7).
Həmçinin, Məkarim Şirazi cənabları anti-imperialist mövzusunda bəzi passiv düşüncələri xoşagəlməz sayaraq buyurdu: Deməyin, bu yürüş sadədir, nə əhəmiyyəti var! Əksinə, bu fəryad dalğası qalxan zaman İsrailin və hamilərinin arxası lərzəyə gəlir (8).
Allahın izni ilə hər biriniz, kişi və qadınlar, gənclər və uşaqlar, bir sözlə hamı ilahi bir vacib kimi bu yürüşdə iştirak etsin. Bilin ki, bu iş əməl dəftərinizdə dəyərli və xeyir bir iş kimi qeydə alınacaq, İslam və müsəlmanların şərəfinə səbəb olacaq (9).
Qüds günü İslam dünyasının zəfər günü və Fələstinin amalıdır. Həmd olsun Allaha, bu gün xalqlar arasında gördüyümüz bu iradə Fələstin azadlığının uzaq olmadığını göstərir (10).
Qüds günü – İslam ümmətinin birlik rəmzi
Şübhəsiz, Qüds günü yürüşü və Fələstin məsələsini İslam ümmətinin vəhdətə çatmasında başlıca amil kimi nəzərə almaq lazımdır. Ayətullah Məkarim Şirazinin təfəkküründə bu vacib mövzu beynəlxalq Qüds günü yürüşünün ən önəmli faktorlarından biri kimi yer tutur.
O, bir ifadəsində buyurur: Əgər dağınıq İslam ölkələri təkcə bu həlledici prinsipə əməl edib, əl-ələ verərək bir yumruq olsaydılar, təəssüfləndirici Fələstin macərası təkrar-təkrar baş verməzdi və dünya qarşısında o məzlum müsəlmanlar pərən-pərən düşməzdilər (11).
Sözsüz ki, müsəlmanların vəhdəti Qüds gününün faydasıdır. Bütün müsəlmanlar bilir ki, Qüds günü müsəlmanların vəhdət amilidir. Bu gündə hər kəs “İsrailə ölüm!” şüarı səsləndirir, “əl-Qüdsu ləna” (Qüds bizimdir) fəryadı ucaldır. Bu məqsədlə ki, müsəlmanların ilk qibləsini qaytarın (12).
Qüds gününün ən önəmli amillərindən biri bu günün yürüşünün müsəlmanların vəhdət səbəbi olması və bütün müsəlmanların Qüdsün azadlığının vacibliyini dərk edib ayağa qalxmasıdır (13).
Odur ki, təriqətindən asılı olmayaraq, bütün müsəlmanlar bu yürüşdə iştirak edib öz fəryadını ucaltmalıdır (14). İslam ümməti bu fürsətdən istifadə edib birləşməlidirlər. Əgər bu mövzuda bəzi İslam dövlətləri səhlənkarlıq edirsə, müsəlman xalqlar fəryadlarını əsirgəməsinlər və Allahın izni ilə sionist rejimi və hamilərini bütün dünyaya rüsvay etməyi bacarsınlar (15).


Anti-imperializm – İsrailin tam məhvinin gerçəkləşməsi
Xatırlatmaq lazımdır ki, Qüds gününün misilsiz yürüşünün anti-imperializmin günclənməsində və nəhayət, sionist rejimin tam məhvindəki rolu danılmazdır.
Bu cəhətdən Ayətullah Məkarim Şirazinin təfəkküründə Qüds gününün ən vacib funksiyası İsrailin tam məhvini gerçəkləşdirməsi və hegemon gücləri günbəgün sarsıtmasıdır. O, bu xüsusda buyurur: Qüds günü yürüşü sionist rejimin köklərini sarsıtmışdır. Bu günlərdə müsəlmanların və İran xalqının təşkil etdiyi yürüşlər bu “xərçəng”in sarsılması amilidir (16).
Odur ki, son cümə günü yürüşündə geniş xalq kütləsinin izdihamlı iştirakı İsrailin məhvində olduqca əhəmiyyətlidir. Bəziləri deyir ki, bir qrup insanın yürüşü bir iş görə bilərmi? Cavabında deyilməlidir ki, Tunis və Misirdə çevriliş edən elə bu yürüşlər idi, Bəhreyn və Yəməndə də vəziyyəti dəyişməkdədir (17). Bununla yanaşı qeyd etmək lazımdır ki, düşmənin canını lərzəyə salan da bu xalq hərəkatıdır (18). Buna görə də bu gün dünyada İsrail tənha qalmışdır və ictimai rəy bu qəsbkar rejimə qarşıdır. Allahın izni ilə, xalqın izdihamlı iştirakı İsrailin məhvinə zəmin yaradacaqdır (19).
Bu həqiqətlərin varlığı, yəni uşaq qatili olan İsrail rejiminin süqut prosesisinin davamlığı, səbəb oldu ki, Ayətullah Məkarim Şirazi böyük Qüds günü yürüşünü İsrailin və onun hamilərinin əzası kimi dəyərləndirsin. O, Qüds günü yürüşünə qoşulmağı İsraillə mübarizədə ən ucuz, amma ən vüsətli və təsirli yoldur (20).  
Həmçinin, o, beynəlxalq Qüds günü yürüşünü imperialist güclərin geri addımına səbəb göstərərək buyurdu: Qüds günü, qəsbkarlara, işğalçılara qarşı güclü, ictimai və vahid bir etiraz gününə çevrilməlidir (21). Qüds günü təkcə müsəlmanlara aid deyil, İslam dünyasından kənarda da, Fələstinin taleyinə biganə qalmayan, İsraili qəsbkar və zalım bilən kəslər vardır. Bu gündə yürüşə qoşulmağın İslam dünyası üçün çox mühüm nəticələri var və hər güclü yürüş imperializmi bir addım geriyə atır (22).
Bütün mövcud funksiyalar əzəməti beynəlxalq Qüds gününün yürüşündən qaynaqlanır. Hansı ki, sonda imperialist güclərin kökündən sarsılmasına və müqəddəs Qüdsün sionist rejimin cinayətlərindən qurtuluşuna səbəb olacaq.  
Ayətullah Məkarim Şirazi bu faktoru izah edərkən buyurur: Düşmənin fundamentini sarsıtdığından dolayı Qüds günü hamının iştirak etməli olduğu təsirli proqramdır (23). Bundan əlavə, müsəlman Qüds gününü əziz tutmaqla, özlərini qəsb olunmuş İslam torpaqlarının, müsəlmanların ilk qibləsinin İsrailin əlindən xilasına hazırlamış olurlar. (24).

Beynəlxalq Qüds günü yürüşü – ilahi vacib
Mübarək ramazan ayının son cüməsi qeyd edilən beynəlxalq Qüds günü yürüşünün vacib funksiyalarından biri kimi, eləcə də Ayətullah Məkarim Şirazinin bəyanına əsasən, oruc tutan möminlərin ibadi və dini təlimlərinin yüksəldilməsi istiqamətində mühüm amil kimi, Qüds günündə İslam ümmətinin mənəvi fəryadının roluna işarə etmək olar.
O, bu xüsusda buyurur: Qüds günü yürüşünə qoşulmaq əməl dəftərimizdə qeydə alınacaq ilahi bir vacibdir (25).
O, başqa bir ifadəsində buyurdu: Hər kəsi Qüds günü yürüşündə iştirak etməyə çağırıram və inanıram ki, mübarək ramazan ayında Allaha yaxınlaşmağa səbəb olacaq məsələlərdən biri də bu yürüşə qoşulmaqdır. Hər kəs bu nemətdən bəhrələnə bilər (26).
Qüds günü yürüşünə qoşulmaq hamıya vacibdir və qiyamət azuqəsi – ehtiyatı hesab olunur (27).
Hətta, Ayətullah Məkarim Şirazi Qüds və Fələstin müqavimət hərəkatı rəhbərlik heyəti ilə görüşündə onun ibadi tərəflərinə işarə edərək, beynəlxalq Qüds günü yürüşündə iştirakı aşkar dini vacib bildi və buyurdu: Nə vaxtsa, biri məndən soruşsa ki, Qüds günü yürüşünə qoşulmağıma həyat yoldaşım icazə vermir, nə edim? Deyərəm ki, bu gün mövcud şəraitin tələblərinə əsasən, Qüds günü yürüşündə iştirak dini bir vacibdir və həyat yoldaşınız sizə mane ola bilməz; bu iş İsraillə təsirli mübarizədir (28).
O həzrətin görüşündə, beynəlxalq Qüds günü Allaha yaxınlaşmağa səbəb olan savablı bir işdir. O, bir ifadəsində buyurur: Bu iş (beynəlxalq Qüds günü yürüşünə qoşulmaq) savab iş kimi iştirakçıların əməl dəftərinə yazılacaq (29).
Başqa bir yerdə buyurur: Hər kəsi Qüds günü yürüşündə iştirak etməyə çağırıram və inanıram ki, mübarək ramazan ayında Allaha yaxınlaşmağa səbəb olacaq məsələlərdən biri də bu yürüşə qoşulmaqdır. Hər kəs bu nemətdən bəhrələnə bilər (30).
Beynəlxalq Qüds günü yürüşündə mövcud dəyərli ibadət amilləri “ən böyük nəhy əz münkər” ləqəbinin bu mühüm və həlledici məsələyə aid edilməsinə səbəb olur. Necə ki, Ayətullah Məkarim Şirazi çox gözəl buna işarə etmiş və buyurmuşdu: Beynəlxalq Qüds günü yürüşü ən böyük nəhy əz münkərdir. Bu yürüş təşkil edilmədiyi təqdirdə, Fələstinin qəsb olunmuş torpaqları sionistlər tərəfindən unutdurulacaq (31).
Müsəlmanların ilk qibləsi bu torpaqdadır. Bura Peyğəmbərin (s) oradan meraca qalxdığı və illər boyu ona sarı namaz qıldığı yerdir. Bü səbəbdən bütün müsəlmanlar, müsəlmanların daha fəzilətli qibləsini qorumalıdırlar (32). Odur ki, qəlblərin təmizləndiyi, xalqın İslam və məscidlərə yönəldiyi ərəfədə, mübarək ramazan ayının son cüməsi hər kəsin bir yumruq kimi sionizmə qarşı vahid şüar səsləndirməsi vacibdir (33).  
Əmin olun ki, siz oruc ağızla bu yürüşə qoşulmaqla ibadət edirsiniz (34).

Müqavimət cəbhəsini gücləndirmək və İsrailin ekspensiyasını durdurmaq
Beynəlxalq Qüds günü yürüşünün təsirli funksiyalarından biri kimi bölgədə İsrailə qarşı müqavimət cəbhəsinin gücləndirilməsi mövzusuna işarə etmək olar. Ayətullah Məkarim Şirazi bu mövzunu şərh edərkən buyurur: İslam İnqilabının qələbəsindən və Qüds günü məsələsinin ortaya atılmasından qabaq işğal olunmuş Fələstin məsələsində təşəbbüs solçu cərəyanların əlində idi və ondan sonra irqçi hərəkatların əlinə keçdi. Lakin bu istiqamətdə bir irəliləyiş qazana bilmədilər. Bu dövrlərdə İsrailin İslam dünyasına zərbəsi ağır idi. Buna misal olaraq, İsrailin ərəblərə qarşı altı günlük müharibəsini göstərmək olar.
Azadlıqsevər hərəkatlar İslam rənginə boyandıqdan və güclü dini stimul qazandıqdan sonra güclərin bərabərliyi dəyişildi və İsrail zəif mövqedə qərarlaşdı. Əgər Fələstin mübarizəsinə yönəlmədə və müqavimət hərəkatında dəyişikliklər baş verməsəydi, Livanın Hizbullahı İsrailin silahlı ordusu qarşısında əsla dura bilməzdi (35).  
Əgər bu yürüşlər olmasa, sionistlər ekspansionist insanlar olduğu üçün digər İslam məmləkətlərini də işğal edərdilər (36).
Deməli, iddia etmək olar ki, əgər Fələstini müdafiədə İslam cərəyanı olmasaydı, bu gün Hizbullah İsrail rejiminə zərbə vura bilməzdi (37).

Qüds günü – Məzlumu müdafiədə İslam ümmətinin mərhəmət göstəricisi
Ayətullah Məkarim Şirazinin görüşündə dünya məzlumlarına, xüsusilə müsəlman məzlumlara dəstək Qüds günü yürüşünün aparıcı vəzifələrindəndir. O, bir ifadəsində buyurur: Müsəlman xalqlar Fələstinlə əlaqədar vəzifələrini bilməlidirlər. Bu səda bütün İslam ümmətlərində ucalmalı və deyilməlidir ki, “Acgöz cəmiyyət və himayədarları qarşısında  durmuşuq, məzlum Fələstin xalqını himayə edirik” (38).
O, başqa bir ifadəsində buyurur: Bizim etiqadımıza görə bütün İslam ölkələri, mümkün olan hər bir halda Fələstin məzlumlarına kömək etməli, həmçinin zülm və cinayətləri durmadan artan və o diyarın məzlum müsəlmanlarına dünyanı dar edən qəsbkar və zalım İsrailin şərini dəf etməlidir. Əks təqdirdə Allah dərgahında məsuliyyətimiz çox ağır olacaqdır. Bu növ mübarizə ibtidai-cihad sayılsa da, hər məntiq və ağla uyğundur, zorakılıq da sayılmır. Əksinə, (39) İslam mərhəməti məzlum dəstələrə və zülm altında qalanlara şamildir (40).
Ayətullah Məkarim Şirazinin görüşündə Fələstinin qurtuluşu hərtərəfli və dəqiq himayə mehvərində xülasələşmişdir. Bu üzdən o, başqa bir ifadəsində buyurur:
Fələstin məsələsi tam ciddi bir məsələdir... və beynəlxalq şərait və İslam ölkələri keçmişdəkindən çox fərqlidir. Bu səbəbdən daha ciddi addımlar atmaq lazımdır. Xüsusilə bizim dövrdə pərakəndə addımlar nəticə vermədiyi üçün, müxtəlif orqanların nümayəndələri tərəfindən dəqiq proqramlar həyata keçirilməlidir. Bundan sonra isə hər gün vəhşi və amansız düşmən hücumlarının hədəfinə tuş gələn fələstinlilərə müxtəlif dəstəklər verilməlidir (41).

Qüds günü – Fələstin məsələsinin dirçəldilməsi, İslamın izzəti
Beynəlxalq Qüds günü yürüşündə fundamental faktorlardan biri kimi İslam ümmətinin fəryadına işarə etmək olar, hansı ki, məzlum Fələstin xalqının ümidlərini dirçəlməsində və İslamın izzətinin artmasında misilsiz rola malikdir. Ayətullah Məkarim Şirazinin təfəkküründə həlledici bəhslər aşkar hiss olunur. O, bu xüsusda buyurur: Hələ də Quranın aydın səsi ucalır və bizi, nəticəsi zəfər, başucalıq və izzət olan ixlaslı cihada çağırır. Hələ də ağamız Əlinin (ə) “كونا للظالم خصما و للمظلوم عونا”; “Zalımın düşməni, məzlumun dostu olun” nidası ucalır.
Fələstin qiyamı  gücləndirilməlidir, hansı ki, Səlahəddin Əyyubilərin və İzzəddin Qəssamların mübarizələrinə güc verir. Fələstindəki həmin mübarizə, cihad, qətl və xəsarətlər Fələstin xalqının həyat əlamətidir. Məlum olur ki, onlarda hələ də İslam ruhu və qeyrəti diridir, hələ də özlərini xar bilmirlər. Zilləti qəbul edən və diri olduqları halda ölən bəzi qərb ölkələri prezidentlərinin, liderlərinin əksinə olaraq, ölsələr belə diridilər (42).
Həmçinin, Ayətullah Məkarim Şirazi Fələstin məsələsinin unudulmasının qarşısını almaqda beynəlxalq Qüds gününün önəmli rolunu açıqlayarkən buyurdu: İran İslam İnqilabının qələbəsi, Qüds gününün elanı və müqavimətin İslamın rənginə boyanması sayəsində bu gün, sionist rejimi zəif mövqedə qərarlaşmış, Fələstin müqavimət cərəyanı isə güclənib mübarizəni davam etdirməkdədir (43).  
Odur ki, Qüds gününün ilk səmərəsi hər il Fələstin həsrətinin azalmasıdır. Qüds günü gəlir və tarixin unutqanlığının qarşısını alır (44). Zamanı ötürmək düşmən hiylələrindən biridir. Bir çox zalım dövlətlər zülm etdikləri zaman, deyirlər: zamanın keçməsindən istifadə etmək lazımdır ki, yavaş-yavaş məsələ unudulsun, adətən də, unudulur (45).
Bu minvalla, Qüds günü İslam tarixində mühüm bir günə çevrilmişdir. Qəsbkar İsrail qarşısında dəqiq bir təşəbbüsdür, hansı ki, İsrailin gözünə tir kimi batıb (46).
Qüds günü məsələsi səbəb olur ki, hər il müsəlmanlar onu ansınlar və xatırlasınlar ki, ilk qiblələri qəsbkar İsrailin əlindədir, müsəlman torpaqları İsrail tərəfindən qəsb edilmişdir. Düzdür ki, bu 60 il öncə baş verib, amma bu gün və hər il bu məsələ anılır və nəsil anlayır ki, “القدس لنا” Qüds bizimdir və tezliklə İsrailin caynağından xilas edilməlidir (47). Ərəbə, əcəmə, türkə və s. millətlərə ayırmadan bütün müsəlmanlar ilk qiblənin Qüds olduğunu və hər kəs üçün əhəmiyyət daşıdığını bilir. Hamı oranı İslam torpağı bilir. Bu səbəbdən bu gün, hər kəs “İsrailə ölüm!” şüarı verir (48).

Qüds günü – İnsan haqları məsələsində İsrailin və qərb hamilərinin rüsvayçılığı
Beynəlxalq Qüds gününün növbəti funksiya və əlamətlərindən biri də bu əzəmətli gündən mediya və informasiya mənfəəti götürməkdir, hansı ki, onunla tez bir zamanda İsrail və  qərbin yalançı insan haqları müdafiəçilərini rüsvay etmək olar. Ayətullah Məkarim Şirazinin bu xüsusda Qərbə yanaşması bu məsələni gözəl bəyan edir. O, bir ifalərinin birində buyurur: İnsan haqlarına riayətdən dəm vuran və humanist şüarları bəşərin qulağını kar edən dünya döyüş meydanında bunlardan heç birinə riayət etmir. İsrail və Fələstin müharibəsində qəddar cinayətkar İsrail rejimi bu qaydalara riayət etməməklə qalmır, dinc Fələstin xalqının evini başına uçurur, xəstəxanalarını xəstələrinin başına yıxır, tarlalarına od vurur, ağaclarını məhv edirlər; kiçiyə-böyüyə (49), qocaya-qarıya rəhm etmirlər. Bunlara rəğmən, insan haqları iddiaçıları onları müdafiə edir, bizi isə zorakılıqda günahlandırırlar! (50).
Əgər insan haqları iddiaçıları bu zahiri gözəl ünvandan düzgün istifadə etsəydilər, bəşəriyyət başqa bir sima alardı, lakin doğru yoldan azıb, yalnız öz mənafelərini güdükləri üçün, zülm və ayrıseçkilik tüğyan edib. Bu səbəbdən, dünyanın hər hansı bir yerində İsrail casusu mühakimə edildiyi zaman onların insan haqları fəryadı dünyanın qulağını kar edir. Amma Fələstin xalqının minlərlə məzlum insanı ən faciəvi şəkildə qətlə yetirilsə, insan haqları iddiaçılarından heç bir etiraz sədası yüksəlmir. Əksinə, tam təəccüb və təəssüflə, siyasi, iqtisadi və hərbi baxımdan zalımın yardımına tələsirlər ki, zülmünü artırsın! (51)
Bu tərtiblə, Ayətullah Məkarim Şirazi İsrail və qərbli hamilərinin günbəgün artan rüsvayçılığını Qüds günü yürüşünün misilsiz və önəmli funksiyalarından biri kimi dəyərləndirərək buyurdu: Xalqlar Qüds günü yürüşündə iştirak etməklə, yeni nəsillərə başa salsınlar ki, İsrail qəsbkardır və Fələstin dövləti İslam ölkələrinin sırasına qayıdacaqdır (52).
Qüds günü bütün müsəlmanların fəryadı və qəsbkar sionist rejimini rüsvay etmək üçün bir fürsətdir. Bu gün İsrail daha rüsvay və dünyada həmişəkindən daha küncə sıxılmışdır, ictimai rəy də bu qəsbkar rejimə qarşıdır (53).

Son söz
Bu gün düşmən süquta doğru gedir. Buna görə də təzyiqi artırmaq gərəkir (54). İsrailin qərbli himayədarları, o cümlədən Amerika, Fransa və İngiltərə daxili və iqtisadi böhran yaşayır. Artıq bu rejimə bir neçə milyard dollarlıq maliyyə yardımları olunmur (55).
Suriya, İraq məsələlərində İsrail və Amerikaya kömək edənlər nə qədər də nadandır! Bilmirlər ki, Suriya, İraq və s. ölkələrə təzyiq gələcəkdə elə onlara təzyiqin bir başlanğıcıdır (56).
Oxşar rəftar edən bəzi İslam ölkələrinin prezidentləri öz qəbirlərini öz əlləri ilə qazacaqlar (57).
Odur ki, bütün müsəlman millətlər və azadlıqsevər ölkələr, Qüdsə mane olan dövlətlərin sözlərinə qulaq asmayıb, bu dinc, eyni halda sarsıdıcı, səs-küylü və faydalı yürüşdə iştirak etsinlər (58).
Ona görə ki, Qüds günü, İsrailin vüqarını sındırmaq günüdür. Şübhəsiz ki, müqəddəs Qüds İslamın müqəddəs canından qopan bir üzvdür və tezliklə, İslam dünyasına qaytarılmalıdır (59).
Bu cəhətdən gücü çatan hər kəs Qüds günü yürüşündə iştirak etsin. Müsəlman xalqlar sadə, eyni zamanda əzəmətli yürüşə qoşulmaqla qəsbkar sionistlərə nifrətini ifadə edir və bu nifrəti bütün dünyaya bildirirlər (60).
Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Hud” surəsi, 1-ci ayə
2-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (Müttəqin xütbəsi), c. 1, səh. 274
3-    “Nəhcül-bəlağə”, (Feyzül-İslam və Sübhi Saleh), xütbə 27
4-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (Müttəqin xütbəsi), c. 1, səh. 276
5-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (Müttəqin xütbəsi), c. 1, səh. 277
6-    Ayətullah Məkarim Şirazinin çıxışı, 08/07/2015
7-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Qüds və İntifazə”nin (Fələstim müqavimət hərəkatə) heyət üzvləri ilə görüşündə, 14/08/2012
8-    Ayətullah Məkarim Şirazinin çıxışı, mübarək ramazan ayının 23-cü günü, həzrət Məsumənin (ə) hərəmi”, 01/08/2013
9-    Yenə orada
10-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhərində təşkil olunan Qüds günü yürüşündə iştirakından sonra, 17/08/2012
11-     “Quranda vilayət ayələri”, səh. 69
12-     Ayətullah Məkarim Şirazinin bəyanatı, 01/08/2013
13-     Ayətullah Məkarim Şirazinin çıxışı, Təfsir dərsləri, həzrət Məsumənin (ə) hərəmi, 01/03/2014
14-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Qüds və İntifazə”nin heyət üzvləri ilə görüşündə, 14/08/2012
15-     Ayətullah Məkarim Şirazinin çıxışı, 24/07/2013
16-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin mövzu üzrə təfsiri, həzrət Məsumənin (ə) hərəmi, “İmam Xomeyni” şəbistanı, 24/08/2011
17-     Yenə orada
18-     Yenə orada
19-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhərində təşkil olunan Qüds günü yürüşündə iştirakından sonra, 25/07/2014
20-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Qüds və İntifazə”nin heyət üzvləri ilə görüşündə, 14/08/2012
21-     Yenə orada
22-     Yenə orada
23-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, həzrət Məsumənin (ə) hərəmi, “İmam Xomeyni” şəbistanı, 24/07/2011
24-     Yenə orada
25-     Ayətullah Məkarim Şirazinin çıxışı, mübarək ramazan ayının 23-cü günü, həzrət Məsumənin (ə) hərəmi”, 01/08/2013
26-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Qüds və İntifazə”nin heyət üzvləri ilə görüşündə, 14/08/2012
27-     Ayətullah Məkarim Şirazinin çıxışı, İsrailin Qəzzadakı cinayətlərini pislədiyi və xalqı Qüds günü yürüşündə iştiraka çağırdığında, 24/07/2014
28-     http://hawzahnews.com 24/08/2012
29-     Ayətullah Məkarim Şirazinin çıxışı, təfsir dərsi, həzrət Məsumənin (ə) hərəmi, 01/03/2014
30-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Qüds və İntifazə”nin heyət üzvləri ilə görüşündə, 14/08/2012
31-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, həzrət Məsumənin (ə) hərəmi, “İmam Xomeyni” şəbistanı, 24/07/2011
32-     Yenə orada
33-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qüds günü yürüşündə xalqın kütləvi iştirakına təkid edərkən, 07/07/2015
34-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin mövzu üzrə təfsiri, həzrət Məsumənin (ə) hərəmi, “İmam Xomeyni” şəbistanı, 24/08/2011
35-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Qüds və İntifazə”nin heyət üzvləri ilə görüşündə, 14/08/2012
36-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin mövzu üzrə təfsiri, həzrət Məsumənin (ə) hərəmi, “İmam Xomeyni” şəbistanı, 24/08/2011
37-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Qüds və İntifazə”nin heyət üzvləri ilə görüşündə, 14/08/2012
38-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin mövzu üzrə təfsiri, həzrət Məsumənin (ə) hərəmi, “İmam Xomeyni” şəbistanı, 03/08/2010
39-     “Mərhəmət dini”, səh. 74
40-     “Mərhəmət dini”, səh. 75
41-     “Yeni fətvalar”, c. 3, səh. 605
42-     “Nəhcül-bəlağədə İslam əxlaqı” (Müttəqin xütbəsi), c. 1, səh. 515
43-     Ayətullah Məkarim Şirazinin çıxışı, “Qüds və İntifazə”nin heyət üzvləri ilə görüşündə, 14/08/2012
44-     Ayətullah Məkarim Şirazinin çıxışı, mübarək ramazan ayının 23-cü günü, həzrət Məsumənin (ə) hərəmi”, 01/08/2013
45-     Ayətullah Məkarim Şirazinin çıxışı, mübarək ramazan ayının 23-cü günü, həzrət Məsumənin (ə) hərəmi”, 01/08/2013
46-     Yenə orada
47-     Yenə orada
48-     Yenə orada
49-     “Ən üstün bəndələr”, səh. 31
50-     “Ən üstün bəndələr”, səh. 32
51-     Ayətullah Məkarim Şirazinin çıxışı, 21/07/2014
52-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qumda keçirilən Qüds günü yürüşü iştirakçıları arasında, 25/07/2014
53-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin mövzu üzrə təfsiri, həzrət Məsumənin (ə) hərəmi, “İmam Xomeyni” şəbistanı, 25/07/2011
54-     Yenə orada
55-     Yenə orada
56-     Yenə orada
57-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhərində təşkil olunan Qüds günü yürüşündə iştirakından sonra, 17/08/2012
58-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, həzrət Məsumənin (ə) hərəmi, “İmam Xomeyni” şəbistanı, 01/09/2010
59-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhərində təşkil olunan Qüds günü yürüşündə iştirakından sonra, 17/08/2012
60-     Yenə orada

 

Nəşr tarixi: « 9/23/2016 8:31:50 PM »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” məfhumu

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 210