Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əlinin (ə) şəhadətinin təhlili
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əlinin (ə) şəhadətinin təhlili

makarem news

Xülasə:
Açar sözlər:

Bəli, o ədalət nümunəsi camaatın arasından köçdükdən sonra, o mehriban rəhbərin yerini başqaları tutdu, xütbələr oxuduğunda dilindən elm və bilik yağan o ilahi elm xəzinəsi xalq arasından getdikdən sonra, şəhvətpərəst və şeytanın tərəfdarları olan Bəni-Üməyyə zalımları, qəddarları onun yerində oturdular.

Qaynaq:
undefined
Peinevesht:


 Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əlinin (ə) şəhadətinin təhlili
 Bəli, o ədalət nümunəsi camaatın arasından köçdükdən sonra, o mehriban rəhbərin yerini başqaları tutdu, xütbələr oxuduğunda dilindən elm və bilik yağan o ilahi elm xəzinəsi xalq arasından getdikdən sonra, şəhvətpərəst və şeytanın tərəfdarları olan Bəni-Üməyyə zalımları, qəddarları onun yerində oturdular.
Xatırlatmaq lazımdır ki, İmam Əli (ə) yeni İslam fidanını qorumaq və maneələrin aradan qaldırılması yolunda acı sükuta 25 il dözdükdən sonra İslam hökumətini qurdu; ilahi qayda-qanunları bərpa etdi, azğınılıqlarla savaşdı, möhtac və yoxsullara yetişdi, məzlumların haqqını müdafiə etdi və beytül-malın ədalətli bölünməsində səy göstərdi. Hərçənd, bir qrup zahirdə müsəlman insanlar o həzrətin ədalətinə tab gətirməyib, onu şəhadətə çatdırdılar (1).
Ayətullah Məkarim Şirazinin bu ifadəsi İmam Əli (ə) hökumətinin ədalət mərkəzli və haqqpərəst olması məsələsinə yetərlidir. Həmçinin, möminlərin əmiri həzrət Əlinin (ə) şəhadətinin il dönümündə, o həzrətin nadir və misilsiz təlimlərindən istifadə etmək, xüsusilə o fədakar imamın bərəkətli ömrünün son anlarında şəhadət yatağındakı mesaj və sifarişlərindən ülgü götürmək üçün böyük mərcəyi-təqlid Ayətullah Məkarim Şirazinin sözlərindən yararlanıb, “İslam ictimaiyyətində İmam Əlinin (ə) həyat yolu və ədalətli rəftarının yayılmasının ən mühüm faktorları” mövzusunda bu yazını istifadəçilərin ixtiyarına veririk. Bu səbəbdən qarşınızdakı yazıda o həzrətin (ə) sözlərindən, rəftarlarından əldə edilən əhəmiyyətli mesaj və incə məqəmları hörmətli oxucuların diqqətinə çatdırırıq.

Həzrət Əlinin (ə) görüşündə şəhadət anlayışının miqyası
İmam Əlinin (ə) nəzərində şəhadət anlayışının miqyası çox geniş və əhatəli mövzulardandır. Məkarim Şirazi cənabları bu bəhsi bəyan edərkən o həzrətin düşüncəsini mehvər götürərək dedi: Həzrət Əli (ə) Malik Əştərə məktubunda buyurur:
 “وَ أنَا أسْئَلُ اللّهَ بِسِعَةِ رَحْمَتِهِ وَ بِعَظِيمِ قُدْرَتِهِ أنْ يَخْتِمَ لِى وَ لَكَ بِالسَّعَادَةِ وَ الشَّهَادَةِ”
“Allahın geniş rəhməti və əzəmətli qüdrətindən istəyirəm ki, hər ikimizin işini səadət və şəhadətlə bitirsin!” (2).
Şəhadətin yüksək məqam olduğunu göstərən bir çox ayə və hədislər vardır. Eyni zamanda İslam dinində şəhadətin mənası daha əhatəlidir.
Şəhadətin göstəricisi bundan ibarərdir: Allah yolunda və döyüş meydanında öldürülmüş olsun (3). Belə ki, onun xüsusi hökmləri vardır; əgər döyüş meydanından kənarda öldürülsə, şəhid sayılmasına baxmayaraq, bəzi hökmlər ona aid deyil.
Şəhadətin başqa bir mənası da vardır, həmin mənaya əsasən, şəhadət geniş məna kəsb edir. Yəni, ilahi vəzifəni yerinə yetirərkən ölən kəs, şəhiddir. Misal üçün:
“مَنْ قُتِلَ دُونَ مَالِهِ فَهُوَ شَهِيدٌ”
“Malını müdafiə edən zaman öldürülən kəs, şəhiddir” (4).
“مَنْ مَاتَ مِنْكُمْ عَلَى فِرَاشِهِ وَ هُوَ عَلَى‏ مَعْرِفَةِ حقٍّ مِنْ رَبِّهِ وَ حَقِّ رَسُولِهِ وَ أهْلِ بَيْتِهِ مَاتَ شَهِيداً”
“Sizlərdən hər kim Yaradanın, Allah Rəsulunun (s) və Əhli-beytinin (ə) haqqını tanıdığı halda, namusunu müdafiə edərkən öldürülsə, dünyadan şəhid getmişdir” (5).
“مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ صلى الله عليه و آله مَاتَ شَهِيداً”
“Hər kim Peyğəmbər (s) Əhli-beytinə (ə) məhəbbət bəslədiyi halda dünyadan getsə, şəhiddir” (6).
Deməli, şəhadət məfhumu ümumi məna daşıyır.
Bu açıqlamaya uyğun olaraq, həzrət Əli (ə) buyurur: Allah yolunda şəhid və qanına qəltan olan kəs, günaha qadir olub, lakin Allaha xatir ona göz yumandan artıq deyil. Deməli, insanın hər gün şəhid savabı qazanması mümkündür (7).
Belə şəxslərin şəhid məqamına yüksəlməsinin səbəbi aydındır, çünki biz “böyük cihad”ın nəfslə mübarizə olduğuna inanırıq. Deməli, böyük cihad meydanında olan hər kəs kiçik cihad meydanında olan kimi, hətta ondan da artıqdır (8).
Allah yolu, Allaha yaxınlaşmaq, salehlərin məqamı və irfan kimi məsələlər çox aydındır, lakin onlara varmaq çətindir. Özümüzü Allaha tapşırmalı, ona təvəkkül etməliyik. Xüsusilə, elə bir dövrdə yaşayırıq ki, günah vasitələri çox və əl altındadır. Odur ki, özümüzü, ailəmizi və cəmiyyəti qorumağa səy göstərməliyik (9).

Həzrət Əlinin (ə) şəhadəti – İslam ümməti üçün böyük ziyan
Ayətullah Məkarim Şirazi “Nəhcül-bəlağə”nin 147-ci xütbəsinin təfsirində, İmam Əlinin (ə) şəhadətindən sonra İslam ümmətinə üz verən zərər-ziyan və acı nəticələri bəyan edərkən buyurdu:
“وداعي لكم وداع امرى‏ء مرصد (10) للتّلاقي! غدا ترون أيّامي، و يكشف لكم عن سرائري، و تعرفونني بعد خلوّ مكاني و قيام غيري مقامي (11)”
Bəli, o ədalət nümunəsi camaatın arasından köçdükdən sonra, o mehriban rəhbərin yerini başqaları tutdu, xütbələr oxuduğunda dilindən elm və bilik yağan o ilahi elm xəzinəsi xalq arasından getdikdən sonra, şeytani həvəs və heyvani meyillərindən başqa heç nəyi rəsmi tanımayan Bəni-Üməyyə zalım və qəddarları onun yerində oturdular, günahsızların qanını sel kim axıtdılar. Sonda müsəlmanlar kimi itirdiklərini və necə də böyük ziyan etdiklərini anladılar.
Beləliklə, “غدا” (sabah) ifadəsi cümlədən də göründüyü kimi nə bərzəxə, nə də qiyamətə işarədir (necə ki, bəzi şərhçilər düşünüblər). Əksinə, Əmirəl-möminin Əlinin (ə) şəhadətindən sonrakı müsəlmanların başına gələn bədbəxt, acı və qara günlərə işarədir (12).

Haqqın nurunun sönməsi – “ilk bədbəxt”lə “son bədbəxt”in ortaq hədəfi
Təqvalı şəxslərin mövlası, möminlərin əmiri Əlinin (ə) şəhadətinin ən bədbəxt şəxs tərəfindən və müxtəlif hədəflər naminə gerçəkləşməsi hər kəsə məlumdur. Lakin haqsevərliyin inkarı, İmam Əli (ə) həyat yolundakı parlaq ilahi nurun söndürülməsi Quran və Əhli-beyt (ə) düşmənlərinin hədəfləri sırasına daxildir.
Ayətullah Məkarim Şirazi Əhli-beyt (ə) düşmənlərinin sui-qəsdə əl atıb, o həzrəti şəhadətə yetirməsinin səbəbini bəyan edərkən buyurdu: Bir qrup şiə və əhli-sünnə alimləri, o cümlədən Sələbi, Vahidi, İbn Mordəveyh, Xətib Bağdadi, Təbəri, Museli, Əhməd Hənbəl və başqaları özlərinin Əmmar Yasir, Cabir ibn Səmurə və Osman ibn Suheybə istinadən Peyğəmbərdən (s) belə nəql edirlər ki, Əliyə (ə) buyurdu:
“يا على! اشقى (13) الاولين عاقر الناقة، و اشقى الآخرين قاتلك، و فى رواية من يخضب هذه من هذا”
“Ey Əli! Keçmişdəkilərin ən bədbəxti Salehin dəvəsini öldürən kəs idi, sondakıların ən bədbəxti isə sənin qatilindir”.
Digər bir hədisdə isə “Bunu onunla rəngləyən kəsdir!” – gəlmişdir. (Buna işarədir ki, saqqalını başının qanına boyayacaq!) (14).
Əslində Salehin dəvəsini öldürən Qudar ibn Salif ilə Əmirəl-möminin Əlinin (ə) qatili Əbdürrəhman ibn Mülcəm Muradi arasında bənzərlik vardır; heç birinin şəxsi düşmənçilikləri yox idi, əksinə hər ikisi haqqın nurunu söndürməyə, ilahi nişanələrdən birini məhv etməyə çalışırdı. “Salehin dəvəsi” macərasından sonra üsyankar qövmə ilahi əzab gəldiyimi kimi, Əmirəl-möminin Əlinin (ə) məzlumcasına şəhadətindən sonra müsəlmanlar Bəni-Üməyyənin ədalətsiz və qəddar hökumətinin hökmranlığı altında ən ağrılı əzablara şahid oldular (15).

“Kəbənin Rəbbinə and olsun ki, səadətə qovuşdum!” – nidasının təfsirinə dərin baxış
Şübhəsiz, “فزت و رب الكعبه” – “Kəbənin Rəbbinə and olsun ki, səadətə qovuşdum!” – nidasını İmam Əlinin (ə) şəhadətində olan mesaj və incə məqamların şahaçarı kimi dəyərləndirməliyik.
Tanınmış mərcəyi-təqlid və Quranın görkəmli təfsirçisi o həzrətin (ə) bu önəmli cümləsinə açıqlama verərkən buyurdu: Qurani-kərimdə"فوز"  – “fəvz” kəlməsi, əksər hallarda, “əzim” – yəni “böyük”, bəzən də, “mubin – aşkar” və “kəbir – böyük” kəlmələri ilə yanaşı istifadə edilmişdir.
Rağib İsfahani “Mufrədat” adlı lüğət kitabında yazır: “”Fəvz” kəlməsi ”zəfər və salamatçılıqla yanaşı xeyirə nail olmaq” mənasındadır. Bu, axirət nicatı ilə sonlandığı zaman baş verir, hərçənd dünya nemətlərini də əldən verməyə səbəb olsun.
Məşhur hədislərə əsasən, Əmirəl-möminin Əli (ə) mübarək başı mehrabda cinayətkar Əbdürrəhman ibn Mülcəmin qılıncı ilə yarıldığı zaman, belə səsləndi:
“فزت و رب الكعبه” – “Kəbənin Rəbbinə and olsun ki, səadətə qovuşdum!” (və səadətnaməm başımın qanı ilə imzalandı).
Bəli, bəzən ilah imtahanlar o qədər çətin olur ki, zəif imanları silib aparır, qəlbləri alt-üst edir, yalnız aramlıq nemətindən bəhrələnən həqiqi möminlər müqavimət göstərirlər. Onlar onun nəticələrindən (16) qiyamətdə də, faydalanacaqlar və bu, doğrudan da böyük zəfərdir (17).

Həzrət Əlinin (ə) pak ruhunun mələkut aləminə (yuxarı aləmə) bağlılığı
Ayətullah Məkarim Şirazinin görüşündə “Kəbənin Rəbbinə and olsun ki, səadətə qovuşdum!” – nidasının önəmli mesajlarından bir kimi o həzrətin Allahın mələkləri və Yaradanın pak zatına bağlılığını araşdırmaq lazımdır. O, bu barədə açıqlamasında dedi: Şübhəsiz, “مرصد للتّلاقي” – “görüşə hazır və onun intizarında olan kəs” cümləsi (18) istər ölüm mələyi ilə görüş mənasında olsun, istərsə də Allah, İmam Əlinin (ə) müqəddəs ruhunun bu maddi dünya ilə deyil, əksinə yuxarı aləmlə, Allahın mələkləri və Allahın pak zatı ilə bağlılığını göstərir. Əmirəl-möminin Əli (ə) İbn Mülcəmin qılınc zərbəsini bu böyük səadət, zəfər və Kəbənin Rəbbinə qovuşmağın müqəddiməsi sanırdı. “Kəbənin Rəbbinə and olsun ki, səadətə qovuşdum!” – cümləsi də buna açıq-aşkar şahiddir. Yaradanın hikmətinə əsasən, onun pak ruhu bədən qəfəsində (19) bir neçə günlük həbsdə idisə və dünya insanları arasında yaşayırdısa, bu qəfəs sındırıldıqdan sonra qadan açaraq dostun yanına pərvaz etdi (20).
Həmçinin, qeyd etmək lazımdır ki, həzrət Əlinin (ə) şəhadət yatağındakı bəyan və sifarişlərini o fədakar imamın diqqətində olan ən mühüm təlimlər kimi dəyərləndirmək lazımdır. Məkarim Şirazi cənabları Əmirəl-möminin Əlinin (ə) həyatının son anlarında dilə gətirdiyi kəlamlarındakı mühüm və həlledici faktorları açıqlayarkən bir neçə vacib və əsas mövzuya işarə etdi. Həmin mövzular aşağıdakılardan ibarətdir:
İntiqam almaqdan çəkinmək – Həzrət Əlinin (ə) yaşam tərzində həlledici amil
Aydındır ki, intiqamdan çəkinmək, İslam cəmiyyətində əfv və bağışlamanı inkişaf etdirmək, həzrət Əlinin (ə) İslam cəmiyyətində qarşılaşdığı ayrı-ayrı hadisələrdə ən mühüm yanaşmalarından biridir. Belə bir misilsiz faktor o həzrətin həyat yolunda, hətta ən bədbəxt insanlarla qarşılaşdığında belə keçərlidir. Ayətullah Məkarim Şirazi bu məsələni şərh edərkən buyurdu: İmam Əli (ə) bu hikmətli sözündə intiqamdan əl çəkib səbir və əfvi rəhbər tutmağa dəvət edir və buyurur:
 “مَتَى أَشْفِي غَيْظِي إِذَا غَضِبْتُ؟ أَحِينَ أَعْجِزُ عَنِ الِانْتِقَامِ فَيُقَالُ لِي لَوْ صَبَرْتَ؟ أَمْ حِينَ أَقْدِرُ عَلَيْهِ فَيُقَالُ لِي: لَوْ عَفَوْتَ”
“Qəzəbləndiyimdə, qəzəb alovumu nə vaxt söndürüm; intiqam almağa gücüm çatmadığında mənə: “Əgər (güc tapana kimi) səbr etsən yaxşıdır!”, deyildiyində, yoxsa intiqam almağa gücüm çatdığında: “Əgər əfv etsən, yaxşı olar”, deyildiyi zaman?!” (21)
Qəzəbli insanın ona yönələn zülmün qarşısında iki mövqe sərgiləməsi bir reallıqdır: bəzən intiqam almaq istəsə də, gücü çatmadığından geri çəkilir. Bu zaman ona deyərlər: Əgər intiqam almaq fikrin varsa, gözlə buna imkanın olsun, rüsvayçılığa səbəb olacaq halda, düşmən meydanına getmə! Deməli, belə hallarda, camaat insanı səbirə, dözümə dəvət edir.
Əks təqdirdə, yəni intiqam almağa imkanı olduqda, rəqib zəif və gücsüz hala düşdükdə, camaat ona deyər: Yaxşı olar ki, əfs edəsən, gücün zəkatı əfvdir (22). Bu minvalla, heç bir halda intiqama təşəbbüs ağlabatan və düzgün deyil.
Beləliklə, İmam Əli (ə) bu zərif ifadəsilə camaatı intiqamdan çəkindirməyə çalışır, çünki intiqam hissi elə bir hissdir ki, atəşlər alovlandırır, qanlı və geniş miqyaslı müharibələrin qaynağına çevrilir.
O həzrət (ə) öz qatili Əbdürrəhman ibn Mülcəm Muradi barəsində vəsiyyəti macərasında – övladlarına məhbusa su, yemək və istirahət imkanı verməsini göstəriş vermişdi – buyurdu: Əgər sağ qalsam, onunla necə davranacağımı özüm bilirəm, siz də əfv etsəniz yaxşı olar. Yox, əgər (camaatın ümumi məsləhətinə görə) ondan qisas almağı lazım bilsəniz, mənə bir zərbə vurduğu kimi siz də bir zərbə ilə ondan qisas alın.
Əmirəl-möminin Əli (ə) bu dərsi öz müəllimi Peyğəmbərdən (s) əxz etmişdi və onun aşkar nümunəsi Məkkənin fəthində o həzrətin ümumi əfv fərmanıdır (23).
Hətta, öz qatili ilə üzləşmədə ədalətin icrası
İmam Əli (ə) məktəbində ədalərsevərlik elə bir həddədir ki, bu yanaşma o həzrətin ən bədbəxt şəxslə qarşılaşmasında belə nəzərə çarpır. Məkarim Şirazi həzrət Əlinin (ə) həyat tərzindəki bu misilsiz yanaşmaya aydınlıq gətirərkən buyurdu: Ədalətə riayət məsələsi, hətta qatil barəsində o həddədir ki, Əmirəl-möminin Əlinin (ə) vəsiyyətnaməsində belə buyurduğunu oxuyuruq:
“يا بنى عبد المطلب لا الفينكم تخوضون دماء المسلمين خوضا تقولون قتل امير المؤمنين، الا لا تقتلن بى الا قاتلى، انظروا اذا انا مت من ضربته هذه فاضربوه، ضربة بضربة، و لا تمثلوا بالرجل”
“Ey Əbdülmüttəlib övladları! Məbada, şəhadətimdən sonra müsəlmanların qanına batıb, Əmirəl-möminin öldürüldü deyəsiniz və bunun bəhanəsi ilə qanlar axıdasınız. Bilin ki, yalnız qatilim (Əbdürrəhman ibn Mülcəm Muradi) qətlə yetirələcək”.
İmam Əli (ə) məktəbinin təlimlərində ədalət mərkəzli yanaşma o dərəcədədir ki, o həzrət buyurur: Mənə vurduğu zərbənin nəticəsində şəhid olsam, siz də ona bir zərbə vurun və öldürdükdən sonra onu “muslə” etməyin (bədən üzvlərini kəsməyin) (24), (25).
Allah evinə rəğbət – şəhadət anında
Ayətullah Məkarim Şirazi açıqlamasında dedi: Kəbə evi o qədər əhəmiyyətlidir ki, həzrət Əli (ə) şəhadət yatağında bir neçə olduqca vacib məsələyə işarə etdikdən sonra buyurdu:
“وَاللَّهَ اللَّهَ فِي بَيْتِ رَبِّكُمْ لَاتُخَلُّوهُ مَابَقِيتُمْ، فَإِنَّهُ انْ تُرِك لَمْ تُنَاظَرُوا”
“Allahı, Allahı (nəzərinizdə tutun)! (Həyatda) olduğunuz müddətcə, Kəbə evini boş qoymayın. Əgər onu tərk etsəniz, sizlərə möhlət verilməyəcək (və Allahın bəlası sizə nazil olacaq)” (26),(27).
Sünnənin qorunması – Həzrət Əlinin (ə) şəhadət yatağındakı mühüm vəsiyyəti
Məkarim Şirazi cənablarının görüşündə, həzrət Əlinin (ə) vəsiyyətnaməsinə görə həqiqi möminlərin ən mühüm xüsusiyyətlərindən biri Peyğəmbər (s) sünnəsini qorumaq və Qurani-kərimin göstərişlərinə əməl etməkdir. O, bu məsələni açıqlayarkən dedi: Peyğəmbər (s) sünnəsini qorumaq təkcə dillə deyil, əməldə də yerinə yetirilməlidir. Əfsuslar olsun ki, bir dəstə təkcə İslam adı ilə kifayətlənmiş, Peyğəmbərin (s) sünnəsini tamamilə yaddan çıxarmışdır. Digər bir dəstə isə rəy əsasında növbənöv təfsir, əsaslandırma və necə deyərlər, yeni qiraətlərlə istədiklərini sünnəyə yükləyib, nəfsi istəklərini sünnəyə canişin ediblər. Belə ki, İmam Əli (ə) şəhadət yatağında söylədiyi digər bir vəsiyyətində buyurur:
“وَاللَّهَ اللَّهَ فِي الْقُرْآنِ، لَايَسْبِقُكُمْ بِالْعَمَلِ بِهِ غَيْرُكُمْ (29) ”.
“Olmaya, Qurandan uzaq olanlar ona əməl etsin, Quran sayəsində tərbiyə olunan sizlər isə onu unudasınız. Başqaları əmanət və sədaqət göstərsin, sizlərsə xəyanət və yalan. Onlar dünyalarında müttəfiq olsunlar, sizlərsə dininizdə ayrı və pərakəndə.”
“لا يبقى من الاسلام الا اسمه و لا يبقى من القرآن الا رسمه” – İslamdan adından başqa və Qurandan yazısından başqa bir şeyin qalmayacağı” gündən qorxuram (30).
Həzrət Əlinin (ə) öz qatilinə qarşı mərhəməti
Xatırlatmaq lazımdır ki, xalis şiə maarifi və təlimlərində zəruri faktorlardan biri mərhəmət məsələsidir. Bu dəyərli mövzunun bariz nümunəsi Əmirəl-möminin Əlinin (ə) öz qatili ilə münasibətidir.
Məkarim Şirazi cənabları həzrət Əlinin (ə) görüşündə, bu həlledici amili bəyan edərkən dedi: Həzrət Əli (ə) öz qatili Əbdürrəhman ibn Mülcəm Muradiyə qarşı dini göstərişlərə görə o qədər rəhimli və mehriban idi ki, hətta onu öldürmək qəsdi ilə qılınc çalan kəs də ondan nəsibsiz qalmadı. Bu cəhətdən o alçaq cinayətkarın tutulduğu andan öldürüldüyü günədək o mehriban imamın (ə) davamlı sifarişlərinin şahid oluruq: Övladlarım! Mən qatilim yalnız İbn Mülcəmdir. Məbada, məndən sonra mənfəət dalınca olan və fürsətcil bir dəstə qılınclarını qınından çıxarıb günahsız insanların canına düşələr, Əlinin qatili ilə əlbir olmaq ittihamı ilə onların qanını töksünlər, bu müqəddəs şüar altında (31) öz şəxsi haqq-hesablarını çürütsünlər!
Əzizlərim! Mənə hazırladığınız yeməkdən qatilimə də verin!
Gözümün nurları! Əgər mən sağ qalsam, qatilimlə nə edəcəyimi özüm bilirəm, yox, əgər Allahın görüşünə getsəm, qisas almaq haqqınız var, amma o mənə bir qılınc zərbəsi vurduğu kimi, siz də ona bir zərbədən artıq vurmayın!
Allah Rəsulunun övladları! O öldükdən sonra bədənini tikə-tikə etməyin!”
Bunlar, həzrət Əlinin (ə) ölüm yatağında öz qatilinə dair sifarişləridir.
Belə bir açıqlamadan sonra peyğəmbərinin canişini bu qədər mehriban olan İslam, zorakı dindirmi?! (32).
İşkəncə qadağandır!
İslam nöqteyi-nəzərindən işkəncə hər hansı şəkildə olursa olsun qadağandır. Bu məsələ İslam baxımından o qədər önəmlidir ki, həzrət Əli (ə), hətta ən son bədbəxt, Şimr və Yeziddən daha nəhs İbn Mülcəmin işkəncəsinə belə izn vermir və övladlarına tövsiyəsində buyurur ki, qisas almaq qərarına gəlsəniz, ona yalnız bir zərbə vurun (33). Amma bəşər haqları iddiası edən zalım hökumətlər, hansı ki, yalançı şüarları aləmin qulağını kar etmişdir, işkəncədə ad çıxarıblar! (34).
Cinayətkar məhbusa belə güzəştə getməyin rəvac verilməsi İmam Əli (ə) məktəbində
Elə bir dövrdə yaşayırıq ki, imperialist güclər tərəfindən yalançı bəşər hüquqlarının müdafiəsi iddiası fələyin qulağını kar etmişdir. Lakin, Əhli-beytin (ə) üslubu öz növbəsində bəşər hüquqlarının hərtərəfli müdafiəsində və məhbuslara güzəştə getmədə ən yaxşı örnəkdir.
Ayətullah Məkarim Şirazi bu barədə buyurdu: İnsanlıq prinsipləri tələbinə əsasən, günahkar olsalar belə, məhbuslara davranışda insanlıq kriteriyalarına riayət edilməlidir.
Hərçənd, müasir dünya məhbuslara dəstək məsələsində özünü ixtiraçı bilir, ancaq İslamın təcrübə dolu tarixində, Peyğəmbərin (s) hökumət sürdüyü ilk günlərdən onun əsir və məhbuslarla bağlı sifarişlərini xatırlayırıq, həzrət Əlinin (ə) cinayətkar məhbusla (qatili Əbdürrəhman ibn Mülcəmlə) əlaqəli göstərişini hamımız eşitmişik. İmam Əli (ə) göstəriş verir ki, ona güzəştə getsinlər, hətta içməsi üçün ona gətirilən südü qatilinə göndərir (35). Belə ki, İmam Əli (ə) başından zərbə alıb yatağa düşdüyü zamanlarda bəzən huşunu itirir, bəzən də özünə gəlirdi. İmam Həsən (ə) o həzrətə bir kasa süd verdi. Həzrət (ə) süddən bir az içdi və buyurdu: “Qalanını İbn Mülcəmə (məhbusunuza) verin!” (36),(37). Həmçinin, o həzrət qatilinin edamı haqda buyurdu: “Ona bir zərbədən artıq vurmayın, çünki o da mənə bir zərbədən artıq vurmayıb!” (38).

Həzrət Əlinin (ə) şəhadəti – Onun məktəbinin məad mehvər olması
Məkarim Şirazi cənablarının görüşündə, həzrət Əlinin (ə) şəhadəti və “Kəbənin Rəbbinə and olsun ki, səadətə qovuşdum!” – nidası məad mərkəzliliyin ən vacib meyarıdır. O, bir ifadəsində belə deyir: Ölümü mütləq fənalıq və məhv sanan görüş tərəfdarları bütün varlığı ilə ondan qaçır. Səbəbisə, ölümlə hər şeyin sonlanmasını fikirləşməkdir.
Bunun müqabilində ölümü yeni təvəllüd, geniş və aydın aləmə addım, sonsuz səmaya pərvaz bilən məktəb də vardır. Təbii ki, bu məktəbin ardıcılları hədəf uğrunda ölüm və şəhadətdən qorxmur, üstəlik “Allaha and olsun, Əbitalibin oğlunun ölümə əlaqəsi, südəmər körpənin ana döşünə sevgisindən çoxdur” – deyən Əmirəl-möminin Əlinin (ə) məktəbindən ilham alaraq, məqsəd uğrunda ölümü qəbul edir.
Bu dəlilə əsasən, ruzigarın canisi Əbdürrəhman ibn Mülcəmin qılınc zərbəsi o həzrətin mübarək başına dəyəndə buyurdu: “Kəbənin Rəbbinə and olsun ki, səadətə qovuşdum!”

Namaz – dinin sütunu
Ayətullah Məkarim Şirazinin düşüncəsində namaz ixlas – xalislik ruhunu oyadan amildir. Çünki, namaz təmiz niyyət, pak söz və xalis əməllərin məcmusudur. Bu məcmunun gecə-gündüz təkrar olunması digər yaxşı işlərə zəmin yaradır və xalislik ruhunu gücləndirir.
Bu səbəbdən o, bir ifadəsində belə deyir: Əmirəl-möminin Əli (ə) mübarək başına İbn Mülcəmin qılıncı ilə zərbə aldıqdan sonra öz vəsiyyətində buyurdu:
 “اللَّه اللَّه فى الصلاة فانها عمود دينكم”
“Allahı, Allahı (nəzərinizdə tutun)! namaz barədə, çünki o dininizin sütunudur” (39).
Bildiyimiz kimi binanın sütunları sınıb tökülsə, artıq divarlarının möhkəmliyi fayda verməyəcək, eləcə də namaz vasitəsilə bəndələrin Allahla olan əlaqələri kəsilsə, digər əməllər də faydasız olacaqdır (40). Mötəbər və təvatür hədislərdə qeyd olunur ki, Peyğəmbər (s) ömrünün son saatlarına kimi ibadəti tərk etmədi. Həzrət Əli (ə) də ibadət mehrabında şəhadətə çatdı, eləcə də digər imamlar (ə) (41), (42).

Son söz – Həzrət Əlinin (ə) şiələrə son mesajı
Ayətullah Məkarim Şirazi, həzrət Əlinin (ə) nurlu kəlamlarının bir hissəsini izah edərkən dedi: İmam Əli (ə), “Nəhcül-bəlağə”nin 149-cu xütbəsinin ikici hissəsində qısa və mənadolu ibarələrlə öz həyatını böyük ibrət dərsi bilərək dostlarına bəyan edir və buyurur:
أَنَا بِالْأَمْسِ صَاحِبُكُمْ، وَ الْيَوْمَ عِبْرَةٌ لَكُمْ، وَ غَداً مُفَارِقُكُمْ (43).
“Dünən mən dostunuz və həmsöhbətiniz idim, (şəhadət yatağına düşdüyüm gün) bugün isə sizə ibrətəm və sabah da sizdən ayrılacam (və dünyanı tərk edəcəm).
Yəni, mən Xeybər, Əhzab və Bədrin fatehiyəm və dünən güclü bir insan surətində kənarınızda idim, bir günün keçməsilə dəyişildim; indi İbn Mülcəmin ədalətsizliyi üzündən başı yarılmış halda şəhadət yatağındayam. Mənim bu yarılan başım sizə dünyanın vəfasızlığı dərsini verir. Sabah mənim yerimi boş görəndə, dünyanın nə qədər etibarsız olduğunu anlayacaqsınız. (Biləcəksiniz ki,) cəsur və qəhrəman bir şəxs bu sadəliklə, dünyaya göz yumur, təbii hadisələr qarşısında təslim olur (44).
Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Tövhid qəhrəmanı”, Həzrət İbrahimə dair ayələrin təfsiri, səh. 195
2-    “Nəhcül-bəlağə”, 53-cü məktub
3-    “Hidayət çırağı”, səh. 82
4-    “Vəsailuş-şiə”, c. 11, səh. 35
5-    “Vəsailuş-şiə”, c. 11, səh. 40
6-    “Biharul-ənvar”, c. 23, səh. 233
7-    “Hidayət çırağı”, səh. 83
8-    “Hidayət çırağı”, səh. 84
9-    “Hidayət çırağı”, səh. 85
10-    “Mursid”, “irsad” maddəsindən alınmış və “hazır və intizarda olmaq” mənasını verir.
11-    “Nəhcül-bəlağə”, xütbə 147
12-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 5, səh. 717
13-    “Nümunə” təfsiri, c. 27, səh. 61
14-    “Nurus-Səqəleyn” təfsiri, c. 5, səh. 587
15-    “Nümunə” təfsiri, c. 27, səh. 62
16-    “Nümunə” təfsiri, c. 22, səh. 33
17-    “Nümunə” təfsiri, c. 22, səh. 34
18-    “وداعي لكم وداع امرى‏ء مرصد للتّلاقي! غدا ترون أيّامي....” (Nəhcül-bəlağə”, xütbə 147)
19-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 5, səh. 717
20-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 5, səh. 718
21-    “Nəhcül-bəlağə”, hikmət 191
22-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 13, səh. 513
23-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 13, səh. 514
24-    “Nəhcül-bəlağə”, 47-ci məktub
25-    “Nümunə” təfsiri, c. 12, səh. 109
26-    “Nəhcül-bəlağə”, 47-ci məktub
27-    “Dostların hekayəsi”; Ayətullah Məkarim Şirazinin təfsir bəhslərinin məcmusu, səh. 118
28-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 9, səh. 278
29-    “Nəhcül-bəlağə”, 47-ci məktub
30-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 9, səh. 279
31-    “Ən üstün bəndələr”, səh. 35
32-    “Ən üstün bəndələr”, səh. 36
33-    “Nəhcül-bəlağə”, hikmət 47
34-    “Quranın mənadolu andları”, səh. 208
35-    “Nümunə” təfsiri, c. 10, səh. 13
36-    “Biharul-ənvar”, c. 42, səh. 289
37-    “Quranın  mesajı”, c. 10, səh. 211
38-    “Nümunə” təfsiri, c. 10, səh. 14
39-    “Nəhcül-bəlağə”, 47-ci məktub (vəsiyyət)
40-    “Nümunə” təfsiri, c. 16, səh. 292
41-    “Nümunə” təfsiri, c. 11, səh. 143
42-    “Nəhcül-bəlağədə İslam əxlaqı”, (Müttəqin xütbəsi), c. 1, səh. 254
43-    “Nəhcül-bəlağə”, xütbə 149
44-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 9, səh. 279

 

Nəşr tarixi: « 9/23/2016 8:28:02 PM »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” məfhumu

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 212