Ayətullah Məkarim Şirazinin baxışında İmam Hadinin (ə) istiqamətləndirici təlimləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin baxışında İmam Hadinin (ə) istiqamətləndirici təlimləri

makarem news

Xülasə:
Açar sözlər:

 Tələbələr və natiqlər bir çox cəhətdən zülmə məruz qalmış və az anılan onuncu İmamı (ə) daha dərindən tanıtdırmaqla şübhələr qarşısında gözəl və təsirli cavablar verib insanların inanclarının zəifləməsinə qarşı mübarizə apara bilərlər.

Qaynaq:
undefined
Peinevesht:

 Ayətullah Məkarim Şirazinin baxışında İmam Hadinin (ə) istiqamətləndirici təlimləri
 Tələbələr və natiqlər bir çox cəhətdən zülmə məruz qalmış və az anılan onuncu İmamı (ə) daha dərindən tanıtdırmaqla şübhələr qarşısında gözəl və təsirli cavablar verib insanların inanclarının zəifləməsinə qarşı mübarizə apara bilərlər.
Şiələrin onuncu imamı olan Əli ibn Məhəmməd İmam Hadinin (ə) mübarək doğumunun il dönümü günlərində o həzrətin (ə) praktiki əhəmiyyətə malik olan təlimlərini dərindən öyrənmək daha zəruridir, çünki İmam Hadi (ə) şiələrə imamlıq və rəhbərliyi elə bir dövrdə öz öhdəsinə götürdü ki, təzyiqlər əvvəlkindən daha çox idi. (1)
Həmçinin o həzrətin (ə) mədəni-maarif sahələrində fəaliyyəti geniş müstəvidə deyildi. Amma həmin qeyri-münasib şəraitdə belə, etiqadi şübhələrə cavab verməklə yanaşı hədis və fiqh sahəsində də fəaliyyət göstərirdi. Çoxlu şagirdlər yetişdirmişdi. İmam Hadinin (ə) fürsət yarandıqca fiqh sahəsindəki suallara cavabları və fiqhi problemləri həll etməsi onun aşıb-daşan elmindən xəbər verir. (2), (3)
İmam Hadinin (ə) məşhur şagirdlərindən Əyyub ibn Nuh, Osman ibn Səid Əhvazi, Əbdüləzim Həsəninin (Rey şəhərində dəfn olunub) adını çəkmək olar və onların bəzilərinin dəyərli elmi və fiqhi əsərləri var. (4)
Buna əsasən, bu yazıda Məkarim Şirazi cənablarının yüksək fikirlərindən bəhrələnərək İmam Hadinin (ə) islami həyat tərzinin yüksəldilməsindəki əsas və praktiki əhəmiyyət daşıyan təlimləri hörmətli oxuculara təqdim edilir:
İmam Hadinin (ə) baxışında dünyanın mahiyyəti – dünya axirət üçün ticarət mərkəzidir
İmam Hadinin (ə) mühüm və əsas təlimlərindən biri də budur ki, o həzrət (ə) dünyanın insanların inkişaf, mənəvi kamala yüksəliş və səadətində bənzərsiz rolu olduğunu göstərirdi. Buna əsasən Ayətullah Məkarim Şirazi, İmam Hadinin (ə) insanların dünya ilə necə rəftar etməsi haqqında buyrduğu kəlamının şərhində belə deyir: İmam Hadidən (ə) nəql olunub ki, o həzrət (ə) dünyanı bir bazar kimi tanıtdırır; bəziləri ondan qazanc götürür, bəziləri isə ziyana uğrayır.
İmam Hadi (ə) buyurur: “Dünya bir bazara bənzəyir, bəziləri onda qazanc götürür, bəziləri isə ziyana uğrayır”. (5)
Məkarim Şirazi cənabları İmam Hadinin (ə) bu nurani kəlamının şərhində deyir: İmam Hadidən (ə) nəql olunan bu hədis göstərir ki, dünyaya son hədəf kimi baxılmamalıdır, əksinə dünya, yaxşı əməllər və ilahi maariflə əbədi mənzili qazanmaq üçün bir vasitədir. (6)
Cənab Məkarim Şirazi, İmam Hadinin (ə) “Dünya axirət üçün bir ticarət mərkəzidir” – buyurduğu bu nurani kəlamının şərhinin davamında deyir: Bu dünya nə insanın həqiqi vətəni, nə də daimi mənzilidir, əksinə dünyanı dəyərləndirərək əbədi səadət və həyata çatmaq üçün insanın ömrün saatları, qüvvələr, fikir, ağıl kimi böyük sərmayələrlə göndərildiyi böyük bir ticarət mərkəzidir. (7)
Ağıl sahibləri, ciddi və çox çalışanlar bu böyük ticarətin qanunlarından xəbərdardır. Onlar bir an sakit oturmazlar və dünyadakı bu qədər sərmayələrlə, qiymətli mallarla özləri və cəmiyyət üçün əbədi həyat və işıqlı gələcək hazırlamaq üçün daim hərəkətdədirlər. Onlar fəsad və günah yolunda hər şeyi itirib dünyanı əliboş başa vurmzalar. (8)
Dünya – İslamın tövhid dünyagörüşü ilə qərbin materialist baxışının fərqi
Ayətullah Məkarim Şirazi, İmam Hadinin (ə) nurani kəlamının şərhinin davamında qərb ilə İslamın dünyaya baxışlarının fərqi haqqında belə buyurur: ”Materialist baxış və mədəniyyətinə əsasən ölümdən sonra heç bir şey qalmır. Buna görə də əxlaqın heç bir mənası yoxdur. Amma Quran və İslam nöqteyi-nəzərindən dünya axirət üçün yarış meydanıdır. (9)
Məkarim Şirazi cənabları bu əhəmiyyətli təlimin şərhində bunu isbat etmək üçün deyir: “Dünya imtahan yeri və çətinliklər yuvası, axirət isə əbədi mənzildir. Əgər dünyanın axirətin əkin yeri və ticarət mərkəzi, yaxud bir universitet olduğunu qəbul etsək, daha çox və daha hədəfli şəkildə çalışarıq. Əks halda materialistlər kimi, həyat mənasız bir şey olacaq. (10)
Buna görə də Ayətullah Məkarim Şirazi materialist və tövhid baxışını bir-birindən ayıraraq buyurur: “Pak və təmiz yaşamaq üçün, pul və vəsait xərcləməliyik, bunsuz ona nail ola bilmərik”.(11)
Allahmərkəzlilik dünyada böyük xəsarətin qarşısını almaq üçün yeganə yoldur
Məkarim Şirazi cənabları, İmam Hadidən (ə) nəql olunan hədisin təfsirində “Əsr” surəsini xətər siqnalı kimi göstərərək buyurur: “Böyük alimlərdən biri deyir ki, mən bu surənin mənasını bir buz satandan öyrənmişəm. O fəryad çəkərək deyirdi: “Sərmayəsi əriyənə rəhm edin, sərmayəsi əriyənə rəhm edin!”. Öz-özümə dedim: إِنَّ الْإِنْسانَ لَفِي خُسْرٍ – “Həqiqətən, insan ziyandadır!” (12) – ayəsinin mənası bu imiş (Əsr və zaman keçər, insanın ömrü sona çatar, o isə heç bir savab qazanmaz, o bu halda ziyandadır).(13), (14)
Buna görə də bu böyük, sıxıcı və icbari xəsarətdən yalnız bir çıxış yolu var. Allah-taala həmin ayənin davamında buyurur: إِلَّا الَّذِينَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ وَ تَواصَوْا بِالْحَقِّ وَ تَواصَوْا بِالصَّبْرِ. – “Yalnız o kəslər ki, iman gətirib, gözəl işlər görər, bir-birlərini haqqa çağırar, bir-birilərini səbir və dözümlülüyə tövsiyə edərlər”. (15), (16)
Başqa sözlə, bu böyük ziyanın qarşısını ala biləcək və onu böyük sərmayə və xeyirə çevirə biləcək şey budur ki, bu sərmayənin müqabilində daha qiymətli və dəyərli sərmayə qazandırsın. Bununla da itirilimiş sərmayənin əvəzini ələ gətirilmiş olur, hətta ondan 10, 100 və 1000-lərlə dəfə çox və daha dəyərlidir. (17)
Şübhəsiz, insan aldığı hər bir nəfəsdə ölümə daha bir addım yaxınlaşır, ürəyin hər bir döyüntüsü insanı həyatının sonuna daha da yaxınlaşdırır. Belə olan halda, bu qəti ziyan müqabilində boş yerləri dolduracaq işlər görmək lazımdır. (18)
Ayətullah Məkarim Şirazi dünyadakı qiymətli ömür və həyat xəzinəsi ilə necə rəftar etmək haqda belə bir proqram verir və deyir:
1.    Bəzi insanlar gözəl sərmayə olan ömür və həyatı itirir və onun müqabilində az və ya çoxlu mal-mülk, kiçik bir ev, yaxud da gözəl bir saray əldə edirlər.
2.    Bəziləri isə bütün bu sərmayəni müəyyən məqama, kürsüyə çatmaq üçün əldən verirlər.
3.    Bəziləri də onu eyş-işrət və ötəri maddi ləzzətlərə xərcləyirlər.
4.    Məlumdur ki, bunlardan heç biri o qiymətli sərmayənin dəyərində deyil. Onun dəyəri, yalnız və yalnız Allahın razılığı və ona yaxınlıq məqamıdır. (19)
Buna görə də Qiyamətin adlarından birinin “Yəvmut-təğabun” – “Zərər və ziyan günü” – olması təsadüfi deyil. “Təğabun” surəsinin 9-cu ayəsində bu barədə buyurur:
“ذلِكَ يَوْمُ التَّغابُنِ”
“O gün kimin ziyan etdiyi məlum olacaq.” (20)
Buna görə də Məkarim Şirazinin – İmam Hadinin (ə) kəlamını təfsir edərkən – verdiyi açıqlamalar bizi məsələnin incəlik və gözəlliyinə yönləndirir:
Birincisi, “İnsan varlığının alıcısı Allah-taaladır..” – إِنَّ اللَّهَ اشْتَرى‏ مِنَ الْمُؤْمِنِينَ‏ .. – (21)
İkincisi, “Allah-taala kiçik miqdarda olan sərmayələri də alır” –فَمَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّةٍ خَيْراً يَرَهُ.(22), (23)
Üçüncüsü, onu böyük qiymətə alır, bəzən 10 dəfə, bəzən 700 dəfə, bəzən də daha çox – “فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ وَ اللَّهُ يُضاعِفُ لِمَنْ يَشاءُ” (24).
Buna əsasən, Allah-taala o qədər uca və böyükdür ki, bütün sərmayələri ixtiyarımıza qoymasına baxmayaraq, onları daha böyük qiymətə bizdən alır! (25)
Ağıl və məntiq – dünya və axirət səadətində fundamental təsirə malikdir
Ayətullah Məkarim Şirazi, İmam Hadinin (ə) nurani hədisinə əsasən dünya və axirət zərərlərindən xilas olmaq üçün ağıl və məntiqə ən əhəmiyyətli yol kimi baxır və deyir: “Həyatın sonu haqqında düşünmək, axirət səfəri üçün azuqə hazırlamaq ağıllı şəxslərin yoludur. Bu da səbəb olur ki, bir çox zülm, təcavüz və günahın qarşısı alınsın.” (26)
İnsan hadisələrlə dolu bir dünyada axirəti unutmasa, həmişə öz əməllərinə diqqətlə yanaşar. Zalımlar, cinayətkarlar bir an da olsun həyatlarının sonu haqqında düşünmürlər. Əgər düsünsəydilər, zülm etməz, cinayət törətməzdilər. (27)
Buna görə də deməliyik ki, dünya imtahan yeri və çətinliklər mərkəzi, axirət isə əbədi mənzildir. Əgər dünyanı axirətin əkin yeri, ticarət mərkəzi və bir universitet qəbul etsək, daha çox çalışar, hədəfli şəkildə hərəkət edərik. Buna görə də İslam ideologiyası baxımından dünya bir ticarət mərkəzidir. Necə ki, İmam Hadinin (ə) hədisində də buna açıq-aydın işarə olunub. (28)
Özünütanıma – nəfsin paklanmasında həyati rola malikdir
Allaha tərəf seyr və hərəkətdə özünütanıma, idraki yüksəliş, qabiliyyətlərə uyğun bilik, və insanın varlıq aspektindən olan istedadlar da İmam Hadinin (ə) nurani kəlamında mühüm və fundamental təlimlərdəndir və Məkarim Şirazi cənablarının bəyanı ilə xalis şiə maarifinin aşiqlərinə təqdim olunur.
Ayətullah Məkarim Şirazi o həzrətin (ə) istiqamətləndirici təlimlərinin izahında deyir: “Özünütanıma nəfsin paklanmasında, əxlaqi yönlərdə inkişaf və digər məsələlərdə mühüm bir əsas olduğu kimi, cahillik də öz həddində hər şeyə biganə yanaşmağın və Allahdan uzaq düşməyin səbəbidir. Buna görə də İmam Hadidən (ə) nəql olunan bir hədisdə o həzrət (ə) belə buyurur:
مَنْ هانَتْ عَلَيْهِ نَفْسُهُ فَلا تَأْمَن شَرَّهُ
“Kimin öz yanında qədir-qiyməti olmazsa, onun şərindən amanda olduğuna əmin olma!”. (29), (30)
Məkarim Şirazi cənabları İmam Hadidən (ə) nəql olunan bu kəlmaın şərhində “nəfsitanıma”nı yüksək mənəvi məqamlara nail olmaq üçün əsas bir addım olaraq diqqətə alır və buyurur: “İmam Hadinin (ə) kəlamının məzmunundan belə nəticə almaq olar ki, əxlaqi fəzilətlərin tərbiyə olunmasında və mənəvi inkişafda əsas fundamentlərdən biri “öz” və “nəfsi”ni tanımaqdır. İnsan keçilməsi çətin olan bu mərhələni arxada qoymasa, heç bir zaman mənəvi məqamlara nail olmayacaq. Buna görə də əxlaq elminin böyük alimləri bu yolda addım atanların “özünütanımaq”la məşğul olmalarına çox təkid edir və deyirlər: Həyati rola malik olan bu sahə heç vaxt unudulmamalıdır.” (31)
Əslində, fəsad və pis əməllərin qarşısını alan ən mühüm amillərdən biri şəxsiyyətin varlığı, yaxud da ən azı özünü şəxsiyyət olaraq hiss etməkdir. Şəxsiyyətə malik olan fərdlər, yaxud başqalarının nəzərində şəxsiyyət olmasalar da özlərinə şəxsiyyət verənlər öz hörmətlərini qorumaq üçün də olsa, bir çox pis əməlləri etməkdən çəkinirlər. Amma elə ki, abır, hörmət və şəxsiyyətləri qalmadıqlarını hiss etdikdə, heç bir şeydən çəkinmirlər. Buna görə də İmam Hadi (ə), belə insanlardan uzaq durmağı məsləhər görür”. (32)
Özünütərbiyə – “böyük cihad”ın gerçəkləşməsinə zəmin yaradır
Məkarim Şirazi cənabları İmam Hadinin (ə) hədisinin izahında “böyük cihad”ı (nəfslə mübarizəni) İslamda əsas aparıcı rola malik bir əməl kimi dəyərləndirir. O həzrətin (ə) bu hədisinin əxlaqi və etiqadi fəzilətlərin gerçəkləşməsində rolu olduğunu vurğulayaraq deyir: “Bilirik ki, günahların əsas kökü olan üsyankar nəfsin istəkləri ilə mübarizə aparmaq İslamda “böyük cihad” adlanır və düşmənlərlə mübarizə aparmaqdan daha əhəmiyyətli və üstündür. Ona görə ki, bu cihad özünütərbiyə və özünüislah üçün bir vasitədir. Özünütərbiyə olmadıqca, heç bir qələbə yoxdur, çünki məğlubiyyətlər adətən zəif nöqtələrin nəticəsidir.” (33)
Günaha bulaşmış cəmiyyətlərdə bu cihadın dəyəri daha aşkar görünür və onun əhəmiyyəti ictimai hədəflərin həyata keçirilməsində daha aşkardır. (34)
Şəxsiyyətlilik – insanın qiymətli ruhunun şəffaflaşmasında əvəzsiz dəyərə malikdir
Ayətullah Məkarim Şirazi İmam Hadinin (ə) bəyanlarındakı incə məqamların şərhində “şəxsiyyətin” dəyər və mövqeyinin zəruriliyini xatırladır və deyir: “Səmavi dinlərdə önəmli məsələlərdən biri də bəşər cəmiyyətində mühüm əhəmiyyətə malik olan dəyərlər sistemidir. Maddi və mənəvi aləmdə hər bir şeyin dəyəri var və bəzi şeylər ucuz, bəziləri isə qiymətlidir. Təbiidir ki, əgər insan bir şeyi ucuz tutsa, onu asanlıqla itirəcək, yox əgər dəyər versə, ondan asanlıqla əl çəkməyəcək. Məsələn, uşağın əlindəki bahalı bir əşya onun üçün sadəcə bir oyuncaqdır. Onun nəzərində heç bir dəyəri yoxdur və onu ucuz qiymətə asanlıqla başqasına verə bilər.” (35) İnsanın şəxsiyyəti də bu cürdür, əgər ona dəyər verilsə, asanlıqla satılmaz.
Quran bu haqda buyurur: “Varlıq aləmində Allahın pak Zatından sonra heç bir şey insan qədər qiymətli deyil!”. Dəlili də hər şey insan üçün yaradılmasıdır.
“خَلَقْتُ الأشْيَاءَ لِأجْلِكَ وَ خَلَقْتُكَ لِأجْلِى” – “Hər şeyi sənin üçün, səni isə özüm üçün yaratdım!” (36).
Allahın ən üstün məxluqları insana səcdə etdi – “فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ” – “Bütün mələklər Adəmə səcdə etdi.” (37).
Buradan da insanın qiymət və dəyəri aydın olur. Bundan əlavə, bütün şeylər insanın ixtiyarına verilib, belə ki, onların hamısı insana xidmət edir və bu da insanın hansı məqama malik olduğunu göstərir. (38)
Əgər nəfsi tanısaq, onu keçici ehtiraslara və dəyərsiz dünyəvi məqamlara satmarıq. Amma əgər öz qiymətimizi bilməsək, şəxsiyyətimizi satarıq və belə insanın şərindən qorxmaq lazımdır, çünki belə bir şəxs özünə heç bir dəyər vermədiyi üçün ucuz qiymətə insan öldürər. (39), (40)
İmam Hadinin (ə) təlimlərində nemətə şükürün həqiqəti
Nemətə şükür etmək insanların unutduğu və etinasız yanaşdığı məsələlərdəndir. Belə ki, bəzi əxlaqi rəzilliklər insanların şükür etmək istedadlarını törətdiyi müxtəlif nəticələrlə qarşı-qarşıya qoyur.
Buna görə də Məkarim Şirazi cənabları, İmam Hadidən (ə) nəql olunmuş hədisə əsaslanaraq ilahi nemətlərə şükür etməyin əhəmiyyəti haqqında deyir:
İmam Hadi (ə) bu barədə buyurur:
“الشّاكِرُ اسْعَدُ بِالشُّكرِ مِنْهُ بِالنِّعْمَةِ التَّى اوجَبَتِ الشُّكْرَ لِانَّ النَّعَمَ مَتاعٌ وَالشُّكْرَ نِعَمٌ وَ عُقْبى” (41)
“Nemətə şükür edən şəxsin şükür etməklə nail olduğu səadəti ona həmin nemət verildiyi üçün nail olduğu səadətindən daha üstündür, çünki nemətlər bu dünyada yaşamaq üçün vasitədir və şükür isə bu və o dünyanın sərmayəsidir.”
Məkarim Şirazi cənabları İmamın (ə) təlimlərində şükürün həqiqəti haqqında buyurur: “Şükürün yalnızca dil ilə yox, əksinə əməli təşəkkürdən və hər bir neməti yerində istifadə etməkdən ibarət olduğunu nəzərə alsaq, verilən nemətə şükür etmək elə bir bərəkət və səadət gətirir ki, nemətin özü onun müqabilində dəyərsiz bir şeydir. Nemətləri Allah rizası yolunda, onun bəndələrinin sevincinə səbəb olacaq şəkildə istifadə etmək bu dünyada iftixara, o dünyada da əbədi səadətə səbəb olur. Nemətin özünə baxsaq, ola bilər ki, o, yalnız maddi hədiyyədən başqa bir şey olmasın. Deməli, şükür nemətin özündən daha üstün və daha dəyərlidir!” (42)
Buna əsasən, şükür qəlb, dil və əməl ilə şükür etməyə şamil olur. Əgər insan nemətə şükür etsə, bunun nəticəsində onun nail olduğu şey nemətin özündən daha üstün, daha böyük olacaqdır. Amma təəssüflər olsun ki, bu nöqtəyə adətən daha az diqqət olunur. (43)
Ayətullah Məkarim Şirazi “iman, təmkin və mərifət”i də nemətə şükürün bərəkətlərindən hesab edir və buyurur: “Diqqət etməliyik ki, əgər Allahın nemətlərinə şükür etsək, onun nəticəsi və səmərəsi bizim özümüzə qayıdacaq, özümüzə fayda verəcək və Allah-taalanın insanın şükür etməsinə ehtiyacı yoxdur.” (44)
Məkarim Şirazi cənabları bunu isbat etmək üçün İmam Hadinin (ə) həyat tərzinə əsaslanaraq deyir: “İmam Hadinin (ə) həyat tərzi və xüsusiyyətləri haqqında belə yazılır ki, o həzrətin (ə) Əbu Haşim Cəfəri adlı dostlarından biri belə nəql edir: Maddi baxımdan olduqca çətin vəziyyətə düşmüşdüm. İmam Hadinin (ə) yanına getdim ki, ona şikayət edim. Danışmağa başlamazdan öncə İmam (ə) buyurdu: “Ey Əbu Haşım! Allahın nemətlərindən hansına şükür etmək istəyərsən?”. Mən bu sözdən narahat oldum, sükut edərək nə deyəcəyimi bilmədim. İmam Hadi (ə) özü cavab verdi: “Allah-taala sənə iman verib və onun vasitəsilə bədəninə cəhənnəm odunu haram edib. Sənə sağlamlıq və möhkəmlik əta etməklə ona itaətdə kömək edib. O sənə qənaət etməyi bəxş edib ki, insanlar qarşısında dəyərsiz olmayasan.” (45)
“Ey Əbu Haşim! Mən səndən öncə sözə başladım, çünki bu nemətləri sənə bəxş edən bir şəxs haqqında şikayət etmək istədiyini düşündüm. Göstəriş verdim ki, sənə 100 dinar versinlər. Götür (çətinliklərini onun vasitəsilə həll et.)!” (46)
Bu alicənablıq və gözəl rəftar səbəb oldu ki, o, öz həyatından şikayət etmədən razı halda və sevinclə İmamın (ə) yanından ayrılsın. (47)
Ayətullah Məkarim Şirazi özünün “Nümunə” təfsirində bu dövrdə ailə və cəmiyyətdə naşükürlüyün bəzi ziyanlarına işarə edərək buyurur: “Misal olaraq, Allah-taala bir ailəyə övlad verir, amma onlar bu körpənin tərbiyəsində diqqətsizlik edir və əməli olaraq Allahın nemətinə şükür etmirlər. Bu nemət də əzab və bəlaya çevrilir. Məsələn, övlad narkotik maddələrə adət edərək özünün və ailəsinin dünya və axirətini məhv edir. Amma bunun əksinə, bir şəxs xəstələnir və səbir edərək Allaha şükür edir. Xəstəlik dövrü keçir və o başa düşür ki, əgər sağlam olsaydı, filan yerdə iştirak edə bilərdi və bu da onun məhv olmasına səbəb olardı.” (48)
Buna əsasən mömin bir insan ilahi nemətlərdən düzgün və Allahın dediyi yerlərdə istifadə etməklə əməli şükür edir. Amma ikiüzlü (münafiq) insanlar yalnız dildə şükür edərlər, əməldə isə yox. (49)
Son söz
Şübhəsiz, İmam Hadinin (ə) kəlamları dünya və axirət səadətinə səbəb olan kəlamlardır (50). Bütün məsumlara ehtiram etmək bizə vacibdir və biz şübhələrin cavabını düzgün, hesablanmış və gözəl şəkildə verməliyik. Amma tələbələr və natiqlər bir çox cəhətdən zülmə məruz qalmış və az anılan onuncu İmamı (ə) daha dərindən tanıtdırmaqla şübhələr qarşısında gözəl və təsirli cavablar verib insanların inanclarının zəifləməsinə qarşı mübarizə apara bilərlər. (51)

Araşdırma, hazırlanma və tərtibat mərkəzi: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

1.     “Müqayisəli fiqh ensiklopediyası”, c. 1, səh. 104.
2.    İmam Hadinin (ə) şəri cəzanın icra olunmasından öncə müsəlman olan zinakar bir xristian haqqında Yəhya ibn Əksəm və digər saray fəqihlərinin fətvasının ziddinə çıxardığı fətvası çox maraqlıdır (“Vəsailüş-şiə”, c. 18, səh. 408, “zinanın cəzası” fəsli, 36-cı bölmə). Həmçinin Mütəvəkkilin nəzir deməsi və onun yerinə yetirilməsində fikir ayrılığı və İmamın (ə) məsələni həll etməsi buna başqa bir nümunədir (“Təzkirətul-xəvas”, səh. 360).
3.    “Müqayisəli fiqh ensiklopediyası”, c. 1, səh. 242.
4.    “Müqayisəli fiqh ensiklopediyası”, c. 1, səh. 107.
5.    “Biharul-ənvar”, c. 75, İmam Hadinin (ə) nəsihətləri, səh. 366.
6.    “İmam Əlinin (ə) mesajları”, c. 2, səh. 185.
7.    “150 həyat dərsi”, səh. 78.
8.    “150 həyat dərsi” , səh. 78.
9.    Ayətullah Məkarim Şirazi, fiqhin ali mühazirələri, Qum, “Məscidi-Əzəm”, 24/05/2012.
10.    Yenə orada
11.    Yenə orada
12.    “Əsr” surəsi, ayə 2.
13.    Fəxr Razi, “Kəbir” təfsiri, c. 32, səh. 85.
14.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 27, səh. 296.
15.    “Əsr” surəsi, ayə 3.
16.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 27, səh. 296.
17.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 27, səh. 296.
18.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 27, səh. 296.
19.    Yenə orada
20.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 27, səh. 298.
21.    “Tövbə” surəsi, ayə 111.
22.    “Zilzal” surəsi, ayə 7.
23.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 27, səh. 298.
24.    “Bəqərə” surəsi, ayə 261.
25.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 27, səh. 298.
26.    Ayətullah Məkarim Şirazi, fiqhin ali mühazirələri, Qum, “Məscidi-Əzəm”, 22/01/2014.
27.    Yenə orada
28.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 27, səh. 296.
29.    “Tuhəful-uqul”, səh. 362.
30.    “Quranda əxlaq”, c. 1, səh. 326.
31.    “Quranda əxlaq”, c. 1, səh. 326.
32.    “150 həyat dərsi”, səh. 142.
33.    “150 həyat dərsi”, səh. 143.
34.    Yenə orada
35.    “Hidayət çırağı”, səh. 71.
36.    “Cəvahirus-sunniyyə”, səh. 361.
37.    “Hicr” surəsi, ayə 30.
38.    Yenə orada
39.    “Hidayət çırağı”, səh. 72.
40.    “Hidayət çırağı”, səh. 73.
41.    “Tuhəful-uqul”, səh. 362.
42.    “150 həyat dərsi”, səh. 153.
43.    Ayətullah Məkarim Şirazi, fiqhin ali mühazirələri, Qum, “Məscidi-Əzəm”, 16/05/2012.
44.    Yenə orada
45.    “Quranda əxlaq”, c. 3, səh. 160.
46.    Yenə orada
47.    Yenə orada
48.    “Quranın dolğun andları”, səh. 421.
49.    “Quranın dolğun andları”, səh. 421.
50.    Ayətullah Məkarim Şirazi, fiqhin ali mühazirələri, Qum, “Məscidi-Əzəm”, 23/05/2012.
51.    İmam Hadinin (ə) il dönümündə virtual fəzada Ayətullah Məkarim Şirazinin müraciəti, 21/04/2012

 

Nəşr tarixi: « 9/23/2016 7:58:54 PM »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” məfhumu

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 250