Ayətullah Məkarim Şirazinin baxışında Ərəfə duasındakı incə məqamlar
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin baxışında Ərəfə duasındakı incə məqamlar

makarem news

Xülasə:
Açar sözlər:

Ərəfə duasını bütün varlığımızla, qəlbi aramlıqla və mənasını dərk edərək oxumalı, onun zəngin məzmunu haqqında düşünməli və bu gündən bəhrələnməliyik.

Qaynaq:
undefined
Peinevesht:


 Ayətullah Məkarim Şirazinin baxışında Ərəfə duasındakı incə məqamlar
 Ərəfə duasını bütün varlığımızla, qəlbi aramlıqla və mənasını dərk edərək oxumalı, onun zəngin məzmunu haqqında düşünməli və bu gündən bəhrələnməliyik.
Zilhiccə ayının 9-u mənəviyyat dolu və əzəmətli Ərəfə günüdür. Bu gün İmam Hüseynin (ə) irfani və mənəvi yüksəlişinin, o həzrətin dua və ziyarətlərinin anılma günüdür; xüsusilə də Ərəfə duası günüdür. Bu dua özündə İslam və şiə təlimlərində ən mənəvi məqamları, ən xalis mövzuları əks etdirir.
Şübhəsiz, İran İslam Respublikası sayəsində dirçələn ənənələrdən biri də Ərəfə duasının oxunması idi. Belə ki, bu dua ölkənin hər yerində geniş və toplum şəklində oxunur (1). Bu üzdən Ərəfə duasının misilsiz mesaj və dərslərini dərindən öyrənmək üçün Ayətullah Məkarim Şirazinin yüksək ideyalarından bəhrələnmək zərurəti yaranır. Ərəfə duasının təlimlərindən danışarkən bu dua başlıca amil olaraq, cəmiyyətin birliyində İslam qaynağı kimi diqqət mərkəzindədir. Belə ki, Ərəfə duasının yüksək təlimləri haqqında dərin məlumata malik olmaq, bu günün dəyərini dərk etmək insanın kamala, ali məqamlara çatmasına, eyni zamanda keçmişdə etdiyi yanlış əməllərə görə peşman olmasına zəmin yaradır.
Ərəfə gününün mahiyyəti
Ərəfə gününün dəyər və mahiyyəti barədə ilk öncə qeyd etməliyik ki, bir sıra hədislərdə bu bərəkətli gün bayram günü olaraq təqdim olunmuşdur. Ərəfə günü Müslim ibn Əqilin şəhadəti ilə üst-üstə düşsə də, lakin elə bir gündür ki, onda həm qəmgin olmalıyıq, həm də sevinməliyik, (2) çünki bu gündə Allah-taala öz bəndələrini ibadət və itaətə çağırır, onlar üçün öz ehsan və səxavət süfrəsini açır. Şeytan bu gündə xar, zəlil və qəzəblidir. Bu gündə oxunan dua və onun barəsində qeyd olunan hədislərdən belə nəticə alırıq ki, Allah-taala Ərəfə günündə öz bəndələrinə xüsusi iltifat və lütflər nəzərdə tutub.
Ərəfə duasının əhəmiyyəti
Ərəfə duasını oxumaq dərin İslam maarifinin mənimsənilməsində böyük əhəmiyyətə malikdir. Məkarim Şirazi cənabları insanın günahlarının bağışlanmasında təsirli olan bu dəyərli duanın əhəmiyyəti haqqında buyurur: Ərəfə günü və Ərəfatın əhəmiyyəti haqqında nəql olunan hədislər çox maraqlıdır və göstərir ki, o qəribə torpaqlarda ilahi rəhmət leysan kimi tökülür və günahlar bağışlanır. (3)
Ərəfə duası Əhli-beytin (ə) haqq olmasının nişanəsidir
Məkarim Şirazi cənabları Ərəfə duasına Əhli-beytin (ə) haqq olmasının ən mühüm əlamətlərindən biri kimi yanaşır: Əhli-beytin (ə) haqq olmasının göstəricilərindən biri də “Səbah”, “Kumeyl”, “Səhifeyi-Səccadiyyə” kimi dualar, o cümlədən Ərəfə duasıdır, belə ki, digər təriqətlərdə bu zənginlikdə dualar yoxdur (4).
Misal üçün, İmam Hüseynin (ə) Ərəfə günü Ərəfat səhrasında münacatı, razü-niyazı bu müqəddəs eşqin təzahürüdür. (5)
Şübhəsiz, dua insanı Allaha yaxınlaşdırır, Şeytan və onun vəsvəsələrindən uzaq saxlayır, eyni zamanda ruha xüsusi zəriflik bəxş edir. Onun imanın gücləndirilməsi, nəfsin saflaşdırılması və əxlaqi keyfiyyətlərin formalaşmasında böyük və dərin təsirləri var. (6)
Bu dualar məsumların ali ruhundan qaynaqlandığı üçün onların hamısı yüksək mərtəbədədir, insan onları oxuduqda, mərifət və kəramət zirvəsinə yüksəlir. (7)
Ərəfə duası – Tövhid dərsi
Ayətullah Məkarim Şirazinin təfəkküründə tövhid məsələsinə dair maarif və anlayışlar Ərəfə duasındakı yüksək və dəyərli məzmunlardan hesab olunur. Məkarim Şirazi cənabları bu barədə buyurur: Dualar, xüsusilə də məsumların (ə) duaları yüksək tərbiyəvi təlim və əxlaq dərsləri ilə doludur. Məsələn, ali və dərin məzmunlu Ərəfə duası özündə üsulid-din və İslam maarifini, xüsusilə də allahpərəstlik dərsini əhatə edir. Bu duada yüksələn tövhid dalğası digər dualarda müşahidə olunmur. (8)
Ərəfə duası tam bir “Allahpərəstlik” dərsidir
Məkarim Şirazi cənabları Ərəfə duasının yüksək təlimləri haqqında buyurur: Ərəfə duası İslam irfanı, Allahıtanıma, peyğəmbərşünaslıq, vilayət, imamət, əxlaq, Allaha doğru seyri-sülukun mərhələləri, bir sözlə, dua şəklində təqdim olunmuş İslam maarifidir.
Ayətullah Məkarim əlavə etdi: İmam Hüseyndən (ə) bizə çatan Ərəfə duası bütün incəlikləri ilə yüksək dərəcədə bəyan olunmuş bir Allahıtanıma dərsləridir. Şəhidlər sərvəri İmam Hüseyn (ə) yüksək tövhid dərsi olan məşhur Ərəfə duasında Allah-taalanın qüdrət və nemətlərini sadalayarkən onun dərganına belə müraciət edir: “Mənim yaradılışımı dəyərsiz nütfə ilə başladın, sonra məni üç qaranlıq məkanda; ət, dəri və qanla bir yerdə məskunlaşdırdın, yaradılışımı aşkar etmədin və o qaranlıq yerdə onun mərhələlərini davam etdirdin, işlərimin heç birini öz öhdəmə qoymadın və nəhayət, məni dünyaya kamil və sağlam gətirdin.” (9)
Münacat – ilahi mərifət və idrakın açarıdır
Məkarim Şirazi cənablarının bəyanlarında münacat və duanın zəruriliyi Ərəfə duasının mühüm faktorlarından biri olaraq diqqətə alınmışdır: “Bu gündə Allah dərgahına münacat və razü-niyazla yönəlməliyik. Ərəfə günü Allah dərgahında dua, razü-niyaz etmək üçün ən gözəl gənlərdəndir.” (10)
Ayətullah Məkarim Şirazi bu məsələnin izahında İmam Hüseynin (ə) Ərəfə duasındakı nurani kəlamından istifadə edərək buyurur: “Burada deyilməlidir: “Ey insan, sən və sənin təkəbbürün əzəmətli yaradılış sistemi qarşısında nədir ki?!””. Həqiqətən təəccüblüdür ki, insan əvvəli nütfə, axırı murdar bir cəsəd olduğu və bu ikisinin arasında da ifrazat daşıdığı halda təkəbbürlük edir. Etiraf etməliyik ki, elm və mərifət İmam Hüseyndən (ə) öyrənilməlidir. O həzrət (ə) Ərəfə duasında göz yaşı tökərək deyir: “İlahi! Mən varlıykən bir fəqir olduğum halda, yoxsul olduğumda necə fəqir olmaya bilərəm?! İlahi! Mən alim olduğum halda həm də cahiləm, cahil olduğum halda necə cahil olmaya bilərəm?!” (11). “İlahi! Yaxşılıqları pis olanın pislikləri necə ola bilər ki, pis olmasın?!” (12). Həqiqətən də bu baxış, bu elm, bu mərifət elə o Aşura fədakarlığını tələb etməlidir.
Cəhalətdən qaynaqlanan təkəbbürlük xəstəliyinin dərmanı Yaradanın əzəməti, aləmin genişliyi və insanın öz zəifliyi haqqında təfəkkürə bağlıdır. Bu dərin idrakın təvazökarlıqla, təvazökarlığın elm ilə, elmin də dərin mərifətlə birbaşa əlaqəsi var.
İmam Hüseyn (ə) bu haqda buyurur:
"مُدارَكَ العِلْم لِقاحُ المعرفة"
“Dərs və elmi bəhs mərifət doğurur”. (13)

Şükür etmək – Ərəfə duasının əsas xüsusiyyətlərindəndir
Şükür etmək məsələsi də Ərəfə duasındakı nişanələrdən biridir və Məkarim Şirazi cənabları öz bəyanlarında buna diqqət edərək buyurur: İmam Hüseynin (ə) Ərəfə günü oxuduğu duanın bir hissəsində belə deyilir: “Əgər bütün zamanlarda yaşasam və sənin nemətlərindən birinin şükrünü yerinə yetirmək istəsəm, buna gücüm çatmaz, haqqını ödəyə bilmərəm!”. (14), (15)
Ərəfə gününün yüksək məqamı – Quran baxımından
Ərəfə – “Müşahidə olunmuş” gün
Məkarim Şirazi cənabları “وَ شاهِد وَ مَشْهُود” (16) ayəsinin təfsirində “məşhud” sözünün Allah evini ziyarət edənlərin “şahid” olduqları Ərəfə gününə aid olunmasına təkid edərək buyurdu: “Şahid” sözü Qurban bayramına və “məşhud” isə Ərəfə gününə işarə edir. (17)
Buna görə də Ərəfə gününün əhəmiyyəti və bu dəyərli duada təfəkkür etmək çox önəmlidir, çünki Ərəfə günü məhşər gününü, insanın əməllərinin şahid olacağı günü xatırladır, lakin bu izdihamlı günün özü bu dünyada qiyamətin bir səhnəsi hesab olunur. (18)
Ərəfə duası – Allahın hazır və nazir olmasına etiraf
Buna görə də, qeyd olunanlara əsasən deməliyik ki, Allah-taalanın hazır və nazir olması İmam Hüseynin (ə) Ərəfə duasındakı dəyərli nişanələrdəndir və cənab Məkarim Şirazi öz bəyanlarında buna aşağıdakı şəkildə işarə edir: İmam Hüseyn (ə) Ərəfə duasında Allah dərgahına xitab edərək deyir:
عَمِيَتْ عَيْنٌ لا تَراكَ عَلَيْها رَقِيْباً
“Səni özünün qoruyucusu və yanında hazır görməyən göz, kor olsun!”. (19), (20)

“Ehtiyacsızlıq və ehtiyaclılıq” sübutu – Ərəfə duasında fundamental bir nişanə
Ayətullah Məkarim Şirazi İslam təlimlərində “ehtiyacsızlıq və ehtiyaclılığın” mahiyyətini Ərəfə duasının ən mühüm və ən əsas cəhətlərindən biri sayır və bu haqda buyurur: İnsanlar öz günlərini hidayət nuru ilə başlamalı, sonra onu daxili və xarici düşmənlər qarşısında ağıllı şəkildə sona çatdırmalıdırlar və bu qələbə ilahi hidayət nurundan başqa bir yolla mümkün deyil! Ərəfə duasının – “İlahi! Mənim ehtiyacsızlığımı nəfsimdə (daxilimdə) qərarlaşdır!” hissəsini oxuyanda, hiss edirik ki, ehtiyacsızlıq elə bir şey deyil ki, xaricdə, böyük sərvət toplamaqla, saraylar və vəzifələr əldə etməklə əmələ gəlsin. (21)
Məkarim Şirazi cənabları İmam Hüseynin (ə) nurani kəlamlarından istifadə edərək ehtiyacsızlığın və ehtiyaclılığın (möhtac olmağın) mahiyyəti haqqında buyurur: “Məsumların ən dolğun, ən dərin dualarından olan İmam Hüseynin (ə) Ərəfə günü oxuduğu, xüsusilə də tövhid məsələləri ilə bağlı məşhur Ərəfə duasında o həzrət (ə) belə ərz edir:
كَيْفَ يُسْتَدَلُّ عَلَيْكَ بِما هُوَ فى وُجُوْدِهِ مُفْتَقِرٌ الَيْكَ؟ أَيَكُوْنَ لِغَيْرِكَ مِنَ الظُّهُورِ ما لَيْسَ لَكَ حَتّى‏ يَكُوْنَ هُوَ المُظْهِرُ لَكَ
“Necə ola bilər ki, varlıqları sənin pak Zatına möhtac olduqları halda Sənin varlığına dəlil olsun?! Hansı varlıq Səndən daha aşkardır ki, Sənin varlığın onun vasitəsilə tanınsın?!” (22), (23).
Ərəfə duasının başqa bir hissəsində belə oxuyuruq:
الهى انَا الْفَقِيرُ فى غِناىَ فَكَيْفَ لا اكُوْنُ فَقيراً فى فَقْرى‏
“İlahi! Mən ehtiyacsızlığımda fəqirəm, belə olan halda fəqirliyimdə necə fəqir olmaya bilərəm?!“ (24).
Məkarim Şirazi cənabları İmam Hüseynin (ə) Ərəfə duasındakı mövcud irfani təlimlərə də işarə edərək buyurur: Həmin duada belə oxuyuruq:
مَتى‏ غِبْتَ حَتَّى تَحْتاجَ الى‏ دَلِيْلٍ يَدُلُّ عَلَيْكَ، وَ مَتى‏ بَعُدْتَ حَتَّى تَكُونَ الآثارُ هِىَ الَّتِى تُوصِلُ الَيْكَ، عَمِيَتْ عَيْنٌ لا تَراكَ عَلَيْها رَقِيباً
“Sən nə zaman gizli qaldın ki, səni tanıtdıracaq bir bələdçiyə, dəlilə ehtiyacın olsun?! Sən nə zaman bizdən uzaq oldun ki, yaratdıqların və nişanələrin bizi sənə çatdırsın?! Səni özünün qoruyucusu və yanında hazır görməyən göz, kor olsun!” (25).
Ərəfə duası – səadətə çatmaq üçün özünütanıma
Ərəfə duasının ali məzmunlarından biri də onun insan yaradılışının zəifliyinə və buna görə də ilahi maarif və təlimləri əldə etməyə ehyacı olduğuna işarə etməsidir. Məkarim Şirazi cənabları Ərəfə duasının şərhində bu məsələyə işarə edərək buyurur: “Bu qədər zəif yaradılan bəşər Allaha təslim olmalıdır. Allahı, özünü və aləmi tanımamaq bütün bu bədbəxtliklərin qaynağıdır.” (26)
Ayətullah Məkarim Şirazi bu haqda belə əlavə edir: Ərəfə duasına diqqət edin, görün nə qədər qəribə cümlələri var?! İnsan Aşura gününün fədakarlığını görəndə təəccüb edir, lakin İmam Hüseynin (ə) Ərəfə duasını oxuyanda başa düşür ki, onun fədakarlığı bu dərin mərifət və idrakının nəticəsidir. Çünki, əməllər inanc və mərifətdən qaynaqlanır. O həzrət (ə) Ərəfə duasında ərz edir:
إلهى مَن ز لا تَكونُ مَساوِيهِ مَساوي وَمَن كانَت حَقائقُهُ دَعاوى‏ فَكَيفَ لا تَكونُ دَعاويهِ دَعاوى
“İlahi! Əgər insanın gözəl əməllərinə yaxşı baxsaq, əslində onların naqis və qüsurlu olduğunu görərik. Belə olan halda, necə ola bilər ki, onun qüsurları qüsur olmasın?!”.
Əgər insanın sahib olduğu elm və həqiqətləri yarsaq, cəhalətlə qarışdığını görərik. Bu halda, onun cəhaləti cəhalət olmaya bilərmi?! Bizim güc və qüvvəmizin həqiqətinə varsalar, hamısının zəiflik olduğu görərlər. (27)
Ayətullah Məkarim Şirazi Allahıtanıma və səadətin gerçəkləşməsi haqqında İmam Hüseynin (ə) yüksək mənalı duasına işarə edərək deyir: İmam Hüseyn (ə) Ərəfə duasında Allaha belə ərz edir: “Ey mənim Allahım! İnsanlar səni tanımaq üçün bu nişanələrə, yaradılmışlara müraciət edirlər. Məgər sən məndən uzaqsanmı ki, səni nişanələrlə tapım?!
عَمِيَت عَينٌ لا تَراكَ وَلا تَزالُ عَلَيها رَقيباً وَ خَسِرَت صَفقَةُ عَبدٍ لَم تَجعَل لَهُ مِن حُبّكَ نَصيباً
“Kor olsun o göz ki, sənin pak camalını görmür və qəlbində eşq və məhəbbətdən bir əsər olmayan bəndə zərərə uğramışdır.”
“Məgər sən məndən nə zaman uzaq oldun ki, səni yaratdıqların arasında tapım.”
Axtaram, nə zaman qəlbdən uzaq oldun ki, səni?!
Tapam, nə zaman harda gizli qaldın ki, səni?!
Yüz min cilvə ilə sən çölə çıxdın ki, mən,
Yüz min göz ilə çıxam sənə tamaşa edəm.
Allah-taala, aləm və özümüzü tanısaq, təkəbbür və qürur aradan gedər və həqiqi bəndə olarıq. Buna görə də Allahın əzəmətini varlıq aləmində tanıyıb əldə etməliyik. (28)

Son söz
Ayətullah Məkarim Şirazi Ərəfə duasını oxumağın əhəmiyyətinə təkid edərək, bu dərin məzmunlu duanın mənasının dərk olunmasına zəruri bir məsələ kimi yanaşaraq buyurdu: “Ərəfə duasını bütün varlığımızla, qəlbi aramlıqla və mənasını dərk edərək oxumalı, onun zəngin məzmunu haqqında düşünməli və bu gündən bəhrələnməliyik. (29)
Ərəfə günü dua və razü-niyaz günüdür. Bütün möminlər və müsəlmanlar bu gündə dünya müsəlmanlarının problemlərinin həlli üçün əllərini yuxarı qaldıraraq dua etsin. Ümid edirik ki, hamımız Ərəfə duasında iştirak edəcək və duada bir-birimizi unutmayacağıq. (30)
Bu günün duası o qədər əhəmiyyətli və qəbul olma ehtimalı o qədər böyükdür ki, hətta dünyadan köçənlərə dua etmək və Allah-taaladan İslam cəmiyyətinin, xüsusilə də ölkəmizin çətinliklərinin həllinin istənilməsi tövsiyə edilmişdi. (31)
Ümidvarıq ki, Allah-taala bu dua və bu günün Müslim ibn Əqil və Hani kimi şəhidlərinin bərəkəti sayəsində bizdən öz lütf və kərəmini əsirgəməyəcək.
Gəlin, hamımız İslam aləminin daxili və xarici problemlərinin həlli üçün dua edək, Allah-taaladan İslama xalisanə və daha çox xidmət etmək üçün müvəffəqiyyət istəyək. (32)
Araşdırma, hazırlanma və tərtibat mərkəzi: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1.    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm, 16/11/2010.
2.    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm, 15/10/2013.
3.    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm, 15/10/2013.
4.    Yenə orada.
5.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 4, səh. 581
6.    Yenə orada.
7.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 8, səh. 464
8.    “Ən yüksək bəndələr”, səh. 232.
9.    “Ərəfə” duası, “Misbahuz-zair” kitabı, Seyid ibn Tavus.
10.    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm, 04/10/2014. “Məfatihul-cinan”, “Ərəfə” duası
11.    Yenə orada.
12.    “Nəhcül-bəlağədə İslam əxlaqı” (“Müttəqin” xütbəsi), c. 1, səh. 152
13.     “Məfatihul-cinan”, Zilhiccə ayının əməlləri.
14.    “Məsumların kəlamları”, c. 2, səh. 197.
15.    “Büruc” surəsi, ayə 3.
16.    “Nümunə” təfsirindən seçmələr, c. 5, səh. 455.
17.    “Nümunə” təfsiri, c. 26, səh. 332.
18.    “Kəlimətun həvlər-ruya” kitabı, 48-53-cü səhifələr (ixtisarla).
19.    “Quranın mesajları“, c. 4, səh. 276.
20.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 3, səh. 265
21.    Bu cümlədən “Siddiqin” (sadiqlər) bürhanı istifadə olunur.
22.    “Quranın mesajları“, c. 3, səh. 65.
23.    Yenə orada.
24.     “Quranın mesajları“, c. 3, səh.101.
25.    “Hidayət nurları”, əxlaq mövzuları toplusu, səh. 310.
26.    Yenə orada
27.    “Hidayət nurları”, əxlaq mövzuları toplusu, səh. 310
28.    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm, 15/10/2014.
29.    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm, 04/10/2014.
30.    Yenə orada.
31.    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm, 16/11/2010.

 

Nəşr tarixi: « 9/23/2016 8:08:59 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əbəlfəzlin (ə) izzət, elm və mərifətinin əzəməti

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 128