Ayətullah Məkarim Şirazinin görüşündə Səud sülaləsinin “iki müqəddəs hərəm”in idarəsində bacarıqsızlığı
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə Səud sülaləsinin “iki müqəddəs hərəm”in idarəsində bacarıqsızlığı

Ayətullah Məkarim Şirazinin dəftərxanasının rəsmi saytının xəbər bürosu yazıçılar heyəti makarem news

Xülasə: Müxtəlif İslam ölkələrindən olan minlərlə hacıların, xüsusilə 130 nəfərdən çox Allah evinin iranlı ziyarətçilərinin ölümünə səbəb olan Mina faciəsi hər şeydən öncə Həcc mövsümünün idarəçiliyində vəhhabi Ali-Səud rejiminin son dərəcə tədbirsizlik və yetərsizliyini və iki müqəddəs hərəmin – “Məscidul-həram” və “Məscidun-Nəbi” – idarəsində dəyişikliyin qaçılmazlığını aşkar etdi.
Açar sözlər:

Müxtəlif İslam ölkələrindən olan minlərlə hacıların, xüsusilə 130 nəfərdən çox Allah evinin iranlı ziyarətçilərinin ölümünə səbəb olan Mina faciəsi hər şeydən öncə Həcc mövsümünün idarəçiliyində vəhhabi Ali-Səud rejiminin son dərəcə tədbirsizlik və yetərsizliyini və iki müqəddəs hərəmin – “Məscidul-həram” və “Məscidun-Nəbi” – idarəsində dəyişikliyin qaçılmazlığını aşkar etdi.
Şübhəsiz, Mina faciəsini “Həcc mövsümü” adı altında müsəlmanların qətliamı kimi dəyərləndirməliyik. Çünki, Allahın əmin-amanlıq evində ən böyük İslam hadisəsinin – həccin idarəçiliyində Səud rejiminin növbəti yetərsizliyi və səlahiyyətinin olmaması bir neçe günlük fasilədə, “Məscidul-həram”da kranın aşması faciəsindən sonra müxtəlif İslam ölkələrindən gəlmiş minlərlə hacının ölümü və xəsarəti səbəblərini gerçəkləşdirdi.
Qeyd etmək lazımdır ki, Mina faciəsi elə bir halda gerçəkləşdi ki, İslam dünyası qayğıkeşləri, xüsusilə şiə aləminin mərcəyi-təqlidi Ayətullah Məkarim Şirazi aydın və səlis ifadələrlə, Həcc mövsümü idarəçiliyində kadr dəyişikliyinin lüzumluluğunu, eləcə də həcc boyu “şeytanı daşlama” ibadət əməli kimi bəzi əməl və ibadətlərin yerinə yetirilməsində qabaqlayıcı tədbirlərin görülməsi zərurətini xüsusi vurğulayırdı.
Həmçinin, Ayətullah Məkarim Şirazi “iki müqəddəs hərəm”in idarəçiliyində Ali-Səud hakim dairələrinin yetərsizliyi və ləyaqətinin olmamasına dəfələrlə təkid etmişdi. Bu yazıda o həzrətin ən mühüm mövqe və çıxışları əsasında, Həcc mövsümünün idarəsində məhz Səud hakim dairələrinin yetərsizliyi və tədbirsizliyinin izahı siz istifadəçilərə təqdim olunur.

Həcc mövsümünün qərəzli idarəçiliyi – Vəhhabiliyin iki müqəddəs hərəmə hakimliyinin töhfəsi
Sözsüz, Mina faciəsi Ali-Səud rejiminin həcc mövsümünə baxışının selektiv və siyasi olduğu qənaətini üzə çıxarır. Belə ki, hətta Mina faciəsindən sonra Məkkə şəhərinin xəstəxanalarında səudiyyəlilərin iranlı yaralılarla kobud rəftarı müxtəlif ölkə hacılarına qarşı, xüsusilə Allahın əmin-amanlıq evinə gəlmiş şiə və iranlı hacılara qarşı Ərəbistanın ədavətli siyasətinin nə qədər dərin olmasından xəbər verir. Bu üzdən Ayətullah Məkarim Şirazi, Ali-Səud rejimi və səudiyyəli vəhhabi muzdlularının vacib həcc ibadəti ilə siyasi davranışını pisləyərkən, buyurdu: Heç bir halda vəhhabilər, eləcə də digər bir qruplar öz düşüncə və çıxarışlarını başqalarına yükləmək haqqına sahib deyil. Təkid edirəm, onlar yalnız bu müqəddəs torpağın nizam-intizamı, təhlükəsizliyi və tikintisi ilə məşğul olmalıdır, oranı təriqətlərinin təbliğat mərkəzinə çevirməməlidirlər. Maraqlıdır, Səudiyyə Ərəbistanının kralı özünü “iki müqəddəs hərəmin sahibi” yox, “iki müqəddəs hərəmin xadimi” sayır. Bəs, niyə sələfi, vəhhabi alimləri özünü “iki hərəmin sahibi” bilirlər, halbuki, hökmdara itaətin vacibliyinə inanırlar (1).
Həmçinin, Ayətullah Məkarim Şirazi bir ifadəsində Səudiyyə məsul şəxslərinin iranlı hacılarla müsbət rəftarının vacibliyinə təkid etdi və buyurdu: “Ümrə həcci”nə aid məsələlər bizim Ərəbistanla siyasi əlaqələrimizlə bağlılığı olmamalı və Ümrə həcci öz qayda-qanununa uyğun həyata kecirilməlidir. Məlumdur ki, Ərəbistanın Həcc və Vəqflər nazirliyi tərəfindən hər növ müsbət addımı, iki dövlət əlaqələrində müsbət təsir qoya bilər (2).
Lakin səudiyyəlilərin iranlı hacı və zəvvarlarla kobud davranışı və pis rəftarı öz növbəsində, hər şeydən öncə bu Amerika muzdlusu olan rejimin yetərsizliyi və məsuliyyətsizliyini ortaya qoyur.
Həcc mövsümü idarəçiliyində Ali-Səud rejiminin yetərsizliyi elmentlərinin bəzilərinə işarə ediləcək.

Məscidul-həramda kran aşması hadisəsi – Həccin idarəçiliyində Səud sülaləsinin yetərsizliyi rəmzi
İki müqəddəs hərəmin idarəçiliyində Səud sülaləsinin yetərsizliyi və ləyaqətinin olmamasını təkrar-təkrar xatırlatmaq Ayətullah Məkarim Şirazinin kəlamlarında yer alan dəyərli spesifikliklərdəndir. O, qəti və aşkar mövqe sərgiləməklə, Həcc ziyarətinin idarəsində Ərəbistan dövlətinin gündən-günə geriləməsi və acizliyinə təkid etdi; Məscidul-həramda bir çoxlarının, xüsusilə 11 iranlı zəvvarın ölümü ilə nəticələnən kran aşması hadisəsindən sonra, bu hadisənin iki müqəddəs hərəmi idarə etməkdə Səud sülaləsinin gücsüzlüyündən xəbər verdiyini açıqca bildirən Ayətullah Məkarim Şirazi Səud hakim dairələrinin tədbirsizliyinə irad tutaraq, buyurdu: Hansı sağlam ağıl, milyonlarla zəvvarın ziyarətə gəldiyi dönəmdə, Məscidul-həramın üstündə bir tufan səbəbinə aşaraq 290 nəfərin ölüm və xəsarətinə yol açan kranın çalışmasına izn verər (3).
Səudiyyə dövlətinin Həcc mövsümündə iki müqəddəs hərəmdə İslami mühit və memarlıq üsulu ilə uzlaşmayan yersiz tikinti işləri aparmasının məzəmməti, Həcc ziyarətinin idarəçiliyində Səudiyyə hakim dairələrinin yetərsizliyi xüsusunda, Ayətullah Məkarim Şirazinin növbəti həlledici strategiyasıdır. O, bir çıxışında buyurdu: Milyonlarla insanın toplaşdığı məkanda (Məscidul-həram) təhlükəsizlik tədbirləri görmədən siz, bir deyil, bir neçə kran işlədir, insanların canını təhlükəyə atırsınız. Ən azından bu bir ayı onları yığışdırın, həcc mövsümü bitdikdən sonra yenidən quraşdırın. Bu necə fərasət, bu necə idarəçilikdir?! Məscidul-həram əmin-amanlıq hərəmidir və tədbirsizliyə görə bu qədər hacı şəhid olmalı, yaralanmalı deyil (4).
İndi, belə bir izahla kran aşması hadisəsi və Mina faciəsində tədbirsizliyin töhfəsi, Səudiyyə dövlət xadimləri arasında təcrübəsizlik və arzuolunan həcc ziyarəti üçün lazımi tədbirlərin görülməsindən qəflət təhlükəsizlik tədbirlərinin artırılmasına və hacıların bəzi əsas yollarının bağlanmasına, keçid yollarının isə istisnasız bağlanmasına gətirib çıxardı.
Bu səbəbdən o, həcc ziyarətində Səud sülaləsinin idarəçiliyi yanaşmasına irad tutarkən, bu işdə bütün İslam alimləri və başçılarının iştirakını labüd saydı və buyurdu: Bu nə bilik, bu nə tədbirdir ki, siz sahibsiniz?... Odur ki, digər regionların başçıları və İslam alimləri ilə məşvərət keçirilməlidir. Kəbə ətrafı uca qüllələri, binaları yıxmaq, bununla da Məscidul-həramın əzəmətini özünə qaytarmaq lazımdır (5).

Aktiv diplomatiya ilə Allahın əmin-amanlıq torpağındakı həccin idarəçiliyində dəyişiklik
Qeyd edilməlidir ki, İslam ölkələrindən gələn hacıların ölümündə Ali-Səud rejiminin məsuliyyət daşıdığı və birbaşa rol oynadığı açıq-aşkar gözə çarpsa da, lakin Ayətullah Məkarim Şirazinin həcc idarəetməsi xüsusunda işarə və təkidləri hər şeydən öncə aidiyyatı məsul şəxslərin nəzərinə çarpmalı idi, xüsusilə də Ayətullah Məkarimin inqilabi mövqeləri, Məscidul-həramda kranın aşması hadisəsindən sonra Səud rejiminin fərasətsizliyini və Səudiyyə hakim dairələrinin iki müqəddəs hərəmin idarəsinə haqqının olmamasını əks etdirən xatırlatmaları (6) yaxşı olardı ki, Həcc və Ziyarət Təşkilatının idarə heyəti məşvərət məqsədilə, daha çox ölkə diplomatiyası və digər İslam ölkələri ilə yaxınlığı gücləndirməklə Həcc ziyarətinin idarəsində Səud rejiminin idarəetmə orqanlarını üzərinə düşən əlavə təzyiqdən praktiki çıxış yolu tapar, bununla da, Ərəbistan dövləti həcc mövsümünə dair keçmiş faciəvi səhvlərini düzəltmək xüsusunda addım atardı. Lakin Allahın əmin-amanlıq hərəmində gözlənilə bilən qəzaların qarşısını almaq istiqamətində praktiki olaraq heç bir təsirli, münasib addım atılmadı. Halbuki, əgər Ayətullah Məkarim Şirazinin haqlı narahatlıqları ölkənin möhtərəm məsul şəxsləri, xüsusilə möhtərəm dövləti, həcc işləri üzrə aidiyyatı orqanları tərəfindən ciddi qarşılansaydı, həccin diplomatik nümayəndələri Ali dini rəhbərin və ali mərcəyi-təqlid müctehidlərin, xüsusən də, Ayətullah Məkarim Şirazinin icra hədəfləri əsasında, Ərəbistan dövlətinə lazımi təzyiq göstərsəydi, sözsüz Mina faciəsi kimi acı faciələrin nəticəsi yüngül olacaqdı. Buna rəğmən, Ayətullah Məkarim Şirazinin tələbləri səlahiyyətlilər tərəfindən həyata keçirilmədi, şiə dünyasının mərcəyi-təqlidinin Məscidul-həramda kranın aşması qəzasından sonra Həccin idarəsində Səudiyyə dövlətinin səriştəsizliyini mütəmadi vurğulamasına baxmayaraq, bu önəmli və həlledici çıxış variantı məsul şəxlərin təqib işində təsirli olmadı.   

Cəddə aeroportunda hörmətsizlik – Həcc mövsümünün idarəçiliyində Ali-Səud rejiminin səriştəsizliyi töhfəsi
Cəddə aeroportunda baş verən kədərli hadisə və faciə Ərəbistan dövlətinin həccin idarəçiliyində tədbirinin olmaması və bacarıqsızlığı elementlərindən biridir. Digər tərəfdən Səud sülaləsinin bu nifrətəlayiq addımının kəskin pislənilməsində Ayətullah Məkarim Şirazinin şücaətli mövqe tutması, Ali-Səud rejiminin ümrə həccindəki ədavətli davranışları ilə mənalı və ibrətamiz mübarizə keyfiyyətinin ümumi üslubunu aşkar etdi. O, ifadələrinin birində həmin xüsusda belə dedi: Həccin məsullarına sualımız budur ki, hər qiymətə olursa olsun müstəhəb ümrəyə getməliyikmi? Ümrəyə getməyin qadağan olunması məsələsini irəli sürmək istəmirik, amma hər qiymət, hər zillət hesabına ümrəyə getməliyikmi? (7)
Şübhəsiz, son aylarda Allahın hərəmində tam təhlükəsizliyin olmaması, iki müqəddəs hərəmin idarəsində səud vəhhabi rejiminin öz səlahiyyətlərini itirməsini çox gözəl şəkildə bəyan edir. Bu səbəbdən Ayətullah Məkarim Şirazi bu əsas zərərə işarə edərək, əmniyyətin davamlılığı zərurətinə təkid etdi və səudiyyəli məsullara müraciətlə buyurdu: Səudiyyə məsul şəxslərinə deyirəm, sizlər Məkkə və Mədinədə böyük tikinti və abadlıq işləri görmüsünüz, amma hər şeydən önəmli olan əmniyyət, xüsusilə namus və şərəf təhlükəsizliyidir. Cəddə aeroportunda təhlükəsizlik olmadığı halda, Məkkə və Mədinə küçələrində asayişin olması mümkündürmü? (8)
Odur ki, Ayətullah Məkarim Şirazinin həcc xüsusunda tələbləri izzətli İslam quruluşunun hər sahədə, xüsusilə Həcc ziyarətində gerçəkləşməsi vacibliyinin göstəricisidir. Bu əsasla o, misilsiz bəsirəti ilə, ümrə həccinin rəsmən ləğv edilməsi planına təkid edərək, buyurdu: Beynəlxalq aeroportun asayişi pozulduğu halda, dünya əhalisi sizin barənizdə nə deyər? Öz səlahiyyətlilərimizə sözüm budur ki, bu məsələyə sadə yanaşmasınlar, oturub düşünsünlər ki, nə vaxta qədər müstəhəb ümrəyə getməliyik?! Odur ki, müstəhəb əməli yerinə yetirmək naminə hər təhqir və hörmətsizliyə boyun  əyməyək (9).
Şiə dünyasının mərcəyi-təqlidi İslami Quruluşun izzəti və onun vacib həcc mərasimində gerçəkləşməsinin zəruriliyi faktorlarını birləşdirərək, belə buyurdu: İmam Xomeyni cənabları İslam İnqilabı sayəsində ölkəyə izzət və şərəf bağışladı... Hər bir halda Cəddə hadisəsi sadəliklə üstündən keçiləcək mövzu deyil. Bütün planlarımızın izzət gətirən planlar olacağına və izzətli olmayan işlərdən yan keçəcəyimizə ümidvarıq (10).
Sözsüz, Ayətullah Məkarim Şirazinin təkidli xatırlatması öz növbəsində “İki şərafətli hərəm”in idarəsində səudiyyəlilərin idarəçiliyini qınaq obyektinə çevirmiş, Həcc mövsümünün idarəsi məsələsinə yenidən baxılmasını hədəf qərar vermişdi. Həcc mövsümünün idarəsində səudiyyəlilərin bacarıqsızlığının ən bariz və pis nümunəsi kimi Məscidul-həramda kranın aşmasını, ayrı-ayrı İslam ölkələrindən olan minlərlə müsəlmanın, xüsusilə iranlı zəvvarların şəhadətilə nəticələnən böyük və ağrılı Mina faciəsini göstərmək olar.

Həcc mövsümünün fiqhi nöqteyi-nəzərdən düzgün idarəçiliyi
Həcc mövsümündə izdiham, qarışıqlığın qarşısını almaq, nizam-intizam yaratmaq İslam alimləri, mərcəyi-təqlid müctehidləri, xüsusilə Ayətullah Məkarim Şirazinin diqqət mərkəzində olan məsələlərdəndir, belə ki, şərait və zamana ən gözəl şəkildə uyğun gələn fətva və hökmlər vermişlər.
Şiə dünyasının mərcəyi-təqlidi bu xüsusda buyurur: İctihadın zaman və məkanla uyğunlaşması Quran, sünnə və ictihad qaydalarının prinsiplərinə bir dəfə də olsun nöqsan gətirməyib. Bu, göz qabağındadır. Ona görə ki, xırda – cüzi hökmlər zaman və məkan mülahizə edilərək, hökm və şəri xitabların külliyyatından çıxarılır və şəriətin xitab və hökmlərinin ümumi prinsipləri daima toxunulmazdır (11).
Şübhəsiz, “şeytanı daşlama” əməlindəki mövcud problemləri Mina faciəsində Səudiyyənin həcc mövsümü briqadasının fərasətsizliyini gücləndirən amil kimi qiymətləndirmək olar.
O, bu mövzunu şərh edərkən, vacib həcc ziyarətindəki “şeytanı daşlama” əməlindəki vəzyyətə işarə etdi və buyurdu: Təəssüflər olsun ki, müasir zamanda “qurbanlıq” mərasimi arzuolunmaz hal almışdır, İslam alimləri onu xilas etmək istiqamətində çalışmalıdırlar. Odur ki, “şeytanı daşlama”dakı mövcud problemlər və həcc mövsümündəki təhlükəli izdihamın mülahizəsi, bəlkə də böyük və bütün şərtlərə malik fəqihləri əlaqədar dini qaynaqlara yenidən baxmağa, yeni fikirlər ortaya qoymağa vadar etsin (12).  
“Şeytanı daşlama” həccin mühüm ibadətlərindəndir və müasir fəqihlərin (Allah yardımçıları olsun) məşhur nəzərinə əsasən “cəmərat”, həccin müəyyən bir günü insanların daşladığı həmin üç sütundur (13).
Ayətullah Məkarim Şirazi şiə aləminin mərcəyi-təqlidi olaraq, “şeytanı daşlama” ibadətindəki problemləri yada salaraq, buyurdu: Hacıların başlıca çətinliklərindən biri “şeytanı daşlama”, xüsusilə Qurban bayramı günü hamının “Cəməreyi əqəbəyə” – “şeytanı son daşlama” yerinə hücum etməsidir. Uzun illərdir ki, bu yerdə can itkisi olur; bir çoxları yaralanır və ya canından olur, əksər hallarda çoxlu sayda baş-göz xəsarət görürlər (14).
O, elmi və fiqhi yanaşmalarla mövcud problemlərin həlli yolunu göstərdi və belə buyurdu: Əslində, bu sütünlar “cəmərə” məkanının göstəricisidir, “cəmərat” da daşların töküldüyü yerdir, daşı götürüb ona tərəf atmaq lazımdır (15). “Cəmərə” – “məcməul-həsa”, yəni xırda daşların yığışdığı yerdən başqa bir şey deyil, insanlar özünə zəhmət verib sütunları hədəfə almasınlar. Əmin olsunlar ki, sütunlar o yeri göstərən nişanələrdir (16).
Ayətullah Məkarim Şirazi bu hökmün izahında buyurdu: Bu yeni baxışa stimul yaradan və müctehidin dini mətinlərdə yenidən düşünməsinə səbəb olan şey, hacıların “cəmərat” ətrafında izdihamıdır, hansı ki, bir çox tələfata, xəsarətə yol açmışdır. Bu sıxlıq İslamın əsas qaynaqlarına yenidən baxılmasına, “cəmərə” mənasını daha çox araşdırmağa əsas vermiş və məlum olmuşdur ki, lüğətdə də “cəmərə” sütun mənasında deyil, əksinə, “məcməul-həsa” (xırda daşların yığışdığı yer) mənasındadır (17).
Hər halda, uzun müddətdə yaranan yeni şərait, izdiham və sıxlıq səbəb olmuşdur ki, fəqihlərə yeni müraciətlər edilsin, nəticə etibarı ilə onlar da mövzu barəsində dəqiq təhlil aparsın, bu da, mətndə yeni anlayışa, “cəmərə” kəlməsinin yeni mənasına varmaqla nəticələnsin. Belə fətvaların verilməsi, heç də çətinlik və çarəsizlik əsasında olmadığı aydındır, əksinə dərk və istinbat məqamında müctehidin önündə yeni üfüqün açılmasına görədir (18).
O, vacib həcc ziyarətində, xüsusilə də “şeytanı daşlama”da bəzi köklü olmayan ixtilaf və anlaşılmazlıqların aradan qaldırılması yönündə bir vəzifə kimi İslam alimlərinin yekdilliyinə təkid edərək buyurdu: Bütün İslam tədqiqatçılarının bu məsələni araşdırması yaxşı olardı. Hərgah ən elmli şiə alimləri və əhli-sünnə böyükləri lazımi araşdırmadan sonra ortaq məxrəcə gəlsə, həccin ən böyük problemlərindən biri; izdihama, dəfələrlə can itkisinə və əziz hacıların böyük bir dəstəsinin xəsarətinə səbəb olan hadisə, Allahın izni ilə həllini tapar və əməlləri – inşallah – Allah Rəsulunun (s) və Əhli-beyt imamlarının (ə) əməllərinə müvafiq olar, Allah daha yaxşı bilir! (19).
Bütün bu izahlardan sonra qeyd etmək lazımdır ki, İslam alimləri düzgün və arzuolunan fətvalar verməklə, düzgün həcc mərasimi idarəçiliyinin gücləndirilməsində özlərinə dair missiyalarını ən gözəl formada həyata keçirə bilərlər, lakin Səud sülaləsinin bacarıqsızlığı faciəsi məsələni bütün həcc mərasimi qayğıkeşlərinə çətinləşdirdi. Belə ki, İslam fəqih və müctehidləri tərəfindən lazımi tədbirlərin görülməsinə rəğmən, İslam ümməti Ali-Səud rejiminin ədavətli siyasətlərinə yem olmuşdur. Belə ki, Mina faciəsi təkfirçi terrorçuluğun baniləri sayılan Ali-Səud rejiminin idarəçiliyinin olmaması səbəbilə gerçəkləşdi.
Son söz
Mina faciəsi (İki müqəddəs hərəmin idarəsində aidiyyatı heyətin təşkil olunması vacibliyi)
Ayətullah Məkarim Şirazi sonda Həcc mərasiminin düzgün idarəçiliyinin reallaşması zərurətini, habelə Allahın hərəminin zəvvar və hacılarını layiqli qarşılanmasının lüzumluluğunu həzrət Əlinin (ə) ən əhəmiyyətli tələblərindən biri olduğuna işarə edərək, Ali-Səud rejimi başçılarının faciəvi fərasətsizliyini, gələcəkdə Həcc mərasimi zamanı iki müqəddəs hərəmin idarəçiliyində dəyişikliyin vacibliyinə əsas səbəb ünvanında təkid etdi və buyurdu:
Sonda xatırladım ki, həzrət Əlinin (ə) (20) Məkkə sərkərdəsi Qusəm ibn Abbasa məktubunda oxuyuruq:
أَمَّا بَعْدُ، فَأَقِمْ لِلنَّاسِ الْحَجَّ
(Allaha həmd və sənadan) sonra! Camaat üçün Həcc mərasimini (və Allah evinin ziyarətini ən ali şəkildə) təşkil et!”
Əgər Həcc mərasimi düzgün idarəçiliklə yerinə yetirilsə, həm həcci yerinə yetirənlər bu mənəviyyat dolu ibadətdən xoş təəssüratlar aparar, həm də bütün müsəlmanlar üçün çoxlu təsir və bərəkətləri olar. Dini hökmlərin fəlsəfəsini bəyan edən hədislərdə gəldiyi kimi bu proqram İslam dininin təməllərini möhkəmləndirmək üçündür (21).
Lakin iki müqəddəs hərəmin idarəsində Ali-Səud rejiminin müdiriyyətinə dair sualların, qaranlıq məqamların sözsüz ki, cavabı yoxdur. Bu səbəbdən İslam alimlərinin bu istiqamətdə düşünməsi, nəsihət verməsi və etiraz edərək, “Siz (Səud sülaləsinin) bu metodu doğru deyil!” – deməsi lazımdır (22).
Şübhəsiz, Səud sülaləsinin iki müqəddəs hərəmi idarə etmək bacarığı yoxdur. Səbəbi isə onların iki müqəddəs hərəmi sanki öz mülkləri bilmələri, onlarla istədikləri kimi davranma səlahiyyətinə malik olduqlarını düşünmələridir. (23).
Həmçinin, Ayətullah Məkarim Şirazi iki müqəddəs hərəmin idarəetməsində İslam alimlərindən və İslam dövlətlərinin başçılarından ibarət heyətin təşkil olunması zərurətini əsas həlledici amil kimi xüsusi vurğulayaraq, buyurdu: Böyük Mina faciəsi tələb edir ki, bir tərəfdən İslam alimləri, digər tərəfdən politoloqlar ilk fürsətdə toplantılar təşkil edib, “iki müqəddəs hərəmin” idarəsi haqqında qərar qəbul etsinlər (24).
Hal-hazırda həccin təşkilinə cavabdeh olan şəxslərin buna səlahiyyəti yoxdur. Növbəti illərdə də bu faciənin təkrarlanması ehtimalı həcc mərasimini qorxunc bir ibadət obrazına salaraq, onun müqəddəsliyinə kəskin zərbə vurur (25).
İslam dünyasında formalaşan hazırkı ümumi təfəkkür bu barədə düşünməyə, iki müqəddəs hərəmin idarəsində tədbirli, təcrübəli idarə heyətini təyin etməyə vadar edir. Sözsüz ki, bu işdə səhlənkarlıq edilərsə – Allah eləməmiş – ehtimal olunan hadisələr təkrarlanarsa, məsuliyyəti hər birimizin boynunadır (26).
Araşdırma; hazırlanma və tərtibat; həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

Qaynaq:
undefined
Peinevesht:

1-    “Vəhhabilik iki yol ayrıcında”, səh. 52
2-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Həcc və ziyarət təşkilatının sədri və idarə heyəti ilə görüşündə, 25/09/2011
3-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhəri, “Məscidul-Əzəm”, fiqhin ali mühazirəsi, 12/09/2015
4-    Yenə orada
5-    Yenə orada
6-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhəri, “Məscidul-Əzəm”, fiqhin ali mühazirəsi, 12/09/2015
7-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhəri, “Məscidul-Əzəm”, fiqhin ali mühazirəsi, 08/04/2015
8-    Yenə orada
9-    Yenə orada
10-    Yenə orada
11-    “Müqayisəli fiqh” ensiklopediyası, c. 1, səh. 270
12-    “Müqayisəli fiqh” ensiklopediyası, c. 1, səh. 269
13-    “Şeytanı daşlama, keçmişdə və indi”, səh. 7
14-    “Şeytanı daşlama, keçmişdə və indi”, səh. 11
15-    “Şeytanı daşlama, keçmişdə və indi”, səh. 7
16-    “Şeytanı daşlama, keçmişdə və indi”, səh. 9
17-    “Müqayisəli fiqh” ensiklopediyası, c. 1, səh. 280
18-    “Müqayisəli fiqh” ensiklopediyası, c. 1, səh. 280
19-    “Şeytanı daşlama, keçmişdə və indi”, səh. 108
20-    “Nəhcül-bəlağə”, 67-ci məktub
21-    “Əmirəl-möminin İmam Əlinin (ə) mesajı”, c. 11, səh. 312
22-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qum şəhəri, “Məscidul-Əzəm”, fiqhin ali mühazirəsi, 12/09/2015
23-    Yenə orada
24-    Ayətullah Məkarim Şirazinin ağrılı Mina hadisəsi ilə bağlı başsağlığı mesajı, 25/09/2015
25-    Yenə orada
26-    Yenə orada

 

Nəşr tarixi: « 1/16/2016 6:36:10 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əbəlfəzlin (ə) izzət, elm və mərifətinin əzəməti

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 486